Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz.(avqust 2024)
Namaz (ərəb.صلاة) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər."[1] Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək.
Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün.[2] Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.[3][4][5] İslami fiqh alimləri, namaz, oruc və ya zəkat kimi dini əmrlərin tərk edilməsi halında ediləcək hərəkətləri və şəxsin cəzalandırıldıqdan sonra bu şəxslərin cənazələrinə tətbiq ediləcək prosedurları da müzakirə etdilər. Məhz bu şəxslər mürtəd qəbul edildikdə, cənazə namazları qılınmır, müsəlman qəbiristanlığında dəfn oluna bilmirlər, qoyub getdikləri dövlət xəzinəsində qalır.[6][7][8]
Hənəfinin nəzərinə görə, İslamın laqeydliyi və ya tətbiqinin rədd edilməsi ilə əlaqəli hərəkətlər şifahi cəzalarla cəzalandırılmalı, öldürülənə qədər döyülmə və ya ölənə qədər həbsdə saxlanılmalıdır.[9][10][11]
Şafii, Maliki 'ə görə namazı tərk etmək üçün cəzanın miqdarı və növü Quran və Sünnə ilə təyin olunur və işdən çıxan "had" tətbiq olunaraq öldürülür. Lakin onların dəfn mərasimləri müsəlmanların dəfn mərasimi kimi aparılır və miras qoyubsa, varisləri ilə bölüşülür.[9][10]
Hənbəli məzhəbində namazı tərk edən və buna israr edənlər mürtəd sayılır və "hüdum cəzası" mürtədlərə qılıncla öldürmə şəklində tətbiq olunur. Onlar üçün cənazə namazı qılınmır və cəsəd müsəlman qəbiristanlığında basdırılmır.[10][12]
Sübh namazı 2 rükətdir. Vaxtı dan yeri söküləndən Günəş çıxana qədərdir. Sübh namazı səsli namazdır(yəni fatihə surəsi və ixlas surəsi səsli deyilir).
Zöhr
Zöhr və ya günorta namazı 4 rükətdir. Vaxtı Günəş zeniti keçdikdən sonra hər şeyin kölgəsi özü boyda olana qədər davam edir. Zöhr namazı səssiz namazdır(yəni zöhr namazı əvvəldən axıra qədər səssiz qılınır).
Əsr
Əsr və ya ikindi namazı 4 rükətdir. Vaxtı hər şeyin kölgəsi özü boyda olandan Günəş batana qədər davam edir. Əsr namazı səssiz namazdır (yəni əsr namazı əvvəldən axıra qədər səssiz qılınır).
Məğrib
Məğrib və ya axşam namazı 3 rükətdir. Vaxtı Günəş batandan şəfəq itənə qədər davam edir. Məğrib namazı səsli namazdır (yəni ilk 2 rükətdəki fatihə və ixlas surəsi səsli deyilir).
İşa
İşa namazı 4 rükətdir. Vaxtı şəfəq itəndən gecə yarısına qədər davam edir. İşa namazı səsli namazdır (yəni ilk 2 rükətdəki fatihə və sonrakı surə səsli deyilir).
Namazın fərz və vacib əməlləri vardır ki, namaz onlardan ibarətdir. Əgər onun fərz əməllərindən biri edilməzsə, şəriət qaydalarına əsasən həmin namaz düzgün olmaz. Həmin rükunlar bunlardır:
Təkbirətul ihram - Namazın başlanğıcında edilən təkbirdir. "Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir."[14]
Fərz namazının ayaq üstə qılınması - Gücü çatan hər kəs namazı ayaq üstə qılmalıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) İmran ibn Hüseyn adlı səhabəyə əmr edərək demişdir: "Namazı ayaq üstə qıl. Əgər bacarmasan otur qıl. Əgər bunu da bacarmasan onda uzan qıl."[15]
Hər rükətdə fatihə surəsini oxumaq - Namaz qılarkən hər bir rükətdə mütləq fatihə surəsi oxunmalıdır. Ubadə ibn əs-Sammit Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Fatihə surəsini oxumayanın namazı yoxdur."[16]
Rüku etmək - Namaz qılarkən qiyamdan sonrakı hərəkət rüku etməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın."[17]
Rükudan qalxandan sonra qamətini düzəltmək - Rükudan qalxandan sonra səcdəyə etməmişdən əvvəl qamətini tam düzəltmək lazımdır. Əbu Məsud əl-Ənsari Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil."[18]
Səcdə etmək - Rükudan qalxdıqdan sonra səcdə edilir. Uca Allah Qurani-Kərimdə buyurur: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın."'[17] Səcdə isə 7 əza üzərində edilməlidir. İbn Abbas Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Mənə yeddi əza üzərində səcdə etmək əmr olunmuşdur. Həmin əzalar: Alın, sonra burnuna da işarə etdi. İki əl, iki diz, iki ayağın baş tərəfi."[19] Həmçinin İbn Abbas Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: "Burnunu alnı kimi yerə qoymayanın namazı düzgün olmaz."[20]
İki səcdə arasında oturmaq - Birinci səcdə və ikinci səcdə arasında oturmaq lazımdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil."[18]
Axırıncı təşəhhüd - Namazın son rükətində təşəhüddə oturmaq lazımdır. İbn Məsud rəvayət etmişdir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) məni qarşısında oturtub təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrətmişdir.
Axırıncı təşəhhüddən sonra Peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat demək - Fudalə ibn Ubeyd əl-Ənsari deyir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Biriniz namaz qılarkən namazını Rəbbinə tərif deyib, Ona həmd-səna etməklə başlasın. Peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat desin, sonra istədiyi duanı etsin."[21]
Salam vermək - Namazın sonunda salam verilir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir."[14]
Təhəccüd Namazı
Təhəccüd sözü "yatıb oyanmaq" deməkdir. Termin olaraq isə, gecə yuxudan qalxaraq qılınan namaza deyilir. Təhəccüd feili "təfaul" babındandır. Feilin "təfaul" babı məşəqqət bildirir. Yəni təhəccüd çətinliklə, məşəqqətlə yuxudan oyanmaq deməkdir. Yatsı namazından sonra yatmadan və ya bir az yatıb oyanandan sonra qılınan namaza ümumi mənada "gecə namazı (salətul-leyl)" deyilir. Bir qədər yatandan sonra gecə yarısından imsaq vaxtına qədər qılınan gecə namazı isə təhəccüd adlanır. Təhəccüd namazını iki rükət də qılmaq olar, səkkiz rükət də. İki rükətdə bir salam verərək qılmaq daha fəzilətlidir.
Qurani-Kərimdə təhəccüd namazı ilə əlaqəli belə buyurulur:
"(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl ki, Rəbbin səni (bununla) bəyənilib təriflənən bir məqama göndərsin."[22]
Təhəccüd namazına möminləri təşviq edən müxtəlif ayə və hədislər mövcuddur. Allah-Təala belə buyurur: "(Ya Peyğəmbər!) həqiqətən Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir."[23] Haqq-Təala başqa ayələrdə gecə namazına qalxanları belə tərif edir: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər."[24]"Rəhmanın əsil bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər."[25] "Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər."[26] Başqa bir ayədə də təqva əhlinin Allaha səhər vaxtı istiğfar edənlər olduğu bildirilir.</ref>Ali-İmran, 3/16–17.</ref>Təhəccüd namazını səhər namazının vaxtına qədər qılmaq olar. Səhər namazının vaxtı girdikdən sonra sübh namazının sünnəsindən başqa nafilə namaz qılmaq məkruhdur.
Rəsulullah (s.ə.s) belə buyurmuşdur:
"Gecə namazına davam edin! Çünki gecə namazı qılmaq sizdən öncəki saleh bəndələrin adəti, Rəbbinizə yaxınlaşmağın bir yolu, xətaları örtən və insanı günahlardan uzaqlaşdıran bir vasitədir".[27]
Başqa bir hədisdə isə fərz namazından sonra ən fəzilətli namazın gecə namazı olduğu bildirilir.[28]
Həzrəti Aişə (s.ə.s) nəql edir: "Peyğəmbərimiz (s.ə.s.) gecələr ayaqları şişənə qədər namaz qılardı. Ondan: "Ey Allahın Rəsulu, Allah Sənin keçmiş vəgələcək günahlarını bağışladığı halda, niyə bu qədər ibadət edirsən?" – deyə soruşdum. Buyurdu ki, "Yəni mən çox şükür edən bir bəndə olmağı arzu etməyim? Üstəlik Allah bu gecə "Ali-İmran" surəsinin son on ayəsini nazil etdi" − deyərək sözünə belə davam etdi, – "Bu ayələri oxuyub və ya iki çənəsi arasında gəvələyib (səsləndirib) mahiyyətini düşünməyənlərin vay halına".[29]
Abdullah ibn Abbas (r.a.) xalası və Allah Rəsulunun (s.ə.s.) xanımı Meymunə anamızın (r.a.) evində qonaq qalarkən Rəsulullahın (s.ə.s.) gecə ibadətini görmüş və belə tərif etmişdir: "Rəsulullah (s.ə.s) gecənin son üçdə birində qalxdı, göyə baxaraq "Ali-İmran" surəsinin son on ayəsini oxudu, sonra dəstəmaz alaraq namaz qıldı. Mən də onun elədiyini etdim. Ağladı. İki-iki on iki rükət və bir rükət də vitr olmaqla on üç rükət namaz qıldı. Bilal sübh namazına azan oxuyandayenə iki rükət namaz qıldı. Sonra camaata sübh namazını qıldırdı".[30] Başqa bir rəvayətdə gecə yarısı və ya bir az əvvəl qalxdığı, Ali-İmran surəsinin son on ayəsini oxuduğu, dəstəmaz alıb on üç rükət namaz qıldıqdan sonra müəzzinin səsi gələnə qədər yatağa uzandığı nəql olunur.11
Rəsulullah (s.ə.s.) bir hədisində belə buyurur: "Rəbbimiz hər gecənin son üçdə biri dünya səmasına təcəlli edir və "Mənə dua edin, duanızı qəbul edim, bir şey istəyin verim, bağışlanma diləyin əfv edim…" buyurur.[31]
Hz. Cabir (r.a.) nəql edir: "Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: "Gecələrdə elə bir gizli vaxt var ki, bir müsəlman həmin vaxt Allahdan dünya və axirətə dair xeyirli bir şey diləsə, Uca Allah onun arzusunu mütləq yerinə yetirər. Bu lütf hər gecəyə aiddir".[32]
Hər namaz insanın axirət dünyasının bir parçasını işıqlandırmağa xidmət edir. Təhəccüd də bərzəxin, yəni qəbirdə keçən həyatın çırağıdır. Gecələrini təhəccüd "fənəri" ilə gündüzə döndərənlərin bərzəx həyatı da çıraqban olar. Təhəccüd bərzəx qaranlığını dağıdan bir məşəl və insanı bərzəx əzabından qoruyan bir sipərdir.
Abdullah ibn Ömər (r.a.) nəql edir ki, insanlar yuxu görür və yuxuda gördüklərini Rəsulullaha (s.ə.s) danışırdılar. Öz-özümə "kaş ki, bərzəx aləminin qapıları aralansa və mən də yuxu görsəydim, gördüklərimi Rəsulullaha (s.ə.s) danışa bilsəydim, O da bunları yozsaydı" deyə düşünürdüm. Bir gün yuxuda iki qorxunc adamın qollarımdan tutaraq məni dərin, alovlu bir quyunun başına gətirdiklərini gördüm. Buranın cəhənnəm olduğunu anladım və çox qorxdum. Allaha sığınaraq yalvarmağa başladım. Quyuya atılmaq qorxusu ilə tir-tir titrəyərkən birdən: "Nigaran olma, sənin üçün qorxulu bir şey yoxdur, sən ora girməyəcəksən", – sözlərini eşitdim. Oyanandan sonra yuxumu bacım Hafsaya danışdım. Yuxunun yozumunu Rəsulullahdan (s.ə.s.) soruşmasını xahiş etdim. Allah Rəsulu (s.ə.s) ona: "İbn Ömər nə gözəl insandır, kaş ki təhəccüd namazını da qılaydı!" – buyurdu.[33] Allah, Abdullah ibn Ömərə yuxusunda cəhənnəmə aid bir bərzəx mənzərəsini göstərmiş və hazırlıq görsün deyə yuxuda xəbərdarlıq etmişdi.
Təhəccüd kimi digər nafilə ibadətlər də fərz namazlardan qalan nöqsan və çatışmazlıqları tamamlayır. Başqa sözlə, Allah bəndələrinin fərz ibadətlərinin boşluqlarını nafilələrlə doldurur.
Hədisdə bildirilir ki, "Ramazan orucundan sonra ən fəzilətli oruc Allahın ayı sayılan məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan sonra ən fəzilətli namaz isə gecə qılınan namazdır."14
Bir hədisi-şərifdə deyilir ki, axirətdə ilk olaraq namaz soruşulacaq. Allah-Təala: "Bəndəmin namazı tamdır?" – deyə sual verəcək. "Tamdır," – deyilsə, "Onda keçsin," – buyuracaq. Əgər: "Namazları yarımçıqdır, qüsurludur," – deyilsə, "Nafilələri varmı?" – deyə soruşacaq. "Var," – cavabı gəlsə, "Nafilələri çatışmayan fərzlərin yerinə qoyun," – buyuracaq.[34] Beləcə, ilahi rəhmətin bir əsəri olaraq nafilələr fərzlərin kəm-kəsirini düzəldəcək.
Sözün qısası, namazların fərzini, nafiləsini layiqincə qılmaq və ya qılmağa çalışmaq, bu dünyada vəzifələri yerinə yetirmək ölümlə başlayan o biri aləmin Cənnətə uzanan yolunda insana sadiq yol yoldaşı və şəfaətçi olacaq. Qəbrin dar məhbəsində işıq görmək istəyənlər ən azından həftədə bir neçə dəfə təhəccüd namazı qılmağa çalışmalıdır.
Bunun üçün də insan bir az iradəsinin haqqını verərək addım atmalıdır.
Əbu Hüreyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:
"Siz gecə yatarkən şeytan boynunuzun ardına üç düyün vurur. Hər düyünü vurduqca: "Qabaqda uzun gecə var, yat, yuxula, kefinə bax!" – deyir. Buna baxmayaraq, siz oyanıb (bismillah, təsbeh, təhlil və s. deyərək) Allahın adını ansanız, düyünlərin biri açılar. Dəstəmaz alanda bir düyün də açılar. Üstəlik namaz qılsanız, şeytanın bütün düyünləri açılar və beləliklə, şeytana qalib gəlmiş bir təhəccüd qəhrəmanı olaraq gümrah və xoş əhvali-ruhiyyə ilə sabaha çıxarsınız. Əks təqdirdə isə, əzgin və tənbəl əhvali-ruhiyyə ilə oyanarsınız".[35]
Təhəccüd vaxtı "Seyyidul-istiğfar" adlanan bu duanı oxumaq məndubdur:
"Allahummə əntə Rabbi lə iləhə illə əntə. Xaləqtəni və ənə abdukə və ənə alə ahdikə və vədikə məstətatu. Əuzu bikə min şərri mə sanətu, əbuu ləkə bi nimətikə aleyyə və əbuu bizənbi, fəğfirli, fə innəhu lə yağfiruz-zunubə illə əntə."
Mənası: "Allahım sən mənim Rəbbimsən, səndən başqa ilah yoxdur, məni Sən yaratın, mən Sənin qulunam, gücüm çatdığı qədər Sənə verdiyim söz və əhdimi yerinə yetirirəm. Əməllərimin şərindən Sənə sığınıram. Mənə verdiyin nemətləri təsdiq, günahları isə etiraf edirəm. Məni bağışla, Səndən başqa günahları bağışlayacaq heç kimsə yoxdur."[36]
Peyğəmbərimizin (s.ə.s) təhəccüdü
Hz. Huzeyfə (r.a.) nəql edir:
"Bir gecə Peyğəmbərimizlə (s.ə.s.) birlikdə namaz qılırdıq. "Bəqərə" surəsini oxumağa başladı. Öz-özümə: "Hər halda yüz ayə oxuyub rüku edər," – deyə düşündüm. Lakin yüz ayəyə çatanda rüku etməyib qiraətə davam elədi. Bu dəfə mən: "Hər halda bu surəni iki rükətə bölüb oxuyacaq," – deyə fikirləşdim, amma qiraətə davam elədi. Artıq: "Hər halda bu surəni oxuyub rüku edər," – dedim, amma etmədi. Arxasınca "Nisa" surəsini başda-ayağa oxudu. Sonra "Ali-İmran" surəsinə başladı, onu da oxudu. Ağır-ağır tərtil üzrə oxuyur, təsbeh ifadəsi keçən ayəyə çatanda Allahı təsbeh edir, arzu və istək ifadəsi olan ayəni oxuyanda da Allaha niyaz edir, sığınmaqla bağlı br ayəyə çatanda da Allaha sığınırdı. Bu uzun qiyam və qiraətdən sonra nəhayət rükuya getdi. "Subhanə rabbiyəl-azim (Uca Rəbbimi hər cür nöqsan sifətlərdən tənzih və təqdis edirəm)," – deyə təsbeh etməyə başladı. Rükusu da qiyamı qədər uzun oldu. Sonra: "Səmiallahu limən hamidəh, rabbəna ləkəl həmd (Allah Ona şükür edəni eşidir. Bütün həmdlər əzəldən əbədə qədər yalnız Sənə məxsusdur, ey Rəbbimiz!)," – dedi və rükuda qaldığı müddətə yaxın ayaq üstə durdu. Sonra səcdəyə vardı və "Subhanə rəbbiyəl-alə (Mən Uca Rəbbimi Ona hər cür nöqsan sifətdən tənzih və təqdis edirəm)," – deyə təsbeh etdi. Səcdəsi də haradasa ayaq üstə durduğu qədər uzun çəkdi".[37]
İbn Məsud (r.a.) nəql edir: "Bir gecə Peyğəmbərimizlə (s.ə.s.) birlikdə namaz qılmağa başladım. Qiyamda (namazda ayaq üstə) o qədər dayandı ki, az qala pis bir şey edəcəkdim". Ondan: "Nə etməyi düşünürdün?" – deyə soruşanlara bu cavabı verdi: "Yerə oturub Onu namazda tək qoymağı düşünmüşdüm"[38]
Təhəccüdə qalxa bilmədikdə
Həzrəti Ömər (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:
"Kim yatıb qaldığına görə hər gecə müntəzəm yerinə yetirdiyi hizbinin hamısını (namaz, zikr və təsbeh kimi ibadətləri), yaxud bir qismini edə bilməyib, sübh namazı ilə günorta namazı arasında edərsə, gecə yerinə yetirmiş kimi savab qazanar".[39]
Ailə fərdlərini təşviq etmək:
Əbu Hüreyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) buyurmuşdur:
"Allah gecə qalxıb namaz qılan, zövcəsini yuxudan oyadan, qalxmazsa, üzünə su səpib qaldırmağa çalışan kişiyə mərhəmət etsin. Yenə gecə qalxıb namaz qılan, ərini də oyadan, qalxmazsa, üzünə su səpib oyatmağa çalışan qadına da Allah mərhəmət etsin (mərhəməti ilə müamilə etsin)".[40]
Balcı, İsrafil, Hz. Peygamber ve Namaz, Ankara Okulu Yayınları: 196, Ankara, 2017.
Canan, İbrahim, Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, Ankara, 1995.
Çiftçi, Mehmet Emin, Hz. Peygamber’in Kıldığı Nafile Namazlarla İlgili Rivâyetlerin Tahlili, Harran Üniversitesi Yüksek Lisans Tezi, Şanlıurfa, 2002.
İncil Kamili, Fahri Kamili, İslâm Fıkhında Namaz İbadeti, Bursa Uludağ Üniversitesi Yüksek Lisans Tezi, Bursa 2006.
Yiğit, Mehmet, “Bir İbadet Biçimi Olarak Namazın Tarihçesi, Diyanet İşleri Başkanlığı Dini Yayınları Genel Müdürlüğü Yayını Cilt: 47, Sayı: 1, Ocak - Şubat - Mart 2011.
قرية بيت رزيق - قرية - تقسيم إداري البلد اليمن المحافظة محافظة صنعاء المديرية مديرية بني حشيش العزلة عزلة الشرفة السكان التعداد السكاني 2004 السكان 512 • الذكور 287 • الإناث 225 • عدد الأسر 49 • عدد المساكن 55 معلومات أخرى التوقيت توقيت اليمن (+3 غريني...
Japan campus of Temple University This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article contains content that is written like an advertisement. Please help improve it by removing promotional content and inappropriate external links, and by adding encyclopedic content written from a neutral point of view. (May 2018) (Learn how and when to remove this template message) This article's...
Hof van Beroep voor het circuit van het District of ColumbiaCourt of Appeals for the District of Columbia Circuit Het E. Barrett Prettyman United States Courthouse, de zetel van het hof Type Hof van Beroep Zittingsplaats(en) E. Barrett Prettyman U.S. Courthouse Washington D.C. Geschiedenis Opgericht 9 februari 1893 Voorganger(s) Hof van het circuit van het District of Columbia Samenstelling Samenstelling 1 president10 rechters6 senior rechters President Merrick Garland Circuitrechter John G. ...
Deity in the Chinese / Buddhist pantheon This article is about a deity in the Chinese / Buddhist pantheon. For other uses, see Erlang. Erlang Shen, the Divine Immortal of Purity and Decency. Erlang ShenChinese nameTraditional Chinese二郎神Simplified Chinese二郎神Literal meaningSecond-Lad GodTranscriptionsStandard MandarinHanyu PinyinÈrláng ShénWade–GilesÊrh-lang ShênVietnamese nameVietnamese alphabetNhị Lang ThầnChữ Hán二郎神Korean nameHangul얼랑셴Hanja二郎神...
HMAS Balikpapan tahun 2011 Tentang kelas Pembangun:Walkers Limited di Maryborough, QueenslandOperator:* Angkatan Laut Australia* Angkatan Laut Papua Nugini* Angkatan Laut FilipinaDidahului oleh:Kapal pengangkut medium kelas LSM-1 (AL Australia)Dibangun:1971–1974Beroperasi:1971–sekarangBertugas:1973–sekarangSelesai:8Aktif:5 Ciri-ciri umum Jenis Kapal angkut pendarat beratBerat benaman standar 364 ton beban penuh 517 tonPanjang 445 m (1.460 ft)Lebar 101 m (33...
Capture and killing of gators Alligator hunting in Florida Alligator hunting is the capture and killing of gators. With the appropriate licenses and tags, the American alligator can legally be hunted in the Southeastern United States. The states of Florida, Georgia, Alabama, Arkansas, Mississippi, Louisiana, North Carolina, South Carolina, and Texas all distribute alligator hunting licenses.[1][2][3][4][5] Methods There is no single method of alligator ...
R&B recording artist discography Giveon discographyStudio albums1EPs2Singles9 The discography of American singer-songwriter Giveon consists of one studio album, one compilation album, two extended plays, and nine singles (including one as a featured artist). On March 27, 2020, Giveon released his debut extended play, Take Time. The EP reached number 35 on the Billboard 200. It produced the top-20 single, Heartbreak Anniversary, which reached number 16 on the Billboard Hot 100. That same y...
School in FranceLycée RodinLycée Rodin from square René-Le Gall.Location19 rue Corvisart, ParisFranceCoordinates48°49′57″N 2°20′53″E / 48.832464°N 2.348102°E / 48.832464; 2.348102InformationTypeÉtablissement public local d'enseignement (EPLE)PrincipalMme J. BouvryEnrollment~1,200 studentsWebsitewww.lyc-rodin.ac-paris.fr The Lycée Rodin is a French secondary and higher school located at 19, rue Corvisart in Paris, in the 13th arrondissement of Paris. Th...
KotokoKotoko at Animazement in 2012Background informationBirth name石田琴子[1] Ishida KotokoBornJanuary 19[a]Sapporo, Hokkaido, JapanGenres J-pop trance techno Occupation(s) Musician singer songwriter Instrument(s)VocalsYears active2000–presentLabelsRondorobe (2004–2010)Warner Home Video (2011–2018)NBCUniversal Entertainment Japan (2018–present)Websitekotoko.asiaMusical artist Kotoko (stylized as KOTOKO, born January 19[a]) is a Japanese J-pop musician, sin...
Church building in Pennsylvania, U.S. The Brush Run Church was one of the earliest congregations associated with the Restoration Movement that arose during the Second Great Awakening of the early 19th century. In 1811, a congregation of Christian reformers known as the Christian Association of Washington (Pennsylvania) reconstituted itself as a church and constructed a new building to replace the temporary log building where they began. Because it was built on the farm of William Gilchrist, n...
New Zealand curler Courtney SmithCurler ♀Born (1999-11-13) 13 November 1999 (age 24)Naseby, New ZealandTeamCurling clubDunedin CC, Dunedin[1]SkipJessica SmithThirdCourtney SmithSecondBridget BeckerLeadNatalie ThurlowAlternateHolly ThompsonMixed doublespartnerAnton HoodCurling career Member Association New ZealandWorld Mixed Doubles Championshipappearances1 (2021)Pan Continental Championshipappearances1 (2023)Other appearancesYouth Olympic Games: 1 (2016) Medal rec...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: The Journal of Legal Studies – news · newspapers · books · scholar · JSTOR (December 2022) (Learn how and when to remove this template message) Academic journalThe Journal of Legal StudiesDisciplineLawLanguageEnglishEdited byAdriana Z. Robertson and Sonja ...
Male offspring For other uses, see Son (disambiguation). King Chulalongkorn of Siam (far right) with a few of his 32 sons at Eton College in 1897 A son is a male offspring; a boy or a man in relation to his parents. The female counterpart is a daughter. From a biological perspective, a son constitutes a first degree relative. Social issues Main article: Son preference In pre-industrial societies and some current countries with agriculture-based economies, a higher value was, and still is, ass...
Bassas da India BenderaSemboyan: Liberté, Égalité, Fraternité (Indonesia: Kebebasan, Keadilan, Persaudaraan)Lagu kebangsaan: La Marseillaise (Indonesia: Himne Marseille) Peta wilayah seberang laut Prancis di Samudra Hindia Koordinat: 21°28′57″S 39°40′19″E / 21.48250°S 39.67194°E / -21.48250; 39.67194 Letak Pulau-pulau yang tersebar di Samudera Hindia: • 1: Bassas da India • 2: Pulau Europa • 3: Kepulauan Glorioso • 4: Pulau Juan de No...
1930 United States Senate election in Montana ← 1924 November 4, 1930 1934 (special) → Nominee Thomas J. Walsh Albert J. Galen Party Democratic Republican Popular vote 106,274 66,724 Percentage 60.33% 37.88% County ResultsWalsh: 30–40% 40–50% 50–60% 60–70% 70–80% Galen: 50...
وزارة الثقافة والسياحة (الصين) تفاصيل الوكالة الحكومية البلد الصين تأسست 17 مارس 2018 المركز بكين الإدارة موقع الويب الموقع الرسمي تعديل مصدري - تعديل وزارة الثقافة والسياحة الصينية (بالصينية: 中华人民共和国文化和旅游部) هي وزارة مسؤولة عن صياغة السياسات الثق...