Samar dənizi (ing. Samar Sea) — Sakit okeanında Filippin arxipelaqına daxil olan Şərqi Visayan və Luzan adaları arasında yerləşir. Həcminə görə kiçik dənizdir. Dəniz şərqində Samar, qərbində Masbat, şimalında Luzan, cənubunda Leyta adaları yerləşir. Şimalda Vernardino boğazı ilə Filippin dənizi, cənub-şərqdə San-Juaniko boğazı ilə Leyta körfəzinə, cənub-qərbdə Visayan dənizi, şimal-qərbdə Masbat və Tikao boğazları ilə Sibuyan dənizi ilə birləşir.
Dəniz balıqçılığı inkişaf etmişdir.
Mənbə