Sahəsi 1,4 milyon km², dərinliyi isə 3970 metr təşkil edir. Dənizin orta dərinliyi 1600–1700 m arasıdadır. Duzluğu 35 ‰ təşkil edir. Norveç dənizinə isti Qolfstrim cərəyanının bir qolu olan isti Norveç cərəyanı böyük təsir göstərir. Bu səbəbdən dəniz şimalda yerləşməsinə baxmayaraq qış ayları donmur. Dənizin Norveç sahilləri dayazdır və fiordlarla zəngindir. Sularında nisbətən iri adalar Sereya, Seylann, Anneya, Rinqvassey, Kvaleya və Senya adaları, kiçik adalara isə Kerterolen, Lofotenskie Denna, Veqa və Smela adaları daxildir.
Ehtiyatlar və Limanlar
Burada balıqçılıq və neftçıxarma sahələri inkişaf etmişdir. Əhəmiyyətli limanları əsasən Norveç sahillərindəki Tromse, Norvik və Tronxeym limanlarıdır.