Görünməz qadın

Görünməz qadın
ing. Invisible Woman
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi "Fantastik dördlük" #1 (noyabr, 1961)
Yaradıcı(lar) Sten Li
Cek Körbi
Xüsusiyyətlər
Əsl adı Suzan "Su" Storm Riçards
Doğum yeri Qlinvil, Lonq adası, Nyu York
Cinsiyyəti qadın
Boyu 168 sm
Çəkisi 54 kq
Göz rəngi göy
Saç rəngi sarı
Növü insan
Vətəndaşlıq
Komiks bioqrafiyası
Üzvlükləri Fantastik dördlük
Leydi Xilaskarlar
Qisasçılar
Gələcək Fondu
Fantastik dördlük Anonim
Partnyorları Mister Fantastik
Düşmənləri Doktor Dum, Qalaktus
Ləqəbləri Kapitan Kainat, Qəzəb, Su
Gücləri görünməzlik, güc qalxanı yaratmaq, cisimləri görünməz etmək

Görünməz qadın (ing. Invisible Woman) — Marvel Comics tərəfindən 1961-ci ildə yaradılan super qəhrəman personajı. İlk dəfə 1961-ci ilin iyununda "Fantastik dördlük" komiksinin ilk sayında peyda olmuşdur.

Nəşr olunması

"Fantastik dördlük" #1 (noyabr, 1961). Suzan ilk zamanlar Görünməz qız adı ilə çıxış edirdi.

Görünməz qadın 1961-ci ildə Sten Li və Cek Körbi tərəfindən Fantastik Dördlüyün qurucu üzvlərindən biri kimi yaradılır. Lakin yaradıldığı zaman sadəcə görünməzlik gücünə sahib idi. Bu sonradan dəyişəcək, personaja yeni güclər əlavə olunacaqdı.

O dövrün komiks dünyasında sadəcə görünməz olmaq yetərsiz kimi görünürdü. Həm də Sten Li orijinal fikri bu gücü klassik şəkildə işləmək idi, yəni personaj görünməz olmaq üçün paltarları da çıxarmalı idi. Amma bunun bir az erotik görsənəcəyini düşünən Sten Li fikrini dəyişdirərək məsələni Suzanın xüsusi paltarı ilə həll edir.

Sadəcə görünməz olmaq personajın digər komanda yoldaşları arasında sönük və passiv qalmasına səbəb olur. Buna görə 1964-cü ildə artıq o, qravitasiya sahələri yaratmaq, cisimləri görünməz etmək güclərinə sahib olur. Buna baxmayaraq Con Birn yaradıcı heyətə qatılana qədər Görünməz qadının komandadakı rolu dəyişmir. Conun yazıçılığı dövründə Suzan daha qərarlı və özünə inanan biri olmaqla yanaşı, güc və bacarıqları da artır.

Bioqrafiya

İlk illəri

Suzan Lonq adasında Franklin və Meri Stormun qızı kimi anadan olur. Conni adlı qardaşı da Fantastik Dördlüyün üzvü olacaqdır. Atası Franklin məşhur cərrahdır, amma ailədə işləri yaxşı getmir. Suzan daha sonra atası ilə anasının daima dava etdiklərini, onu isə sanki görmədiklərini deyəcəkdir.

Franklin Meri ilə bir iş yeməyinə gedərkən yolda ağır qəzaya uğrayır və Meri ölümcül yaralanır. Franklinə bir şey olmur, Merini xilas etməyə çalışır, lakin onda alınmır. "Həyat yoldaşımı xilas belə edə bilmədim, bir işə yaramıram" deyib cərrahlığı buraxır, qumara başlayır. Franklin borclanır, borcu olduğu mafiya adamlarından birini səhvən öldürüncə həbsxanaya girir. Suzandan onu ziyarət etməməsini və Conniyə öldüyünü söyləməsini istəyir. Buna görə Suzan insanlara asan güvənməyən bir insan kimi böyüyür.

Atasının həbsdə olmasına görə xalasında yaşamağa məcbur olur. Bu zaman ilk dəfə 17 yaşında (əslində 12, daha sonra uzadılır) Rid Riçards ilə tanış olur. Rid kollecdə təhsil alır, ağıllı və dahidir. Su isə məktəbin üzgüçülük komandasının kapitanıdır. Kaliforniyaya gedir, aktrissa kimi işləyir. Amma həyatını yenə Rid dəyişir.

Rid Riçards kosmik gəmi layihəsi üzərində işləyir, amma dövlət büdcə ayırmağı dayandırır. Buna görə prototip bir gəmi ilə test uçuşu reallaşdırmaq, beləcə də dövlətin diqqətini cəlb etmək istəyir. Suzana bu uçuşda birlikdə iştirak etməyə dəvət edir. Suzan təklifi həvəslə qəbul edir, hətta qardaşı Conni və pilot Benin də uçuşda iştirak etməsinə təkid edir.

Test uçuşunda heyət kosmosda radiasiyaya məruz qalır. Geri qayıdanda Suzan digərləri kimi özündə dəyişikliklər hiss edir və görünməz ola bildiyini görür. Fantastik dördlük komandasını qururlar və özünü Görünməz qız adlandırır.[1]

Fantastik dördlük

Şeyə çevrilən və özünü çirkin adlandıran Beni komandada saxlanılmasında, qardaşı Conniyə nəzarət edilməsində vacib rol oynayır. Lakin komandanın lideri və əri Rid Riçardsın kölgəsi altında qalır. Rid onun hər səhvini kinayə ilə dilə gətirir.

Komanda ilk qərargahını Manhettendəki Bakster binasına qurdukdan sonra ilk düşmənləri olan Mol-adam[2] (o dövrdə super cinayətkarların çoxu radiasiya təhdidi daşıyırdı) ilə qarşılaşırlar. Həbsxanadan qaçan Franklin Mol-adam tərəfindən yaralanan Suzanı əməliyyat edir. Həbsxanaya geri qayıtmadan qızı ilə arasını düzəldir. Franklin daha sonra Fantastik Dördlüyün Super Skrul ilə döyüşündə həyatını fəda edəcəkdir.[3] Onun ölümü ilə Suzanın ailəsi kimi sadəcə Fantastik dördlük qalır.

Personaj dialoqları ilə dəstəkləyici olsa da, super qəhrəman kimi çox passivdir. Həmin dövrdə "qadın çox qabağa çıxmaz" anlayışına görə qardaşının və ərinin kölgəsində qalırdı. Bir neçə dəfə Namorla münasibətlər yaşayır, amma komandanı tərk etmir.

Sonda Görünməz qız və Mister Fantastik evlənməyə qərar verirlər. Toylarına bir çox super qəhrəman, hətta super cinayətkar qatılır. Toydan az müddət sonra ilk uşağına hamilə qalır.[4] Buna görə komandanı tərk etməli olur və yerini Conninin sevgilisi və Qeyri-insan olan Kristala verir. Kristal komandada yaxşı işlər çıxarır.[5][6]

Suzanın qanındakı radiasiyanın uşağına zərər verəcəyi məlum olur. Buna görə Mister Fantastik, Məşəl-adam və Şey Neqativ zonaya səyahət edirlər. Neqativ zona Rid Riçards tərəfindən kəşf edilmiş anti-maddə zərrəciyindən ibarət bir boşluqdur[7] və bir müddət SHIELD tərəfindən həbsxana kimi istifadə olunmuşdur. Neqativ zonanın idarəçisi Annixilus Suzanın atasının şərəfinə Franklin adlandırılmış[8] və yenicə doğulmuş uşağı ələ keçirmək istəyir, çünki uşaq inanılmaz güclərə sahibdir. Annixilusun nəzarətində Franklinin gücü artır, amma Rid müdaxilə edərək Franklinin zehnini bağlayır. Bu hadisələrdən bezən Suzan uşağını götürüb komandanı və Ridi tərk edir, yerinə başqa qeyri-insan olan Meduza gəlir. Amma Namorun köməyi ilə Rid ilə Suzan yenidən barışır, Su komandaya qayıdır.[9]

Qəzəb

Tezliklə Suzan ikinci uşağa (qız) hamilə qalır, amma uşaq ölü doğulur. Buna görə Suzan uzun müddətli depresiyaya girir. Bundan yaralanan super cinayətkar Psixo-adam onun zehnini ələ keçirir, bütün güclərinə sahib olur. Qəzəb adı ilə Suzan özünə nəzarət edə bilmədiyindən Fantastik Dördlüyün iqamətgahına hücum edir.

Şi-Halk və Məşəl-adama[10] asanca qalib gələn Qəzəbin içindəki Görünməz qız Rid güclə çəkib çıxarır. Bir səhnədə hətta Rid Suzana şillə vurur. Özünə gələn Suzan adını Görünməz qızdan Görünməz qadına çevirir.[11] Bunu da bilir ki, Qəzəb onun içində hələ də qalmışdır. Bəzi döyüşlərdə Görünməz qadın özünə hakim olmayaraq Qəzəbə çevrilir. Hətta Sonsuzluq müharibəsi hadisəsində Qəzəblə döyüşüb onu məğlub edir.

Görünməz qadın yaşadıqlarının heyfini Psixo-adamdan çıxarır. Qızının ölmədiyini öyrənir. Gələcəyə gedən oğlu Franklin qızını xilas edərək başqa paralel dünyaya göndərmişdir. Bu paralel dünyada qız Suzan və Fantastik Dördlüyün böyük düşməni Doktor Dumun övladıdır. Səl adı Valeriya von Dum, ləqəbi Marvel qız olan bu qız daha sonra Görünməz qadını depresiyadan xilas edəcəkdir.

Müxtəlif macəralardan sonra Valeriya uşaq kimi Suzanın rüşeyminə dönür və Doktor Dumun köməyi ilə doğulur. Doktor Dum qıza Valeriya adını verir, onun köməyi ilə Fantastik dördlük haqqında xəbərlər alır. Amma sonda Fantastik dördlük Doktor Duma qalib gəlir.

Gücləri

İlk illərdə ancaq görünməzlik qabiliyyətinə sahib idi. Amma passiv görsənməməsi üçün gücləri şişirdilir, Qəzəbdən sonra daha da şişirdilir. Con Birnin yaradıcı heyətə daxil olmasından sonra Suzan qravitasiya sahələri yaradaraq maddəni hava yolu ilə təsir edəcəyini öyrənir. Ancaq özünü deyil, cisimləri və insanları da 1000 m2 sahədə görünməz edə bilir. Bunu zehin gücü ilə, işığın dalğalarını dəyişərək edir. Görünməz cisimləri görünür edə bilir.

Görünməz qadın psixoloji sahələr yaradıb onları idarə etmək bacarığına da sahibdir. Bundan qalxan yaratmaq üçün istifadə edir. Qalxanların sərtliyini və yumuşaqlığını artırıb azalda bilir. Bu qalxanları şəffaf və ya da müəyyən şüaları keçirməyəcək şəkildə, məsələn lazer şüalarına qarşı davamlı şəkildə yarada bilir.

Su psixi sahələrin köməyi ilə barikada, konus, silindir, disk, qübbə, platforma, sürüşkən və ya da kürə şəkilləri yarada bilir. Bu şəkilləri silaha çevirir. Qatı güc şəkillərini iynə qədər çox kiçik və ya 30 metr hündürülüyündə çox böyük yaratmaq qabiliyyətinə sahibdir. Lakin bu işi görə bilməsi üçün böyük diqqət toplamalıdır. Əgər diqqəti dağılsa çəkdiyi zəhmət də puç olar.

Bir cismin işində qravitasiya sahəsi yaradıb cismi partlada bilir. Yaratdığı şəkillərin üzərində gəzə bilir, bir növ uçmağı bacarır. Dəmir yumruqdan döyüş təlimi də almışdır. Şey və Şi-Halk da ona döyüş təlimi vermişdirlər.

Digər mediada

Filmlər

Cessika Alba "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" (2007) filmində Görünməz qadın kimi.

Görünməz qadın Fantastik dördlük ilə sıx bağlı olduğundan film dünyasında da Fantastik dördlük filmlərində görünmüşdür. İlk çəkilən film 1994-cü il istehsalı "Fantastik dördlük" filmi olmuşdur. Burada Görünməz qadını Rebekka Stab oynamışdır. Amma aşağı büdcə ilə çəkilən filmin nə keyfiyyəti, nə də senarisi uğur qazanmışdır. İlk müasir Fantastik dördlük filmi 2005-ci ildə çəkilmişdir. Filmdə Görünməz qadın rolunu Cessika Alba ifa etmişdir. 2008-ci çəkilən davam filmi "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmində də o bu rolda oynamışdır. Filmdə Suzan personajı Riçards ilə evlənmiş, hətta komandanı tərk etmək belə istəmişdilər.

2015-ci ilin avqustunda yeni "Fantastik dördlük" filmi kinoteatrlarda göstərilməyə başlanılacaqdır. Yaradıcı heyəti dəyişən film hadisələri yenidən ələ alınacaq, personajların güclərini necə qazandıqları göstəriləcək. Bu filmdə Görünməz qadın rolunu Keyt Mara oynayacaqdır.[12][13]

Televiziya

  • "Fantastik dördlük" (1967)
  • "Fantastik dördlük" (1978)
  • "Fantastik dördlük" (1994)
  • "Hörümçək-adam" (1994)
  • "Fantastik dördlük: Dünyanın ən böyük qəhrəmanları" (2006)
  • "Super qəhrəman heyət şousu"[14] (2009)
  • "Qisasçılar: Yerin ən qüdrətli qəhrəmanları" (2010)
  • "Halk və SMASH cəsusları" (2013)

Video oyunlar

  • "Spider-Man Animated Series" (1995)
  • "Marvel: Ultimate Alliance" (2006)
  • "Marvel: Ultimate Alliance 2" (2009)
  • "Marvel Super Hero Squad" (2009)
  • "Marvel Super Hero Squad Online" (2011)
  • "LittleBigPlanet" (2008)
  • "Marvel Super Hero Squad: Comic Combat" (2011)
  • "Pinball FX 2" (2012)
  • "Marvel: Avengers Alliance" (2012)
  • "Marvel Heroes" (2012)
  • "Lego Marvel Super Heroes" (2013)

İstinadlar

  1. Fantastic Four #1
  2. Fantastic Four #2
  3. Fantastic Four Annual #6
  4. Fantastic Four Annual #5
  5. Fantastic Four #83–100
  6. "Marvel.com". 2011-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-18.
  7. Fantastic Four #267–268
  8. Fantastic Four #149
  9. Fantastic Four #326
  10. Fantastic Four #280–281
  11. Fantastic Four #284
  12. "Fox is Rebooting Fantastic Four". Superhero Hype. 2010-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-12.
  13. "Comics Continuum by Rob Allstetter: Tuesday, September 1, 2009". Comicscontinuum.com. 2009-09-01. 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-12.
  14. "Comicscontinumm". 2012-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-18.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!