XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. Talış, Qaradağ, Qarabağ, Sərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevəntayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kəndxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747–1783) zəndlər və qacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.
Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.
Nəzərəli xanla şərik hakimiyyətə malik olan Nəsir xanın (1763–1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1808-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.
Hakimləri
Lua xətası modul Modul:Əsas_məqalə, sətir 50: attempt to call field 'define_categories' (a nil value).