Çukot dənizi — (rus.Чуко́тское мо́ре) Şimal Buzlu Okeanında yerləşən dənizdir. Alyaska yarımadası ilə Çukot yarımadası arasında yerləşir. Dəniz qərbdən Lonq boğazı, şərqdən Alyaska yarımadasında yerləşən Borrou burnu ilə əhatə olunmuşdur. Şimaldan isə o, Şimal Buzlu okeanının kontinental yamacı ilə sərhədlənir. Berinq boğazı onu cənubda Sakit okean da yerləşən Berinq dənizi ilə birləşdirir. Dənizin əsas limanı olan Uelen Rusiya Federasiyasında yerləşir.
Ədəbiyyat
Шамраев Ю. И., Шишкина Л. А. Океанология. Л.: Гидрометеоиздат, 1980.