Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.
İsrail və İordaniya özlərinin turizm cəhətdən mühüm əhəmiyyət kəsb edən məkanlarından olan Ölü dənizi itirməklə üz-üzədir. Dənizin öz səviyyəsinin enməsinə və suyunun azalmasına səbəb kimi əsas su mənbəyi olan İordan çayının genişlənməsi göstərilir. Yəni çay daha geniş ərazidən fırlanaraq və əkin sahələrini suvararaq gəldiyi üçün əvvəlki dövrlərlə müqayisədə daha az su kütləsini bura gəlib çatdırır. Həmçinin bu dənizdən qiymətli minerallar əldə olunur.
Ölü dəniz dünyanın ən alçaq yeri kimi Yer planetində məşhurdur. Bununla yanaşı dünyada duzlu yer kimi də ad qazanmışdır. Bu dənizin suyu tamamilə müalicəvi və xeyirli minerallarla zəngindir, həmçinin kosmetika sənayesində də istifadə edilir. Özünün müalicəvi effektlərinə görə bu suyun ətrafında çoxsaylı kurort müəssisələri və spa mərkəzləri açmışlar. Mineralların sudakı bolluğu dəri xəstəliklərinin və başqa problemlərin dərmanına çevrilir.
Lakin hələ əvvəlcədən yerli ekspertlər Ölü dənizin səviyyəsinin endiyini və müəyyən vaxt sonra tamamilə yox olacağını bildirirlər. Gün keçdikdə dənizin enişi hiss olunmağa başlayır, bu neçə ildə, xüsusən də son illərdə bu proses daha da güclənməyə başlamışdır. İsrailin su problemlərinə baxan qurumları dənizin səviyyəsində keçən il 138 sm eniş müşahidə etmişdir. Bu çox mühüm göstəricidir, həmçinin 1998-ci ildən etibarən dəniz suyu hər il 98 sm azalır.
Ölü dəniz qlobal problemlərdən yaxud da iqlim dəyişkənliyindən məhv olmur, burdakı problem insanlardan qaynaqlanır. Çünki Ölü dənizin yeganə mənbəyi İordan çayıdır. Amma insanlar bu çayın suyundan hazırkı dövrdə əvvvəlki zamanlara nisbətən daha çox istifadə etməyə başlayıblar. Həmçinin Ölü dənizdən bir çox kompaniyalar da minerallar çıxardır.
Dəniz səviyyəsinin düşməsi yollar, körpülər və digər infrastrukturlar üçün də mühüm problem yaratmışdır. Əlbəttə, bura turistik problemlər də daxildir. Buna misal olaraq, bir neçə restranlar müəyyən illər bundan əvvəl Ölü dənizin sahilində yerləşirdi, lakin hazırda dənizdən təxminən 1 km — ə qədər uzaqlıqda yerləşir.