Azərbaycan Kültür Dərnəyi

Azərbaycan Kültür Dərnəyi
AKD
türk. Azerbaycan Kültür Derneği
Yaranma tarixi 1 fevral 1949
Rəsmi dili Azərbaycan, Türk dili
Mərkəzi Ankara
Sədr Cəmil Ünal
azerbaycankulturdernegi.com

Azərbaycan Kültür Dərnəyi — 1949-cu ildə Türkiyədə yaradılmış, dünyada ilk Azərbaycan diaspor təşkilatı. Bu təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib. Dərnəyin ilk sədri Həmid Ataman olub.[1][2]

Haqqında

Tarixi

Təsis olunması və məqsədi

Məhəmməd Əmin Rəsulzadə 1931-ci ildə tərk etdiyi Türkiyəyə 1947-ci ildə qayıtması ilə Azərbaycan siyasi mühacirətinin Türkiyədəki fəaliyyətinin yeni mərhələsi başlamışdır. Rəsulzadə Türkiyə olmadığı 1931-1947-ci illər arasında Avropanın müxtəlif ölkələrində Azərbaycan Milli Mərkəzinin rəhbəri vəzifəsində çalışmış və İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Türkiyəyə qayıtmışdır. Bu yeni dövrdə ən fəal köç mərkəzi Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə 1924-cü ildə yaradılmış Azərbaycan Kültür Dərnəyi olmuşdur.[3]

Azərbaycan Kültür Dərnəyi Rəsulzadə başda olmaqla Azərbaycan Milli Müsavat Xalq Partiyasının ətrafı- ölkədə və mühacirətdə olan digər siyasətçi və ziyalıların Türkiyədə Azərbaycanın istiqlaliyyəti və hürriyyəti uğrunda mübarizəsinə rəhbərlik etmiş, Azərbaycanda əsas qərargah və daşıyıcı olmaq missiyasını öz üzərinə götürmüşdür.

Ankarada Azərbaycan Kültür Dərnəyinin yaradılması ilə Türkiyədəki Azərbaycan siyasi mühacirətinin fəaliyyətinin ağırlıq mərkəzi İstanbuldan Ankaraya keçmişdi. Bundan sonra mühacirətin bütün fəaliyyəti, xüsusən də “Azərbaycan” jurnalının nəşri Ankaradan həyata keçirildi.

1 fevral 1949-cu ildə Məmməd Altunbay, Həmid Ataman[4]Əziz Alpaut tərəfindən qurulan dərnəyin nizamnaməsində təsis məqsədləri aşağıdakı kimi qeyd olunmuşdur:[5]

" Azərbaycanı, onun tarixini, mədəniyyətini toplamaq, işləmək və yaymaq

-kitab, jurnal və qəzetlər nəşr etmək və mədəni yığıncaqlar tərtib etmək,

-ehtiyacı olan azərilərə maddi və mənəvi yardımlar etmək,

-idman, teatr, opera, folklor, musiqi, qadın, mətbuat və gənclik qolları yaratmaq, folklor qrupları təşkil etmək

-təbiət və turistik gəzintilər təşkil etmək

- tələbə yataqxanaları açmaq

"

Birliyin nizamnaməsi tarixi prosesdə ortaya çıxan ehtiyaclara cavab vermək üçün daim yenilənir.

Dərnəyin mühüm məqsədlərindən biri də Azərbaycanı Türkiyəyə tanıtmaq və Anadolu türklüyünün Azərbaycanın haqq davasına dəstəyini təmin etmək idi. Dərnəyin nəşr orqanı olan “Azərbaycan” jurnalında bildirilir ki, dərnəyin əsas məqsədi “Azərbaycan mədəniyyətini Anadolu türklüyünə tanıtmaq və böyük türk milli toplumunun bu iki qolu arasında ədəbi-mədəni əlaqələri daha da gücləndirmək və möhkəmləndirməkdir." Dərnəyin prezidenti Kərim Ödər 1958-ci ildə etdiyi çıxışda buna bənzər ifadələr işlədib: “Doqquz il əvvəl sizin köməyinizlə Azərbaycan Kültür Dərnəyini yaradanda biri-birindən ayrılmış iki qardaşı qəlbən və ruhən bir araya gətirmək üçün iməhdud olan imkan və vasitələrimizdən istifadə edərək bu yola başladıq." Odər onu da əlavə edib ki, dərnəyin tədbirlərini təşkil edərkən müxtəlif türk dərnəklərinin birlik və qaynaşmasına maksimum diqqət yetirilmişdir.

Dərnəyin quruluşunun 40-cı ilində dərnək rəhbərliyi yuxarıda sözü gedən məqsədlərinə böyük miqyasda çatdıqlarını bu münasibətlə yayımlanan kitabçada belə ifadə etmişdilər:[6]

" Azərbaycan türklüyü ilə dünya türklüyünün müasir Ergenekonu olan Anadolu türklüyünün dil, tarix, sənət, mədəniyyət və folklor baxımından tərkib olduğu, qaynaşma cəhdləri göstərdiyini, 40 illik zaman dilimini bir yerdə addımlayaraq arxamıza baxdıqda nə qədər böyük məsafələr qət etdiyimizi və mədəni bütünlüyümüü Egedən Xəzərə qədər siyasi və coğrafi əngəlləri aşdığımızı görməkdəyik... Bütün bunlar 40 ilini dolduran bir sənət ocağının çalışmalarının nəticəsidir. Azərbaycan Kültür Dərnəyi hər addımı, hər yönü və hər halı ilə Türkü Türkə tanıtmanın, sevdirmənin sevincini yaşamaqdadır. "

Dərnəyin ilk qərargahı Ankaranın Ulus səmtində dövrün müasir binalarından biri kimi inşa edilən Vəqf Ofisi Binası idi. Bina Türk Millətçilər Dərnəyi ilə birlikdə icarəyə götürülmüşdü. Bu bina uzun müddət şənbə günləri Azərbaycan Kültür Dərnəyi, bazar günləri isə Türk Millətçiləri Dərnəyi tərəfindən istifadə edildi. 1985-ci ildə dərnəyin mərkəzi Qızılay, Sakarya küçəsinə, 1990-cı ilin payızında isə Kavaklıderedəki bir binaya köçürüldü. 1992-ci ilin oktyabrında dərnək Kızılay, Bayındır küçəsində indi də dərnəyin mərkəzi qərargahı kimi istifadə edilən yeri satın aldı və oraya köçdü.[7]

1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra bütün təşkilat və birliklər kimi Azərbaycan Kültür Dərnəyinin də fəaliyyəti bir müddət dayandırıldı. Dərnək rəsmilərinin etirazı ilə 1980-ci il sentyabrın 16-da möhürlənmiş dərnəyin mərkəzi bir müddət sonra müvafiq hərbi hakimiyyətin əmri ilə yenidən açıldı.

Çox keçmədən dərnək İstanbul başda olmaqda digər şəhərlərdə yaşayan vətəndaşların tələbi ilə 1991-ci ildə başqa şəhərlərdə yeni şöbələr açmışdı. Bu şöbələr İzmir, Bursa, Antalya, Sivas, Kayseri, Turqutlu, Sökə və s şəhərlərdə fəaliyyət göstərməyə başlamışdır.[8]

Azərbaycanın müstəqillik prosesində dərnəyin fəaliyyəti

1980-ci illərin ortalarından başlayan və SSRİ-nin dağılmasına səbəb olan proses Azərbaycan Kültür Dərnəyi tərəfindən diqqətlə izlənilirdi. Bu dövrdə dərnək Azərbaycanın müstəqillik tələblərini dəstəklədiyi bir zamanda, müstəqillik prosesi ilə eyni vaxtda inkişaf edən ermənilərin Azərbaycandan ərazi tələbləri, azərbaycanlıları məcbur etmək üçün tətbiq etdikləri təzyiqlər və qırğınlar qarşısında bütün imkanlarımı səfərbər etmişdir. Dərnək başda İrəvan olmaqla türklərin mühacirətə getməsi, Qarabağı işğal etmək cəhdləri reaksiya göstərmişdir. Bu prosesdə Türkiyədə və dünyada ictimai rəy yaratmaq və baş verənləri cəmiyyətə çatdırmaq üçün ölkənin müxtəlif yerlərində mitinqlər təşkil edib, dərnək daxilində mətbuat mərkəzi yaradaraq ictimaiyyəti məlumatlandırmışdılar. Azərbaycanda baş verən hadisələr həm dərnəyin nəşr orqanı olan Azərbaycan Türk Mədəniyyəti jurnalında, həm də dərnəyin baş qərargahında keçirilən toplantılarda öz əksini tapmışdır. Bu hadisələr qarşısında Azərbaycan Milli Mərkəzi QarabağNaxçıvanla bağlı mətbuat konfransı keçirərək ermənilərin haqsız və əsassız tələblərini rədd etmişdir. Bu prosesdə Azərbaycan Kültür Dərnəyi Türk Ocaqları Dərnəyi ilə birlikdə 26 mart 1988-ci ildə Ankarada "Azərbaycan Hadisələri Simpoziumu"nu təşkil etdi . 1988-ci ildən etibarən dərnək Azərbaycanla təhsil, mədəniyyət, sosial yardım və s. məsələlərlə bağlı başladığı əlaqələri kəsmədən davam etdirdi. Bu dövrdə dərnək ilk növbədə Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və s. bir çox qurum eləcə də təşkilatlarla əlaqə və əməkdaşlıqlarını inkişaf etdirmişdi. [9]Dərnəyin bu əlaqələri qısa zamanda konkret addımlara çevrildi. Bunun ilk nümunəsi 1991-ci il aprelin 1-dən 6-dək Bakıda Azərbaycan Kültür Dərnəyi və Azərbaycan Elmlər Akademiyasının birgə təşkil etdiyi “Mühacirət həyatında Azərbaycan ədəbiyyatı” simpoziumudur. Simpozium münasibətilə Bakıda ilk dəfə olaraq Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy ilə rəsmi görüş keçirilib, əməkdaşlıq protokolu imzalanmışdı. Bu səfər çərçivəsində Azərbaycanın Baş naziri Həsən Həsənovla da görüş keçirilib. Bu əlaqələrin konkret ifadəsi kimi Azərbaycan Kültür Dərnəyi və Azərbaycan Elmlər Akademiyasının əməkdaşlığı ilə 3-9 may 1991-ci il tarixlərində Ankarada “Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 850 illiyinə həsr olunmuş simpozium” keçirilmişdir. Dərnək 1989-cu ildə 23 Aprel Milli Suverenlik və Uşaqlar Günündə iştirak etmək üçün Azərbaycandan gələn uşaqları da qəbul etmişdi. Həmçinin 1989-cu ildə məşhur Azərbaycan şairi Bəxtiyar Vahabzadə, Vətən Cəmiyyəti prezidenti Elçin Əfəndiyev, Azərbaycan Tibb İnstitutunun direktoru prof. Nurəddin Rzayev, məşhur azərbaycanlı tarixçilər Abbas ZamanovZiya Bünyadov, Qafqaz Müsəlmanlarının dini lideri A. Paşazadə dərnəkdə qonaq olmuşdular. 1991-ci ilin iyununda Türkiyəyə rəsmi səfər zamanı Azərbaycan prezidenti Ayaz Müttəlibov da dərnəyin mərkəzində olmuşdur. Azərbaycanla bağlı sürətlə inkişaf edən hadisələrin yaşandığı bu dövrdə dərnək çox yönlü və fəal mövqe nümayiş etdirmişdi. Məsələn, 1991-ci ildə davam edən Qarabağ hadisələri nəticəsində cəbhədə yaralanan Azərbaycan türkləri üçün ianə kampaniyası təşkil edərkən, həmin il Azərbaycan Xalq Cəbhəsi ilə müqavilə nəticəsində imtahan yolu ilə seçilmiş 50 tələbəni Bakıdan gətirərək Ankara, İstanbul, İzmir, Bursa kimi şəhərlərdəki universitetlərə yerləşdirmiş, onlara ali təhsil almaqları üçün şərait yaradılmışdır. Təhsil Nazirliyi bir müddət sonra Azərbaycan Kültür Dərnəyinin tətbiq etdiyi bu modeli nümunə götürərək və bu təcrübəni bütün türk dünyasını əhatə edəcək şəkildə tətbiq etmişdir. 1992-ci il iyunun 7-də Azərbaycanda keçirilən ümumi seçkilərdə Azərbaycan Xalq Cəbhəsinin qələbəsindən sonra Azərbaycan Kültür Dərnəyi ilə Azərbaycan hökuməti arasında əlaqələr daha da inkişaf etmişdir. Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçildikdən sonra ilk rəsmi səfərini 1992-ci ilin iyununda Türkiyəyə etmişdir. Bu səfər zamanı Elçibəy Azərbaycan Kültür Dərnəyini ziyarət edib, dərnəyin fəxri kitabına öz duyğu və düşüncələrini yazmış, həmçinin Azərbaycan siyasi mühacirətinin lideri, Azərbaycan Kültür Dərnəyinin fəxri prezidenti Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etmişdir.[10]

Sədrləri

Dərnəyin yaradılmasından qısa müddət sonra keçirilən ilk ümumi yığıncaqda Həmid Ataman sədr, Əziz Alpaut sədr əvəzi, Feyzi Ağüzüm baş katib, Ənvər Roman xəzinədar, Məmməd Altunbay isə üzv seçilmişdir. Bu yığıncaqda üzvlərdən biri olan İbrahim Bədəlin Məhəmməd Əmin Rəsulzadənin dərnəyin fəxri sədri seçilməsinə dair təklifi yığıncaq iştirakçılarının coşqun alqışları ilə qəbul olunmuşdur. Rəsulzadə fəxri sədr adını qəbul edərək, ömrünün sonuna qədər daşımışdır. Dərnəyin idarə heyətinin 4 may 1949-cu il tarixli qərarı ilə Mustafa Vəkilli, Əsat Ortay, Həmdullah Sübhi Tanrıövər, Şəmsəddin Günaltay, Fuad Köprülü, Sadıq Aran, M. Y. Mehdi, Şükrü Saracoğlu və Besim Atalay kimi dövrün önəmli ziyalıları dərnəyin fəxri üzvlüyünə seçilmişdir.[11]

Təsis olduğu gündən etibarən Azərbaycan Kültür Dərnəyinin sədr vəzifəsini aşağıdakı şəxslər yerinə yetirmişdir:

Dərnək sədri Başlama tarixi Bitmə tarixi
1 Həmid Ataman 1 fevral 1949 18 noyabr 1953
2 Rəsul Ünsal 18 noyabr 1953 1 mart 1955
3 Həmid Ataman 1 mart 1955 3 mart 1957
4 Kərim Odər 3 mart 1957 2 dekabr 1962
5 Əhməd Yaşat 2 dekabr 1962 20 dekabr 1965
6 Cəlal Odelli 20 dekabr 1965 6 may 1966
7 Məhəmməd Kəngərli 6 may 1966 27 may 1967
8 İsgəndər Ağüzüm 27 may 1967 10 dekabr 1968
9 Məhəmməd Kəngərli 10 dekabr 1968 2 sentyabr 1969
10 Əhməd Yaşat 2 sentyabr 1969 26 dekabr 1970
11 İsgəndər Ağüzüm 26 dekabr 1970 24 fevral 1973
12 Feyzi Ağüzüm 24 fevral 1973 24 fevral 1990
13 Cəmil Ünal 24 fevral 1990 vəzifədədir

Dərnəyin fəaliyyəti

Azərbaycan Kültür Dərnəyi yarandığı gündən öz məqsəd və missiyasına uyğun olaraq ümumilikdə bayram və anım tədbirlərinin, konfransların, panellərin, simpoziumların təşkili, jurnal, bülleten, broşürlərin nəşri, çay, şənlik və balların təşkili, folklor kollektivinin formalaşdırılması, ehtiyacı olan vətəndaş və universitet tələbələrinə təqaüd verilməsi  kimi fəaliyyətlər həyata keçirir. İlk günlərdə Novruz bayramı, 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaranmasının ildönümü (müstəqillik və azadlıq günü) və 1920-ci il aprelin 27-də Azərbaycanın bolşeviklər tərəfindən işğalının ildönümü kimi daha məhdud sayda anım tədbirləri təşkil olunsa da, tarixi prosesdə meydana çıxan yeni hadisələrin təşəkkülü ilə tədbirlərin sayı və keyfiyyəti daim dəyişmişdir. Dərnək fəaliyyətini qadın, gənclik və mədəniyyət qolları çərçivəsində davam etdirmişdir.[8]

Günümüzdə dərnəyin həyata keçirdiyi tədbirlər aşağıdakılardır:

Dərnək qurulduğu gündən etibarən sadəcə Azərbaycan türklərini maraqlandıran məsələlərlə bağlı deyil, eləcə də Türkiyə Respublikası və Türk dünyası ilə bağlı hadisələrə də xüsusi diqqət yetirməkdədir. Hər il Anıtqəbirin ziyarət edilməsi, milli və müxtəlif bayram tədbirlərinin təşkili, 1981-ci ildə çıxan “Azərbaycan” jurnalının bütün nömrələrinin Atatürkün anadan olmasının 100-cü ildönümü münasibətilə Atatürkə həsr edilməsi, 1974-cü il Kipr Sülh Əməliyyatından dərhal sonra dövrün Türkiyə Respublikasının Baş nazirinə və Baş Qərargah rəisinə təbrik məktubu göndərilməsi, Şimali Kiprin Türkiyə Cümhuriyyətinin müstəqilliyini elan etməsi münasibətilə KKTC Prezidenti Rauf Denktaşa təbrik mesajı göndərilməsi, 1985-ci ildə Bolqarıstanda türklərə qarşı edilən zülm və soyqırımı ilə bağlı "bu zülmün kommunist zülmünə yeni bir nümunə olduğunu" ifadə edən bəyanat dərc edilməsi dərnəyin milli məsələlərə həssaslığını göstərən nümunələrdən yalnız bir neçəsidir. Dərnəyin ildə bir dəfə təşkil etdiyi və ənənəvi hala gətirdiyi Azərbaycan Balları xüsusilə Azərbaycanda siyasi proseslərlə əlaqədar yaranan gərgin ictimai həssaslıq dönəmlərində böyük diqqət çəkmiş, Azərbaycanın həmin dövr siyasi, bürokratik və akademik dairələrinin kütləvi iştirakına nail olmuşdur. Məsələn, 1987-ci ildə keçirilən Azərbaycan balında xarici işlər naziri, aqrar və kənd təsərrüfatı nazirləri; 1986-cı ildə təşkil edilən bala isə Baş nazir Turqut Özal və həyat yoldaşları ilə birlikdə bir çox nazir qatılmışdı.[12]

Konfrans və simpoziumların təşkili

Birliyin fəaliyyətində ən mühüm yer tutan konfrans, simpozium və nəşr fəaliyyətləri aşağıda ayrı-ayrı başlıqlar altında müzakirə və qiymətləndirilir.

Azərbaycan Kültür Dərnəyinin yaradılmasının ilk məqsədi “Azərbaycanın tarixini və mədəniyyətini toplamaq, emal etmək və yaymaq” olduğundan, o, Azərbaycanı müxtəlif aspektlərdə, daha intensiv daha geniş şəkildə tanıdan bir çox konfrans və seminarlar keçirmişdir. Təsis edildiyi ilk illərdə konfransların nisbətən çox olmasının mühüm səbəbi o illərdə birliyin nəşr orqanının olmamasıdır. Dərnək yarandığı ildə Azərbaycanı müxtəlif aspektləri ilə tanıtmaq üçün geniş silsilə konfranslar planlaşdırsa da, məlum olur ki, bu konfranslardan bəziləri müxtəlif səbəblərdən keçirilə bilməyib. Azərbaycan türklərinin müxtəlif problemlərinin müzakirə olunduğu müntəzəm şənbə toplantıları ilə yanaşı, dərnəyin yarandığı illərdə keçirdiyi konfransların siyahısı aşağıda verilmişdir:[7][13]

Tarix Konfrans rəhbəri və mövzusu
1 28 may 1949 M.Rəsulzadə, Azərbaycan Mədəniyyət ənənələri
2 27 noyabr 1949 M.Rəsulzadə, Çağdaş Azərbaycan Ədəbiyyatı
3 18 mart 1950 Əbdülvahap Yurtsevər, Mirzə Fəthəli Axundzadənin həyat və yaradıcılığı
4 28 may 1950 M.Rəsulzadə, Çağdaş Azərbaycan Tarixi
5 26 aprel 1951 Ə. Yurtsevər, Sabirin Azərbaycan ədəbiyyatında yeri
6 19 may 1951 Mirzə Bala, Türk Almaniyası Azərbaycan Tarixində
7 26 may 1951 Kərim Odər, Azərbaycan İqtisadiyyatı
8 5 aprel 1952 Əhməd Cəfəroğlu, Azərbaycan dili və ədəbiyyatının inkişaf dövrləri
9 27 aprel 1952 Süleyman Tekiner, Azərbaycanda Fikir Hərəkatları
10 1952 Yurtsevər, Azərbaycan şairləri Vidadi və Vaqifin həyatı, əsərləri
11 1952 Mustafa Haqqı Türkekul, Azərbaycan musiqisi
12 1952 Rəsulzadə, Azərbaycan Respublikası
13 1953 Mirzə Bala, Azərbaycan Teatrı
14 1955 A.Taymas, Məhəmməd Əmin Rəsulzadə

Siyahıdan da göründüyü kimi, birliyin ilk illərində keçirilən konfranslar Azərbaycan dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini, adət-ənənələrini tanıtmaq məqsədi daşıyırdı. 1952-ci ildə dərnəyin aylıq yayım orqanı olan “Azərbaycan” jurnalının nəşri ilə bu jurnalda oxşar mövzularda məqalələr yer aldığından konfrans tipli fəaliyyətlərdə uzun müddət durğunluq yarandı. 1980-ci illərin sonunda Azərbaycanın müstəqillik prosesinə qədəm qoyması ilə assosiasiyanın təşkil etdiyi konfrans və simpozium kimi fəaliyyətlərə yenidən təkan verdiyi görünür. Bu müddətdə Azərbaycan Kültür Dərnəyi Türk Ocaqları ilə birgə 26 mart 1988-ci ildə Ankarada Azərbaycan Hadisələri Simpoziumunu təşkil etdi. Dərnək adından sədr Feyzi Ağüzmün çıxış etdiyi simpoziumda, Prof. Dr. Abdülhaluk Çay “1905-1920-ci illər arasında ermənilərin Azərbaycanda törətdikləri qırğın və terror”, dərnəyin sədr müavini Cəmil Ünal, “Ermənilərin törətdiyi qırğınlar və terrorun qaynaqları, pərdəarxası siyasi oyunlar” və dərnəyin baş katibi Əhməd Qaraca isə “Şeirimizdə erməni terroru və qətliamı” adlı məqalələri ilə çıxış etmişdilər. Azərbaycan Kültür Dərnəyi Azərbaycan Elmlər Akademiyası ilə birgə 1991-ci il aprelin 1-dən 6-dək Bakıda “Mühacirlərin həyatında Azərbaycan ədəbiyyatı” mövzusunda simpozium təşkil etmişdi. Türkiyədən 38 iştirakçının qatıldığı simpoziuma yüzdən çox məruzə təqdim olundu. Bu simpoziumun açılış nitqini Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy etmişdi. Simpozium çərçivəsində ilk dəfə olaraq Azərbaycan Xalq Cəbhəsinin lideri ilə rəsmi görüş keçirilmiş və əməkdaşlıq protokolu imzalanmışdı. Bununla yanaşı Azərbaycan Kültür Dərnəyi və Azərbaycan Elmlər Akademiyasının birgə fəaliyyəti ilə 3-9 may 1991-ci il tarixlərində Ankarada Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 850 illiyinə həsr olunmuş simpozium keçirilmişdir. [14]

Yayım fəaliyyəti

Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində media fəaliyyəti çox mühüm yer tutur. Xüsusən də dərnəyin ilk illərində əyani media imkanlarının olmaması səbəbindən, təbliğat və təşviqat işlərini ancaq mətbuat vasitəsi ilə həyata keçirmək mümkün idi. Bu məqsədlə dərnək bir sıra nəşrlər, kitablar, broşurlar çap etdirmişdi. Kitablar Azərbaycan Kültür Dərnəyi yarandığı ilk illərdə Azərbaycanın istiqlal mübarizəsini eləcə də ölkəmizin müxtəlif yönlərini tanıdan bir çox əsərlərin nəşrinə diqqət yetirmişdir. Lakin 1955-ci il martın 6-da M.Ə. Rəsulzadənin, 8 mart 1959-cu ildə isə Mirzə Balanın vəfatı dərnək daxilində sarsıntı yaranmış və bu da dərnəyin bütün fəaliyyətində olduğu kimi nəşriyyat sahəsində də durğunluq yaratmışdı. Demək olar ki, xarici siyasətdə Kipr Məsələsi, daxili siyasətdə isə 27 May Hərbi Çevrilişi də dərnəyin fəaliyyətinin ləngiməsində təsirli olmuşdur. 1973-cü il fevralın 24-də Azərbaycan Kültür Dərnəyinim növbəti ümumi yığıncağı keçirilmişdi. İdarə Heyətinin iclasında Feyzi Ağüzüm sədr seçilmiş və bu vəzifəni 24 fevral 1990-cı ilə qədər davam etdirmişdir. Ağüzümün sədrliyi dövründə, xüsusilə 1978-ci ildən bu yana dərnəyin fəaliyyətlərində canlanma müşahidə olunmuşdur. Bu dövrdə Türkiyənin ümumi siyasət anlayışında Türk dünyasının məsələlərinə marağın artması dərnəyin nəşr siyasətinə də təsir etdi. Əvvəlcə mövzu baxımından ümumiyyətlə Azərbaycanla məhdudlaşan nəşriyyat fəaliyyəti, ümumi türk tarixi, türk məsələləri və türk dünyasına aid mövzuları da əhatə etməyə başladı. Dərnəyin yarandığı gündən nəşr etdiyi kitablar aşağıda göstərilmişdir:[15]

Müəllif və Nəşr

  • M.Ə.Rəsulzadə, Azərbaycan Kültür Ənənələri, Ankara 1949.
  • M.Ə.Rəsulzadə, Çağdaş Azərbaycan Ədəbiyyatı, Ankara 1950.
  • Ə. Vahab Yurtsevər, Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı, Ankara, 1950.
  • M.Ə.Rəsulzadə, Çağdaş Azərbaycan Tarixi, Ankara, 1951.
  • Ə. Vahab Yurtsevər, Azərbaycan Dram Ədəbiyyatı, Ankara, 1951
  • Ə. Vahab Yurtsevər, Sabirin Azərbaycan ədəbiyyatında yeri, Ankara, 1951.
  • Mirzə Bala, Azərbaycan tarixində Türk Albaniyası, Ankara, 1951.
  • Kərim Odər, Azərbaycan İqtisadiyyatı, Ankara, 1952.
  • Ə. Vahab Yurtsevər, Azərbaycan Ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı, Ankara, 1952
  • Almas İldırımın Seçilmiş Şeirləri, Ankara, 1953.
  • prof. Dr. Əhməd Cəfəroğlu, Azərbaycan Dili və Ədəbiyyatının Mərhələləri, Ankara, 1953.
  • Prof.Dr. İ.Qayabalı- C.Aslanaoğlu, Azərbaycan Türklərinin Kültür Tarixinin Əsas Xətləri, Ankara 1978.
  • M.Ə. Rəsulzade, Milli Təsanüd, Ankara, 1978.
  • Prof. İ.Qayabalı- C.Arslanaoğlu, Başlanğıcları və Nəticələri ilə 93 Müharibəsi, Ankara 1978,
  • Prof. İ.Qayabalı- Cəməndər Arslanaoğlu, Türk Milli Mədəniyyəti, Ankara, 1981.
  • Əhməd Qaraca, Azərbaycanın Yaxın Tarixinə Qısa Baxış, Ankara, 1982.
  • Dr. A. Baycan, Könül Sazından, Ankara 1983.
  • M. Ə. Rəsulzade, Azərbaycan Kültür Ənənələri və Çağdaş Azərbaycan Ədəbiyyatı, Ankara 1984
  • Prof. İsmail Qayabalı- C. Arslanaoğlu, Bolqar Türkləri, Ankara, 1985.
  • C. Arslanoğlu, Qars Milli İslam Şurası və Güney Qarbi Qafqaz Müvəqqəti-i Milliyəsi Ankara, 1986.
  • Şükrü K. Səfəroğlu- Adnan Müdərrisoğlu, Türk Dövlətləri Tarixi, Ankara 1986.
  • C. Arslanoğlu, Şərqi Anadoluda Türklərin İslamı Qəbulu və Türk-İslam Sivilizasiyası, Ankara 1986.
  • Azərbaycan türk ədəbiyyatı tarixində Monumental Şəxsiyyətlər, Ankara, 1987.
  • prof. Orxan Türkdoğan, Şərqi Anadolunun Sosial Quruluşu, Ankara 1987.
  • İsaq Sungurluoğlu, Harput Yolunda (seçmələr), Ankara 1987.
  • Azərbaycan Türk Ədəbiyyatı Tarixində Monumental Şəxsiyyətlər II, Ankara 1987.
  • Dos. Dr. Ənvər Konukçu, Koroğluya qədər Bingöl, Ankara, 1987.
  • Cəmil Ünal, Türk və İslam Dünyasında Azərbaycanın Yeri, Ankara 1987.
  • Dr. A. Baycan, Dağ Çiçəkləri, Ankara, 1987.
  • Sədi Bayram, Cənub-Şərqi Anadoluda Proto Türklərin İzləri, Ankara 1988.
  • Azərbaycan Türk Ədəbiyyatı Tarixində Monumental Şəxsiyyətlər III, Ankara 1987.
  • Səltənət və Xilafət (Ləğv edilməlidirmi?), Ankara 1988. Dr. Əkrəm Ruhi Fığlalı, Atatürk və Din, Ankara, 1988.
  • Prof. Dr. Abdurrahman Gözəl- Ş. Qaya Səfəroğlu, Atatürk və Milli Birlik, Ankara, 1988.
  • Yılmaz Öztuna, XX. Əsrin Son Rübündə Şərq Problemi, Ankara, 1989.
  • Mətbuatımızda Türkiyə Problemləri, Ankara, 1989.
  • Dağlıq Qarabağ: Arzular və Reallıqlar, Ankara, 1989.
  • prof. Dr. Mehmet Saray, Geyim və Sekulyarizm, Ankara, 1989.
  • Məlahət Altunbay, Hürriyətə Uçan Türk, Mehmet Altunbayın Xatirələri,
  • Yılmaz Öztuna, Die Ostfragen Im Letzten Vietrel Des XX. Jahrhunderts, Ankara, 1989.
  • Yılmaz Öztuna, Question D'orinet Durant Le Dernier Quart du XX. Siecle, Ankara, 1989.
  • Əhməd Qabaklı, Yaxından Cənubşərq, Ankara, 1990.
  • Mirzə Bala Məmmədzadə, Milli Azərbaycan Hərəkatı, Ankara, 1991.
  • Əhməd Qabaklı, Şərqdən Doğuş, Ankara, 1993.
  • Almas İldırım, Cəsurlara müraciət, Ankara, 1995.
  • M.Ə.Rəsulzadə, Azerbaycan Problemi, Ankara 1996.
  • Soyqırım (1895-1922) Ankara, 1996.
  • prof. Cəmil Həsənli, Azərbaycan Tarixi (1918-1920) Ankara, 1998.
  • Dr. Səbahəddin Şimşir, Azərbaycanlıların Türkiyədəki Siyasi və Mədəni Fəaliyyətləri, Ankara,2000.
  • Ələsgər Ələsgərli-Elşad Mahmudov, Azərbaycan Misak-ı Millisi, Ankara, 2002.
  • Rizvan Qənbərli, Azərbaycanda Jurnalistika, Ankara, 2003.
  • Əli Erol, Azadlıq dastanı
  • Əli Erol, Azərbaycan Poeziyasında Romantika, İzmir, 2007.

Yuxarıdakı nəşrlər siyahısından göründüyü kimi, assosiasiya ilk yarandığı illərdə nəşr olunan kitablar daha çox Azərbaycanı müxtəlif aspektlərdə tanıtmaq məqsədi daşısa da, 1970-ci illərin sonlarından Türkiyədə sağçı siyasətin güclənməsi və türkçülük, türk tarixi və Türk Dünyası kimi anlayışların dəyər qazanması ilə paralel olaraq nəşrlərin mövzusuda çoxşaxəli olmuşdur. 1991-ci ildən sonra isə Azərbaycanla bağlı nəşrlər yenidən ön plana çıxmağa başlamışdır.[16]

Rəsulzadə İkinci Dünya müharibəsindən sonra dəyişən dünya şəraitində mədəniyyətin əhəmiyyət kəsb edəcəyini bilib, 1949-cu ildə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəni mədəniyyət sahəsində aparmaq üçün Azərbaycan Kültür Dərnəyini yaratdı və bir müddət sonra , bu fikri mübarizədə vasitəçilik edəcək bir media orqanının yaradılmasına ehtiyac yarandı. Dərnəyin dördüncü növbədənkənar qurultayında bu məsələ gündəmə gətirilmiş və nəşrin növü, tezliyi və adı kimi məsələlər müzakirə edilmişdi. Müzakirələr nəticəsində Rəsulzadənin daha davamlı olacağı düşüncəsi ilə aylıq jurnal buraxmaq təklifi ümumilikcə qəbul edildi. İclasda nəşr olunacaq jurnalın adının Azərbaycan olması təklifi də gələcək illərdə uzun müddət dərnəyin sədri olacaq Feyzi Ağüzüm tərəfindən edilmişdi.[17] Jurnalın ilk nömrəsində Azərbaycan Kültür Dərnəyi İdarə heyətinin imzası ilə dərc edilmiş “Başlanğıc” adlı giriş məqaləsində jurnalın əsas məqsədi aşağıdakı sözlərlə izah olunur:

Azərbaycan Kültür Dərnəyi dördüncü qurultay üzvlərinin istəklərinə uyğun olaraq bu kiçik və təvazökar jurnalın nəşri ilə nəşr proqramımızı bir az da genişləndirdik. İndiyə qədər yalnız elmi, ədəbi və tarixi konfranslar nəşr etdirən dərnəyimizin Ankara və vilayətlərdəki üzvləri ilə mədəni əlaqələrini daha da gücləndirmək üçün bu dəfə də jurnal çıxarmağa ehtiyac duymuşdur. Hələlik ayda bir dəfə nəşr olunacaq bu jurnal vasitəsilə dərnəyimizin üç ildən artıq bir müddətdə gördüyü işlər barədə ətraflı məlumat veriləcək, Anadolu türklüyünə bu qədər yaxın olan Azərbaycan türklüyünün tarixi, ədəbiyyatı, incəsənəti ilə bağlı vətəndaşlara mümkün qədər geniş məlumatlar çatdırmağa çalışacağıq.[16]

“Azərbaycan” jurnalı 1923-1931-ci illər Azərbaycan siyasi mühacirətinin Türkiyədəki nəşrlərinin yeni halqasını təşkil edirdi. Dərnəyin idarə heyətinin qərarı ilə “Azərbaycan” jurnalı 1966-cı ilin yanvar sayından etibarən “Azərbaycan Aylıq Türk Kültürü” jurnalı adı ilə nəşr olunmağa başladı. Eyni qərarla jurnalın baş redaktoru Vahab Yurtsever, ümumi yayım üzrə məsul şəxsi Kərim Alhan (Yaycılı), məsul direktor vəzifəsinə isə Əhməd Yaşat təyin edilmiş, bundan əlavə, baş redaktorun, ümumi yayım üzrə məsul şəxsin və məsul müdirin vəzifələri ətraflı müəyyən edilmişdir.[18]

Jurnalın 1966-cı ildən 3 aydan bir nəşrinə qərar verilsə də buna baxmayaraq, jurnal maliyyə çətinlikləri səbəbindən 1968-ci ilin iyul ayından etibarən nəşrini 6 ay müddətinə dayandırmalı oldu.

İldə iki dəfə yarımillik dövrlərdə çap olunmağa başlayan jurnalda 1993-cü ildən dərc olunan məqalələr biblioqrafik göstəriciyə çevrilərək dərnəyin rəsmi internet saytında dərc olunmuşdur.

“Azərbaycan” jurnalı 65 ilə yaxındır ki, sabit nəşr həyatını davam etdirir. Jurnal 1950-ci illərin əvvəllərindən bu günə qədər başda Azərbaycan olmaqla türk dünyası ilə bağlı baş verənləri izləmək üçün mühüm məlumat mənbəyidir. Jurnal həm də dərnəyin tarixini, siyasətini və fəaliyyətini izləmək istəyənlər üçün unikal arxivdir.[19]

İstinadlar

  1. "Türkiyə. Azərbaycan Kültür Dərnəyi". Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  2. Ercilasun, Ahmet B. "Azerbaycan Kültür Derneği 70 yaşında". Yeniçağ Gazetesi. 2019-02-10. 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  3. Akpınar, 1990. səh. 22
  4. Karaca, 1996. səh. 13
  5. Şimşir, 2003. səh. 177-178
  6. AKD, 1989. səh. 1
  7. 1 2 Turan, 2016. səh. 1189
  8. 1 2 Turan, 2016. səh. 1190
  9. Turan, 2016. səh. 1198
  10. Turan, 2016. səh. 1199
  11. Şimşir, 2000. səh. 99
  12. Odlu, 1986. səh. 13
  13. AKD, 1954. səh. 55-61
  14. Turan, 2016. səh. 1192
  15. Şimşir, 2000
  16. 1 2 Turan, 2016. səh. 1195
  17. Ulusoy, 2003. səh. 151
  18. Yaqublu, 2015
  19. Ulusoy, 2003. səh. 152

Mənbə

  • ATAMAN,Ş. Eşim Dr. Hamit Ataman. 1979. səh. 230.
  • ATTAR, A. və ŞİMŞİR,S. Tarihten Günümüze Türkiye’de Yaşayan Azerbaycan Türkleri. Ankara: Berikan Yayınevi. 2003.
  • AVŞAR, A. Türkiye-Azerbaycan İlişkilerinde İleti Kaynağı Olarak Birey. Atatürk Üniversitesi İletişim Dergisi. 2012. 1–18.
  • KARACA, A. Azerbaycan Kültür Derneği’nin Kurucusu ve İlk Genel Başkanı Dr. Hamit Ataman. Azərbaycan. 1996. səh. 311.
  • YAGUBLU N. M.Ə.Rəsulzadə Ensiklopediyası. Ankara: Azerbaycan Kültür Derneği Yayınları. 2015.
  • Belkıs Ulusoy. Azerbaycan Siyasi Muhaceretinin İstanbul’daki Basın Faaliyetleri (1923-1931). İstanbul: İstanbul Üniversitesi İletişim Fakültesi Dergisi. 2003. 147–175.

Read other articles:

Artikel ini perlu diwikifikasi agar memenuhi standar kualitas Wikipedia. Anda dapat memberikan bantuan berupa penambahan pranala dalam, atau dengan merapikan tata letak dari artikel ini. Untuk keterangan lebih lanjut, klik [tampil] di bagian kanan. Mengganti markah HTML dengan markah wiki bila dimungkinkan. Tambahkan pranala wiki. Bila dirasa perlu, buatlah pautan ke artikel wiki lainnya dengan cara menambahkan [[ dan ]] pada kata yang bersangkutan (lihat WP:LINK untuk keterangan lebih lanjut...

 

Rakesh BapatRaqesh Vashisth di set di MasterChef IndiaLahir1 September 1978 (umur 45)[1]Mumbai, IndiaPekerjaanAktor, modelTahun aktif2001–sekarangSuami/istriRiddhi Dogra ​(m. 2011)​Situs webhttp://www.raqeshvashisth.com/ Rakesh Bapat adalah seorang aktor dan model India.[2] Ia menjadi runner up pada kontes Grasim Mr. India 1999, dan runner-up pertama di Mr Intercontinental.[3] Dia berada di iklan televisi untuk permen Colgate da...

 

Станція Бориничі Львів — ХодорівЛьвівська залізницяЛьвівська дирекціяс. Бориничі 49°29′53″ пн. ш. 24°13′03″ сх. д. / 49.49806° пн. ш. 24.21750° сх. д. / 49.49806; 24.21750Координати: 49°29′53″ пн. ш. 24°13′03″ сх. д. / 49.49806° пн. ш. 24.21750° с...

Amir Kulālامیر کلالBornShams ud-Dīn1278Bukhara, Chagatai KhanateDied1370 (aged 91–92)Sokhar, present-day UzbekistanNationalityPersian Part of a series on IslamSufismTomb of Abdul Qadir Gilani, Baghdad, Iraq Ideas Abdal Al-Insān al-Kāmil Baqaa Dervish Dhawq Fakir Fana Hal Haqiqa Ihsan Irfan Ishq Karamat Kashf Lataif Manzil Ma'rifa Maqam Murid Murshid Nafs Nūr Qalandar Qutb Silsila Sufi cosmology Sufi metaphysics Sufi philosophy Sufi poetry Sufi psychology Salik Tazkiah ...

 

El Complejo de Esquí y Biatlón Laura (en ruso, Лыжно-биатлонный комплекс Лаура, Lyzhno-biatlonny kompleks Laura) es una estación de esquí en Krásnaya Poliana, Sochi (Rusia), sede de las competiciones de biatlón, esquí de fondo y combinada nórdica (pruebas de esquí de fondo) en los Juegos Olímpicos de 2014. Está ubicado en la ladera sur de las montañas de Psejako (a una altitud de 1400-1500 m s. n. m.), distrito de Adler, 90 km al este de Sochi, al norte...

 

Canadian rower Brian McMahonPersonal informationBorn (1961-07-24) July 24, 1961 (age 62)Toronto, Ontario, Canada Medal record Men's rowing Representing  Canada 1984 Los Angeles Eight Brian McMahon (born July 24, 1961) is a Canadian rower, who was the coxswain of the Canadian men's eights team that won the gold medal at the 1984 Summer Olympics in Los Angeles, California. The rowing team was inducted into the BC Sports Hall of Fame in 1985,[1] and the Canadian Olympic Hall of...

Bus route in Brooklyn, New York For the current bus service, see List of bus routes in Brooklyn § B67. b67Seventh Avenue LineSouthbound B67 on Flatbush Avenue, crossing Fourth AvenueOverviewSystemMTA Regional Bus OperationsOperatorNew York City Transit AuthorityGarageJackie Gleason DepotEnded serviceFebruary 11, 1951 (Trolley)RouteLocaleBrooklyn, New York, U.S.StartKensington – Cortelyou Road and McDonald AvenueVia All trips: McDonald Avenue, 7th Avenue, Flatbush Avenue, Jay ...

 

Former territorial infantry regiment of the New Zealand Military Forces 15th (North Auckland) RegimentNorth Auckland RegimentNorthland RegimentCap badge of the North Auckland RegimentActive1911–1964Country New ZealandBranchNew Zealand ArmyTypeInfantryGarrison/HQWhangareiMotto(s)Pour Devoir (French: For Right)EngagementsFirst World WarSecond World WarCommandersColonel-in-ChiefPrincess Margaret (1955–1964)Military unit The Northland Regiment was a territorial infantry regiment of the N...

 

1982 American vigilante action film by Michael Winner For the soundtrack album, see Death Wish II (album). Death Wish IITheatrical release posterDirected byMichael WinnerWritten byDavid EngelbachBased onCharacters by Brian GarfieldProduced byMenahem Golan Yoram GlobusStarring Charles Bronson Jill Ireland Vincent Gardenia Paul Lambert Robin Sherwood J. D. Cannon Anthony Franciosa CinematographyThomas Del Ruth Richard H. KlineEdited byJulian Semilian Michael Winner (as Arnold Crust)[1]M...

Republik Sosialis Bosnia dan HerzegovinaSocijalistička Republika Bosna i HercegovinaСоцијалистичка Република Босна и ХерцеговинаNegara konstituen di Yugoslavia1945–1992 Panji daerah Coat of arms Ibu kotaSarajevoLuas • 199151.129 km2 (19.741 sq mi)Populasi • 1991 4377053 SejarahPemerintahan • JenisRepublik sosialisPresiden • 1945–1946 Vojislav Kecmanović• 1990–1992 Alija Izetbe...

 

Bangladeshi film director Matin Rahmanমতিন রহমানBorn (1952-03-18) 18 March 1952 (age 71)Naogaon District, BangladeshNationalityBangladeshiOccupation(s)Film director, teacherYears active1973–presentNotable workLal KajolSpouseNasima KhanomChildren3AwardsNational Film Awards Matin Rahman (Bengali: মতিন রহমান) is a Bangladeshi film director.[1][2] He is also known for being a film writer and actor.[1] His debut film was L...

 

Rheinisches Industriemuseum The Rheinisches Industriemuseum (lit. Rhineland Museum of the Industry) is a decentralized museum with six locations in Rhineland, western Germany. The locations are: Oberhausen: the main site at the old Zinkfabrik Altenberg (zinc factory), near the Oberhausen main station Ratingen: Textilfabrik Cromford (textiles factory), the first factory in continental Europe, named after the Cromford Mill Solingen: Gesenkschmiede Hendrichs (forge) Bergisch Gladbach: Papiermüh...

New Zealand cricketer Dick MotzMotz in 1961Personal informationFull nameRichard Charles MotzBorn(1940-01-12)12 January 1940Christchurch, New ZealandDied29 April 2007(2007-04-29) (aged 67)Christchurch, New ZealandBattingRight-handedBowlingRight-arm fastInternational information National sideNew Zealand (1961–1969)Test debut (cap 92)8 December 1961 v South AfricaLast Test21 August 1969 v England Career statistics Competition Test First-class Matches 32 1...

 

Jennie V. HughesShi Meiyu and Jennie V. Hughes, from the frontispiece of their book Chinese Heart-Throbs (1920)BornJennie Van Name HughesMarch 9, 1873Woodstown, New Jersey, U.S.DiedNovember 29, 1951Los Angeles, California, U.S.NationalityAmericanOccupationChristian missionary in China Jennie V. Hughes (胡遵理; March 9, 1873 – November 29, 1951) was an American Methodist missionary in China. She co-founded the Bethel Mission in Shanghai with Chinese doctor Shi Meiyu (Mary Stone). Early li...

 

Aparajita DattaDatta in 2006Born5 January 1970Kolkata, IndiaAlma materWildlife Institute of India, DehradunKnown forHornbillsAwardsWhitley AwardScientific careerFieldsWildlife Conservation, Conservation Biology, EcologyInstitutionsNature Conservation Foundation Indian wildlife conservationist Aparajita Datta - Turning hunters into conservationists: Video presentation, 7 minutes The Great Hornbill, photographed by Datta in 2015 Teacher training workshop in Arunachal Pradesh Aparajita...

Jon JerdeInformación personalNacimiento 22 de enero de 1940 Alton (Estados Unidos) Fallecimiento 9 de febrero de 2015 o 8 de febrero de 2015 Brentwood (Estados Unidos) Nacionalidad EstadounidenseEducaciónEducado en USC School of Architecture Información profesionalOcupación Arquitecto Empleador Jerde Partnership Movimiento Arquitectura posmoderna Sitio web www.jerde.com Distinciones FAIA [editar datos en Wikidata] Jon Adams Jerde, FAIA (Alton, Illinois; 22 de enero de 1940-Brent...

 

Night event on the terrasse of the Friche Entrance of the Friche La Friche de la Belle de Mai or La Friche (English: The Fallow; The Wasteland) is a former tobacco factory near the Saint-Charles station in Marseille, France, in the neighbourhood of Belle de Mai. In 1992, it was converted into a cultural complex. Presenting itself as a pole of authors, the Wasteland focuses its efforts primarily on the creation and production of works. It hosts dozens of international artists in residence [...

 

1520–1591 Turco-Mongol dynasty in Sindh Arghun dynasty1520–1554South Asia1525 CEDELHISULTANATE(LODIS)TIMURID EMPIRE(Babur)SHAH MIRSULTANATEKANGRAPHAGMODRUPASKHANDESHSULTANATEBERARSULTANATEMALWASULTANATEARGHUNSKALMATLANGAHSULTANATEAMARKOTJAISALMERSHEKHAWATBUNDIBIKANERGUJARATSULTANATEMEWARMARWARAMBERKARAULIMEWATSIROHIVAGADDIMASATRIPWAAHOMKAMATASSUGAUNASCHEROSBENGALSULTANATEGAJAPATIEMPIREGONDWANAAHMADNAGARSULTANATEVIJAYANAGARAEMPIREBIJAPURSULTANATEBIDARSULTANATEGOLKONDASULTANATE ◁ Location...

1928 United States Senate election in Montana ← 1922 November 6, 1928 1934 →   Nominee Burton K. Wheeler Joseph M. Dixon Party Democratic Republican Popular vote 103,655 91,185 Percentage 53.20% 46.80% County ResultsWheeler:      50–60%      60–70%      70–80% Dixon:      50–60%      60–70% U.S. senator before election Burton K...

 

В Википедии есть статьи о других людях с такой фамилией, см. Эрнандес. Тео Эрнандес Общая информация Полное имя Тео Бернар Франсуа Эрнандес Родился 6 октября 1997(1997-10-06)[1][2] (26 лет)Марсель Гражданство  Франция[3] Рост 184[4] см Позиция защитник Информация о кл...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!