Bismark dənizi

Bismark dənizi
ing. Bismarck Sea
Dənizin yerləşdiyi ərazi
Dənizin yerləşdiyi ərazi
Ümumi məlumatlar
Tip Adalar arası
Sahəsi 310,000 km²
Eni 577 km
Dərin yeri 2665 m
Orta dərinliyi 1700 m
Duzluluğu 34 
Yerləşməsi
3°53′10″ c. e. 148°42′39″ ş. u.HGYO
Ölkə  Papua-Yeni Qvineya
Üst akvatoriyası
Yerləşməsi Okeaniya
Bismark dənizi (Papua-Yeni Qvineya)
Bismark dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bismark dənizi (ing. Bismarck Sea), (Bəzən dənizi Yeni Qvineya dənizi adlandırırlar) — Sakit okeanın qərb hissəsində, Bismark arxipelaqında olan adalar daxilində yerləşir. Sahəsi 310,000 km², orta dərinliyi 1700 m, ən dərin yeri isə 2665 m təşkil edir. Dəniz dibi akkumluyativ suxurları ilə örtülüdür. Dənizdə yerləşən adaların böyük əksəriyyəti vulkan məşəllidir. Sahilləri çox girintili-çıxıntılıdır. Mərcan rifləri ilə zəngindir. Yeni Qvineya sahillərindən Yeni Qvineya cərəyanı keçir. Onunda sürəti 50-75 sm/san təşkil edir, boğazlarda isə axınların sürəti daha yüksəkdir. İl boyu temperatur yüksək olur, illik temperatur 28 s təşkil edir. Duzluğu 34 ‰ təşkil edir. Yağışlar mövsümündə duzluluq nisbətən aşağı düşür. Əsas limanları: Madanq (Yeni Qvineya), Rabual (Yeni Britaniya). Dənizin örgənilməsində rus səyyahı Nikolay Mikluxo-Maklayın böyük rolu olmuşdur.

Maraqlı fakt

2-4 mart 1943-ci ildə Amerika-Avstraliya qüvvələri ilə Yapon qüvvələ arasında İkinci Dünya müharibəsi tarixinin ən əhəmiyyətli döyüşlərindən biri baş vermişdir. ABŞ-Avstraliya aviasiyası yapon donanmasında yayınmağı bacararaq, onlara qarşı əks həmləyə keçişdilər. Bu hücum nəticəsində 3220 nəfər həlak olur və yaponlar məğlub edilir. Həmlədə ölənlərin böyük əksəriyyəti təyyarədən açılan plemyot atəşi ilə məhv edilmişdir[1].

İstinad

  1. "Gün 02-03-1943: Bismark dənizində döyüş. 114". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-31.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!