Natalya Alianovna "Nataşa" Romanova[1] (rus.Наталья Альяновна "Наташа" Романова), həmçinin "Qara dul" (ing.Black Widow; rus.Чёрная вдова) – Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Redaktor və hekayəçi Sten Li, ssenari yazarı Don Riko və rəssam Don Hek tərəfindən yaradılmış personaj "Tales of Suspense" #52 komiksində (aprel 1964) debüt etmişdir.
Personaj, Rusiya casusu, superqəhrəman Dəmir adamın düşməni kimi təqdim edilmişdir. Sonradan ABŞ-yə köçən Nataşa Romanova uydurma casus təşkiları Q.A.L.X.A.N.-da çalışmağa başlamış və "Qisasçılar" adlı superqəhrəmanlar dəstəsinin üzvü olmuşdur.
"Tales of Suspense" #52 komiksində (aprel 1964) debüt edən Nataşa Romanova Dəmir adamın düşməni, kostyumsuz Rusiya casusu kimi təqdim olunur. Beş nömrə sonra o, kostyumlu oxatan və gələcək superqəhrəman Şahingözü öz tərəfinə çəkir. Daha sonra Rusiya hökuməti onu ilk Qara dul kostyumu və yüksək texnologiyalı silahlarla təmin edir. Buna baxmayaraq sonradan ABŞ-yə köçən Romanova "The Avengers" #29 (iyul 1966) nəşrində "Qisasçılar" superqəhrəman dəstəsinə qarşı çıxır. Sonradan Romanova dəstənin daimi köməkçisi kimi çıxış etməyə başlayır, illər sonra isə rəsmən "Qisasçılar" dəstəsinin on altıncı üzvü seçilir.
1970-ci ildə Qara dul vizual baxımdan yenilənir: "The Amazing Spider-Man" #86 (iyul 1970) nəşrində, o, qısa qara saçları yerinə çiyinə qədər olan qırmısı kare saçlar, bədənə yapışan parlaq qara kostyum və hörümçək toru buraxan qolbağlarla təsvir edilir. Sonradan personaj əksər hallarda bu dizaynla təsvir edilir.[2]
Qısa müddət sonra "Amazing Adventures" #1–8 (avqust 1970 – sentyabr 1971) nəşrində personaja həsr edilmiş qısa "Qara dul" seriyası təqdim olunur. Həmin seriyada personaj yerini "Qeyri-insanlar" dəstəsinə həsr olunmuş hekayələrlə bölür. Səkkiz nömrədən sonra Qara dul seriyasının nəşri dayandırılır, "Qeyri-insanlar"ın nəşri isə onuncu nömrəyə qədər davam edərək seriyanı tamamlayır.
Fərdi seriyasının tamamlanmasından sonra Qara dul, "Daredevil" seriasının 81–124-cü (noyabr 1971 – avqust 1975) nömrələrində Dəlisovla birlikdə çıxış edir, seriyanın #92–107-ci nəşrləri isə "Daredevil and the Black Widow" adlandırılır. Dəlisov hekayələrinin yazarı olmuş Cerri Konvey həmin dövrü xatırlayaraq deyir: "Dəlisov və Qara dulu bir seriyada birləşdirmək mənim ideyam idi. Mən Nataşanı çox bəyənirdim və düşünürdüm ki, onlar arasında maraqlı münasibət yaratmaq olar."[2] Lakin, personajın sonrakı yazarları Dəlisovun solo şəkildə daha yaxşı çıxış etdiyini düşünərək, tədricən Nataşanı sıradan çıxarırlar.[2] Dərhal bundan sonra Nataşa "Çempionlar" komandasına daxil edilir. On yeddi nömrə davam edən (oktyabr 1975 – yanvar 1978) bu seriyada Nataşa komandanın liderinə çevrilir.[3]
1980–1990-cı illərdə Nataşa Romanova həm "Qisasçılar" dəstəsinin üzvü, həm də Q. A. L. X. A. N. işçisi kimi çıxış edir. Corc Peres və Ralf Makkio tərəfindən yazılmış, Peres tərəfindən qələm işləri görülmüş "Marvel Fanfare" seriyasının #10–13-cü nömrələrində (avqust 1983 – mart 1984) Nataşa Romanova da iştirak edir. Həmin üç hekayə sonradan bir yerdə toplanaraq "Black Widow: Web of Intrigu" #1 (iyun 1999) kimi nəşr edilir.
Həmin dövrdə Qara dul paralel olaraq "Solo Avengers", "Force Works", "Iron Man", "Marvel Team-Up" seriyalarında da istifadə edilir. 1970-ci illərdən sonra Qara dul nadir hallarda "Daredevil" seriyasına qayıdır.
O, Skott Lobdell tərəfindən yazılmış, Rendi Qrin tərəfindən isə qələm işləri görülmüş "Journey into Mystery" seriyasının #517–519 nömrələrində (fevral–aprel 1998). yayımlanmış "The Fire Next Time" süjet xəttində istifadə olunur.
Hələ də davam edən yeni "Black Widow" komiks seriyası 2010-cu ilin aprelində debüt etmişdir. İlk hekayə tağı Marcori Lyu tərəfindən yazılmış, Daniel Akunya isə illüstrasiyaları işləmişdir.[4] #6 nömrədən (sentyabr 2010) başlayaraq seriya üzərində Dueyn Sverçinski, Manuel Qarsiya və Lorenzo Rucciero çalışmışlar.
Qara dul, 2010–2013-cü illərdə yayımlanmış "Secret Avengers" seriyasının #1 saylı (iyul 2010) nömrəsindən etibarən davamlı personaj olmuş və #37 saylı (mart 2013) final npmrəsinə kimi bütün nəşrlərdə görünmüşdür.
Bundan sonra 2013-cü ildə Nik Spenser və Lyuk Rossun müəllifliyi ilə yazılmış "Secret Avengers" seriasında Qara dul istifadə olunmuşdur.[5] Bundan sonra Qara Dul seriyası Natan Edmondson və Fil Notonun müəllifliyi ilə davam etdirilmişdir. Yenilənmiş seriyanın ilk nömrəsi 2014-cü ilin yanvarında debüt etmişdir.[6]
2015-ci ilin oktyabrında Mark Veyd və Kris Samninin müəllifliyi ilə Marvelin "Secret Wars"dan sonrakı yenilənmələri çərçivəsində 2016-cı ildən etibarən yeni "Black Widow" seriyasının yayımlanacağı bildirilmişdir.[7] Bu seriyanın ilk nömrəsi 2016-cı ilin martında təqdim olunmuşdur.[8]
Limitli seriyalar və xüsusi buraxılışlar
"Marvel Fanfare" və "Journey into Mystery" hekayə xətləri ilə yanaşı Qara dul dörd limitli seriya və dörd qrafik romanda iştirak etmişdir.
Üç nömrəli "Black Widow" (iyun–avqust 1999) seriyası "Marvel Knights" imprinti altında Romanova tərəfindən başlanılsa da, Nataşanın xələfi Kapitan Yelena Belovanı da təqdim edir və sonradan o, 1999-cu ilin qısa "Qeyri-insanlar" seriyasında rol alır. "The Itsy-Bitsy Spider" hekayə xəttinin hekayəsini Devin Qreyson yazır, illüstrasiyaları isə Ceffri Qlen Cons işləyir.[9]"Marvel Knights" imprintinin növbəti üç nömrəsi də "Black Widow" (yanvar–mart 2001) adlandırılır. Hər iki Qara dulun iştirak etdiyi "Breakdown" adlı hekayə xəttinin müəllifi Devin Qreyson və Qreq Ruçka, illüstrasiyaların müəllifi isə Skott Hemptondur.[10]
Bundan sonra "Marvel Knights" imprinti altında Qara dulun "Black Widow: Homecoming" (noyabr 2004 — aprel 2005) adlı növbəti solo miniseriyası yayımlanır. Bu hekayə xəttində ssenari müəllifi elmi-fantastika yazarı Riçard Morqan, illüstrasiya müəllifləri isə əvvəlcə Bill Sienkieviç, daha sonra isə Qoran Parlov olmuşdur.[10]
Riçard Morqanın hekayə müəllifliyi, Şon Fillipsin illüstrasiyaları ilə hazırlanmış altı nömrəli "Black Widow: The Things They Say About Her" (noyabr 2005 – aprel 2006; rəsmi "Black Widow 2: The Things They Say About Her") seriyasında hadisələr əvvəlki mini seriyanın dayandığı yerdən davam edir və bir çox personajlar təkrarlanır.[11]
Daha sonra personaj "Black Widow: The Coldest War" (aprel 1990) adlı solo qrafik romanda[10] və üç qarışıq qrafik romanda ("Punisher/Black Widow: Spinning Doomsday's Web" (dekabr 1992); "Daredevil/Black Widow: Abattoir" (iyul 1993); və "Fury/Black Widow: Death Duty" (iyun 1995)) rol almış, həmçinin Marvel UK-in Gecə qarğası seriyasında görünmüşdür.
"I Heart Marvel: Marvel Ai" #1 (aprel 2006) daxilində çap edilmiş "Love Is Blindness" qısa hekayəsində Dəlisovla əlaqəsinə görə Qara dul və Elektra arasında qarşıdurma olur. Yaponiya animeləri şəklində stilləşdirilmiş komiksdə personajların nitq və fikirlərini göstərmək üçün adətən olduğu kimi sabun köpüyü boşluqları yox, rəsmlər istifadə edilmişdir.[12]
Personajın yalnız Nataşa Romanova adlandırıldığı 2010-cu ildə o, ilk dəfə "Dəmir adam 2" filmində debut etmiş və iki fərqli qısa hekayədə rol almışdır. "Black Widow and the Marvel Girls" adlı dörd nömrəli hekayə tağında Qara dulun Marvel Kainatından olan Fırtına, Qadın-Halk, Sehrbaz və Hörümçək-qadınla macəraları verilir.[13] Pol Tobin tərəfindən yazılmış bu hekayələr Salvador Espin, Veronika Qandini və Takeşi Miyazavanın rəsmləri ilə müşayət olunur. Dörd nömrəli "Black Widow: Deadly Origin" adlı ikinci mini seriya isə Pol Kornell tərəfindən yazılmış, Tom Reni və Con Pol Leonun illüstrasiyaları ilə bəzədilmişdir.[14]
Uydurma personaj bioqrafiyası
Erkən həyat
Nataşa Romanova Rusiya SFSR-in Stalinqrad (indiki Volqoqrad) şəhərində doğulmuşdur. İlk və ən məşhur Qara dul, əlbəyaxa döyüş ustası kimi yetişdirilmiş, mükəmməl snayper atıcısı və yüksək texnologiyalı silah arsenalı (o cümlədən "Dul dişləməsi" (ing.Widow's Bite) adı ilə tanınan qolçaqlar) ilə təmin edilmiş rus casusudur. İlk görünmələrində xüsusi kostyumu olmayan Qara dul, kokteyl kostyumu və fata geyinirdi. Bir müddət sonra Qara dul, sonradan oxçu superqəhrəmana çevrilmiş Şahingözün təsiri ilə ABŞ-yə köçür.
Qara dulun uşaqlığı haqqında ilk məlumatlar 1970-ci illərdə "Amazing Adventures" seriyasında personajın sürücüsü və etibar etdiyi şəxs olan İvan Petroviçin dilindən səsləndirilir. Petroviç, Mett Mördoka danışır ki, 1942-ci ilin payızında Stalinqrad döyüşü zamanı vəfat edən qadın azyaşlı Nataşa üzərində himayəçilik hüququnu ona vermişdir. Bundan sonra Petroviç ögey ata kimi Nataşanı böyüdür və o, Sovet casusu olur.[15] 1941-ci ildə Madripur adasında baş verən hadisələrdə Petroviç Nataşanı nasistlərin əlindən xilas etməkdə Kapitan Amerika və Loqan adlı mutanta (sonradan kanadalı super-agenti və Şimal porsuğu adlı kostyumlu superqəhrəmana çevrilir) kömək edir.[16]
Dəyişdirilmiş mənşə hekayəsində isə Nataşanın yalnız İvan Petroviç tərəfindən tərbiyə edilməsi məlumatı, kiçik yaşlarından qızın tərbiyəsində SSRİ-nin "Black Widow Ops" proqramının da iştirak etməsi ilə dəyişdirilir.[17] Petroviç digər yetim qızlarla birlikdə Nataşanı da X Departamentinə aparır və beyinyuyulmasından sonra "Qırmızı otaq" adlı yerdə onlara döyüş və casusluq sənətləri öyrədilir. Bu zaman biotexnologiyalar və psixotexnologiyalar vasitəsilə Nataşanın fiziologiyası da mükəmməlləşdirilir ki, bu da onun uzunmüddətli cavan həyat yaşamasını təmin edir. Bu dövrdə Nataşa qısa müddət Qış əsgəri ilə birlikdə məşq edir və hətta cütlük arasında romantik münasibət də yaranır.[18] Sadiqliyin təmin edilməsi üçün Qara dulların hər biri saxta xatirələrlə təmin edilirlər. Romanova bir müddət sonra bunu başa düşür və anlayır ki, heç vaxt bütün ömrü boyu düşündüyü kimi balerina olmamışdır. Həmçinin o, aydınlaşdırır ki, "Qırmızı otaq" "2R" adı ilə hələ də fəaliyyətini davam etdirir.
SSRİDTX Nataşa Romanova və təcrübəçi-pilot Aleksey Şostakov arasında evlilik təşkil edir. Lakin, Sovet hökuməti Şostakovu təcrübələr nəticəsində Qırmızı mühafizəçi adlı super döyüşçüyə çevirdikdən sonra ona Nataşa ilə hansısa formada əlaqə saxlamağı qadağan edir. Nataşaya həyat yoldaşının vəfat etdiyini deyir, bu müddətdə isə Şostakovu gizli agent kimi yetişdirirlər.
Qisasçılar
Döyüşçü qadın kimi yetişdirilən Nataşa Romanovaya ABŞ-yə qaçmış SSRİ alimi professor Anton Vankonu öldürməkdə Boris Turgenyevə kömək etmək göstərişi verilir və bu onun ABŞ-də ilk tapşırığı olur. Plana uyğun olaraq Nataşa və Boris, Vankonun fəaliyyət göstərdiyi "Stark Industries"-ə daxil olurlar.[19] Nataşa ABŞ silah istehsalçısı Toni Starkla manipulyasiya etməyə çalşır, həmçinin Starkın qəhrəman alter-eqosu Dəmir adamla mübarizə aparır. Cütlük arasında döyüş zamanı Turgenyev oğurladığı Qırmzı Dinamo kostyumunu geyinir. Dəmir adamı xilas etmək üçün Vanko özünü qurban verir və eksperimental lazer silahı ilə Turgenyevi öldürür.[20] Daha sonra cinayətkar oxçu Şahingözlə görüşən Nataşa, onu Dəmir adama qarşı kökləyir[21] və sonradan onlar arasında döyüş təşkil edir.[22]
Sonra Nataşa, Dəmir adamın məğlub edilməsi üçün Şahingözü növbəti dəfə özünə kömək göstərməyə məcbur edir. Cütlük demək olar ki, Dəmir adamı məğlub edərkən Nataşa yaralanır və Şahingöz onu xilas etmək üçün geri çəkilməli olur.[23] Bu dövrdə Nataşa SSRİ-dən uzaqlaşmağa çalışır, onun Şahingözə aşiq olması isə ölkəsinə olan loyallığını azaldır. SSRİ bu haqqda öyrəndikdə Nataşanı göllələyir, bu hadisə isə Şahingözün Qisasçılara üz tutmasına səbəb olur.[24][25]
"Qırmızı otaq" Nataşanı qaçırır və yenidən beynini yuyur. Bundan sonra Nataşa Qılıncoynadan və Güc-adamla birlikdə Qisasçılara qarşı döyüşür.[26] Daha sonra o, psixoloji təzyiqdən azad olaraq SSRİ-dən xilas olur. Beləliklə Nataşa Romanovanın Hörümçək-adam, Şahingöz və Dəlisovla birlikdə macəraları başlayır. Nəticədə Nataşa özü kostyumlu superqəhrəman kimi Qisasçılar dəstəsinə qoşulur.[27]
Q. A. L. X. A. N. və Dəlisov
Nik Fyurinin göstərişi ilə Nataşa beynəlxalq casus təşkilatı olan Q.A.L.X.A.N. üçün müstəqil agent olaraq fəaliyyət göstərməyə başlayır. O, gizli missiya üçün Fyuri ilə birlikdə Çinə gedir. Çində Qisasçılarla birlikdə Nataşa Polkovnik Lin, General Bruşov və keçmiş həyat yoldaşı Qırmızı mühafizəçiyə qarşı döyüşür.[28] Yazıçı Les Deniels 1971-ci ildə yazırdı:
“...onun solçu tərbiyəsi özünü göstərir və son zamanlar o, insanları incidən realistik tiplərlə mübarizə aparır. O, polis sistemində rüşvətin aradan qaldırılmasında gənc puerto-rikalılara kömək edir və gənc hippiləri cinayətkar qruplardan qoruyur (“Amazing Adventures” #3 (noyabr 1970) nəşrinin üz qabığı). ...bütün bunlar uydurma qəhrəmanların müasir sosial problemlərə cəlb edilməsi tendensiyasını əks etdirir. Bu yanaşma Marvel və onun rəqibi DC tərəfindən geniş istifadə olunur.”[29]
O, Yumurtabaş, Kukla ustadı və Dəli düşüncəlinin ABŞ hökumətinin lazer peyklərindən istifadə etməsi ilə şantaj etmək planını üzə çıxarır.[30][31]
Mett Mördokla romantik münasibətləri zamanı San-Fransiskoda yaşayan Nataşa Romanova Mördokun qəhrəman alter-eqosu Dəlisovla birlikdə müstəqil qəhrəman kimi çalışır. Bu zaman o, həm də dəb dizayneri kimi karyera qurmağa cəhd edir. Bundan sonra Nataşa və Mördokun münasibətləri pisləşir, Nataşa Qisasçılarla çalışmağa başlayır və Dəlisovun köməkçisi kimi tanınmağın onun nüfuzuna zərbə olacağını düşünür.[32]HİDRA Q. A. L. X. A. N.-ı ələ keçirməyə çalışarkən Nataşanı tutaraq məlumat almaq üçün ona əziyyət verir. Ağrıların təsiri altında Nataşa keçmiş məktəb müəlliməsi Nensi Raşmen kimliyinə qayıdır. Lakin, Hörümçək-adam vaxtında müdaxilə edərək onun əvvəlki kimliyini qaytarır ki, Nik Fyuri və Şan-Çiyə kömək etsin. Madam Vayper, Bumeranq və Gümüş Samurayla döyüş zamanı yaddaşı qayıdana kimi "Nensi" yaddaşı ilə Romanova Hörümçək-adama qarşı romantik hisslər yaşayır.[33] Sonradan Mett Mördokun həyatına qayıdan Nataşa onun Hezer Qlenn adlı başqa bir qıza qarşı romantik hisslərinin olduğunu öyrənir və onu Nyu-Yorku tərk etməyə məcbur edir.[34] Nataşa sonda başa düşür ki, Mettin ona olan hissləri yalnız platonik xüsusiyyət daşıyır və özünü hansısa real addım atmaqdan çəkindirir.[35]
Dostları bu dövrdə Nataşanı "Natalya" adlandırırlar. Bəzən o özünü "Romanoff" ləqəbi ilə təqdim edir və beləliklə də, Rusiya ailələrinin kişi və qadın soy adı sonluqlarının fərqli olması haqqında məlumatı olmayanları ələ salır. Sonradan Nataşaya məlumat verilir ki, ola bilsin ki o, Romanovlar sülaləsinə məxsusdur və II Nikolayın varisidir.
XXI əsr
Psixotrop maddələrin təsiri altında olan Mett Mördok körpəni Antixrist hesab edərək öldürmək istəyərkən növbəti dəfə Nataşa və Dəlisovun yolları kəsişir. Dəlisovun ümidsiz sevgisi Karen Peycin uşağı qoruyaraq ölməsindən sonra Nataşa Mördokla barışaraq ona qarşı hələ də hissləri olduğunu bildirsə də, qeyd edir ki, qəzəblə dolu olmasına görə onlar arasında münasibət yarana bilməz.[37]
Nataşanı yetişdirmiş kursun növbəti tələbəsi olan və bütün göstəricilərinə görə onu geridə qoyan Yelena Belova özünün Qara dul mantiyasına daha çox layiq olmasını düşünür. Nataşa onu "körpə" və "rus" (ing.rooskaya) adlandıraraq individuallığını kəşf etməyə çağırır və soruşur ki, "Yelena Belova olmaq var ikən, Qara dul olmaq nəyinə lazımdır?"[38] Bir neçə qarşılaşmadan sonra Yelenaya casus işinin əsas üzünü göstərmək üçün Nataşa onu ciddi psixoloji manipulyasiyaya məruz qoyur və nəticədə incimiş və xəyal qırıqlığı ilə üzləşmiş Yelena vətəninə qayıdaraq bir müddət casusluq işindən uzaqlaşır. Mett Mördok Nataşanın Yelenaya münasibətini qəddarlıq kimi qiymətləndirsə də, Nik Fyuri onun, Yelenanın həyatını xilas etməyə çalışdığını düşünür.[39] Qraf Nefarianın həbs edilməsi məqsədilə Qisasçılar və İldırımsaçanları bir araya gətirən Nataşa, Nik Fyurinin qatili hesab edilən Cəzalandırıcını həbs etmək üçün Dəlisovun qısamüddətli dəstə yaratmaq ideyasını dəstəkləyir. Lakin, onların komanda yoldaşları olan Baltanın Q.A.L.X.A.N. androidləri ilə döyüşməsindən sonra komandann yaradılması cəhdləri boşa çıxır. Bundan bir müddət sonra Qara Dul Avropa cinayətkar sindikarı olan Qreys qardaşlarına qarşı mübarizə apara bilmək üçün Dəlisov və Cəzalandırıcı ilə güclərini birləşdirməli olur. Bir neçə ay sonra cinayətkar Anatoli Krilenkonun izi Nataşanın yolunun yenidən Şahingözlə kəsişməsinə səbəb olur.
Qırmızı cadugərin ağlını itirib Şahingözü öldürməsindən sonra Qisasçılar dəstəsi buraxılır, Arizonaya köçən Qara dul isə hədəfə çevrilir. Qırmızı otaqda hazırlıq keçmiş çoxsaylı casus qızların ABŞ-də əməliyyat həyata keçirdiyini öyrənən Nataşanın araşdırmaları onu yenidən Rusiyaya qaytarır. Nataşa öyrənir ki, Ginakon "Qırmızı otaq 2R"-i alıb və keçmişdə Qara dul proqramını keçmiş bütün agentlərin öldürülməsini sifariş edib. Nataşa tədqiqat apararaq Ginakonun ən yaşlı baş direktoru Yan MakMasterin gizləndiyi yeri tapır və onu öldürür.
Vətəndaş müharibəsi/Təşəbbüs
Vətəndaş Müharibəsi zamanı Nataşa Romanova, Dəmir adam tərəfindən rəhbərlik edilən Superqəhrəman Qeydiyyat Aktı tərəfdarlarının toplandığı dəstəyə qoşulur.[40] Bundan sonra qeydiyyatdan keçən Nataşa yenidən formalaşdırılmış Qisasçılar dəstəsinə qoşulur. Q.A.L.X.A.N. direktoru Nik Fyurinin öldürüldüyü geman edilir, onun köməkçisi Mariya Hill isə iş qabiliyyətini itirir və buna görə də təşkilatda onlardan sonra ən yüksəkrütbəli personal olan Nataşa bir müddət rəhbərliyi ələ almalı olur.
Bir müddət sonra Toni Stark mərhum Kapitan Amerikanın qalxanını təhlükəsiz yerə aparmağı Nataşaya etibar edir. İşə onun keçmiş sevgilisi olan Baki Barns – Qış əsgəri qoşulur və qalxanı oğurlayır. Barnsı Qırmızı Kəllənin köməkçilərindən xilas edən Nataşa və Şahin onu Q. A. L. X. A. N. ofisinə çatdırırlar. Helikarryerdə Stark Baki ilə danışaraq onu yeni Kapitan Amerika olmaq üçün yola gətirir. Bundan sonra Q. A. L. X. A. N. tərəfindən geri çağırılana kimi Nataşa bir müddət Bakinin köməkçisi kimi çalışır.[41] Bundan sonra Şahin və Baki ilə final döyüşündə Qırmızı kəlləyə qarşı gücünü birləşdirən Nataşa, Şeron Karterin xilas edilməsində iştirak edir.[42] Nataşa və Baki arasında romantik münasibətlər bərpa olunur. Bir müddət sonra Nataşa Heraklın ələ keçirilməsində mühüm rol oynayır.[43] Tezliklə Nataşa Qisasçılarla birlikdə skrulların müdaxiləsinə qarşı mübarizə aparmağa başlayır.[44] Bundan sonra o, Bakinin partyoru olaraq qalır.[45] O, həm də keçmiş direktor Mariya Hillə xüsusi məlumatlar formasını Bakiyə çatdırmağa kömək edir.[46]
Kölgə ilə danışması zamanı məlum olur ki, Yelena başqa kiməsə işləmiş ola bilər və hətta özünü Yelena kimi təqdim edən başqa biri də olması mümkündür. Daha sonra o, Nik Fyuri ilə xüsusi xətt vasitəsilə əlaqə saxlayır.[48]
Osborn yeni İldırımsaçanlara tapşırıq verərək, köhnə İldırımsaçanlardan olan Nəğməkar quşu öldürməyi tapşırır, Yelena Belovaya isə dəstəyə rəhbərlik həvalə olunur. Nəğməkar quşun Osborn və onun əməliyyatlar haqqında informasiyaya maik olduğunu düşünən Nik Fyuri isə Belovaya onun xilas edilməsini tapşırır. Yelena Nəğməkar quşu tapır və ona danışır ki, əslində Belova maskası altında gizlənən Nataşa Romanovadır.[49] O, Nəğməkar quşu Fyuriyə çatdırmağa çalışsa da, İldırımsaçanlar onların izinə düşürlər.[50] Məlum olur ki, özünü Nik Fyuri kimi qələmə verən Osborn uzun müddət Nataşa və İldırımsaçanların işini idarə etməyə çalışıb. Nataşa və Nəğməkar quşun edam edilməsinə qərar verilir, lakin, Qarışqa-adam, Hedsmen və Paladin onların qaçmasına şərait yaradırlar.[51]
Qəhrəmanlıq dövrü
"Heroic Age" hekayə xəttinin başlanğıcında Stiv Rocers Nataşanı Qisasçıların yeni qanadı olan "Gizli Qisasçılar" dəstəsinə cəlb edir. İlk missiyasında Valkiriya ilə Dubaya gedən Nataşa, təhlükəli hesab edilən artefaktı oğurlayaraq Bədheybətin tədqiq etməsi üçün ABŞ-yə gətirir.[52]"Coppelia" hekayə xəttində özünün "Balaca rəqqasə" adlı kiçik klonu ilə qarşılaşan Nataşa, onu silah alverçilərinin əlindən xilas edir.[53]
Qorxunun özü
"Fear Itself" hekayə xəttində Qara dul və Sapsan, RapidonunMarsel Kafedralında əsri saxladığı şəxsləri azad etmək üçün missiyaya göndərilir. Rapido və onun köməkçiləri Parisdəki qarışıqlıqdan istifadə edərək Fransanın atom silahı ehtiyatlarını oğurlamağa çalışırlar.[54]
Dünyanın sonları
"Ends of the Earth" hekayə xəttində Doktor Osminoqun planını həyata keçirməsindən sonra, Nataşa Məşum AltılığınQisasçıları məğlub etməsindən[55] sonra sağ qalmış üç qəhrəmandan biri olaraq Gümüş samur və Hörümçək-adama qoşularaq Altılığı izləməyə başlayır.[56] Sonradan Nataşa ilə əlaqə saxlayan Titan adam Doktor Osminoqun Hörümçək-adamın bütün düşmənlərini onlara qarşı yönləndirməyi planlaşdırdığını xəbər verir.[57] Müvəqqəti olaraq Osminoqun təsiri altına düşən Nataşa və Şahingöz Dəmir adam tərəfindən məğlub edilir.[58]
Dünya-1610-un dağılması ərəfəsində Dünya 616-nın evakuasiya olunmasına qərar verilir. "Last days" hekayə xəttinfə Qara Dul və Kapitan Amerika hündür göydələnin damında duraraq son dəfə dünyaya baxırlar. Kapitan Nataşaya mütləq xilas eidlərək kömək gəmisinə mindirilməli olan insanların siyahısını verir. Tapşırıqdan narahat olan Nataşa Semlə danışıq zamanı ona deyir ki, siyahıdakıların hamısını xilas etməyə vaxt çatmaya bilər, Sem isə onun tapşırığının əsas məğzinin mümkün qədər çox insan xilas edilməsi olduğunu deyir.[60]
Fleşbeklərdə Soyuq müharibə dövründə Nataşanın Qırmızı otaqda təlimləri bitirdikdən sonra ilk missiya olaraq Kubaya göndərilməsi təsvir edilir. Burada o, Raul Kastro rejiminin təhlükəsi altında olan və Rusiya üçün həyati əhəmiyyət daşıyan Komienza ailəsini tapmalıdır. O, Marina adlı digər bir Qara dulla görüşməli və rusiyalı işgüzar qadın kimi özlərini təqdim etməlidirlər. Nataşa Kubada işin gedişi haqqında məlumat vermək üçün Qırmızı otaqdan olan zabitlə görüşərkən ona daha bir tapşırıq verilir: bildirilir ki, Marina vətəndaş həyatına çox alışıb və həm Nataşa həm də sistem üçün təhlükəyə çevrilib. Buna görə də, onu aradan qaldırmaq lazımdır.[61]
Gizli imperiya
"Secret Empire" hekayə xəttində Kapitan Amerikanı ələ keçirərək beyin yuması həyata keçirən HİDRA ABŞ-nin böyük bir hissəsinə nəzarəti ələ alır. Nataşa Romanova isə bu işğala qarşı gizli fəaliyyət dəstəsinə qoşulur. Qırmızı Kəllənin klonu bu məqsədlə Kosmik Kubu tədqiq edən alim Kobiki istifadə edir.[62] Şahingöz Kubun qalıqlarını ələ keçirmək üçün Herakl və Civədən ibarət dəstə yaradır, Nataşa isə düşünür ki, Rocers istifadə edilməkdənsə ölməyi üstün tutardı və onu öldürməyə çalışır. Bundan sonra Nataşa görür ki, Çempionlar onun yolu ilə gedirlər və Qırmızı otağa oxşar təlim mərkəzi yaradır.[63] Nataşa snayper atəşi ilə Rocersi öldürməyə çalışarkən ona Maylz Morales və Ulisses mane olur.[64] Döyüş zamanı Nataşanın boynu sındırılır və o, ölür.[65] Sonradan əsl Kapitan Amerikanın qayıtması və HİDRA-nın məğlub edilməsinə baxmayaraq, Nataşa kimi, bir çox qurbanları qaytarmaq mümkün olmur.[66]
Nataşa Romanovanın klonu
HİDRA-nın dəstəyi ilə hakimiyyətə gələn diktatoru müşahidə edən Baki, bu qətldə Nataşanın dəst-xətini müşahidə edir və qatilin Qara dul olduğunu (əslində Yelena Belova) düşünür.[67]
Sonradan məlum olur ki, Qara dul proqramı orijinal Qara dulun (Nataşa Romanova) ölümündən sonra onun çoxlu klonlarını yaratmışdır. Proqramın sahibi Ursa Mayor pis proqram təminatından imtina edə bilmək üçün, Epsaylon Redi işə cəlb edir və Nataşa Romanovanın yaddaşını klonlardan birinə yükləyir. Qara dul proqramı klon qarşısına HİDRA və Q. A. L. X. A. N.-ın qalıqlarını məhv etmək tapşırığı qoyur.[68] Özünü Qış əsgəri və Şahingözə göstərən klon Orfan-meykeri öldürür. Qış əsgəri və Şahingözün müdaxiləsindən xilas olmaq üçün Qara dulun klonu onları Qırmızı otaqda təhlükəsiz yerdə həbs edir.[69] Sonradan klon yeni cəlb edilmiş Qara dullar arasında təbliğat apararaq onları rəhbərliyə qarşı çevirir, rəhbərləri öldürür, qızları və Epsaylon Redi azad edir. Hakimiyyət nümayəndələri gəldikdə, Nataşa Romanova adını qəbul edən klon Şahingözə məktub qoyaraq onu axtamamağı xahiş edir, Qış əsgərinə isə Qırmızı otağın sonunda ona qoşulmağı bildirir.[70]
"Infinity Countdown" hekayə xətti zamanı Qara dulun klonu Madripurda yenidən canlandırılmış Şimal porsuğunun ölü damla siqnalını izləyir.[71] O, başa düşür ki, Rosomaxa Kosmik Sonsuzluq Daşını onun öhdəsinə buraxıb. Klon, daşdan xilas olmaq istəyən Doktor Strenclə görüşür. Doktor Strenc əvvəl bu görüşdən qaçır. Çünki, bilir ki, onlar yaxınlaşsalar nə baş verəcək. Klon Sonsuzluq daşlarını saxlayanlardan birinə çevrilir. Doktor Strenc bütün saxlayıcılarla əlaqəyə girərək bildirir ki, daşları Tanos kimi təhlükələrdən qorumaq üçün "Infinity Watch"ın yenilənməsinin lazım olduğunu bildirir.[72]
Güc və bacarıqları
Nataşa Romanovanın səhhəti biotexnologiyalar nəticəsində möhkəmləndirilmiş[73], onun qocalma sürəti azaldılmış, xəstəliklərə qarşı davamlığı artırılmış və superinsan sürəti ilə sağalma bəxş edilmişdir. Həmçinin bu cür təkmilləşdirmə Nataşanın real keçmişini unudaraq implant xatirələri yadda saxlamasına imkan verir.
Orqanizmindəki ağ qan hüceyrələri onun bədənini bütün xəstəlik və mikroblara qarşı olmasa da, əksər virus və yad orqanizmlərə qarşı qoruyur. O, qızıl Olimpiya medalçısından daha cəlddir. Nataşa asanlıqla bədəninin tarazlığı, elastikliyi və çevikliyini idarə edə bilir.[74]
Romanova güclü intellektə malikdir.[75] O, psixoloji manipulyasiyaya fövqəltəbii meyilliliyə malikdir və əsl hisslərini ideal şəkildə gizlədə bilir. Stiv Rocers kimi, Nataşa da bir neçə informasiya axınını eyni zamanda istehlak etmək və tez dəyişən taktiki hallara dərhal reaksiya vermək qabiliyyətinə malikdir.[75]
Qara dul dünya səviyyəli atlet, gimnast, akrobat, müxtəlif mürəkkəb manevrlər etməyi bacaran hava akrobatı, əlbəyaxa döyüş (ciu-citsu[76], aykido[76], boks[76], cüdo[76], karate[76], savat[76], nincütsu[77], müxtəlif kunq-fu stilləri və kempo, həmçinin rus əlbəyaxa döyüş növü olan sambo) ustadı, atıcı və silah mütəxəssisi olmaqla yanaşı, geniş casus hazırlığı keçmişdir.[78] Nataşa həm də təcrübəli balerinadır.
Romanova təcrübəli taktikdir. O, çox effektli strateq, taktik və səhra komandiridir. Nataşa Qisasçılar dəstəsinə, həmçinin Q.A.L.X.A.N.-a rəhbərlik etmişdir.[75]
Silah təchizatı
Qara dul, SSRİ hərbçiləri və texnikləri tərəfindən kəşf edilmiş, sonradan Q. A. L. X. A. N. texnologiyaları əsasında təkmilləşdirilmiş müxtəlif silahlardan istifadə edir. Qara dulun biləklərində adətən xüsusi hazırlanmış qolbağlar olur və onlar "Qara dulun dişləməsi" (ing.Bite от Widow) adlandırılan elektrik enerjisi buraxırlar. Qolbağların buraxdığı enerji 30.000 volta qədər çata bilir. Qara dul həmişə üstündə "Dul kəndiri"nin (ing.Widow's Line) tutulması üçün qarmaq gəzdirir. Bununla yanaşı Qara dul gözyaşardıcı qaz və "Kiss or Kill" hekayə xəttində təqdim edilən "Dulun öpüşü" (ing.Widow's Kiss) adlandırılan, anında insana təsir edərək huşunu itirməsinə səbəb olan xüsusi qazdan istifadə edir.[75]
Qara dul kiçik metal disklərdən ibarət kəmərə malikdir. Həmin disklərin bəzisi içində partlayıcı maddə olan kiçik bombalar, digərləri isə xırda silahların gizlədilməsi üçün yerlərdir. Onun kostyumu xüsusi istehsal edilmiş sintetik-elastik materialdan hazırlanmışdır. Dizləri və əllərində yerləşən mikro əmicilər Qara dulun divar və tavanlara yapışmasına imkan verir.[75]
2006-cı ildə təqdim edilmiş "Homecoming" adlı qısa hekayə xəttində Nataşa döyüş zamanı bıçaqlar və odlu silahlardan da istifadə edir, həmçinin silahsız əlbəyaxa döyüşlərə də girişir. Bundan sonrakı hekayələrdə isə o, yenidən qolbağların istifadəsinə qayıdır. Sonradan Kapitan Amerika ilə birlikdə macəraları zamanı Qara dul "Dulun dişləməsi" əsasında hazırlanmış yeni odlu silah istifadə edir.[78]
Personajın Marvel Kainatı adlanan Dünya-616-da yaşayan əsas versiyası ilə yanaşı Multikainatda mövcud olan çoxlu alternativ versiyaları da vardır. Superqəhrəmanların bir neçə yüz il əvvəl peyda olmağa başladığı "Marvel 1602" dünyasında Nataşa təsirli super agent və "Avropanın ən təhlükəli qadını"dır. Əvvəlcə Mett Mördokla (Dəlisovun 1602-ci ildə yaşayan versiyası) ittifaq quran Nataşa, sonradan onu romantik münasibətləri olan Qraf Otto fon Duma satır.
"Secret Wars" hadisələrində Nataşa 1872-ci ildə Vəhşi Qərbdə Taymli adlı şəhərdə yaşayır. Burada Nataşa Barns Baki Barnsın dul həyat yoldaşıdır. Dövlət qulluqçusu olan Baki Barns isə müqavimət qüvvələrindən birinə rəhbərlik edən Fiskin adamları tərəfindən qətlə yetirilmişdir. Şerif Rocers tərəfindən həqiqəti öyrənənə kimi Nataşa həyat yoldaşının qətlində ABŞ-nin yerli əhalisini günahkar bilir.[79]
"Marvel Zombies" seriyasına daxil olan "Marvel Zombies vs. the Army of Darkness" komiksində Nataşa Romanova virusa yoluxmuş Qisasçılardan biridir. Səhnələrdən birində onun Yorkşir Teryeri növündən olan iti yediyi görünür. Sonradan Nataşa bir neçə yoluxmuş personajla birlikdə Gümüş sörfçüyə hücum edir.
"Ultimate Marvel" imprintinin yayımladığı komikslərdə Nataşa Romanova bu dünyada Qisasçıların analoqu olan Altimeytlər dəstəsinin üzvüdür. Burada o, Brayan Maykl Bendis tərəfindən yazılmış və Terri Mur tərəfindən rəsmləri çəkilmiş "Ultimate Marvel Team-Up No. 14" (iyun 2002) komiksində debüt etmiş, daha sonra isə Mark Millar və Brayan Hitç tərəfindən yaradılmış "The Ultimates" seriyasnın əsas personajlarından birinə çevrilmişdir. Nataşa Romanovanın Altimeyt versiyası həyat yoldaşı Aleksey Şostakovu qətlə yetirmiş qatil və casus kimi tanınır.[80]
Qara dulun solo macəraları xaric, digər fəaliyyəti əsasən Qisasçılar və Q.A.L.X.A.N.-da işlərlə əlaqəli olduğuna görə həmin dəstələrə daxil olan personajların hamısı Nataşanın yaxın ünsiyyətdə olduğu şəxslərdir. Nataşanın yaxın münasibət saxladığı ilk personaj Qış əsgəri — Baki Barnsdır. Bakinin Kapitan Amerika olduğu müddətdə onlar arasında romantik münasibət yaranır.
Qara dul həm də "Çempionlar" dəstəsinin təməlqoyanlarından biri və lideri olmuşdur.[81] Casus işlərində Nataşa tez-tez Al qırmızı Dinamonun köməyindən istifadə edir.[82] Uzun müddət Nataşanın sevgi marağı və döyüş partnyoru kimi Marvel Comicsin ən məşhur personajlarından biri olan Dəlisov çıxış edir.[83]Şahingöz və Nataşa arasında isə əvvəl partnyorluq sonra isə möhkəm dostluq münasibətləri olur.[84]
Düşmənləri
Qara dul həm tərkibində fəaliyyət göstərdiyi komandalar, həm də fərdi düşmənlərə malikdir. Onu öldürmək üçün göndərilmiş muzdlu qatil Qara Lotus obrazı ilk dəfə "Marvel Fanfare" #11 (noyabr 1983) nəşrində təqdim edilmişdir.[85] Qara dul kimi Nataşanın xələfi və böyük Rusiya vətənpərvəri olan Yelena Belova da uzun müddət Nataşa Romanova ilə düşmən münasibətində olmuşdur. Dəlisovla birgə macəraları zamanı Nataşa Rouz adlı psixotik-telepatik qatillə mübarizə aparmalı olur.[86]
Qara dulun müəyyən dərəcədə düşmən münasibətdə olduğu personajların bir neçəsi rus mənşəlidir və ya birbaşa Rusiya ilə əlaqəlidir. Həmin personajlardan ən əsas keçmiş KGB agenti olan Qırmızı keşikçidir.[87] Keşikçi ilə yanaşı Nataşaya qarşı uzun müddət mübarizə aparmış qadın personaj — Dəmir qız da Rusiya ilə əlaqəlidir. Belə ki, Nataşanın ABŞ-yə köçüb Q. A. L. X. A. N.-da işləməyə başlamasından sonra Rusiya hökuməti onun aradan götürülməsi üçün muzdlu qatil olan Dəmir qızı ABŞ-yə göndərirlər.[88]
Digər mediada
Televiziya
1975-ci ildə Enci Boui tərəfindən yaradılmış teleserialda personaj da onun özü tərəfindən canlandırılmış və Ben Karruters tərəfindən canlandırılmış Dəlisovla birlikdə çıxış etmişdir. Lakin, heç bir studiya işi öhdəsinə götürmək istəmədiyinə görə, layihə davam etdirilməmişdir.[89]
"Marvel Superqəhrəmanları" animasiya serialında görünən personaj Marqaret Qriffin tərəfindən səsləndirilmişdir.[90]
"Ultimate Spider-Man: Web Warriors" animasiya serialında Lora Beyli yenidən rolunu təkrarlamışdır.[94][96] Bu serialda Qara dul "Avenging Spider-Man, Part 1 and 2" və "Contest of Champions, Part 2" serialarında görünür.
2004-cü ildə Lionsgate Entertainment personajın Nataşa Romanova versiyasının iştirakı ilə istehsal ediləcək "Qara dul" filminin ssenari yazılması mərhələsində olduğunu və ssenari üzərində Devid Hayterin çalışdığını bildirir.[101] Sonradan Lionsgate layihədən uzaqlaşır.[102]
Yohansson Romanova rolunda "Dəmir adam 2" filmində (2012) debüt etmişdir.[103] Personajı ilkin olaraq Emili Blantın canlandırması nəzərdə tutulsa da, iş qrafikindəki problemlə əlaqədar olaraq rol, Yohanssona verilmişdir.[104]
2010-cu ilin sentyabrında Kevin Fayqi Qara dul haqqında solo filmin istehsalına maraqlı olduğunu bildirmiş[112], 2014-cü ildə isə filmin inkişafına başlanılmışdır.[113] Filmin ssenarisinin işlənməsi Jak Şaffer və Ned Bensona həvalə olunmuşdur.[114][115] 2018-ci ilin iyulunda Keyt Şortlendin rejissor olacağı[116], Yohanssonun isə prodüserlik edəcəyi bildirilmişdir.[117] Daha əvvəl isə Nil Marşal filmin rejissorluğuna maraqlı olduğunu bildirmişdir.[118]
Qara dul 2004-cü ildə çıxarılmış "Punisher" video-oyununda rol almışdır.[123] Oyun səviyyələrindən birində peyda olan Qara dul oynanılmayan personaj kimi Cəzalandırıcı ilə birlikdə döyüşür. Oyunda Qara dul Saffron Henderson tərəfindən səsləndirilmişdir.[94]
"Marvel: Ultimate Alliance" video-oyununda Qara dul Nika Futterman tərəfindən səsləndirilmişdir.[94] Oyunun PlayStation Portable (PSP) versiyasında Qara dul oynanılan eksklüziv personaj, qalan versiyalarda isə oynanılmayan personajdır. Oyunun PC üçün modifikasiya edilmiş versiyasında personaj oynanılandır.
Qara dul "Ultimate Marvel vs Capcom 3" seriyasından "Heroes vs Heralds" kartlarında görünür. Şahingözün Al qırmızı gürzəni məğlub etməsindən sonra o deyir "Qara dul, sən yox."[128]
"Lego Marvel Super Heroes" oyununda oynanılan personaj olan Qara dul Lora Beyli tərəfindən səsləndirilmişdir.[136] O, hekayənin əsas qəhrəmanlarından biridir.
"Marvel Avengers Alliance Tactics" oyununda Qara dul oynanılan personajdır.[137]
"Vətəndaş müharibəsi" hadisələrinin nəsr formatında roman uyğunlaşdırmasında Qara dul əsas personajlardan biridir.[155]"Qisasçılar: Altron dövrü" filmi ilə əlaqəli "Qisasçılar: Hamı dünyanı idarə etmək istəyir" romanında Qara dul da rol almışdır.[156]
Qəbulu
"Wizard" jurnalının Ən böyük komiks personajları siyahısında Qara dul 176-cı yerdə qərarlaşmışdır.[157] Qara dulu "Bütün zamanların ən böyük komiks personajları"[158] və "Top 50 Qisasçılar"[159] siyahısında 74-cü yerdə qərarlaşdıran IGN qeyd edir ki, "harda casusluq və gizli razılaşma var, Qara dulun peyda olub hamını xilas edəcəyini gözləyin.""Comics Buyer's Guide"ın Komikslərdə ən seksual qadın personajlar siyahısında Qara dul 31-ci yerdə qərarlaşdırılmışdır.[160]
↑ 123Carson, Lex. "Daredevil and the Black Widow: A Swinging Couple of Crimefighters". Back Issue!. TwoMorrows Publishing (45). December 2010: 31–38.
↑Walker, Karen. "'We'll Keep on Fighting 'Til the End': The Story of the Champions". Back Issue!. Raleigh, North Carolina: TwoMorrows Publishing (65). July 2013: 17–23.
العلاقات الإثيوبية البليزية إثيوبيا بليز إثيوبيا بليز تعديل مصدري - تعديل العلاقات الإثيوبية البليزية هي العلاقات الثنائية التي تجمع بين إثيوبيا وبليز.[1][2][3][4][5] مقارنة بين البلدين هذه مقارنة عامة ومرجعية للدولتين: وجه المقارنة إثيوبي
Persoonia Persoonia levis Classificação científica Reino: Plantae Divisão: Magnoliophyta Classe: Magnoliopsida Ordem: Proteales Família: Proteaceae Género: Persoonia Distribuição geográfica Espécies Ver texto. Outros projetos Wikimedia também contêm material sobre este tema: Imagens e media no Commons Diretório no Wikispecies Commons Wikispecies Persoonia é um género botânico pertencente à família Proteaceae.[1] Referências ↑ Weston, Peter H. «Genus Persoonia». Royal Bo...
Bagian dari seri artikel mengenaiMekanika klasik F → = m a → {\displaystyle {\vec {F}}=m{\vec {a}}} Hukum kedua Newton Sejarah Garis waktu Cabang Benda langit Dinamika Kinematika Kinetika Kontinuum Statika Statistika Terapan Dasar Asas D'Alembert Daya mekanik Energi kinetik potensial Gaya Impuls Inersia / Momen inersia Kecepatan Kelajuan Kerangka acuan Usaha mekanik Kerja maya Massa Momen Momentum Momentum sudut Pasangan Percepatan Ruang Torsi Waktu Rumus padding-bottom:0.5...
BlockersPoster filmSutradara Kay Cannon Produser Evan Goldberg Seth Rogen James Weaver Jon Hurwitz Hayden Schlossberg Chris Fenton Ditulis oleh Brian Kehoe Jim Kehoe Pemeran Leslie Mann Ike Barinholtz John Cena Penata musikMateo MessinaSinematograferRuss AlsobrookPenyuntingStacey SchroederPerusahaanproduksi Universal Pictures[1] Good Universe[1] Point Grey Pictures[1] Hurwitz & Schlossberg Productions[1] DMG Entertainment[1] DistributorUnivers...
Unclassified Indo-Iranian language spoken in Pakistan BadeshiBadeshi written in the Arabic scriptNative toPakistanRegionBishigram Valley, ChailNative speakers3[1] (2018)Language familyIndo-European Indo-Iranian(unclassified)BadeshiWriting systemArabic script,[2] words also transcribed in Latin scriptLanguage codesISO 639-3bdzGlottologbade1240 Badeshi is an unclassified Indo-Iranian language spoken in northern Pakistan.[3] The language is critically endangered and ...
Dieser Artikel behandelt eine Berliner Zeitung. Zum Begriff Tagesspiegel siehe auch Tagespolitik. Tagesspiegel Beschreibung Tageszeitung Sprache Deutsch Verlag Verlag Der Tagesspiegel GmbH (Deutschland) Hauptsitz Berlin Erstausgabe 27. September 1945 Erscheinungsweise täglich Verkaufte Auflage 100.504[1] Exemplare (IVW 3/2023, Mo–So) Reichweite 0,30 Mio. Leser (MA 2019 II) Chefredakteure Lorenz MaroldtChristian Tretbar Herausgeber Stephan-Andreas CasdorffGiovanni di L...
1936 film by Arthur Lubin YellowstoneVideo cover of 1936 movie YellowstoneDirected byArthur LubinWritten byJefferson Parker&Stuart PalmerHouston BranchBased onstory by Arthur PhillipsProduced byVal Paul (associate producer)StarringHenry HunterJudith BarrettAndy DevineCinematographyMilton R. KrasnerEdited byMaurice WrightMusic byClifford VaughanProductioncompanyUniversal PicturesDistributed byUniversal PicturesRelease date September 1, 1936 (1936-09-01) (United States) &...
SipoholonKecamatan Ikon Kecamatan Sipoholon Kantor Kecamatan SipoholonPeta lokasi Kecamatan SipoholonNegara IndonesiaProvinsiSumatera UtaraKabupatenTapanuli UtaraPemerintahan • CamatLuhut MarbunPopulasi (2020)[1] • Total24.156 jiwa • Kepadatan128/km2 (330/sq mi)Kode pos22452Kode Kemendagri12.02.04 Kode BPS1205050 Luas189,20 km²Desa/kelurahan13 desa1 kelurahan Sipoholon adalah sebuah kecamatan di Kabupaten Tapanuli Utara, Sumatera Uta...
2002 Chinese film Pretty Big FeetposterTraditional Chinese美麗的大腳Simplified Chinese美丽的大脚Literal meaningBeautiful Big FeetHanyu PinyinMěilì de dà jiǎo Directed byYang YazhouWritten byLi WeiStarringNi PingYuan QuanSun HaiyingXu YajunYang JiaheCinematographyWang XiaomingMusic byZhao JipingProductioncompaniesXi'an Film StudioChina Television MediaRunning time103 minutesCountryChinaLanguagesLanyin Mandarin, Standard Mandarin Pretty Big Feet, released in the United States...
Denkmal in Wulsdorf Die Luftangriffe auf Wesermünde waren alliierte Luftkriegsoperationen im Zweiten Weltkrieg auf die Stadt Wesermünde. Inhaltsverzeichnis 1 Hintergrund 2 Luftschutz 3 Bombardierungen 4 Einzelnachweise Hintergrund Wesermünde wurde 1924 als kreisfreie Stadt in der preußischen Provinz Hannover durch die Vereinigung der Städte Lehe und Geestemünde gebildet. Die Stadt, zu der seit 1939 auch Bremerhaven (heute Stadtteil Mitte) gehörte, wurde 1947 in das Land Bremen eingegli...
Ellen ArthurIbu Negara Amerika SerikatPendahuluLucretia Rudolph GarfieldPenggantiFrances Cleveland Informasi pribadiLahir(1837-08-30)30 Agustus 1837Culpeper Court House, Virginia, Amerika SerikatMeninggal12 Januari 1880(1880-01-12) (umur 42)New York, New York, Amerika SerikatSuami/istriChester A. ArthurSunting kotak info • L • B Ellen Lewis Herndon Arthur (30 Agustus 1837 – 12 Januari 1880) adalah istri dari Presiden Amerika Serikat ke-21, Chester A. Arthur....
River in SloveniaBačaLower course of the BačaLocationCountrySloveniaPhysical characteristicsMouth • locationIdrijca • coordinates46°08′41″N 13°46′00″E / 46.1447°N 13.7667°E / 46.1447; 13.7667Length22 km (14 mi)Basin featuresProgressionIdrijca→ Soča→ Adriatic Sea The Bača (pronounced [ˈbaːtʃa]) is a river in northwestern Slovenia with a length of 22 km (14 mi).[1] ...
Степенева матриця — в математичній теорії графів це діагональна матриця, яка містить інформацію про степінь кожної вершини. Використовується разом із матрицею суміжності для конструювання матриці Кірхгофа (матриці Лапласа) для графу. Зміст 1 Визначення 2 Приклад 3 По...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Dallas Records – news · newspapers · books · scholar · JSTOR (June 2022) (Learn how and when to remove this template message)Croatian record label Dallas RecordsFounded1994 (1994) (in Croatia)[1]FounderGoran LisicaCountry of originCroatiaLocationZa...
1989 novel by John Banville The Book of Evidence Cover of the first editionAuthorJohn BanvilleCountryIrelandLanguageEnglishPublisherSecker & WarburgPublication date1989Media typePrint (Hardcover & Paperback)Pages224 pp (hardcover)ISBN0-436-03267-8OCLC45363983Dewey Decimal823/.914 21LC ClassPR6052.A57 B36 2001Followed byGhosts The Book of Evidence is a 1989 novel by John Banville. Many of the characters in The Book of Evidence appear in the 1993 sequel Ghosts. Prem...
Центральна бібліотека імені Лесі Українки м. Херсона 46°38′43″ пн. ш. 32°36′22″ сх. д. / 46.64530000002777399° пн. ш. 32.60620000002777630° сх. д. / 46.64530000002777399; 32.60620000002777630Координати: 46°38′43″ пн. ш. 32°36′22″ сх. д. / 46.64530000002777399° пн. ш. 32.60620000002777630...
Businessman Dmitry YakubovskiyДмитрий ЯкубовскийPersonal detailsBornDmitry Olegovich Yakubovskiy (1963-09-05) September 5, 1963 (age 60) Bolshevo, Korolev, Moscow Oblast, RSFSR, USSRCitizenshipUSSR, Russia, BulgariaEducationKutafin Moscow State Law University RANEPA Finance University under the Government of the Russian Federation Saratov Orthodox Theological Seminary [ru]OccupationLawyer, advocate, entrepreneur, university lecturerAcademic degreeDoctor of S...
У этого термина существуют и другие значения, см. Права человека (значения). ПравоТеория Естественные и законные права Права требования и права свободы Отрицательные и положительные права Индивидуальные и групповые права Подразделы прав человека Три поколения Гражданс...