Cavad bəy Şıxlinski

Cavad bəy Şıxlinski
Cavad bəy Məmməd ağa oğlu Şıxlinski
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1874(1874-01-03)
Doğum yeri
Vəfat tarixi 1959
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Azərbaycan AXC
 İran
Qoşun növü artilleriya[d]
Rütbəsi general-mayor
Döyüşlər Birinci Dünya Müharibəsi
Gəncə Üsyanı
Təltifləri 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni

Cavad bəy Şıxlinski (mühacirətdə: Cavad Şıxlı, Cavad Şeyxli (fars. جواد شیخلی‎); 3 yanvar 1874, Aşağı Salahlı, Qazax qəzası1959, Tehran) — Çar ordusunun zabiti, Azərbaycan Cümhuriyyəti Ordusunun general-mayoru, Qacar ordusunda Ərdəbil qarnizonunun komandiri.

Birinci Dünya müharibəsində iştirak edib. "Müqəddəs Anna", "Müqəddəs Stanislav", "Müqəddəs Vladimir" ordenlərinin müxtəlif dərəcələri ilə təltif olunub.

Azərbaycan Cümhuriyyəti dövründə Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə iştirak edib, Birinci piyada diviziyasının komandiri olub. Zəngəzur ekspedisiyasına rəhbərlik edib, Gəncə üsyanının təşkilatçılarından biri olub.

Həyatı və döyüş yolu

Çar Rusiyasında

Şıxlinski Cavad bəy Məmməd ağa oğlu 1874-cü il yanvarın 3-də Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub.[1][2] Tiflis Kadet Korpusundakı təhsilini bitirdikdən sonra 1892-ci il avqustun 28-də Sankt-Peterburqda yerləşən Konstantinovsk Artilleriya Məktəbinə daxil olub.[3] Buranı birinci dərəcə ilə bitirdikdən sonra 1894-cü il avqustun 8-də 39-cu artilleriya briqadasında tədris işləri üzrə müəllim vəzifəsinə təyin olunub.[2] 1895-ci il avqustun 18-də briqadaya at seçmək üçün Qazax qəzasına göndərilib. 1897-ci ilin noyabr ayından 3-cü batareyanın baş zabiti olub. QarsAleksandropolda xidmət edib.[2] 1898-ci il iyulun 1-də poruçik, 1901-ci il avqustun 19-da ştabs-kapitan, 1909-cu il yanvarın 1-də isə kapitan rütbəsinə yüksəlib.[4] 1904-cü il martın 28-də Qarsda yerləşən 5-ci batareyanın komandiri təyin olunub. Nümunəvi xidmətlərinə görə 1908-ci il martın 16-da III dərəcəli "Müqəddəs Anna" ordeni,[5] 1911-ci il martında II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub.[2] 1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri olub.[6][7] 1913-cü il fevralın 21-də Romanovlar sülaləsinin 300 illiyi münasibətilə xatirə medalı və podpolkovnik rütbəsi alıb. 1913-cü ildə 23-cü iri çaplı artilleriya diviziyonunun komandiri təyin olunub. Birinci Dünya müharibəsində iştirak edib.[8][9] Bu dövrdə iki dəfə Ali Baş komandanlığın mükafatı ilə təltif olunub.[10][11] 1914-cü il fevralın 15-də II dərəcəli "Müqəddəs Anna", 1915-ci il yanvarın 31-də IV dərəcəli "Müqəddəs Vladimir", 1915-ci il sentyabrın 29-da IV dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) ordenləri ilə təltif olunub.[5] 1916-cı il fevralın 10-da isə 45-ci artilleriya briqasında dördüncü batareyanın komandiri təyin olunub. 1916-cı il oktyabrın 21-də II dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə), 1916-cı il dekabrın 2-də II dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə) ordeni ilə təltif olunub.[5] 1917-ci ildə 45-ci artilleriya briqadasının 1-ci divizionuna komandir təyin olunub. 1917-ci il aprelin 22-də polkovnik rütbəsi alıb.[12] 1917-ci il oktyabrın 3-də III dərəcəli "Müqəddəs Vladimir" ordenləri ilə təltif olunub.[13][8]

Azərbaycan Cümhuriyyətində

Cavad bəy Şıxlinski 1917-ci ilə qədər

1918-ci ilin yayında Azərbaycana gəlib. Əlahiddə Azərbaycan Korpusunda 2-ci piyada alayının komandiri təyin olunub.[14] Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə iştirak edib.[9] 1918-ci il sentyabrın 3-də döyüşlərdə göstərdiyi şücaətə görə Nuru paşa tərəfindən medalla təltif olunub.[15][16] O, Nuru Paşanın əmri ilə 19 sentyabr 1918-ci ildə Gəncə şəhərinin komendantı təyin olunmuşdur. Hərbi nazirin 31 dekabr 1918-ci il tarixli 39 №-li əmri ilə "polkovnik" hərbi rütbəsində 27 dekabr 1918-ci il tarixdən Artilleriya idarəsi rəisinin artilleriya qoşunlarının təftişi üzrə müavini vəzifəsinə təyin olunub.[17] 1919-cu ilin fevralın 17-də hərbi nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunub.[18] 1919-cu il fevralın 22-də Birinci piyada diviziyasının komandiri təyin təyin olunub.[3][17] Diviziyanın formalaşmasında və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Nazirlər Şurasının 1919-cu il 25 iyun tarixli qərarı ilə Cavad bəy Şıxlinskiyə general-mayor rütbəsi verilib.[17][19] 1919-cu il iyunun 27-də hərbi nazirin verdiyi əmrlə iyulun 1-dən Gəncə şəhər qarnizonunun komandiri təyin olunub.[20]

Cavad bəy 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə daşnakların Zəngəzur mahalında həyata keçirdiyi müsəlman qətliamlarının qarşısını almaq üçün yaradılmış Zəngəzur ekspedisiyasına komandir təyin olunur.[21][22] Zəngəzur ekspedisiyası iki kolondan ibarət idi. Birinci kolona general-mayor Davud bəy Yadigarov, ikinci kolona isə polkovnik Vladimir Levestam başçılıq edirdi.[23] Cavad bəy burada Qarabağla, Zəngəzuru birləşdirən yolları ələ keçirmək niyyəti ilə hərəkətə başlayır. Müxtəlif istiqamətlərdən irəliləyən həm birinci kolon, həm də ikinci kolon Dığ yaşayış məntəqəsinə doğru irəliləyirlər. Daha sonra isə ekspedisiyaya Sultan bəy Sultanovun partizan dəstələri də qoşulur.[24] Döyüşlərdən sonra noyabrın 23-də Azərbaycan–Ermənistan sazişi imzalanıb.[25]

1920-ci il aprelin 10-da Gəncə bölgəsində müdafiənin gücləndirilməsi üçün müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə Birinci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski Gəncə möhkəmləndirilmiş rayonunun rəisi təyin olunub.[17][26][27]

Gəncə üsyanı

Aprel işğalından sonra may ayında Cavd bəy Şıxlinski, Cahangir bəy Kazımbəyli və Gəncə komendantı Məhəmməd Mirzə Qacar tutduqları vəzifələrindən azad olunurlar.[28] Azərbaycanın bolşeviklər tərəfindən işğalına etiraz olaraq Gəncə şəhərində yerləşən Azərbaycan hərbi hissələri və əhali üsyana başlayırlar. Gəncə üsyanın təşkilatçılarından biri də Cavad bəy Şıxlinski olur.[29] O, bu üsyanda dağıdılmış artilleriya qurğularının bərpası və artilleriya işinin təşkilində məsul olur.[30][31]

1920-ci il iyunun 3-də Xalq Daxili İşlər Komissarlığının Bakıya göndərdiyi raportda yazılırdı:

" 18 mayda fövqəladə komissar Həmid Sultanov 6 təlimatçı ilə birgə Gəncəyə gəlib. 25 may, gecə saat 3-də bir artilleriya atəşindən sonra üsyan başlanıb. Səhər saat 5-də İnqilab Komitəsinin təlimatçıları və dövlət işçiləri küçəyə çıxdıqda tutulub həbsxanaya doldurulmuşlar. Həmin vaxt şəhərdə şiddətli mübarizə gedirmiş. Üsyançıların ön sıralarında general Şıxlinski, polkovnik Kazımbəyov, Şahzadə Məmməd Mirzə Qacar, Xoyski qardaşları, tanınmış QəmbərƏləkbər və III Gəncə alayının əsgərləri dururdular[32]. "

Üsyanın məğlub olmasından bir neçə saat əvvəl Cavad bəy artilleriya atəşindən ağır yaralanıb.[3][33] Daha sonra isə onu mühasirədən çıxarıb Aşağı Salahlı kəndinə aparırlar. Orada qalmaq təhlükəli olduğu üçün qohumu Mədət bəy Alqanov tərəfindən əvvəlcə Qarayazı meşəsinə daha sonra isə Tiflisə aparılıb.[8]

Mühacir həyatı

Tiflisi tərk etdikdən sonra İrana gedib.[3] Peşəkar hərbçi olduğun üçün Ərdəbil qarnizonunun komandanı vəzifəsinə təyin olunub.[9] Lakin orada yaşadığı dövrdə bolşeviklər tərəfindən təqib olunduğu üçün Türkiyəyə mühacirət etməli olur.[9][34]

Türkiyədə bir müddət qaldıqdan sonra Cavad bəy Şıxlinski yenidən İrana gedib. Bir neçə il öncə İrana mühacirət etmiş və artıq orada ordunun polkovniki olan əmisi oğlu Məhəmməd Şıxlinskinin köməyi ilə İran ordusuna qoşulub. Cavad bəy İranda polkovnik-leytenant rütbəsi alıb, sonradan isə polkovnik rütbəsinə yüksəlib. O, fars dilini öyrənib və əvvəlcə İranın Məşhəd şəhərində artilleriya komandiri və Şərq Ordusu komandirinin müavini vəzifəsinə təyin edilib. Bir neçə il Məşhəddə qaldıqdan sonra Tehrana geri çağırılıb və İran ordusunda Zabitlər klubunun rəhbəri vəzifəsinə təyin edilib.[35]

Cavad bəy Şıxlinski (Cavad Ağa Şeyxli) 1959-cu ildə Tehranda dünyasını dəyişib. Onun məzarı Tehran yaxınlığındakı Rey şəhərində, İmamzadə Abdullah qəbiristanlığının köhnə hissəsində yerləşir.[35][36]

Ailəsi

Cavad bəy Şıxlinski Hüseyn Əfəndi Qayıbovun nəvəsi, Əliağa Şıxlinskinin qardaşı oğlu[3], Cahangir bəy Şıxlinskinin[36]Rüstəm Şıxlinskinin qardaşı[37], yazıçı İsmayıl Şıxlının isə dayısıdır.[8]

Cavad bəy Şıxlinski İranda Zari xanım Əsədzadə adlı iranlı xanımla ailə həyatı qurub və onların üç övladı olub: Çingiz, Nazir (və ya Məhəmməd) adlı oğulları, Göhvər adlı qızı.[8][35]

Böyük oğlu Çingiz Şeyxli (fars. چنگیز شیخلی‎) mağaraçı və alpinistdir. Ömürümün 70 ilini mağaralara həsr etmiş, İran ərazisində 500-dən çox mağara kəşf edib. İranda bu sahənin əsasını qoyanlardandır. 1946-cı ildə İranda ilk Mağaraçıqlıq Dərnəyini həmtəsisçilərindəndir.[38][36]

Həmçinin bax

Mənbə

İstinadlar

  1. Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 542. ISBN 978-9952-37-141-3. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  2. 1 2 3 4 Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 88. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
  3. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 382. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  4. Общий список офицерским чинам Русской Императорской Армии. Составлен на 1-е января 1909 г. (PDF) (rus). Sankt Peterburq: Военная типография. 1909. 663. 2023-11-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-14.
  5. 1 2 3 "Шихлинский Джавад Бек". ria1914.info. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  6. Кавказский календарь на 1912 год (rus). Tiflis: Гл. упр. Кавказ. наместника. 1912. 489. 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-16.
  7. Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 82. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
  8. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 310. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  9. 1 2 3 4 Rıhtım, Mehmet; Süleymanov, Mehman. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu (az.). Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 338. ISBN 9952-426-23–2. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
  10. "Шихлинский Джавад-Бек (Джавад-Бек Мамед-Ага оглы)". grwar.ru. 2012. 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  11. "Высочайшие приказы". ria1914.info. 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  12. Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 89. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
  13. "Приказ Армии и Флоту о чинах военных от 3 октября 1917 г." 1917-10-03. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  14. Ağayev, Yusif; Əhmədov, Səbuhi. İstiqlal yürüşü - 1918 (az.). Bakı: Altun kitab. 2009. 93. ISBN 978-9952-24-041-2. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  15. Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: I cild: 1917-1918 (az.). I. Bakı: Maarif nəşriyyatı. 2018. 330. ISBN 978-9952-37-138-3. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
  16. Ağayev, Yusif; Əhmədov, Səbuhi. İstiqlal yürüşü - 1918 (az.). Bakı: Altun kitab. 2009. 148. ISBN 978-9952-24-041-2. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
  17. 1 2 3 4 Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 543. ISBN 978-9952-37-141-3. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  18. Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 303. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  19. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 282. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  20. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: Май - декабрь 1919 (rus). II. Bakı: Maarif nəşriyyatı. 2018. 76. ISBN 978-9952-445-20-13.
  21. Nəzirli, Şəmistan. 1920-ci ildə Qarabağ döyüşləri (PDF) (az.). Bakı. 2009. 19. 2023-04-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-13.
  22. Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 551. ISBN 978-9952-37-139-0. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
  23. Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 552. ISBN 978-9952-37-139-0. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
  24. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF) (az.). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 459. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  25. Charlotte, Hille. State Building and Conflict Resolution in the Caucasus (ingilis). Leiden: Brill. 2010. 167. ISBN 978-90-474-4136-6. 2024-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  26. Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: II cild: noyabr 1918-aprel 1920 (az.). II. Bakı: Maarif nəşriyyatı. 2018. 609. ISBN 978-9952-37-139-0. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-13.
  27. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики: Т. 3: Январь - апрель 1920 (rus). III. Bakı: Maarif nəşriyyatı. 2018. 334. ISBN 978-9952-445-20-14. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  28. İbrahimli, Xaləddin. Azərbaycan mühacirət tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. 45. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  29. Nəzirli, Şəmistan. Topoqraf - general İbrahim ağa Vəkilov (az.). Bakı: Zaman. 2002. 97. 2023-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.
  30. Quliyev, Vilayət. Из наследия политической эмиграции Азербайджана в Польше: 30-ые годы XX века (rus). Torun: Изд-во Адама Маршалека. 2010. 299. ISBN 978-83-7611-754-6. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  31. Turan, Anar. Gəncə üsyanının təşkilatçısı və ideoloqu (PDF) (az.). Bakı: Xalq qəzeti. 2017-07-13. 2019-11-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  32. X. Bayramov, “Gəncə üsyanı”, Bakı, 2010, s.93;
  33. İbrahimli, Xaləddin. Azərbaycan mühacirət tarixi (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2012. 47. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  34. Nəzirli, Şəmistan. General Əliağa Şixlinski ömrü (PDF) (az.). Bakı: Uğur nəşriyyatı. 2005. 112. 2022-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  35. 1 2 3 Əhmədov, Hafiz. "Xalq Cümhuriyyəti Ordusunun generalının məzarı tapıldı (Ekskluziv müsahibə, tarixi fotolar)". hafiztimes.com. 2024-07-02. 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-04.
  36. 1 2 3 Əhmədov, Hafiz. ""Bu, atamın arzusu idi" – Cavad bəy Şıxlinskinin 97 yaşlı oğlu ilə tarixi müsahibə". hafiztimes.com. 2024-09-03. 2024-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-05.
  37. Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları (az.). Bakı: Maarif nəşriyyatı. 2020. 544. ISBN 978-9952-37-141-3. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
  38. "First official ICSA-POLL". gharnameh.blogfa.com. ۱۳۸۹/۱۲/۱۵.

Ədəbiyyat

Read other articles:

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Oktober 2022. Kelabu Armada Kapal tempur USS MissouriCommon connotationsKapal tempur     Koordinat warnaTriplet hex#848482sRGBB    (r, g, b)(132, 132, 130)CMYKH   (c, m, y, k)(0, 0, 2, 48)HSV       (h, s, v)(60°, 2%,...

 

Este artigo ou secção contém uma lista de referências no fim do texto, mas as suas fontes não são claras porque não são citadas no corpo do artigo, o que compromete a confiabilidade das informações. Ajude a melhorar este artigo inserindo citações no corpo do artigo. (Setembro de 2021) O Lapa Azul  Brasil2007 •  cor •  60 min  Género documentário Direção Durval Lourenço Pereira Roteiro Adriana Rezende Idioma português O Lapa Azul é um documentário br...

 

Bandeira das Ilhas Cayman Aplicação ... Proporção 1:2 Adoção 14 de maio 1958 Tipo Nacional A bandeira das Ilhas Cayman[1] (em português brasileiro) ou Caimão[2] (em português europeu) (em inglês: Cayman Islands) [nota 1] é a bandeira nacional e, consequentemente, um dos símbolos oficias desse território ultramarino britânico localizado no Caribe.[5][6] Ao longo da história das Ilhas Cayman, diversas bandeiras foram usadas. Essas mudanças refletiram as diferentes soberanias de ...

Resin penukar ion. Pertukaran ion dapat berlangsung antara dua elektrolit atau antara suatu larutan elektrolit dengan sebuah kompleks. Biasanya istilah ini mengacu kepada proses pemurnian, pemisahan, dan dekontaminasi larutan dengan penukar ion padat yang bersifat polimerik at au mineralik. Benda yang biasanya digunakan untuk melakukan pertukaran ion adalah resin penukar ion, zeolit, montmorilonit, tanah liat, dan humus tanah. Penukar ion dapat menjadi penukar kation yang melakukan pertukaran...

 

التسرير موقع محافظة الدوادمي بالنسبة لمنطقة الرياض تقسيم إداري البلد  السعودية التقسيم الأعلى منطقة الرياض  السكان التعداد السكاني غير معروف نسمة (إحصاء ) تعديل مصدري - تعديل   التسرير، هي قرية من فئة (ب) تقع في محافظة الدوادمي، والتابعة لمنطقة الرياض في السعودية. وتب

 

 Nota: CMTC redireciona para este artigo. Para a empresa responsável pela fiscalização do transporte coletivo de Goiânia, conhecida como Companhia Metropolitana de Transportes Coletivos, veja RMTC Goiânia. CMTC Razão social Companhia Municipal de Transportes Coletivos Tipo anterior Empresa de capital fechado Atividade Transporte Público Fundação 10 de outubro de 1946 Encerramento 8 de março de 1995 Sede São Paulo,  Brasil Proprietário(s) Prefeitura de São Paulo...

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (مارس 2023) متحف هوليوود للخيال العلمي   معلومات عامة الموقع هوليوود  الدولة الولايات المتحدة  الموقع الإلكتروني الموقع الرسمي  تعديل مصدري - تعديل   متحف هو...

 

Sabian physician, astronomer and mathematician Abū Saʿīd Sinān ibn Thābit ibn Qurra (Arabic: أبو سعيد سنان بن ثابت بن قرة), c. 880–943, was a medieval scholar who served as the court physician of the Abbasid caliphs al-Muqtadir (r. 908–934), al-Qahir (r. 932–934), and al-Radi (r. 934–940).[1] As the son of Thabit ibn Qurra (c. 830–901) and the father of Ibrahim ibn Sinan (908–946), Sinan belonged to an illustrious family o...

 

Aufschluss Wengenhausen im Nördlinger Ries. Die Impaktgesteine Wengenhausen befinden sich in einem Steinbruch nahe Wengenhausen einem Ortsteil der Gemeinde Marktoffingen im schwäbischen Landkreis Donau-Ries in Bayern. Inhaltsverzeichnis 1 Lage 2 Beschreibung 3 Geotop 4 Siehe auch 5 Einzelnachweise 6 Weblinks Lage Der Steinbruch befindet sich etwa 450 Meter nordwestlich von Wengenhausen.[1] Das Areal ist als Geschützter Landschaftsbestandteil ausgewiesen. Beschreibung Im Südos...

Caliban sedang berbincang dengan teman imajinasinya. Drama The Tempest karya Shakespeare ini dipentaskan oleh di Teater Folger. Teman imajinasi atau teman khayalan adalah fenomena psikologis dan sosial ketika pertemanan atau hubungan interpersonal lainnya berlangsung dalam ranah imajinasi dan tidak di dunia nyata. Meskipun teman imajinasi seolah-olah sangat nyata, anak-anak biasanya tahu bahwa teman imajinasi mereka tidak sungguh ada.[1] Penelitian pertama yang berfokus pada teman ima...

 

عنتكنائس مسيحيةيُطلق لقب كنيسة على مجموعة الرعايا التابعة للطقس ذاته أو المذهب ذاتهالرومانية الكاثوليكيةبطريركية روما الكنيسة الرومانية الكاثوليكيةالشرقية الأوكرانية الأنطاكية السريانية المارونية الروم الملكيين القبطية السريانية الكلدانية الأرمنية اللاتين السريان...

 

2002 Finnish filmWithout My DaughterDirected byKari Tervo Alexis KourosWritten byAlexis KourosProduced byKari Tervo Alexis KourosStarringSayyed Bozorg MahmoodyCinematographyJari PollariEdited byRiitta PoikselkäMusic byTuomas KantelinenRelease date2002CountryFinlandLanguagesEnglishPersianBudget€423,600 Without My Daughter (2002, Finland) is a 90-minute documentary directed by Kari Tervo and Alexis Kouros.[1][2][3] In 1987, Not Without My Daughter was published, based...

Iranian footballer and coach Ali Asghar Modir Roosta Personal informationFull name Ali Asghar Modir RoostaDate of birth (1968-07-25) 25 July 1968 (age 55)Place of birth Tehran, IranHeight 5 ft 11 in (1.80 m)Position(s) StrikerSenior career*Years Team Apps (Gls)1985–1986 Naft 1986–1987 Daraei 1989–1993 Pas 1993–1995 Keshavarz 1995–2001 Bahman 2001–2003 Paykan (16)2003–2006 Shahab Zanjan International career1990–1998 Iran 30 (9)1992 Iran futsal 2 (0)Manageria...

 

1970 studio album by Charlie DanielsCharlie DanielsStudio album by Charlie DanielsReleased1970StudioWoodland Studios, East Nashville, TennesseeGenre Southern rock[1] hard rock[1] blues[2] country rock[2] Length37:13LabelCapitol[3]ProducerJerry Corbitt, Dave NivesCharlie Daniels chronology Charlie Daniels(1970) Te John, Grease, & Wolfman(1972) Charlie Daniels is the debut album of American musician Charlie Daniels. It was released in 1970 cou...

 

Pour les articles homonymes, voir IRG. Internationale des résistant(e)s à la guerreHistoireFondation 1921OrganisationSite web www.wri-irg.orgmodifier - modifier le code - modifier Wikidata L'Internationale des résistant(e)s à la guerre (IRG) est une organisation pacifiste fondée en 1921 lors des rencontres de Bilthoven aux Pays-Bas. D'abord appelée PACO (« paix », en espéranto), elle est connue sur le plan international sous le nom anglais War Resisters' International (WRI)...

Scheetunnel, Weströhre, 2015 Südportal der Röhren des Rauenthaler (links) und des Langerfelder Tunnels (rechts), 2006Ostportal des Burgholztunnels auf Küllenhahn, 2006 Ostportal des Engelnberg-Tunnels, 2018 Diese Aufstellung listet die wichtigsten Verkehrstunnelbauwerke im Wuppertaler Stadtgebiet auf. Bedingt durch seine hügelige Topographie mussten im 19. Jahrhundert insbesondere für die Eisenbahntrasse der „Wuppertaler Nordbahn“ zahlreiche Tunnelbauwerke errichtet werden. Aber auc...

 

This article relies excessively on references to primary sources. Please improve this article by adding secondary or tertiary sources. Find sources: Cartoon Network Amazone – news · newspapers · books · scholar · JSTOR (September 2017) (Learn how and when to remove this template message) This article contains content that is written like an advertisement. Please help improve it by removing promotional content and inappropriate external links, and by ad...

 

加州-麻省理工學院競爭[註 1]是指加州理工學院與麻省理工學院之間的大學競爭。兩校分別坐落於美國西岸及東岸,相隔約3,000英里。學生常橫越全國潛入對方校園進行惡作劇,作為對大家智力、應對力及創意的考驗。捉弄方式包括了散播謠言、宣傳己校及盜取該校重要物品。[註 2]2005年起,雙方展開了惡作劇之戰,但均以歡鬧的態度看待相關事件。 兩校簡介 加...

Hereditary title awarded by the British Crown Not to be confused with Barony (county division), Baronage, or Baronette. Part of a series onImperial, royal, noble,gentry and chivalric ranks in Europe Emperor, Empress dowager Tsar, Tsarina High king, High queen King consort dowager Queen regnant consort dowager mother Grand duke, Grand duchess Archduke, Archduchess Prince consort Princess consort Duke, Duchess Crown prince, Crown princess Jarl Prince-elector, Princess-elector Marquess, Marchion...

 

Mark used in Arabic-based orthographies This article is about the letter. For other uses, see Hamza (disambiguation). For the name transcribed by the same spelling, see Hamza (name). Not to be confused with ع‎ (‘ayn), which has a similar looking initial form. You can help expand this article with text translated from the corresponding article in German. Click [show] for important translation instructions. Machine translation, like DeepL or Google Translate, is a useful starting point...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!