İbrahimxəlil xan

İbrahimxəlil xan
İbrahimxəlil xan Sarıcalı-Cavanşir
Rəssam: Rizvan Qarabağlı
Rəssam: Rizvan Qarabağlı
1759 (yaxud 1763) – 1806
ƏvvəlkiMehrəli bəy
SonrakıMehdiqulu xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Alaqarğu, Arazbar
Vəfat tarixi
Vəfat yeri Şuşa qalasının yaxınlığında
Dəfn yeri Şuşa qalası
Milliyyəti azərbaycanlı
Fəaliyyəti siyasətçi
Atası Pənahəli xan
Həyat yoldaşları Xanımnənə xanım (Cəbrayıllı Nəbi ağanın qızı)
Bikə ağa (IV Ümmə xan bacısı)
Xurşid bəyim (1743—?) (Şahverdi xan Ziyadoğlu-Qacar qızı)
Tuba xanım (?-1806, 12 iyun)
Hurizad xanım (Məlik II Şahnəzərin qızı)
Uşaqları oğlanları:
13 (Mehdiqulu xan daxil olmaqla)
qızları:
9 (Ağabəyim ağa, Gövhər ağa daxil olmaqla)
Ailəsi Cavanşirlər
Dini Şiə İslam
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Rütbəsi general-leytenant

İbrahimxəlil xan Cavanşir (1732—12.6.1806[1][2]) — Qarabağ xanlığının ll xanı.

Daxili siyasəti

İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı.

Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiyatətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı. İran, OsmanlıRusiya imperiyası bu ərazidə üstün mövqe əldə etmək uğrunda mübarizə aparırdılar. Digər tərəfdən qonşu xanlıqların da bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə qəsd etmək ehtimalı var idi. Ona görə də xanlıqlar güclü dövlətlərdən və qonşu xanlıqlardan özlərinə etibarlı müttəfiqlər axtarırdılar.

Xəmsə məliklikləri ilə münasibətlər

İbrahimxəlilxəlil xan Xəmsə məliklərinin bölüşdürücülük hərəkətlərinə son qoydu. Ona tərəfdar olan Vərəndə və Xaçın məliklərinin qüvvələri ilə birlikdə Dizaq məliki İsayı Tuğ qalasında mühasirəyə aldı. Uzun mühasirəyə dözməyən İsay təslim oldu. Onu tutub həbsxanaya saldılar və orada boğdular. Hakimiyyət İsayın qardaşı oğlu Bahtama keçdi. Ancaq, çox keçməmiş Bahtam da İbrahimxəlil xana qarşı mübarizəyə başladı. İbrahimxəlil xan qəti tədbir görmək məcburiyyətində qaldı. Dizaq məliyini məhv etdi. Digər məliklər, qorxuya düşərək qaçıb II İraklinin himayəsinə sığmdılar. İbrahimxəlil xan məliklərb mübarizədə diplomatik vasitələrdən də istifadə edirdi. Onun gördüyü tədbirlər nəticəsində Xaçın məliyi yerdə qalan məliklərdən uzaqlaşdı.[3]

Xarici siyasəti

Nigah diplomatiyası

İbrahimxəlil xan avarlı Ümmə xanın bacısı Bikə ağa ilə evləndi və beləliklə də böyük hərbi gücə malik bir müttəfiq əldə etdi. Sonralar İbrahimxəlil xan Şəkili Səlim xanın bacısını da aldı və bu yolla Şəki xanlığına təsir etmək imkanı qazandı. İbrahimxəlil xan avarlı Ümmə xamn bacısı ilə evləndikdən sonra öz tərəfdarlarının sayını artırdı və qardaşı Mehrəli bəyi sıxışdırmağa başladı. Mehrəli bəy əvvəlcə 1779-cu ilə qədər Kərim xan Zəndə, sonra da Qubalı Fətəli xana sığınaraq qardaşına qarşı mübarizə aparmağa çalışsa da uğur qazana bilmədi.[3]

Azərbaycan xanlıqları ilə münasibətlər

Azərbaycanın Təbriz, Ərdəbil, Qaradağ, Naxçıvan və Gəncə xanlıqları uzun müddət Qarabağ xanlığından asılı vəziyyətə düşdü.[3]

1780-ci ildə İbrahimxəlil xan Kartli-Kaxetiya çarı ilə birləşib Gəncəni ələ keçirdi. Gəncə xanlığını II İrakli və İbrahimxəlil xanm təyin etdikləri nümayəndələr idarə etməyə başladılar. 1786-cı ildə Cavad xanı Gəncədə hakimiyyət başına gətirməklə Gəncədə hakimiyyət məsələsini müvəqqəti də olsa öz xeyrinə həll edən İbrahimxəlil xan burada gürcülərin təsirini azaltmış oldu. [4]

Qarabağ xanlığının xarici siyasətində Quba xanlığı ilə münasibətlər də mühüm yer tuturdu. Bu iki xanlıq arasındakı münasibətlər, əsasən düşmənçilik xarakteri daşıyırdı. Azərbaycanın bu iki xanlığı hər biri bölgədə təkbaşına hegemonluğa can atır, qarşı tərəfə isə öz planlarını həyata keçirməyə mane olan qüvvə kimi baxırdı. Bir yandan da qubalı Fətəli xanın qardaşı İbrahimxəlil xanın rəqibinə çevrilmiş qardaşı Mehrəli bəyə yardım göstərərək ona sığınacaq verməsi iki xan arasında münasibətləri kəskinləşdirmişdi. Digər yandan Fətəli xanın həddən artıq güclənməsi və onun bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək uğrunda mübarizəsi Azərbaycanın digər xanlıqları kimi, Qarabağ xanlığının da ciddi narahatlığına səbəb olurdu. İbrahimxəlil xan ehtiyat edirdi ki, Quba xanı Şamaxı xanlığını ələ keçirdikdən sonra öz hakimiyyətini Qarabağ xanlığına da yaymağa başlasın. Bunun qarşısını almaq üçün o, bütün vasitələrlə Şamaxı xanlığını müdafiə etməyə çalışırdı. İbrahimxəlil xan 1767-ci ildən Quba xanlığına qarşı çıxan Şamaxı hakimləri - Məhəmmədsəid və Ağası xan qardaşlarına və onların müttəfiqi şəkili Məhəmmədhüseyn xana kömək edirdi. Quba xanı Qarabağ xanlığını ələ keçirdikdən sonra Təbrizə doğru hərəkət etmək fıkrində idi. Qarabağın mərkəzi Şuşaya həmlə etsə də Fətəli xan Ağdama qədər gəlib, heç bir mühüm nəticə əldə etmədən geri qayıtmağa məcbur oldu.[3]

Kartli-Kaxetiya çarlığı ilə münasibətlər

Məliklərin İbrahimxəlil xana qarşı apardıqları mübarizə uzun müddət müttəfiqlik münasibətlərində olmuş Qarabağ xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasındakı əlaqələrə də mənfı təsir göstərir. Məlumdur ki, 1757-ci ildə Qarabağa hücum zamanı ağır məğlubiyyətə uğrayan Məhəmmədhəsən xan Qacar daha sonra Gürcüstanı ələ keçirməyə cəhd göstərdiyi zaman Pənahəli xan gürcülərə yardım göstərmək barədə çarlarla müqavilə bağlamışdı. Buna baxmayaraq İbrahimxəlil xan Kartli-Kaxetiya çarı II İrakli ilə dinc münasibətlərinin yaradılmasına xüsusi diqqət yetirirdi. Çar da İbrahimxəlil xanla ittifaq bağlamaqda maraqlı idi. Çünki Fətəli xan Qubalının həddən artıq güclənməsinin və Azərbaycan torpaqlarının birləşdirilməsinin qarşısını almağa çalışırdı.[3] Hətta Ağa Məhəmməd şahın Qafqaza yürüşü zamanı gürcülərlə Qarabağ xanlığı arasında müttəfiqlik münasibətləri var idi. İki dövlət birlikdə 1780-ci ildə Gəncə xanlığını da işğal etmişdilər.

Qacarlarla münasibətləri

Belə bir dövrdə İbrahim xan Gürcüstanla ittifaqa girir və birlikdə Rusiyanın müdafiəsinə nail olmağa çalışır. 1783-cü ildə Gürcüstanın Rusiya tabeçiliyinə keçməsilə əlaqədar bu üçtərəfli ittifaq möhkəmlənmiş olur. 1791-ci ildə Ağa Məhəmməd şah Qacar atası Məhəmmədhəsən xan Qovanlı-Qacarın işlərini davam etdirərək dərhal Azərbaycan ərazisində zəifləmiş mövqelərini qüvvətləndirmək üçün tədbirlər görür. O, tabe olmayan xanlara və feodallara amansız divan tutaraq onları öz hakimiyyətini tanımağa məcbur edir. O, bir zaman xəbər tutur ki, Rusiya tabeliyini qəbul etmiş Gürçu çarı II İrakli Qarabağ və İrəvan xanlıqlarının da belə bir qərar qəbul etməsinə çalışır. Qarabağın Rusiyanın tabeliyinə keçməsi fikrindən dəhşətə gələn Ağa Məhəmməd şah Qacar çox narahat olur. O, 1795-ci ildə 60-minlik bir ordu ilə Qafqaza yürüş edir.

Şahın özünün komandanlıq etdiyi böyük bir ordu hissəsi Qarabağ üzərinə yeriyir və Şuşa qalasını mühasirəyə alır. Hərtərəfli hərbi hazırlıq olmadan qısa müddətdə Şuşanı ələ keçirməyin qeyri-mümkün olduğunu görən Ağa Məhəmməd şah Qacar Tiflis istiqamətində hücuma keçir. O, heç bir çətinlik çəkmədən Tiflisə daxil olub şəhəri darmadağın edir.

1797-ci ildə Ağa Məhəmməd şah Qacar daha böyük bir qüvvə ilə ikinci dəfə Qafqaza yürüş edir. Qacar qoşununun Arazı keçməsini eşidən kimi İbrahimxəlil xan Şimali Azərbaycana qaçıb gizlənir. Aqa Məhəmməd şah Qacar dəbdəbəli şəkildə, bir fateh sifətilə Şuşa qalasına daxil olur. Bir neçə gün sonra iyun ayının 5-də saray məmurları Ağa Məhəmməd şahı gecə öz iqamətkahında qətlə yetirirlər. Bu əhvalatı eşidən İbrahimxəlil xan Şuşaya qayıdıb şahın cəsədini böyük ehtiram ilə Tehrana yola salır. Beləliklə Azərbaycan xanlıqlarını birləşdirmək Ağa Məhəmməd şaha nəsib olmur.[5]

İbrahimxəlil xan və ailəsinə qarşı qətliam

Qarabağ xanlığı 1805-ci il 14 may tarixində Kürəkçay müqaviləsi ilə ruslardan asıllığı qəbul etdi. Lakin 1 il keçməmiş - 12 iyun 1806-cı ildə İbrahimxəlil xan Şuşa yaxınlığındakı Xanbağında 17 nəfər ailə üzvləri ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi.

Ailəsi

Oğulları

Qızları

Törəmələri

İstinadlar

  1. Məlik Cəmşidin Yuli təqvimi ilə 1806-cı ilin mayın sonunda (Qriqori təqvimi ilə: 12.07.1806) general-mayor Nesvеtayevə yazdığı məktubda İbrahim xanın öldürülməsi qeyd olunub. Bax: Акты, собранные Кавказской археографической комиссией. Т. III. Тифлис. 1869. С. 329-330. — № 600.
  2. Ф.М.Абасов. Гарабагское ханство, стр.: 126, Баку, 2007. ханство[ölü keçid]
  3. 1 2 3 4 5 "Mustafazadə, Tofiq. Qarabağ xanlığı. Bakı: Sabah, 2010, s. 125-127" (PDF). 2024-11-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-09.
  4. "Mustafazadə, Tofiq. Qarabağ xanlığı. Bakı: Sabah, 2010, s. 135" (PDF). 2024-11-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-09.
  5. http://www.karabakh-doc.azerall.info/ru/isegod/isg030az-2.php Arxivləşdirilib 2013-04-06 at the Wayback Machine. www.karabakh-doc.azerall.info

Həmçinin bax

Xarici keçidlər

Mehdiqulu xanİbrahimxəlil xan CavanşirMehrəli bəy Sarıcalı-CavanşirPənahəli xan QarabağlıCavanşirlər

Read other articles:

У этого термина существуют и другие значения, см. Сюда идёт кот! (значения). Here Comes the Cat! Другое название Вот идёт кот Жанр сказка Техника анимации рисованная Режиссёры Александр ТатарскийИгорь Ковалёв На основе книги «Сюда идёт кот!» Композитор Эрнест Труст Страны  Росси

 

El Ford Escort es un automóvil del segmento C producido entre 1980 y 2003. Fue el primer auto de tracción delantera de Ford en los Estados Unidos, siendo lanzado en 1981 para sustituir al Ford Pinto así como al Ford Fiesta importado. Primera generación Ford Escort (primera generación) Datos generalesOtros nombres Mercury LynxFabricante FordPeríodo 1980–1990 (Escort)1980–1987 (Lynx)ConfiguraciónTipo Automóvil de turismoSegmento Segmento CCarrocerías Hatchback tres y cinco puertasF...

 

Sikatan kalimantan Status konservasi Risiko Rendah (IUCN 3.1) Klasifikasi ilmiah Kerajaan: Animalia Filum: Chordata Kelas: Aves Ordo: Passeriformes Famili: Muscicapidae Genus: Cyornis Spesies: C. superbus Nama binomial Cyornis superbusStresemann, 1925 Burung Sikatan kalimantan (Cyornis superbus) adalah salah satu spesies burung di dalam keluarga Muscicapidae. Dapat ditemukan di Brunei, Indonesia, dan Malaysia. Habitat alaminya adalah pegunungan-hutan lembap subtropis atau tropis. Re...

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أبريل 2019) ماريون باور   معلومات شخصية الميلاد 15 أغسطس 1882[1][2]  والا والا، واشنطن  الوفاة 9 أغسطس 1955 (72 سنة) [1][2]  سبب الوفاة نوبة قلبية  مواطنة...

 

Pour les articles homonymes, voir Basilique Saint-Augustin. Basilique Saint-Augustin Façade de la basilique en 2018 Présentation Culte Catholique Type Basilique Début de la construction 1881 Fin des travaux 1900 Architecte Joseph Pougnet Style dominant Mauresque Géographie Pays Algérie Wilaya Annaba Ville Annaba Coordonnées 36° 52′ 55″ nord, 7° 44′ 41″ est modifier  La basilique Saint-Augustin est une basilique catholique située dans la vill...

 

artikel ini perlu dirapikan agar memenuhi standar Wikipedia. Tidak ada alasan yang diberikan. Silakan kembangkan artikel ini semampu Anda. Merapikan artikel dapat dilakukan dengan wikifikasi atau membagi artikel ke paragraf-paragraf. Jika sudah dirapikan, silakan hapus templat ini. (Pelajari cara dan kapan saatnya untuk menghapus pesan templat ini) Ina Elisabeth KobakS.T., M.M.Anggota Dewan Perwakilan RakyatPetahanaMulai menjabat 1 Oktober 2019Daerah pemilihanPapua Informasi pribadiLahir1...

Pro-katedral Santa Maria di Dublin Prokatedral adalah gereja paroki Katolik yang untuk sementara berfungsi sebagai katedral atau konkatedral dari suatu keuskupan. Prokatedral juga dapat berarti gereja bukan katedral yang memiliki fungsi yang sama dengan katedral dalam suatu yurisdiksi misionaris Katolik (seperti prefektur apostolik atau administrasi apostolik) yang belum berhak atas memiliki katedral yang layak karena belum berbentuk keuskupan. Prokatedral berbeda dengan protokatedral, istila...

 

Kanty WidjajaKanty WidjajaKebangsaanIndonesiaPekerjaanpemeranpresenterpenyiar olahragaSitus webwww.kantywidjaja.com Kanty Widjaja (lahir 10 Juli 1991) adalah seorang pemeran dan presenter berkebangsaan Indonesia. Namanya dikenal sebagai setelah memenangi kontes kecantikan nasional maupun internasional, memenangi kompetisi public speaking tingkat nasional, dan tampil dalam acara showbiz di Indonesia sebagai aktris dan presenter. Latar belakang Debut keartisan Kanty dimulai sejak berhasil menem...

 

Professional wrestling tag team For the mystery series, see The Hardy Boys. Professional wrestling tag team Hardy BoyzThe Hardy Boyz as WWE Raw Tag Team Champions in May 2017: Matt (left) and Jeff (right).Tag teamMembersMatt Hardy[1]Jeff Hardy[2]Name(s)The Broken Hardys[3]The Hardys[4]The Hardy Boyz[2]Immortal [5]The Jinx Brothers[6]Los ConquistadoresThe New Brood[7]Team Xtreme[8]The Hardy BrothersBilled heightsJeff: 6...

1985 video game This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Hacker video game – news · newspapers · books · scholar · JSTOR (October 2013) (Learn how and when to remove this template message) This article is about the 1985 video game. For hackers in online video games, see Cheating in online games. ...

 

2018 video game 2018 video gameRimWorldDeveloper(s)Ludeon Studios[a]Publisher(s)Ludeon Studios[a]Designer(s)Tynan Sylvester[1]Programmer(s)Tynan SylvesterPiotr WalczakBen Rog-WilhemArtist(s)Rho WatsonRicardo ToméComposer(s)Alistair Lindsay[2]EngineUnityPlatform(s)LinuxmacOSWindowsPlayStation 4Xbox OneReleaseLinux, macOS, WindowsOctober 17, 2018PlayStation 4, Xbox OneJuly 29, 2022Genre(s)Construction and management simulationMode(s)Single-player RimWorld is a c...

 

Award given by the American Film Institute This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: AFI Life Achievement Award – news · newspapers · books · scholar ...

Public high school in Rio Rancho, New Mexico, United StatesRio Rancho High SchoolAddress301 Loma Colorado Rd. NERio Rancho, New Mexico 87124United StatesInformationTypePublic high schoolEstablished1997PrincipalMillian BacaStaff125.28 (FTE)[1]Enrollment2,597 (2018-19)[1]Student to teacher ratio20.73[1]CampusSuburbanColor(s)      Navy Blue, Hunter Green, and WhiteAthletics conferenceNMAA, 6A Dist. 1MascotRamWebsiterioranchohigh.rrps.net Rio Rancho High Sch...

 

English contract law case The MedinaRed Sea coast near Port Ghalib, EgyptCourtCourt of AppealCitation(s)(1876) 2 PD 5KeywordsExploitation, restitution The Medina (1876) 2 PD 5 is an English contract law case, regarding the voidability of an agreement and a restitutionary award where the court finds that agreement is procured under extortionate circumstances. Facts On a voyage from Singapore to Jeddah, The Medina hit Parkin Rock, part of the Hanish Islands in the Red Sea, and was wrecked. It h...

 

Gua Sambueja ILeang Sambueja ILokasiKecamatan Simbang, Kabupaten Maros, Sulawesi Selatan, IndonesiaPanjang300 mGeologikarst / batu kapur / batu gampingSitus webvisit.maroskab.go.idcagarbudaya.kemdikbud.go.idkebudayaan.kemdikbud.go.id/bpcbsulsel/ Gua Sambueja I atau Leang Sambueja I (Inggris: Cave of Sambueja I ) adalah sebuah gua di Kawasan Karst Maros-Pangkep, bagian area Taman Wisata Alam Gua Pattunuang di Taman Nasional Bantimurung-Bulusaraung. Lokasi gua ini secara administratif terl...

TIM Music AwardsAltri titoliWind Music Awards (2007-2013, 2015-2018)Music Awards (2014)SEAT Music Awards (2019-2021) PaeseItalia Anno2007 – in produzione Generemusicale Edizioni17 Puntate32 (al 17 settembre 2023) Durata180 min Lingua originaleitaliano RealizzazioneConduttoreCristina Chiabotto (2007)Rossella Brescia (2008)Vanessa Incontrada (2009, dal 2011)Paola Perego (2010)Teo Mammucari (2011)Carlo Conti (dal 2012) RegiaCristian BiondaniMaurizio Pagnussat (dal 2012) Casa di produzioneBalla...

 

American record label This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Atco Records – news · newspapers · books · scholar · JSTOR (May 2014) (Learn how and when to remove this template message) ATCO RecordsParent companyWarner Music GroupFoundedJuly 1955; 68 years ago (1955-07)FounderHe...

 

U.S. House district for California CA 31 redirects here. For former State Route 31, see Interstate 15 in California. California's 31st congressional districtInteractive map of district boundaries since January 3, 2023Representative  Grace NapolitanoD–NorwalkPopulation (2022)730,452Median householdincome$82,631[1]Ethnicity60.6% Hispanic21.4% Asian15.0% White3.7% Native American3.4% Black0.4% Pacific Islander AmericansCook PVID+15[2] California's 31st congressional distri...

Group of Catholic devotees who live together Part of a series on theCatholic ChurchSt. Peter's Basilica, Vatican City Overview Pope: Francis Hierarchy History (timeline) Theology Liturgy Sacraments Mary Background Jesus Crucifixion Resurrection Ascension Early Christianity Peter Paul Fathers History of the Catholic Church History of the papacy Ecumenical councils Magisterium Four Marks of the Church One true church Apostolic succession Organisation Holy See Roman Curia College of Cardinals Ec...

 

2013–14 ISU SpeedSkating World CupWorld Cup 1 – Calgary500 mmenwomen1000 mmenwomen1500 mmenwomen3000 mwomen5000 mmenTeam pursuitmenwomenvte 2013–14 ISU SpeedSkating World CupWomen's 500 metres Calgary Salt Lake City Astana Berlin Inzell Heerenveen vte The women's 500 metres races of the 2013–14 ISU Speed Skating World Cup 1, arranged in the Olympic Oval, in Calgary, Alberta, Canada, were held on 8 and 9 November 2013.[1] The podium placings of both races were identical – Lee...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!