Məmməd Ağpolad

Məmməd Ağpolad
Məmməd Rza oğlu Rzayev
Şəxsi məlumatlar
Digər adı Mehmet Akpolat
Doğum tarixi
Doğum yeri Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Ankara
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Cümhuriyyəti (1918-1920)
Türkiyə Türkiyə (1920-1950)
Qoşun növü Azərbaycan Cümhuriyyəti Quru Qoşunları
Türkiyə Quru Qoşunları
Xidmət illəri 1917-1951
Rütbəsi Albay
Döyüşlər Əsgəran döyüşü
Qarabağ və Zəngəzur döyüşləri (1918-1920)
Gəncə üsyanı (1920)
Qarabağ üsyanı (1920)
Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923)
Şeyx Səid üsyanı (1925)

Məmməd Ağpolad və ya Məmməd Rzayev — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.

Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş GəncəQarabağ üsyanlarında iştirak edib.

Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 31 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib.

Həyatı və təhsili

Məmməd Rza oğlu Rzayev 1897-ci ildə Gəncə şəhərində İmamalı məhəlləsində anadan olub[1] 1914-cü ildə Gəncə şəhər məktəbini bitirdikdən sonra Tiflis şəhərində Mühəndislik məktəbinə daxil olub. 1917-ci ildə son sinifdə oxuyarkən Oktyabr inqilabı zamanı çıxan qarışıqlıqlardan sonra, könüllü olaraq hərbi xidmətə gedib. 8 ay xidmət etdikdən sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub.[2]

Hərbi xidməti

Azərbaycan Cümhuriyyətində

1918-ci ilin noyabr ayında zabit namizədi olaraq Gəncə şəhərində yerləşən 1-ci Topçu Tuqayının, 1-ci diviziyasının, 1-ci batareyasına təyin edilib. Hərbi xidmətə başladıqdan sonra Qarabağa göndərilib. Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnak qüvvələrinə qarşı AbdallarXanlıq kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 1919-cu ilin mart ayının 22-də kiçik leytenant rütbəsi ilə təltif edilərək taqım komandiri vəzifəsinə təyin olunub. Həmin ilin avqust ayında Məmməd Rzayev, vaxtından əvvəl leytenant rütbəsinə yüksəldilərək batareya komandiri təyin olunur.[1]

1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar.[3] 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun zabiti kimi Məmməd Rzayev də, komandiri olduğu topçu batareyası ilə bu döyüşlərdə iştirak edir.[4] Əsgəranda başlayan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşır. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.[5]

Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında iştirak edib. Bir neçə gün Gəncənin müdafiəsində iştirak etdikdən sonra Qarabağa gedib və burada 1920-ci ilin iyun ayında Nuru paşanın rəhbərliyi ilə baş tutmuş Qarabağ üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra komandiri olduğu topçu batareyası ilə birgə Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşlərdə iştirak edərək QaryaginCəbrayıl istiqamətində geri çəkilib, Araz çayından keçərək İrana daxil olublar.[6]

Məmməd Ağpolad bu hadisələri belə təsvir edir:

" İşğalçı bolşevik ordusu ilə aparılan savaşlardan sonra Azərbaycan birliyinin bir qismi ilə bərabər Xudafərin körpüsündən 4 səhra toplu batareyamızla İrana keçdik. Uzun bir dolaşmadan və macəradan sonra Araz çayını təkrar keçərək Naxçıvanın Ordubad qəzasına gəldik. Yol olmadığı üçün 4 səhra topunu İranda tərk etmək məcburiyyətində qaldıq. Lakin topların durbinlərini, nişangahlarını, çaxmaqlarını və bir qisim qoşqu ləvazimatlarını özümüzlə birgə gətirdik. Naxçıvanda bir depoda durbinsiz, nişangahsız, çaxmaqsız iki ədəd top tapdıq. Onları işlək hala gətirərək XI tümənin Naxçıvanda yerləşən Veysəl bəyin komandanlığındaki, taboru ilə birgə Dəvəli və Şahtaxtıda erməni ordusu ilə savaşdıq.[7] "

Şahtaxtıda XI tümənin I taborunun iki bölüyü və Məmməd bəyin komandiri olduğu topçu batareyası 2000 nəfərlik erməni silahlı qüvvələrinin şiddətli hücumuna məruz qalır. Daha sonra Məmməd bəy öz batareyası ilə Maku üzərindən Türkiyəyə keçərək 12 iyulda Şərqi Bəyazidə çatır. Özləri ilə gətirdikləri 2 səhra topunu Şərqi Bəyaziddə XI topçu alayına təhvil verərək 23 nəfər silahdaşı ilə birgə Ərzuruma doğru hərəkət edirlər. Bir həftə sonra Ərzuruma daxil olub, özləri ilə gətirikləri 18 ingilis ayğırı ilə Soyuq Cermik bölgəsində yerləşən Azərbaycan hərbi birliyinə qatılırlar.[6]

Türkiyədə

Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər.[8] Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatdılar.[9] Topçu batareya və piyadalardan ibarət dəstələr də digər tümənlərin tərkibinə qatıldı.[10] Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir süvari, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunur.[6] Məmməd Ağpolad 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub.[11]

Baba bəy Behbud, Səməd bəy Rəfibəyli və Məmməd Ağpolad Türkiyə Ordusunda xidmət ikən

Məmməd bəy də Türkiyə İstiqlaliyyət Savaşına Cahangir bəy Bərkərin batareyasının tərkibində taqım komandiri olaraq qatılır. 1920-ci ilin payızından, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadoluda baş vermiş Doğu Hərəkatında Sarıqamışın, Qarsın, Gümrünün geri alınması əməliyyatlarında iştirak edib.[12] Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində göstərdiyi igidliklərə görə Mustafa Kamal Atatürkün imzası olan təqdirnamə ilə təltif olunub. Türkiyə İstiqlaliyyət Savaşının bitməsindən sonra orduda qalaraq hərbi xidmətini davam etdirib.[13]

Müharibədən sonra 1925-ci ildə Şeyx Səid üsyanının, 1926-cı ildə I Ağrı, 1927-ci ildə II Ağrı üsyanlarının yatırılmasında iştirak edib.[14]

1928-ci ilin avqust ayında baş üsteğmen rütbəsi ilə təltif olunub. Təhsilini artırmaq üçün İstanbulda Hərbi məktəbə daxil olub. 1929-cu ildə topçu məktəbindən məzun olduqdan sonra İzmirdə olan Foça Artilleriya qrupunda batareya komandiri vəzifəsinə təyin olunub. 1930-cu ildə yüzbaşı rütbəsinə yüksəldilir. 1939-cu ildə Muğlada yerləşən Topçu alayında 6-cı batareyanın komandiri vəzifəsinə təyin edilir. 1940-cı ildə minbaşı rütbəsi ilə təltif olunduqan sonra Çatalcada 64–cü tümənin topçu alayının II taborunun, 1943-cü ildə 40–cı tümənin topçu alayının, 1945-ci ilin dekabr ayında Qarsda 49-cu Topçu alayın II taborunun komandiri vəzifələrində xidmət edir. 1946-cı ilin avqustunda yarbay rütbəsinə yüksəldilərək Əzurumda III ordunun silah anbarının, 1948-ci ilin iyul ayında Diyarbəkirdə 7-ci Kolordunun motorlu topçu alayının komandir müavini vəzifəsinə təyin olunur. 1949-cu ildə albay rütbəsinə yüksəldilərək[15] Diyabəkirdə Təftiş Komissiyasının rəhbəri təyin olunur. 1950-ci ilin may ayında vəzifə başında ikən infarkt keçirir. Bir müddət müalicə alıqdan sonra yenidən xidmətə qayıdır. 1950–ci ildə Əskişəhərdə Təftiş Komissiyasının rəhbəri vəzifəsinə təyin edilir. Lakin səhhəti imkan vermədiyi üçün 1951-ci ilin iyul ayında təqaüdə çıxıb.[14][16]

1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan[17] sonra özünə "Ağpolad" soyadını götürüb.

Təqaüdə çıx dıqdan sonra Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində iştirak edib. 25 may 1958-ci ildə Yunis Xəzərlinin sədrliyi ilə İstanbulda dərnəyin illik qurultayı keçirilib.[18] Seçkilər nəticəsində Baba Behbud, Məhəmməd Ağpolad, Həmid Gəncə dərnəyin müşahidə şurasına seçiliblər.[19]

1975-ci il yanvarın 7-də dünyasını dəyişib. 1975-ci il yanvarın 8-də Ankarada yerləşən Cəbəci Şəhidlər Xiyabanında dəfn edilib.[20]

Ailəsi

Rzayevlər nəslinə mənsub olan Məmməd bəyin atası Rza bəy, anası Şəkər xanımdır. Yunis, Binnət, Nemət adında qardaşları, Gövhər adında bacısı olub. Qardaşları Yunis, Binnət, Nemət 1937-ci ildə repressiyaya məruz qalaraq öldürülüblər[21].

Məmməd Ağpolad Qarsda xidmətdə olduğu dövrdə burada Leyla xanımla tanış olaraq ailə qurub. Bu evlilikdən Cəmilə və Orxan adlı övladları dünyaya gəlib[22].

Oğlu Orxan hərbçi olub və Koreya müharibəsində iştirak edib. 1951-ci ildə baş vermiş Kunu-ri döyüşünün iştirakçılarından biri olub. Döyüşlərin birində yaralandıqdan sonra Türkiyəyə geri qayıdıb. Sağaldıqdan sonra xidmətini davam etdirib və albay rütbəsinə qədər yüksəlib[22].

Həmçinin bax

İstinadlar

  1. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 89. ISBN 978-9952-5513-4-1.
  2. Sebahattin Şimşir. Azerbaycan'ın İstiklal Mücadelesi. İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2013. səh. 169. 2023-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  3. Şəmistan Nəzirli. "İyirminci ildə Qarabağ döyüşləri" (az.). anl.az. 2017-08-08. 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  4. "Erməni daşnaklarına "qan udduran" gəncəli əsgər: Məmməd Ağpolad" (az.). gencexeber.az. 2022-09-22. 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  5. Azərbaycan Milli Ensiklopediyası / ƏSGƏRAN DÖYÜŞÜ (1920). VIII. Bakı: AMEA "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. Archived from the original on 2020-04-07. İstifadə tarixi: 2023-02-15.
  6. 1 2 3 Orxan Cəbrayıl. "Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad" (az.). interposta.info. 2017-12-10. 2023-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  7. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 93. ISBN 978-9952-5513-4-1.
  8. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  9. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  10. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 197. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  11. Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-16.
  12. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 198. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.{{Dead link|date=March 2023 |bot=InternetArchiveBot }
  13. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 42. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  14. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 95. ISBN 978-9952-5513-4-1.
  15. Elşən Mirişli. "Azərbaycan Xalq Cümhuriyyətində Ordu" (PDF). Türküstan qəzeti. Bakı. 26 iyun – 2 iyul 2018. 9. Archived from the original on 2022-05-27. İstifadə tarixi: 2023-02-15.
  16. Orxan Cəbrayıl. "Azərbaycanın 12 generalı, 46 polkovniki güllələndi..." (az.). axar.az. 2017-08-30. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-16.
  17. "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində arxivləşdirilib (PDF)
  18. Sebahattin Şimşir. Azerbaycan'ın İstiklal Mücadelesi. İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2013. səh. 168. 2023-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-18.
  19. Dilqəm Əhməd. "10 il içində 52 dəfə üsyan etmiş, yüz minlərlə qurban vermişik" (az.). teleqraf.com. 2022-02-28. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  20. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 100. ISBN 978-9952-5513-4-1.
  21. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 97. ISBN 978-9952-5513-4-1.
  22. 1 2 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 96. ISBN 978-9952-5513-4-1.

Ədəbiyyat

Xarici keçidlər

Read other articles:

Sekretariat Jenderal Kementerian Agraria dan Tata Ruang Republik IndonesiaGambaran umumDasar hukumPeraturan Presiden Nomor 17 Tahun 2015Susunan organisasiSekretaris Jenderal-Situs webwww.atrbpn.go.id Sekretariat Jenderal Kementerian Agraria dan Tata Ruang Republik Indonesia merupakan unsur pembantu pimpinan pada Kementerian Agraria dan Tata Ruang Republik Indonesia yang berada di bawah dan bertanggung jawab kepada Menteri Agraria dan Tata Ruang Republik Indonesia.[1] Referensi ^ ...

 

Peter Hofmann (2011) Peter Maria Hofmann (* 18. Juli 1958 in Hildesheim) ist ein deutscher katholischer Theologe und Hochschullehrer. Inhaltsverzeichnis 1 Biographie 2 Forschungsschwerpunkte 3 Profil 4 Mitgliedschaften 5 Schriften 6 Weblinks 7 Einzelnachweise Biographie Nach dem Studium der katholischen Theologie an der Hochschule Sankt Georgen wurde er 1987 bei Jörg Splett mit einer Dissertation über das Thema „Glaubensbegründung“ promoviert. Nach der Priesterweihe im selben Jahr durc...

 

SantoRafael Guízar y ValenciaPortrait.BishopLahir26 April 1878Cotija, Michoacán, MeksikoMeninggal6 Juni 1938(1938-06-06) (umur 60)Mexico City, MeksikoDihormati diGereja Katolik RomaBeatifikasi29 Januari 1995, Lapangan Santo Petrus, Vatican City oleh Paus Yohanes Paulus IIKanonisasi15 Oktober 2006, Lapangan Santo Petrus, Vatican City oleh Paus Benediktus XVITempat ziarahKatedral Xalapa,Xalapa, Veracruz, MeksikoPesta24 OktoberAtributBusana uskupPelindungKeuskupan Xalapa Rafael Guízar y ...

Parc quasi national de Yamato-AogakiLe Yamanobe-no-Michi, un chemin de randonnée menant à de nombreux temples présents dans le parc.GéographiePays JaponPréfecture NaraCoordonnées 34° 36′ N, 136° 00′ ESuperficie 57,42 km2AdministrationType Parc quasi national du Japon (d)Catégorie UICN VWDPA 3263Création 28 décembre 1970Localisation sur la carte du JaponLocalisation sur la carte de la préfecture de Naramodifier - modifier le code - modifier Wikidata Le ...

 

Mike Waterson Información personalNacimiento 16 de enero de 1941InglaterraFallecimiento 22 de junio de 2011 (70 años)Nacionalidad BritánicaInformación profesionalOcupación Cantante, escritor, compositor[editar datos en Wikidata] Michael (Mike) Waterson (16 de enero de 1941 - 22 de junio de 2011)[1]​[2]​ fue un escritor, compositor y cantante. Waterson nació en Hull, Yorkshire del Este, Inglaterra. Es conocido por ser miembro de The Watersons, con sus hermanas Lal W...

 

Igreja Matriz de Nossa Senhora da Assunção Igreja Matriz de Nossa Senhora da Assunção (Viçosa do Ceará)Fachada da Matriz antes da restauração (1995) Diocese Diocese de Tianguá Geografia País Brasil Local Viçosa do Ceará,  Brasil Coordenadas 3° 33' 53 S 41° 05' 30 O A Igreja Matriz de Nossa Senhora da Assunção é um templo católico construída nos séculos XVII e XVIII situada no município de Viçosa do Ceará, estado do Ceará. Foi construída por índio...

American film director This article is about the film director. For the screenwriter, see Thomas Dean Donnelly and Joshua Oppenheimer. Joshua OppenheimerOppenheimer in 2015BornJoshua Lincoln Oppenheimer (1974-09-23) September 23, 1974 (age 49)Austin, Texas, U.S.Alma materHarvard College (B.A.)Central Saint Martins (Ph.D.)OccupationFilm directorYears active1995–presentNotable workThe Act of KillingThe Look of SilenceAwardsMacArthur FellowshipMarshall ScholarshipBAFTAEuropean F...

 

Amirul IsnainiKomandan Jenderal Komando Pasukan Khusus ke-18Masa jabatan2000 – 2002PendahuluMayjen TNI Syahrir MSPenggantiMayjen TNI Sriyanto Muntasram Informasi pribadiLahir(1952-03-24)24 Maret 1952Malang, Jawa TimurMeninggal8 Juni 2003(2003-06-08) (umur 51) SingapuraMakamTaman Makam Pahlawan KalibataSuami/istriNy. Hari Puji LestariAnak1. Amir Harry Wibowo2. Wahyu Handayani Amalia IsnainiAlma materAKABRI (1975)Karier militerPihak IndonesiaDinas/cabang TNI Angkatan Da...

 

←→Июль Пн Вт Ср Чт Пт Сб Вс           1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31             2023 год Содержание 1 Праздники и памятные дни 1.1 Национальные 1.2 Профессиональные 1.3 Религиозные 1.4 Именины 2 События 2.1 До XIX века 2.2 XIX век 2.3 XX век 2.4 XXI век 3 Роди...

Allium ursinum Klasifikasi ilmiah Kerajaan: Plantae Divisi: Tracheophyta Kelas: Liliopsida Ordo: Asparagales Famili: Amaryllidaceae Genus: Allium Spesies: Allium ursinum Nama binomial Allium ursinumL. Allium ursinum adalah spesies tumbuhan yang tergolong ke dalam famili Amaryllidaceae. Spesies ini juga merupakan bagian dari ordo Asparagales. Spesies Allium ursinum sendiri merupakan bagian dari genus bawang Allium.[1] Nama ilmiah dari spesies ini pertama kali diterbitkan oleh L.. Refer...

 

For other places with the same name, see Duke Street. Duke Street looking north towards Manchester Square The Lacoste shop in Duke Street Duke Street is a street crossing the western half of Oxford Street, London and connecting Wigmore Street and Grosvenor Square. It is best known as the setting for the TV series The Duchess of Duke Street and has been the headquarters of the Artists' Rifles, a regiment of the British Army Reserve, since 1880.[dubious – discuss] It is often...

 

Emergency Management Ontario is the Office of Emergency Management for the province of Ontario responsible for planning for and responding to and recovering from all man-made or natural disasters within the province.[1] The agency is under the responsibility of the Ministry of the Solicitor General. The agency's mandate is governed by the Emergency Management and Civil Protection Act of 1990.[2] EMO works with City of Toronto Emergency Management Office (OEM), other similar pr...

Ne doit pas être confondu avec Représentation permanente de la France auprès de l'Union européenne. Représentation permanente de la France auprès du Conseil de l'Europe France Conseil de l'Europe Logo de la Représentation permanente de la France auprès du Conseil de l'Europe Lieu 40 rue de Verdun Strasbourg 67000 Coordonnées 48° 35′ 18″ nord, 7° 46′ 19″ est Ambassadeur Pap Ndiaye Nomination 1er août 2023 Site web conseil-europe.delegfrance.org...

 

Village in East Azerbaijan province, Iran For other places with a similar name, see Arabshah. Village in East Azerbaijan, IranArabshah Khan Persian: عربشاه خانVillageArabshah KhanCoordinates: 38°51′15″N 47°09′59″E / 38.85417°N 47.16639°E / 38.85417; 47.16639[1]Country IranProvinceEast AzerbaijanCountyKaleybarDistrictCentralRural DistrictYeylaqPopulation (2016)[2] • Total512Time zoneUTC+3:30 (IRST) Arabshah Khan...

 

Bleed air di mesin turbin gas adalah sebuah kompresi udara yang diambil dari dalam mesin setelah tahap kompresor tetapi sebelum bahan bakar diinjeksikan dalam pembakar. Bleed udara berharga di dalam pesawat terbang untuk dua sifat:. Suhu tinggi dan tekanan tinggi (nilai-nilai khas adalah 200-250 °C dan 275 kPa (40 PSI), untuk bleed udara diatur keluar tiang mesin untuk digunakan di seluruh pesawat)[1] udara terkompresi ini digunakan oleh pesawat untuk anti-icing, pressurizing ka...

African harp-lute SimbingA simbing in Bakau Crocodile Museum, GambiaString instrumentOther names Furakaf (Jola) Simbi Simbingo Simbing [1] donsonkoni (hunter's ngombi) Classification harp-lutesHornbostel–Sachs classification323-5(Acoustic instruments which have a resonator as an integral part of the instrument, in which the plane of the strings lies at right angles to the sound-table; a line joining the lower ends of the strings would be perpendicular to the neck. These have notched...

 

Analisis wacana kritis merupakan media pengungkapan kekuasaan, dominasi, dan ketidaksetaraan dipraktikkan, direproduksi, atau dilawan oleh teks tertulis maupun perbincangan dalam konteks sosial dan politis.[1] Analisis ini mengambil posisi melawan arus dominasi dalam kerangka besar untuk melawan ketidakadilan sosial.[1] Analisis Wacana Kritis adalah pendekatan konstruktivis sosial yang meyakini bahwa representasi dunia bersifat linguistis diskursif, makna bersifat historis dan...

 

2017 Somali presidential election ← 2012 8 February 2017 2022 →   Nominee Mohamed Abdullahi Mohamed Hassan Sheikh Mohamud Sharif Sheikh Ahmed Party TPP PDP Independent Electoral vote 184 97 45 Percentage 56.44% 29.75% 13.80% President before election Hassan Sheikh Mohamud PDP Elected President Mohamed Abdullahi Mohamed TPP Politics of Somalia Constitution Provisional Constitution Executive President (List) Hassan Sheikh Mohamud Prime Minister Hamza Abdi Barre ...

Тетраподоморфы Eusthenopteron foordiЧетвероногие в широком смысле. Сверху: зелёная литория, акантостега; Снизу: обыкновенная сипуха, обыкновенная лисица Научная классификация Домен:ЭукариотыЦарство:ЖивотныеПодцарство:ЭуметазоиБез ранга:Двусторонне-симметричныеБез ранга:Вто...

 

American politician William Woodburn12th Attorney General of NevadaIn officeJanuary 15, 1901 – January 5, 1903GovernorReinhold SadlerPreceded byWilliam D. JonesSucceeded byJames G. SweeneyMember of the U.S. House of Representativesfrom Nevada's At-Large districtIn officeMarch 4, 1885 – March 3, 1889Preceded byGeorge Williams CassidySucceeded byHorace F. BartineIn officeMarch 4, 1875 – March 3, 1877Preceded byCharles West KendallSucceeded byThomas W...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!