"The Verge" (ingilis dilindən – "hüdud") — ABŞ kompüter, qadcet və həyat tərzi veb saytı. 1 noyabr 2011-ci ildə fəaliyyətə başlayan sayt "Vox Media" holdinqinin bir hissəsidir.
"The Verge" ABŞ-nin 271-ci ən populyar veb-saytıdır və eyni zamanda qlobal miqyasda 615-ci yerdədir.[2]
Tarixi
2011-ci ilin aprelində "This Is My Next" adlı texnoloji bloq fəaliyyətə başlamışdır. Gündə 3-5 məqalə dərc edən sayt 1 milyona yaxın unikal ziyarətçi cəlb etməyə nail olmmuş və 23 avqust 2011-ci il tarixində görə məşhur IT saytları siyahısında 22-ci yerdə qərarlaşmışdı. Saytda məqalələrlə yanaşı, müntəzəm olaraq audio podkastlar da dərc olunurdu. 1 noyabrda "This Is My Next" fəaliyyətini dayandıraraq, öz yerini yaradıcıları Coşua Topolski və Pol Millerin "The Verge" adlı yeni layihəsinə vermişdir. 2014-cü ilin avqustunda saytın həmtəsisçisi Coşua Topolski yaratdığı layihəni tərk edərək "Bloomberg"ə keçmişdir. Bundan sonra baş redaktor vəzifəsini Nilay Patel götürmüşdür.[3]
İstinadlar
Xarici keçidlər
|
---|
Rəhbərlik | | |
---|
Veb-saytlar | |
---|
Explained seriyası | |
---|
Əlaqəli | |
---|