Şahzadə Leya Orqana (ing.Princess Leia Organa), sonradan General Leya Orqana (ing.General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər. "Gücün oyanışı" (2015) epizodunda məlum olur ki, Leya Birinci Ordenə qarşı mübarizə aparan general və üsyançıdır, onların Han Solo ilə birgə Kaylo Ren adlı oğulları var.
Orijinal Ulduz müharibələri genişləndirilmiş kainatına (1977–2014) daxil olan roman, komiks və video oyunlarda Leya, Han və Lyuk ilə birgə "Cedayın qayıdışı" epizodundan sonra macəralarını davam etdirir, imperiya ordusuna və qalaktikadakı digər düşmənlərə qarşı mübarizə aparır. O, Yeni Respublikanın dövlət başçısı, Ustad Ceday və Han Solodan olan üç uşağın – Ceyna, Ceysen və Anakin Soloların anası olur.
Ulduz müharibələri kainatının ən məşhur personajlarından biri olan Leya 1980-ci illərin feministikonası və digər macəra filmlərinin qəhrəmanları üçün model rolunu oynamışdır. Leya personajı bir çox bədii əsərlərin və kommersiya məhsullarının qəhrəmanı olmuş, müxtəlif televiziya şouları və filmlərdə parodiya edilmişdir. Onun "Ulduz müharibələri" (1977) filmindən olan fəsəli rulonu saç düzümü və "Cedayın qayıdışı" filmindən olan metal bikinisi mədəni ikonaya çevirilmişdir.
Leya personajı Ulduz müharibələri kainatının yaradıcısı Corc Lukas tərəfindən yaradılmışdır. 1999-cu ildə Lukas Leya, Lyuk və Obi-Van Kenobi personajlarının yaradılmasından bəhs edərək demişdir:
Birinci versiyada şahzadə və yaşlı generaldan bəhs edilirdi. İkinci versiyada mövzuya onun atası, oğlu və qızı əlavə edilmişdi; şahzadənin qızı filmin qəhrəmanı olmalı idi. Sonradan qız Mark Hemillin qəhrəmanı Lyuka çevrildi. Həmçinin iki qardaşın hekayəsini də işləmişdim ki, sonradan onlardan birini bacıya çevirdim. Böyük qardaş həbsə salınır və gənc bacısı onu azad edərək atasının yanına qaytarır.[2]
Film tarixçisi Loren Buzero 1997-ci ildə nəşr edilmiş "Ulduz müharibələri: Qısaldılmış ssenarilər" (ing.Star Wars: The Annotated Screenplays) adlı kitabında qeyd edir ki, Ulduz müharibələri ssenarisinin qaralama əlyazmasında Leya Kraliça Akilalı Breha və Kral Kayosun Biqqs və Uindi adlı qaraşları olan kiçik qızıdır; Biqqs dördüncü qaralama əlyazmasında Lyukun uşaqlıq dostu kimi yenidən ssenariyə qaytarılır.[3]"Skayuolkinq: Corc Lukasın həyat və yaradıcılığı" (1999) (ing.Skywalking: The Life and Films of George Lucas) sənədli filmində qeyd edilir ki, "Lyuk Skayuolker əvvəlcə Lyuk Skaykiller adlandırılmış, Leya isə Ouen Lars və Berunun qızı, Lyukun isə xalaqızısı olmuşdur. Onlar birlikdə Ölüm ulduzu tərəfindən məhv edilmiş planetdə həlak olmuş onun anasının məzarını ziyarət edirlər."[4]"Ulduz müharibələrinin çəkilməsi: Orijinal filmin arxasında dayanan təkrarolunmaz hekayə" (2007) (ing.The Making of Star Wars: The Definitive Story Behind the Original Film) sənədli filmində J. V. Raynzler qeyd edir ki, sonrakı hekayədə Leya Böyük Orqanadan olan Beyl Antillesin qızı "Leya Antilles" kimi qeyd edilir. Ssenarinin dördüncü variantında "Leya Orqana"nın Alderaan planetindən olması müəyyən edilmişdir.[5]
"Cedayın qayıdışı" filminin ssenarisinin ikinci qaralamasındakı dialoqlardan birində Obi-Van Lyuka deyir ki, onun əkiz bacısı var.[13] Bacısı və anası "uzaq sistemlərdən birində dostların himayəsi altında olublar. Bir müddət sonra anası vəfat edib, Lyukun bacısını isə Benin dostları, Alderan qubernatoru və onun həyat yoldaşı övladlığa götürüblər." 1983-cü ildə Fişer deyir ki, "Leyanın real atası hamilə olduğu zaman onun anasını tərk edir, buna görə də anası Kral Orqana ilə evlənir. Mən şahzadə olduğuma görə başqa insanlardan uzaqlaşdırılmış, övladlığa götürülmüş və böyüdülmüşdüm."[14]
Bəstəkar Con Vilyamsın Şahzadə Leya üçün işlədiyi musiqi leytmotivi Ulduz müharibələri saqası boyunca istifadə edilmişdir. "Princess Leia's Theme" adlandırılan musiqi konsert süitası (4:18 dəq) 1977-ci ildə çıxarılmış instrumental musiqi albomu üçün lentə alınmışdır.
Personaj
"Entertainment Weekly"dən Entoni Breznikan Leya personajını "diplomat, cəsus, döyüşçü gizli agent" kimi təsvir edir.[15]"The Huffington Post"dan Mark Edlitz onu "ağıllı, küsəyən, mərd diplomat v döyüşçü" adlandırır.[16] 1983-cü ildə "Rolling Stone" jurnalına verdiyi müsahibədə Fişer qeyd edir:
Bir çox insanlara mənim bu filmlərdəki personajım xoş gəlmir, onlar hesab edirlər ki, mən hansısa kosmik qancığam. Onun dostları yoxdur, ailəsi yoxdur; planeti isə bir neçə saniyənin içində partladıldı...bunların hamısının səbəbi isə onun özüdür. Birinci filmdə [Ulduz müharibələri] , o, yalnız arxa və ön cəbhə əsgəridir. Personajı güclü təqdim etməyin yeganə yolu isə onu qəzəbli göstərmək idi.[14]
2014-cü ildə Fişer qeyd edir ki,
Mən Han Solonu oynamağa üstünlük verərdim. İlk dəfə ssenarini oxuduğum vaxt mən fikirləşdim ki, bu hissə onun həmişə canlı və maraqlı olacaq hissəsidir. O, həmişə belədir. Mən hiss edirdim ki, vaxtın böyük bir hissəsini Leya ya narahatlıq, ya yoğunluq içində keçirir və qısa bir zamanda eleqant olur. O, Han Solo ilə müqayisədə daha çox narahatlıq keçirir və bunu oynamaq o qədər də yaxşı deyil...mən daha çox Cabba Hattın öldürülməsi zamanı əylənmişdim. Onlar məndən soruşdular ki, Cabbanın öldürülməsi səhnəsində mənə dublyor lazımdırmı. Yox! Bu mənim aktyor olaraq keçirdiyim ən yaxşı vaxtlardı. Bu peşəni seçmənin ən mühüm səəblərindən biri də, bir gün nəhəng bədheybəti öldürmək imkanının olmasıdır.[6]
Görünməsi
Bədii filmlərdə
Ulduz müharibələri
1977-ci ildə çıxarılmış "Ulduz müharibələri" filmində Alderaan şahzadəsi Leya Orqana İmperiya Senatının üzvüdür. O, Qiyamçılar Alyansının casusu kimi girdiyi "Tantive IV" kosmik gəmisində Dart Vayder tərəfindən ələ keçirilir. Leya İmperiyanın planet ölçülü silahı Ölüm ulduzunun planını R2-D2droidində gizlədərək, onu Ceday ustadı Obi-Van Kenobini tapması üçün yaxınlıqdakı Tatuin planetinə göndərir. Vayder Leyanı həbs edərək əziyyət versə də, o, qiyamçıların heç bir sirrini açmır. Ölüm ulduzunun komandiri Qrand Moff Tarkin Leyanı, Qiyamçıların bazasının yerləşdiyi məkan haqqına məlumat verməyəcəyi təqdirdə Ölüm ulduzundan atəş açaraq Alderaanı məhv etməklə hədələyir. Leya, köhnə tərkedilmiş bazanın koordinantlarını versə də, Tarkin Alderaanın məhv edilməsi göstərişini verir. Leya Obi-Van, Lyuk Skayuolker, Han Solo, Vuki, Çubakka və iki droid – R2-D2 və C-3PO tərəfindən xilas edilir, onlar Hanın "Millenium Falkon" gəmisində qaçırlar. Ölüm ulduzunun planınıtədqiq edən qiyamçılar onun strukturunda kiçik zəif nöqtə tapırlar və Lyuk "X-wing" döyüş gəmisi ilə həmin zəif nöqtədən istifadə edərək Ölüm ulduzunu məhv edir. Döyüşdə qalib gəlinməsindən sonra, Leya və onun yoldaşlarına qiyamçıların Yavin 4 planetindəki bazasında medallar təqdim edilir.
"The Washington Post"dan Alissa Rozenberq "Ulduz müharibələri" filmində Leya obrazı haqqında yazır:
Üsyançı kimi Leyanın qzəbli olması onun ekranda göründüyü ilk anlardan bəlli olur...O, kosmik gəmini ələ keçirmiş piyadaların silahını ələ keçirərək Dart Vayderi xəcalət çəkməyə məcbur edir...Moff Tarkinin işgəncələrindən sonra da mübarizə aparmaq üçün enerji ilə dolu olur. Əziyyət çəkdiyi müddətdə doğma planeti Alderaan Ölüm ulduzu ilə məhv edilsə də, Leya ruhdan düşmür: gözlənilmədən xilas edilən Leya mübarizə aparmağa davam edir.[17]
Rozenberq həm də qeyd edir ki, baxmayaraq ki, ilk baxışdan Leya Hanı cəlb edir, onlar öz aralarında da mübarizəyə başlayırlar və hətta eya komandaya rəhbərlik etməyə layiq olmasını sübut etdikdə də Han mübarizədən əl çəkmir.[17] Baxmayaraq ki, kontrabanda ilə məşğul olmasına görə Leya Hanı eqoist kimi qəbul edir, Üsyançılara qoşulmaq üçün geri qayıtdıqda Leya ona deyir ki, "Mən bilirdim ki, sənin üçün puldan daha dəyərliyəm."[17]
1980-ci ildə Fişer "Rolling Stone" jurnalına verdiyi müsahibədə qeyd edir ki, orijinal ssenari əlyazmasında Lyuk və Han əsir edilmiş Leyanı xilas etmək üçün gəldikdə "mən başı aşağı asılmışdım və "Ekzorsist" filmindəki kimi gözlərim sarı idi…Mənə qarşı bəzi şüa işgəncələri tətbiq edildiyinə görə halsız idim, bədənimdə göyərmələr var idi və göydən asılı vəziyyətdə saxlanırdım. Bu səhnənin kəsilməsinin səbəbi isə odur ki, həmin səhnədə mən huşsuz idim və bu göstərilsə, növbəti on beş dəqiqə ərzində Vuki məni çiynində daşımalı olacaqdı."[18]
İmpeiya cavab zərbəsi endirir
"İmperiya cavab zərbəsi endirir" (1980) filmində Leya Hotdakı qiyamçı bazasındadır. O, İmperiyanın hücumu zamanı evakuasiyaya rəhbərlik edir, daha sonra isə Han, Çubakka və C-3PO ilə birlikdə Hanın "Millenium Falcon" gəmisində uçur. İmperiyanın "TIE fighter" döyüş gəmiləri tərəfindən təqib edilən "Falcon"un hiperdrayvı sıradan çıxdıqda Leya bir müddət onu idarə edir və gəmi asteroidə eniş edir. İmperiyadan qaçdıqları müddətdə Han və Leya arasında romantik münasibətlər yaranır; kosmik ilbizin qarnında gizləndikləri müddətdə onlar ilk dəfə öpüşürlər. Zədələnmiş kosmik gəmisinin təmir edilməsi üçün Han Bespin planeti üzərindəki üçan Bulud şəhərdə yaşayan köhnə tanışı Lando Kalrissiana müraciət edir. Lando onları qonaqpərvərliklə qarşılasa da, qısa müddət sonra şəhərə gələn Dart Vayderə təhvil verir. Dart Vayder isə cütlüyü Lyuku ələ keçirmək üçün istifadə etmək istəyir. Hanın karbonla dondurulması zamanı Leya ona sevgisini etiraf edir, daha sonra baş ovçusu Boba Fettin dəstəsinə qoşulur ki, o da Leyaya Cabba Hattın yanına getməyə kömək edir. Lakndo Leya, Çubakka və iki droidə qaçmağa kömək edir. Leya hiss edir ki, Lyuk çətin vəziyyətdədir və onu xilas etmək üçün geri qayıdır, bu zaman isə Vayderlə işıq qılıncı duelində ölüm təhlükəsi ilə üzləşir.
Rozenberq qeyd edir:
Bəli, bu bir qədər gülməlidir...ki, [Han] Hotda ondan sevgi etirafı eşitməyə çalışır, Leya isə yalnız ion tapançasından istifadə ilə evakuasiyanı təşkil etməyə çalışır. Lakin, Han səhv etmir, o bilir ki, Leya tələbləri olan indandır və qısa zamanda alovlanmağa hazırdır...bu bir növ erkən etirafdır: Hanı hələ də onu izləyən baş ovçuları narahat edir...Lakin, o qalaraq Leyaya dəstək və sevgi bəxş etmək istəyir, bir şərtlə ki, Leya ona ehtiyacı olduğunu bildirsin.[17]
Cedayın qayıdışı
"Cedayın qayıdışı" (1983) filmində Leya Buşdan olan ovçu Ubese rolunda Cabbanın Tatuindəki sarayına daxil olaraq Çubakkanı əsir almış kimi görsənərək Hanı karbonitdən azad edir, lakin onlar sonradan təkrarən Cabba tərəfindən həbs edilirlər. Bu dəfə Cabba Leyaya metal bikini geyindirərək qul kimi əllərini zəncirləyir və öz taxtının yanına bağlayır. Lyukun gəlib Cabbanın yırtıcısı Rankoru öldürməsindən sonra, Cabba Lyuk, Han və Çubakkanı Sarlakka yem etməyə qərar verir. Gözətçi geyimində olan Lando əsirlərə kömək edir, Leya isə fürsətdən istifadə edərək zəncir ilə Cabbanı boğur. Cabbanın məkanı partladılmazdan qabaq Lyuk və Leya təhlükəsiz yerdə gizlənirlər. Daha sonra qəhrəmanlar İmperiya ilə mübarizəyə hazırlaşmaq üçün Endorun meşəli ayına gedirlər. Burada Lyuk Leyaya onun əkiz qardaşı olduğunu, Dart Vayderin isə onların atası olmasını açıqlayır. Leya qiyamçıları İmperiya piyadaları ilə döyüşə aparan Hana qoşulur və qiyamçıların hava qüvvələri ikinci Ölüm ulduzuna hücum edir. Leya yüngül zədələnir, lakin qiyamçılar evokların köməyi ilə İmperiya qüvvələrinə qalib gəlirlər.
1983-cü ildə "Rolling Stone" jurnalına verdiyi müsahibədə Fişer qeyd edir ki, "Cedayın qayıdışında [Leya] daha feminin, dəstəkçi və incədir, lakin gəlin unutmayaq ki, bu filmlər daha çox oğlanların fantaziyasını əks etdirir. Başqa sözlə onu daha feminin göstərməyin bir yolu da soyundurmaq idi."[14] Rozenberq isə Han və Leya haqqında yazır:
Cedayın qayıdışı filmində Han Leyadan gizlin qiyamçılara rəhbərliyi ələ aldıqda biz başa düşürük ki, bu cütlük çoxdan azad hərəkət etməyi gözləyirdi. "Yeni ümid" filmində Leya Hanın necə xilaskar olmasından narazılıq etsə də...Hanın bir zamanlar təhqiredici hesab etdiyi rütbəni qəbul edərək təhlükəli tapşırıq ardınca getdiyini öyrəndikdə, Leya onun könüllülər dəstəsinə qoşulan ilk qiyamçılardan biri olur. Ulduz müharibələrində bu elə sevgi deməkdir; partnyorunuzun iş sisteminə etibar edib onun strateji və texniki həll bacarığını dəstəkləyirsiz.[17]
Filmdə Leya qeyd edir ki, onun real anası ilə bağlı şübhəli xatirələri var və anasını "gözəl…lakin kədərli" insan kimi xatırlayır. 1997-ci ildə Buzerou Lukasdan sitat gətirir:
Mənim heç vaxt işləmədiyim yeganə hissə Lyuk və Leyanın anasının ölüm səhnəsidir. Daha erkən layihələrdə mənim onun tarixçəsi ilə bağlı fikirlərim olsa da, həmin fikirlər saxlanılmadı. "Ceday" üzərində işlədiyim zaman mən istədim ki, heç olmasa onun uşaqlarından birinin xatirəsində onunla bağlı nəsə bir məlumat olsun, çünki, onların anası mənim indi üzərində işlədiyim yeni epizodların açar personajlarından birdir. Lakin, biz ciddi müzakirələr apardıq ki, Leyanın onu xatırlaması lazımdırmı.[19]
Sithin qisası
Prikvel filmi olan "Sithin qisası"nda (2005) Klon müharibələrinin sonuna yaxın Padme AmidalaAnakin Skayuolkerin əkiz uşaqlarına hamilə qalır. Anakinin şər qüvvələrin tərəfinə keçib Dart Vayderə çevrilməsindən sonra Padme Polis Massada Leya və Lyuk Skayuolkeri dünyaya gətirir və vəfat edir. Leya Senator Beyl Orqana və onun həyat yoldaşı kraliça Alderanlı Breha tərəfindən övladlığa götürülür.
"Rolling Stone"dan film tənqidçisi Piter Travers qeyd edir ki, "biz Anakinin lavada necə yanmasını və sonradan Frankenşteyn kimi necə laboratoriyada bərpa edilməsini müşahidə etdiyimiz vaxtda Lukas Padmenin doğum səhnəsini ixtisar edir və sonda yalnız onun emosional səhnələrini göstərir. Bu çox az və çox gecdir."[20]
Gücün oyanışı
2013-cü ilin martında Fişer "Ulduz müharibələri: Gücün oyanışı" filmində Leya personajını canlandıracağını təsdiqlədi.[21] "Cedayın qayıdışı"ndan 32 il sonra baş verən hadisələrdə Leya "daha yorğun və qəlbi qırıqdır." 2015-ci ilin noyabrında rejissor Cey Cey Abrams qeyd edir ki, Leya "filmdə General kimi təqdim edilir, lakin … filmin bir səhnəsində personajlardan biri onu Şahzadə adlandırır."[22] Hekayəni şərh edərkən o qeyd edir ki, "Onun hekayəsinə əlavələr kifayət qədər böyükdür, demək olar ki, Leyanın narahatlıqları ilə bağlı hissələrin işlənməsi zamanı tənbəllik edilməmişdir."[22] Filmdə Leyanın hadisələri necə qəbul etməsi ilə bağlı suala Fişer belə cavab verir: "Çətin…o tənhadır. Böyük təzyiq altındadır. Həmişəki kimi işini tamamlasa da, daha məğlub və yorğun hiss edilir."[22]
Filmdə Leya tiranik Birinci Ordenə qarşı mübarizə aparan və illər əvvəl yox açıxmış Lyuk Skayuolkeri axtaran Müqavimət hərəkatının rəhbərlərindən biridir. Müqavimət qüvvələri droid BB-8-i axtaran Birinci Orden qüvvlərinin hücumuna məruz qaldıqda Leya, fərari piyada Finn və Reyə droidi gizlətməyə kömək etmiş Han Solo ilə görüşür. Uzun illər ərzində eya və Han bir-birindən uzaq düşüb, övladları Benin şər qüvvələrin tərəfinə keçərək Kaylo Renə çevrilməsindən sonra onların nikahı da dağılıb. Leya hələ də Benin xilasının mümkünlüyünə inanır. Han könüllü olaraq Birinci ordenin Starkiller bazasına girib müdafiə qaxanlarını spndürməli olan heyətə qoşulur. Burada oğlu ilə görüşən Han onu xeyir qüvvələrin tərəfinə cəlb etməyə çalışsa da, oğlu Hanı işıq qılıncı ilə öldürür.[23] Leya gücü vasitəsiylə Hanın ölümünü hiss edir və sonradan hisslərini Rey ilə bölüşür. Rey, Çubakka və R2-D2 Lyuku axtarmaq üçün yola düşərkən Leya onlarla görüşür və "Güc sizinlə olsun!" deyərək yola salır.
Leyanın nəyə görə "Gücün oyanışı"nda Ceday kimi göstərilmədiyi (Ulduz müharibələri genişləndirilmiş kainatında olduğu kimi) haqqında suala Abrams IGN-ə verdiyi müsahibədə cavab verərək bildirir ki, "Leyanın nəyə görə təbiətən malik olduğu gücdən istifadə etməməsi məsələsi mühüm olsa da, az müzakirə edilmişdir və biz hətta Kerri [Fişer] ilə də bu məsələni normal müzakirə etməmişik. Cavablardan biri belə ola bilər ki, bu onun seçimi ilə əlaqədardır, o, üsyançılara qoşularaq Müqavimət hərəkatına rəhmərlik etmiş, Ceday yox, General olmağı üstün tutmuşdur." O, həmçinin əlavə edir ki, "Əslində mən istəyərdim fikirləşim ki, biz çox da gecikməmişik…Biz görürük ki, o hələ də gücə sahibdir. Və məncə bu onun xarakterinin ayrılmaz hissəsidir."[24]
Bu roluna görə Fişer 2016-cı ildə Ən yaxşı ikinci plan aktrisası kateqoriyasında Saturn mükafatına namizəd göstərilmişdir.[25]
Sonuncu Ceday
Prodüser Ketlin Kennedi 2015-ci ilin dekabrında verdiyi açıqlamada Ulduz müharibələrinin VIII Epizodunda Kerri Fişerin yenidən Leya obrazını canlandıracağını açıqlamış,[26] sonradan layihə "Ulduz müharibələri: Sonuncu Ceday" adlandırılmışdır.[27] 27 dekabr 2016-cı ildə ürəyində yaranan problemlərdən sonra aktrisa Fişer vəfat etmişdir. Bundan sonra verilən açıqlamada, ölümündən qısa müddət əvvəl onun çəkilişləri tamamladığı elan edilmişdir.[28]
IX Epizod
Fişerin ölümündən sonra, "Variety" jurnalı bildirdi ki, aktrisanın Şahzadə Leya obrazını Ulduz Müharibələrinin IX epizodunda da canlandırması nəzərdə tutulmuşdu və indi Lucasfilm bu problemi həll etmək üçün yollar axtarmalıdır. Filmin çəkilişlərinin 2018-ci ildə başlanılması planlaşdırılır.[29][30][31] 2017-ci ilin yanvarında Lucasfilm elan etmişdir ki, onların "Fişerin performansını Şahzadə və ya General Leya kimi kompüter qrafikası ilə canlandırmaq kimi bir planı yoxdur."[32]
Romanlarda
Leya obrazı ədəbiyyatda ilk dəfə 1976-cı ilin noyabrında çıxarılmış "Ulduz müharibələri: Lyuk Skayuolkerin macəraları" romanı ilə debüt etmişdir. Roman 1977-ci ildə çıxarılmış ilk "Ulduz müharibələri" filminin romanlaşdırılmış versiyasıdır. Lukasın adı ilə çıxarılmış roman, ədəbi zənciAlan Din Foster tərəfindən Lukasın ssenarisi əsasında işlənmişdir. Daha sonra Leya "İmperiya cavab zərbəsi endirir" (1980) filminin Donald F. Qlat və "Cedayın qayıdışı" (1983) filminin Ceyms Xan tərəfindən romanlaşdırılmalarında iştirak etmişdir. O, həmçinin "Gücün oyanışı" filminin 2015-ci ildə Foster tərəfindən romanlaşdırılmasında nöqteyi-nəzər personajı olmuşdur.[33]
Fosterin 1978-ci ildə çıxarılmış "Ağıl gözünün qəlpələri" romanı Lukas tərəfindən sifariş edilmiş və "Ulduz müharibələri" filmi uğursuzluğa düçar olacağı halda uzun sikvel kimi nəzərdə tutulmuşdu.[34] Hekayədə Lyuk və Leya bataqlıq planetdə kristal axtarır və sonda Dart Vayderlə döyüşdə qarşılaşırlar.
Leya həm də "Gücün oyanışı" filmini əvvəlki hissələrlə əlaqələndirmək üçün çıxarılmış "Ulduz müharibələrinə səhayət: Gücün oyanışı" seriyasından olan romanlar və komiks kitablarında iştirak edir.[35] O, 2015-ci ildə Sesil Kastelluççi və Ceyson Fray tərəfindən yazılmış, hadisələrin "İmperiya cavab zərbəsi endirir" və "Cedayın qayıdışı" arasındakı dövrdə baş verdiyi "Hərəkət edən hədəf: Şahzadə Leyanın macərası" romanında[36][37] və Klaudiya Qrey tərəfindən yazılmış, hadisələrin "Gücün oyanışı"ndan bir qədər əvvəl baş verdiyi "Ulduz müharibələri:Şəcərə" romanında iştirak edir.[38][39]
Komikslərdə
Şahzadə Leya obrazı "Ulduz müharibələrinə səhayət: Gücün oyanışı" seriyasından olan "Ulduz müharibələri: Şahzadə Leya" (2015) limitli komikslər silsiləsinin də qəhrəmanıdır. Komikslər silsiləsində hadisələr "Epizod IV: Yeni ümid" və "İmperiya cavan zərbəsi endirir" arasındakı dövrdə baş verir. Obraz həmçinin "Ulduz müharibələri: Dağılmış imperiya" adlı dörd hissəli limitli komikslər seriyasında iştirak etmişdir. Bu komikslərdə hadisələr "Cedayın qayıdışı"ndan sonra baş verir.[40] "Şahzadə Leya #2" və "Dağılmış imperiya" komiksələrində Leya keçmişi hiss etmək üçün öz gücüundən istifadə edir[41][42], "Ulduz müharibələri #12" komiksində isə ilk dəfə olaraq kanonik şəkildə işıq qılıncından silah kimi istifadə edir.[43] "Şahzadə Leya" komiksində Leyanın döyüş sənəti üzrə hazırlıqlı olması, "Dağılmış imperiya" komiksində isə təcrübəli pilot olması aydın olur. Burada Leya Po dameronun anası ilə birgə təhlükəli missiyanı öz öhdəsinə götürür.[41][42]
Televiziyada
Ulduz müharibələri xüsusi bayram buraxılışı
1978-ci ildə çıxarılmış "Ulduz müharibələri xüsusi bayram buraxılışı" televiziya filmində leya yeni Qiyamçı Alyansı bazasının lideri və idarəçisi kimi qısa müddətdə iştirak edir. Çubakka və Hanın tapılmasına kömək etməsi üçün Leya və C-3PO Çubakkanın həyat yoldaşı Mallatobukla ünsiyyət qururlar. Leya həmçinin, asteroiddə yerləşən Qiyamçı bazasında və filmin sonunda mərasimdə görünür.[44] 18 noyabr 1978-ci ildə, xüsusi bayram buraxılışından bir gün əvvəl Leya "Saturday Night Live" şousunda iştirak etmişdir.[45]"Rolling Stone" jurnalının 1983-cü il yay buraxılışında bu iştirak zarafatla yada salınmışdır.[46][47]
Ulduz müharibələri qiyamçılar
Şahzadə Leya personajının Culi Dolan tərəfindən səsləndirilmiş gənclik dövrü "Ulduz müharibələri qiyamçılar" animasiyas serialının seriyalarından birində görünür. Burada hadisələr "Sithin qisası" və "Yeni ümid" arasındakı dövrdə baş verir.[48] Seriyada Leya məşhur qiyamçılara kömək etmək üçün təhlükəli missiyaya göndərilir. İcraçı prodüser Deyv Filoni bu gaqqda deyir:
Biz düşündük ki, onun şəxsiyyəti ilə təcrübə edərək daha güclü lider olmağı öyrənmək imkanı verək və nəticədə siz "Yeni ümid"lə müqayisədə daha qətiyyətli şəxs görürsüz. "Qiyamçılar"da qarşılaşdığımız ən mürəkkəb məsələlərdən biri Leyanın imperiyanın təbəəsi olmasını xatırlatmaq idi. O, imperiyaya inanmır və demək olar ki, ikili agent kimi fəaliyyət göstərir.[48]
Üç orijinal "Ulduz müharibələri" filmi özündən sonra geniş franşiz yaradılmasına əsas verərək çoxsaylı romanlar, komikslər, video oyunlar və animasiya serialları üçün özül rolunu oynamışdır. Bu meterialların bir çoxunda Leya personajı da iştirak edir. 2014-cü ildə (sikvel filmi "Gücün oyanışı" üzərində işlərin başlaması ilə paralel) Lucasfilm əalvə materialları "Ulduz müharibələri kanonu"ndan ayıraraq "Ulduz müharibələri genişləndirilmiş kainatı" (sonradan "Ulduz müharibələri əfsanələri" olaraq rebrend edilmişdir) adlandırmışdır.[49]
Romanlar
1991-ci ildə çap edilmiş və "New York Times" bestselleri olmuş Timoti Zanın "İmperiyanın varisi" romanı filmlər arası və sonrakı dövrləri əhatə edən çoxsaylı ədəbi əsərlərin yaradılmasında ilk addım olmuşdur.[50]
Cedayın qayıdışından sonrakı dövr
Timoti Zanın bestseller olan "Traun" trilogiyasında (1991–1993) hadisələr Cedayın qayıdışından beş il sonra başlayır.[50]"İmperiyanın varisi"ndə (1991) Leya Hanla evlənib və əkiz uşaqlara üç aylıq hamilədir. Böyük Admiral Traunun İmperiyanı bərpa etmək və Yeni respublikanı məhv etmək planının tərkib hissəsi olaraq nogri komandiri Leyanı oğurlamağa çalışır.[51]"Qara gücün yüksəlişi"ndə (1992) Leya başa düşür ki, Dart Vayder və İmperiya nogrilərin sadiqliyini təmin etmək üçün onları aldadır, həqiqəti yad planetlilərə izah etməyi bacaran şahzadə onların yeni respublikaya sadiqliyini təmin edir.[52]"Sonuncu əmr"də (1993) Traunun mühasirəsi zamanı Leya Koruskantda Ceyna və Ceysen adlı əkizləri dünyaya gətirir.[53] Kevin Cey Anderson tərəfindən yazılmış və hadisələrin "Traun" trilogiyasından sonra davam etdiyi "Ceday Akademiyası" trilogiyasında (1994) Leya Yeni Respublikada dövlət başçısıdır. Daha sonra hadisələr "Kallista" trilogiyasında davam etdirilir. Trilogiyaya daxil olan romanlar — "Cedayın uşaqları" (1995) Barbara Hembli, "Darksaber" (1995) Anderson və "Alatoran planeti" (1997) Hembli tərəfindən yazılmışdır. 1994-cü ildə Vonda MakAytir tərəfindən yazılmış "Kristal ulduz" (1994) romanında Ceysen, Ceyna və onların üç yaşlı qardaşı Anakin İmperiyanı bərpa etmək məqsədilə qaçırılır, lakin Leya və Çubakka tərəfindən xilas edilirlər. Maykl P. Kyub-MakDouell tərəfindən yazılmış "Qara donanma böhranı" trilogiyasında (1996) Leya vəzifəsindən irəli gələn işlərlə məşğul olur. Kristin Ketrin Raş tərəfindən yazılmış "Yeni qiyam" (1996) romanında Leya sui-qəsd cəhdinin qarşısını alır, Qara Ceday Kuellerin məğlub edilməsinə kömək edir və sonda onu ölümcül yaralayır. Rocer MakBrayd Allen tərəfindən yazılmış "Korellian" trilogiyasında (1995) uşaqları ilə birlikdə Korellianı ziyarət edən Han və Leya vətəndaş müharibəsinin iştirakçısına çevrilirlər. Timoti Zan tərəfindən yazılmış "Traunun əli" romanlarında ("Keçmişin spektrı" (1997) və "Gələcəyə baxış" (1998)) Leya, Moff Disra kimi təhlükə törədən tərəfləri bir-biri ilə müharibəyə sövq edərək Yeni Respublikanı qorumağa çalışır. Kevin Cey Anderson və Rebekka Moesta tərəfindən yazılmış "Gənc Ceday cəngavərləri" seriyasında (1995–1998) da Leya mütəmmadi olaraq xatırlanır. Seriyaya daxil olan romanların XIV cildində Ceysen və Ceynanın Ceday təlimi keçməsindən bəhs edilir.[54][55][56][57]
Keti Tirs tərəfindən yazılmış "Bakurada sülh" (1993) romanında hadisələr "Cedayın qayıdışı"ndan bir gün sonra baş verir, Leya məhv edilmiş Alderaan sakinlərinin yerləşdirilməsi üçün Yeni Alderaan adlı sığınacağın əsasını qoyur. Anakin Skayuolkerin ruhu Leyaya görünərək ondan üzr istəsə də, Leya onu qovur. Pol və Holleys tərəfindən yazılmış altı hissəli "Ceday şahzadə" seriyasında (1992–1993) baş verən hadisələr "Cedayın qayıdışı"ndan bir il sonrakı dövrü təsvir edən digər romanlar tərəfindən təkzib olunur. "Dart Vayderin əlcəyi"ndə (1992) qondarma oğul İmperator Palpatin və Triokulusa qalib gəldikdən sonra özünü yeni imperator elan etmək üçün titullu əlcəyi axtarır. "Cedayların itmiş şəhəri"ndə (1992) Leyanın gözəlliyindən təsirlənən Triokulus onu özünün kraliçası etmək istəyir. "Zorba — Hattın qisası" romanında (1992) Triokulus Leyanı qaçırsa da, Cabba Hattın intiqamçı atası Zorba əsir aldığı Keni – Palpatinin əsl nəvəsi – Leya ilə dəyişməyə müvəffəq olur, lakin Leya və Ken xilas ola bilirlər, Zorba isə karbon ilə Triokulusu dondurur. "Yoda dağından missiya" (1993) romanında Kenin atası Triklopsu salamat tapan Leya, onunla danıışaraq İmperiyaya qarşı fəaliyyət göstərən qiyamçılara qoşulmağa razı salır. "İmperiyanın kraliçası" (1993) romanında Han ilə nişanlı olan Leya Zorba tərəfindən qaçırılır, lakin Zorba onu öldürməyə imkan tapmamış Triokulu Leyanı ələ keçirir. Leya azad edilərək əkiz androidlə əvəzlənir, həmin android isə Triokulusu öldürür. Qaranlıq tərəfin peyğəmbərləri (1993) romanında Leya Hanla evlənməyə hazırlaşır və gələcəkdə iki uşağı olacağına dair görgüsü olur. Metyu Stoverin 2008-ci ildə nəşr edilmiş "Lyuk Skayuolker və Mindorun kölgələri" romanında Lyuk, Leya və qiyamçıların Sith Lordu Şadouspauna qarşı mübarizəsindən sonrakı dövr təsvir olunur.
Deyv Volverton tərəfindən yazılmış "Şahzadə Leyanın nikahı" (1994) romanında hadisələr "Traun" trilogiyasından əvvəl baş verir. Burada Leya Heyps planetinin şahzadəsi İzolderlə siyasi baxımdan səmərəli nikaha malikdir. Qısqanc Han Leyanı qaçıraraq Datomir planetinə gətirir, onu izləyən Lyuk və İzolder də həmin planetə gəlirlər və burada onlar imperiya hərbçisi Zsinjin gizli hərbi bazasını aşkarlayırlar.[58] Onların müqavimətini qıran Han və Leya evlənirlər.[59] Troy Denninq tərəfindən 2003-cü ildə nəşr edilmiş "Meşədən başqa" və "Tatuin kabusu" romanlarında hadisələr "Şahzadə Leyanın nikahı" romanından sonra baş verir. Yeni evlənmiş Leya qorxur ki, uşaqlardan biri onun atası kimi qaranlıq tərəfin təsiri altına düşəcəyindən qorxur. "Tatuin kabusu" romanında Tatuin planetində macəralarından sonra nənəsi Şmi Skayuolkerin gündəliyini tapan Leya Anakinin bir neçə uşaqlıq dostu ilə görüşür. Anakinin qul kimi keçmiş uşaqlığı və anasının faciəvi ölümü haqqında öyrənən Leya, atasını bağışlamaq qərarına gəlir.
İnterkvellər
Stiv Perri tərəfindən yazılmış "İmperiyanın kölgəsi" (1996) romanı, hadisələrin "İmperiya cavab zərbəsi endirir" və "Cedayın qayıdışı" arasındakı dövrdə baş verdiyi ilk və yeganə əsərdir. Əsərdə Leya, əsir edilmiş Hanı xilas eetmək üçün Boba Fetti axtarır. Cinayətkar qrup rəhbəri Şahzadə Xizor feromonlar istifadə edərək onu özünə cəlb etsə də, Çubakka bu cazibədən azad olmaqda Leyaya kömək edir.[60]
Timoti Zan tərəfindən yazılmış "Sadiqlik" (2007) və "Bir nəfərin seçimi" (2011) romanlarında hadisələr "Yeni ümid" və "İmperiya cavab zərbəsi endirir" filmləri arasındakı dövrdə baş verir. Burada Leya və onun tərəfdarları İmperiyaya qarşı qiyama yeni tərəfdaşlar axtarırlar. Marta Uells tərəfindən yazılmış "Razorun dövrü" (2013) və Ceyms S. A. Kori tərəfindən yazılmış "Oğruların şərəfi" (2014) romanlarında da hadisələr eyni dövrdə baş verir, həmçinin Leya və Hanın macəra ardıcıllığı gözlənilir.
Yeni Ceday ordeni
"Yeni Ceday ordeni" seriyasında (1999–2003) Leya dövlət başçısı olaraq istefaya gedir, məhz bu dövrdə yad planetli Yuujan Vonq qalaktikaya hücum edir. Onlar bir-birinin ardınca sistemləri məhv edir, həm Ceday, həm də Yeni Respublika qüvvələrini məğlub edirlər. R. A. Salvatore tərəfindən yazılmış "Vektor Praym" romanında (1999) Çubakka ölür. Bu ölüm Hanı dərin depressiyaya salır və Leya ilə münasibətlərinin korlanmasına səbəb olur. Keti Tirs tərəfindən yazılmış "Balans nöqtəsi" romanında (2000) Duro döyüşü zamanı Leyanın ağır yaralanmasından sonra onlar yenidən birləşirlər. Troy Denninqin "Ulduz ardınca ulduz" (2001) romanında Leya Qatil Voksinin hədəfinə çevrilir, Leya ölümdən qaça bilsə də, daha çox Voksinin klonlaşdırılmasının qarşısını almaq üçün keçirilən əməliyyat zamanı oğlu Anakin öldürülür. Ceyms Luçeno tərəfindən yazılmış "Gücün birləşdirilməsi" (2003) romanında Vonq nəhayət ki, məğlub edilir.
Denninqin "Qaranlıq yuva" trilogiyasında (2005) Leya, Han və bir neçə Ceday Çisslər və Killiklər arasında mübahisəli sərhəd bölüşdürülməsində iştirak edirlər, Leya Tvileklərdən olan qəddar düşmən Alema Rarı məğlub edir. "Xarrat kral" (2005) romanında Leya Saba Sebatindən xahiş edir ki, onu Ceday Cəngavəri kimi məşq etdirsin. "Görünməyən kraliça" (2005) romanında R2-D2 xarab olur və Lyuka onun atası Anakinlə birlikdə hamilə bir qadının holoklipini göstərir, beləcə Anakin ilk dəfə özü və Leyanın bioloji anası Padme Amidala haqqında öyrənir. Holoklpidə Anakin Padme ilə gördüyünü yuxunu müzakirə edir, yuxuda Padme doğuş zamanı ölür; daha sonra, Lyuk və Leya birlikdə PadmeninObi-Van Kenobi ilə Anakini müzakirə etməsini izləyirlər. Heyps Konsorsiumunun ana kraliçası olanTenel Ka gizli şəkildə Ceysendən hamilə qalaraq qızı Allananı dünyaya gətirir. "Kütlə müharibəsi" (2005) romanında Lyuk və Leya analarının ölümünü əks etdirən holoklip görürlər və Leya Ceday Cəngavəri elan edilir.
Gücün mirası
Bestseller olan "Gücün mirası" (2006–2008) seriyasında Leya və Hanın oğlu Ceysen qaranlıq güc tərəfə keçir, Cedaylar, Sololar və Skayuolkerlər isə genişlənməkdə olan bu qara gücə qarşı mübarizə aparırlar.[54][55][56][57] Aaron Allstonun yazdığı "Xəyanət" (2006) romanında Ceysen, qalaktikanı Qalaktik alyans üzvləri arasında yaranmış xaosdan xilas etməyin yeganə yolunu qaranlıq güc tərəfə keçməkdə görür və bu addımı atır. Karen Trevissin "Qan xətti" (2006) romanında Ceysen öyrənir ki, Sith qaydalarına görə, özünə yaxın şəxslərdən birini öldürməlidir. Troy Denninqin "Tempest" (2006) romanında Han və Leya Tenel Ka və Allananın qətlinə mane ola bilsələr də, Korrelian danışıqlarına qarışmalı olurlar. Valideynlərinin "Millenium Falcon" gəmisində olduğunu bilən Ceysen "Star Destroyer" gəmisi ilə hücum edir və onları öldürmək istəyir. Aaron Allsonun "Sürgün" (2007) romanında Han yaralanır, Leya və Lando isə Korellianları tədqiq etməyə davam edirlər, lakin Alema qisas almaq üçün yenidən Leyanı tapır. Karen Travisin "Qurban" (2007) romanında Leya və Han Qalaktik Alyansı satmış şəxslər kimi Ceysen tərəfindən təqib edilirlər. Son qurbanı kimi Lyukun həyat yoldaşı Mara Ceydi öldürən Ceysen Sithin yeni idarəçisi Dart Sedusa çevrilir. Troy Denninq tərəfindən yazılmış "Cəhənnəm" (2007) romanında Han və Leya övladlarının düşmən dövlətinin rəhbəri olması həqiqəti ilə üzləşirlər. Aaron Allstonun "Qəzəb" (2007) romanında, Leya uğursuzcasına Ceysenlə manipulyasiya etməyə çalışır ki, Cedaylar ona mane ola və Alemanı neytrallaşıdra bilsinlər. Troy Denninq tərəfindən yazılmış "Yenilməz" (2008) romanında işıq qılıncı duelində Ceyna Ceyseni öldürür. Tenel Kanın təklifi ilə Leya və Han Allananı övladlığa götürürlər, Sidius və ya Heyp Konsorsiumunun yarada biləcəyi gələcək təhlükələrin qarşısını almaq üçün onu "Ameli" adı altında gizlədirlər. Seriyaya daxil olan bəzi romanlar New York Times Best Seller Siyahısına daxil olmuşlar.[61][62][63][64][65]
Aaron Allson, Troy Denninq və Kristi Qolden tərəfindən yazılmış doqquz cildlik "Cedayın taleyi" (2009–2012) romanlar seriyasında Leya və Han Qalaktika Alyansı və Cedaylar arasında intensivləşən münaqişəyə qoşulurlar. Dart Sediusun ölümündən sonra nəhayət ki, sülhə nail olan Qalaktika Alyansında Cedaylara qarşı inamsızlıq və onların təcrid edilməsi prosesi başlayır.
Ceyms Luçeno tərəfindən yazılmış "Millenium Falcon" (2008) romanında hadisələr "Gücün mirası" və "Cedayın taleyi" arasındakı dövrdə baş verir. Əsərdə kosmik gəmiyə qoyulmuş sirli qurğu Han, Leya və Allananı keçmişə apararaq, gəminin Hanın əlinə keçməzdən əvvəlki dövrə aid tarixi ilə tanış edir. Troy Denninqin "Cadu" (2013) romanında hadisələr "Cedayın taleyi"ndən sonra baş verir. Əsər "Ulduz müharibələri əfsanələri" xronologiyasında sonuncu romandır. Burada Leya, Han və Lyuk Lando ilə birləşərək mübarizə aparırlar.
Komikslər
Qaranlıq imperiya
"Qaranlıq imperiya" komikslər seriyasında (1991–1992) Palpatin cavan klonun bədənində dirilir, imperiyanı bərpa etmək planının tərkib hissəsi olaraq Lyuku qaranlıq Güc tərəfə cəlb etməyə çalışır. Lyuk Palpatinin vədlərinə inanır və Leya onu bu yoldan geri döndərməyə çalışır. Daha sonra bacı və qardaş işıqlı Gücün tərəfində döyüşərək Palpatin və onun "Star Destroyer"lərini məhv edirlər. "Qaranlıq imperiya II" komikslər seriyasında (1994–1995) Leya Handan üçüncü övladını dünyaya gətirir və onu Anakin adlandırır. "İmperiyanın sonu" (1995) komiksində klon bədənində yenidən dirilən Palpatin körpə Anakini ələ keçirməyə çalışır.
Şahzadə Leya 1980-ci illərin ikonası[66], feminist qəhrəmanı[67] və "qadın hüquqları və azadlıqlarının şəxsləndirilmiş təzahürü"[16] adlandrılmışdır. 2008-ci ildə Leya "Empire" jurnalı tərəfindən bütün zamanların 89 ən böyük film qəhrəmanından biri seçilmiş[68], "IGN" tərəfindən təşkil edilmiş əsas "Ulduz müharibələri" qəhrəmanları siyahısına salınmışdır.[69] 2010-cu ildə "UGO Networks" Leyanı bütün zamanların ən yaxşı qəhrəmanlarından biri seçmişdir.[70]
Personaja müxtəlif filmlər və televiziya şoularında dəfələrlə istinad edilmiş[71], kospleylərdə canlandırılmışdır.[72]"Rolling Stone" jurnalının 1983-cü il yay buraxılışının üz qabığında metal bikinili Leya təsvir edilmiş[46][47], "Time" jurnalının 25 may 1983-cü il buraxılışının üz qabığında isə Lukas Leya da daxil olmaqla "Ulduz müharibələri" qəhrəmanlarının ətrafında təsvir edilmiş və "Cedayın qayıdışı" filminin anonsu verilmişdir.[73][74] 2013-cü ildə karikaturaçı Ceffri Braun bestseller "Ulduz müharibələri: Vayderin kiçik şahzadəsi" kitabını çap etdirmişdir. Komik strip-kitab formatında olan kitabda Dart Vayder və Leyanın ata-qız münasibətləri yumoristik formada təsvir edilmişdir.[75][76][77] Şahzadə Leya 2007-ci ildə ABŞ[78][79], 2015-ci ildə isə BK[80][81][82] poçt markalarında təsvir edilmişdir.
Leya obrazı "Ulduz müharibələri" merçendayzinqində də geniş istifadə olunmaqla[83], heykəlciklər, hərəkətli fiqur və oyuncaqlar, ev və geyim əşyaları[84], ofis əşyaları və qida məhsulları[85], Leya formalı qablaşdırmaya malik hamam köpükləri və şampunları əhatə edir.[86][87][88] Fişer "Arzulanan içki" adlı kitabında Şahzadə Leya Pez dispenserini "merçendayzinq dəhşəti" adlandırır.[89] 2011-ci ildə verdiyi müsahibədə Fişer qeyd edir:
"Mənə oxşar əşyalar yaradılması üçün müqaviləni pulsuz imzalamışdım. O zamanlar "bənzərlik" kimi anlayış yox idi...Filmlərlə əlaqəli merçendayzinq yox idi. Heç kim franşizanın nə qədər genişlənəcəyini təsəvvür edə bilməzdi. Mən fikirləşmirdim ki, pis görünürəm, sadəcə güzgüyə baxanda bu görünüşə görə qazanc əldə edə biləcəyimi düşünməmişdim. Son zamanlar mən özümü Minni Maus kimi hiss edirəm – malik olduğum digər kimliklər arasında Şahzadə Leya obrazı ən çox qaranlıqlaşanıdır."[83]
2012-ci ildə "LucasFilm"in "Walt Disney Company" tərəfindən alınmasından sonra, 2014-cü ilin mayında "Disney Store" qeyd etdi ki, şirkətin "Leya məhsulları haqqında heç bir planı yoxdur."[90] İctimai qınaqlardan sonra 2014-cü ilin iyununda "Disney" "Time" jurnalına bəzi Leya məhsullarının istehsal ediləcəyi ilə bağlı açıqlama vermişdi.[90] Həmin dövrdən sonra Funko Pop! xətti çərçivəsində deformasiya edilmiş yapon stilində Leya fiqurlarının bir neçə nəslini (ən azı hər film üçün bir fiqur) istehsal etmişdir. Hasbro Leya obrazının "Ulduz müharibələri: Qiyamçılar" multiplikasiya filmində görünəcəyi formada fiqurlarını istehsal etməyi planlaşdırır.[91]
Leyanın 1977-ci ildə çıxarılmış "Yeni ümid" filmindəki unikal saç düzümü "donot" və ya "sinnamon"[92] adlandırılmaqla həm personajın, həm də franşizanın əsas simvollarından birinə çevrilmişdir.[71] Britaniyada nəşr edilən və yeniyetmələr üçün nəzərdə tutulmuş "Jackie" jurnalının 1978-ci il nüsxəsində Şahzadə Leyanın saç düzümünün mərhələlərlə necə hazırlanması göstərilmişdir.[93][94] 1978-ci ildə çıxarılmış "Avadanlıq müharibələri" adlı qısa parodiya filmində şahzadə Anna-Droid oxşar saç düzümünə malikdir.[95]"Kuklalar şousu"nun 1980-ci ilin fevralında təqdim edilmiş "Ulduz müharibələri" mövzulu seriyasında Miss Piqqi Şahzadə Leyanın saç düzümünə oxşar saçlarla görünmüşdür.[96] Mel Bruksun 1987-ci ildə təqdim etdiyi "Kosmik şarlar" adlı komediya filmində Şahzadə Vespa (Dafne Zuniqa) oxşar saç düzümü ilə görünür və qısa müddət sonra bu saç düzümündən ilhamlanaraq böyük qulaqcıqların istehsalına başlanılır.[71]"Böyük barmaq müharibələri" adlı komediya filmində Leya obrazına oxşar Şahzadə Fəsəlibaş obrazının başında iki sinnamon halqasına oxşar saç düzümü var. 2015-ci ildən yayımına başlanmış "Qışqırıq kraliçaları" adlı serialda Fişerin qızı Billi Lourdun canlandırdığı zəngin və qadın cəmiyyətindən narazı olan Chanel No. 3 adlı personaj Fişerin Şahzadə Leya obrazına hörmət olaraq hər seriyada saç düzümünü xatırladan qulaqcıqlar istifadə edir.[97][98] 2015-ci ildə çıxarılmış "Gücün oyanışı" filmində kameo kimi çıxış edən Lourd bu dəfə də oxşar saç düzümü ilə görünür.[99][100][101]
2008-ci ildə Corc Lukas "Time" jurnalına verdiyi müsahibə zamanı, Leyanın saç düzümü üçün hardan ilhamlanması haqqında deyir ki, "1977-ci ildə film üzərində çalışarkən mən dəbdə olan hər şeydən daha fərqli bir iş görmək üçün çox çalışırdım, buna görə də mən, cənub-qərbi Panço Vilya qadın inqlabçı obrazlarına müraciət etdim. Fəsəli saç düzümü Meksikada əsrlərdir ki, istifadə edilirdi."[102]
Lakin, 2015-ci ildə "Mental Floss"dan Linda Rodrigez MakRobbi apardığı tədqiqatlardan sonra belə qərara gəlmişdir ki, meksikan qadın inqlabçılar bu cür mürəkkəb saç düzümünə malik olmamışlar, lakin ərgənlik yaşına çatmış hopi qadınlarının saç düzümü Leyanın saç düzümünə oxşardır.[103][104][105][106] MakRobbi həm də Maykl Heylimenin Leyanın saç düzümünün iki daha əvvəlki dövrə aid personajın saç düzümün ilə oxşar olması haqqında nəzəriyyəsini də qəbul edir: bunlardan biri "Fleş Qordon" komiks stripindən 1939-cu ildə yayımlanmış "Monqo krallığı" komiksindən Kraliça Friya personajı, digəri isə 1955-ci ildə çıxarılmış "Anbar dağıdanlar" adlı müharibə filmində alim Barns Uallisin həyat yoldaşı Molli (Ursula Cins tərəfindən canlandırılır) obrazıdır.[103][104] Lukasın "Fleş Qordon" seriyasından və "Anbar dağıdanlar" filmindən təsirlənməsi Yavin döyüşü səhnələrində də hiss edilir.[107][108] Həmçinin saç düzümü e.ə. IV əsrə aid iber heykəli "Elçi ledisi"[103][104][109] və 1920-ci illərin qulaqcıqları ilə də müqayisə edilmişdir.[103][110]
Metal bikini
"Cedayın qayıdışı" filminin əvvəlində Leya Cabba Hattın əsiri olarkən geyindiyi qul kostyumu latundan hazırlanmış, Leyanın "Metal bikinisi" və ya "Qızıl bikini" adlandırılmaqla, nəsildən nəsilə Leyanın (və Fişerin) seks simvol kimi yadda qalmasına əsas vermiş[66][111] , bir çox plakatlarda əks olunmuş, daha sonra isə merçendayzinq və kospleydə tətbiq edilmişdir.[67][84][85][112] Geyim ətrafında özünəməxsus kult yaradılmışdır.[112]
Rozenberq qeyd edir ki, "kostyum Leyanın onu geyindiyi səhnənin kontekstindən və kostyum əynində olarkən nə etməli olmasından asılı olmayaraq, mədəni ikonaya çevrilmişdir."[67] "Wired" veb-saytından Filip Çin 2006-cı ildə yazır: "Şübhəsiz ki, Kerri Fişerin qızılı elmi-fantastik bikinisi 1983-cü ilin yeniyetmələrinin şüuraltısında daha fərqli şəkildə qəbul edilmişdir."[113] Bəziləri isə qeyd edirlər ki, "Qul Leya" obrazı, personajın "feminist qəhrəman"[67] obrazına xələl gətirir. Rozenberq arqument gətirir:
Bu səhnələrdə Leya əsir olsa da, o, fenteziyə bir o qədər də uyğun gəlmir. Çünki, o, sadəcə uyğun vaxt gözləyir ki, öz cəsur planını həyata keçirərək sevgilisini xilas etsin. Və həmin an çatanda, bikini Leyaya mane olmur. O, ayağa qalxaraq, gücünü əlindən almaq, şahzadəni seksual obyekt kimi istifadə etmək üçün tətbiq edilən zəncirləri silaha çevirir.[67]
Elmi-fantastika rejissoru Letiya Klouston bu fikirlə razılaşaraq qeyd edir ki, "Elmi-fantastika güclü qadın obrazlarını təqdim etməkdə geniş tarixi ənənəyə malikdir. Bəli, Şahzadə Leya qızıl bikini geyinməyə məcbur edilmişdi, lakin o, həmin bikini əynində olarkən təkbaşına Cabba Hattı öldürməyə də nail olmuşdu. "Terminator", "Yad planetli", "Döyüş ulduzu Qalaktika" fimi filmlər və televiziya şouları, "Metroid" kimi video oyunlara nəzər salsaq görərik ki, elmi-fantastika digər janrlarla müqayisədə qadınların gücünü daha çox təqdim edir."[66]
Feministik təhlil
Leya personajı həm də feminizm baxımından təhlil edilmişdir. 2010-cu ildə Mark Edlitz "The Huffington Post" qəzetində yazır ki, "Leya qadın hüquq və azadlıqlarının genişləndirilməsinin nümunəvi şəxsləndirilməsidir."[16]"Paley Center for Media"nın televiziya kuratoru Devid Buşmen 2012-ci ildə deyir ki, "Kişi nöqteyi-nəzərindən…öz dövrü üçün çox lovğa olan Şahzadə Leya obrazı tam olaraq mükəmməl deyil, lakin əlbəttə ki, dikbaş, iddialı və güclüdür."[66]"The Washington Post"dan Alissa Rozenberq 2015-ci ildə qeyd edir ki, "Leya, nəinki elmi-fantastika və fentezidə mənim zehnimə tam hakim olan ilk qadın qəhrəman idi, həm də, mənim qarşılaşdığım ilk personaj idi ki, gücü siyasi baxışlarından və dirayətindən irəli gəlirdi."[17] 2007-ci ildə çıxarılmış "Feminizm və güc: Uzaq, uzaq qalaktikada səlahiyyət və məyusluq" adlı məqaləsində Diana Dominqez Leyaya istinad edərək qeyd edir ki, obraz uzun müddət kino və televiziyada qadınların solğun və maraqsız təsvir edilməsinə son qoymuşdur.[92] O, yazır:
Burada kişilər kimi və kişilərlə yanaşı çıxış edə bilən, lakin, kişilər tərəfindən qəbul edilməyən, kişilər kimi olduğunu göstərməyə çalışan, tənqid edən, utanmayan, və ən əsası cəzalandırılmayan bir qadın təsvir edilib. O, düşməni yayındırmaq üçün lazım olan, saçlarını çiyinlərinə tökmüş seks-tələsi deyil. Əziyyət və qayğı nümayiş etdirsə də o, "nəzarətçi ana" rolunu da oynamır, o, passiv şəkildə gözləyən və kişilərin bütün işləri onun yerinə görməsini tələb edən "şirin günahsız qızcığaz" da deyil, lakin, yeri gəldikdə, o, kənara çəkilərək kişilərin yaxşı bacardıqları işi yerinə yetirməsinə də imkan verir...Leya, gender statusunu itirmədən qəhrəmana çevrilir; o, mehriban, köməyə ehtiyac duyan seks pişiyi rolunu oynamalı və ya istədiyini əldə etmək üçün androqin olmalı deyil. O, güclü, arsız, tənqidçi, lider və qıcıqlandırıcı ola, bununla yanaşı qadın kimi hörmətli ola bilir.[92][114]
Rozenberq yazır ki, baxmayaraq ki, başlanğıcda Lyuk macəra axtarışında olan apolitik günahsız, Han isə pul axtarışında olan opportunistdir, sonradan hər ikisi Leyanın təsiri altına düşür və qiyamın tamhüquqlu üzvləri kimi öz yerlərini tuturlar.[17] O, qeyd edir ki, "Əvvəl-axı hamı Leyanın dünyagörüşü ilə razılaşır."[17] Leya özü, özünü siyasi hərəkata həsr etsə də, "Hanın simasında özünə partnyor tapır, etiraf edir ki, şəxsi həyatındakı xoşbəxtlik ona daha yaxşı qalaktik düzəm yaratmaqda da kömək edir."[17] Rozenberq yazır ki, "Leya onda yaxşı olanları ön plana çəkir, han isə ona olan inama görə doğru addım atmağa çalışır", bu onların münasibətlərinin əsasına çevrilir, həmçinin, Leyanı özünəməxsus tələbləri olduğunu və Hana ehtiyac duyduğunu etiraf etməyə məcbur edir.[17]
2012-ci ildə çap olunmuş "İşıq qılıncları, siyasi meydanlar və evliliklər" adlı essedə Rey Merlok və Keti Merlok Cekson Leyanın, daha əvvəlki dövrə aid elmi-fantastika qəhrəmanları, "Bak Rocers"dən Uilma Dirinq və "Fleş Qordon"dan Deyl Arden obrazlarının xələfi olmasını bildirir və "nağıl şahzadəsinin təhlükədə olması səhnəsinin təsvirinin yeni mərhələsi" adlandırırlar. Qeyd edilir ki, "Leya passiv həyat tərzi keçirən və öpüşlə xilas edilən şahzadə deyil", onlar Leyanın xarakterinin sonradan Disneyin animasiya filmlərindəki şahzadə obrazlarının xarakterində əks olunmasını, həmçinin "Yad planetli" franşayzından Ellen Ripli, "Ksena: Döyüşçü şahzadə" serialından Ksena obrazına təsir etməsini vurğulayırlar.[92]The New York Timesdan A. O. Skott Şahzadə Leyanı Hermiona Qreyncer və Kitniss Everdinin, o cümlədən, müasir Disney şahzadələrinin ulu anası adlandırır və qeyd edir ki, "o, həm də, "Ulduz müharibələri" franşayzının gələcək feminist çevrilişindən xəbər verir."[115]
Aktrisa Fişer özü, 2015-ci ildə Leyanın bir zamanlar "təhlükədə olan şahzadə" kimi təqdim edilməsini qəbul etməyərək "böyük" feminist ikonası adlandırmışdır. Fişer Leya haqqında deyir: "O, ətrafındakı insanları idarə edir. Mən sizin bu personajda hansı kədəri görmənizdən xəbərdar deyiləm, lakin bu dəqiq mənlik olan iş deyil! Leya, qalaktika boyu səyahət edən və döşlərini tullandıran yeniyetmə də deyil. Buna görə də, mən, bu personajla qadınlara ləkə gətirməmişəm. Leya mənim xoşuma gəlir. Onun çılğınlığı mənim xoşuma gəlir. Onun Cabba Hattı necə öldürməsi mənim xoşuma gəlir."[116]
↑Clouzot, Claire. The Morning of the Magician: George Lucas and Star Wars // Kline, Sally (redaktor). The George Lucas Interviews. Jackson: University Press of Mississippi. 1999. 57–58. ISBN1-57806-125-3.
↑Vroman, A. C. "Hopi Maiden (1901)". UCR/California Museum of Photography. 2016-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2017.
↑Dominguez, Diana. Feminism and the Force: Empowerment and Disillusionment in a Galaxy Far, Far Away // Silvio, Carl; Vinci, Tony (redaktorlar ). Culture, Identities and Technology in the Star Wars Films: Essays on the Two Trilogies. Jefferson, North Carolina: McFarland. 2007. 109–133.
This is a dynamic list and may never be able to satisfy particular standards for completeness. You can help by adding missing items with reliable sources. Lists of battles Before 301 301–1300 1301–1600 1601–1800 1801–1900 1901–2000 2001–current Naval Sieges See also Part of a series onWar History Prehistoric Ancient Post-classical Early modern napoleonic Late modern industrial fourth-gen Military Organization Command and control Defense ministry Army Navy Air force Marines Coast g...
У Вікіпедії є статті про інші значення цього терміна: Частота (значення). З кожною подією A {\displaystyle A} стохастичного експерименту пов'язана величина ν n ( A ) {\displaystyle \nu _{n}(A)} , яку називають частотою. Нехай ми провели експеримент n {\displaystyle n} разів, в результаті яких подія A {\dis...
Área recreacional dentro del Jardín Botánico de Cartagena El Jardín Botánico de Cartagena (Jardín Botánico de Cartagena “Guillermo Piñeres”) está ubicado en las colinas de Turbaco, a unos kilómetros al sureste de Cartagena de Indias, Bolívar, Colombia. Tiene una extensión de nueve hectáreas, de las cuales tres son un remanente prístino de bosque seco tropical estacional natural y seis hectáreas están dedicadas a las colecciones botánicas. El jardín se encuentra a 110 met...
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (يونيو 2019) بيغ ويلسون معلومات شخصية اسم الولادة (بالإنجليزية: Malcolm John Wilson, Jr.) الميلاد أكتوبر 1924 ماريافيل لاك (نيويورك) الوفاة سنة 1989 (64–65 سنة) سلمي (كارولا
Thomas G. Morton William Thomas Green Morton (* 9. August 1819 in Charlton, Massachusetts; † 15. Juli 1868 in New York City, New York) war ein US-amerikanischer Zahnarzt und verantwortlich für die erste öffentliche Vorführung des Äthers als Inhalationsnarkotikum am 16. Oktober 1846 in Boston. Seither gilt er als Pionier der Anästhesie und Begründer der modernen Narkose, der die Äthernarkose in die Praxis eingeführt hat. Leben William T. G. Morton war der Sohn des Farmers James Morto...
This list includes those recognised minerals beginning with the letter D. The International Mineralogical Association is the international group that recognises new minerals and new mineral names; however, minerals discovered before 1959 did not go through the official naming procedure, although some minerals published previously have been either confirmed or discredited since that date. This list contains a mixture of mineral names that have been approved since 1959 and those mineral names b...
1971 German film It Is Not the Homosexual Who Is Perverse, But the Society in Which He LivesBook coverDirected byRosa von PraunheimWritten byRosa von PraunheimMartin DanneckerSigurd WurlProduced byWerner KließStarringBerryt BohlenBernd FeuerhelmErnst KuchlingCinematographyRobert van AckerenEdited byJean-Claude PirouéProductioncompanyBavaria FilmRelease datesGermany1971United States1972Running time67 minutesCountryWest GermanyLanguageGerman It Is Not the Homosexual Who Is Perverse, But the S...
Association football club on the Isle of Man Football clubUnion Mills F.C. pFull nameUnion Mills Football ClubNickname(s)The MillersFounded1920GroundGarey MooarBallaoates Road Braddan, Isle of ManCapacity600 standing, 12 seatedChairmanVince WatkinsManagerSteven FoxLeagueIsle of Man Football League Division Two2016–17Premier League, 12/13 (relegated) Home colours Away colours Union Mills F.C. are a football club from Union Mills in the parish of Braddan on the Isle of Man. They compete in th...
Indian politician (born 1933) In this Indian name, the name Krishnasamy is a patronymic, and the person should be referred to by the given name, Veeramani. K. VeeramaniPresident of Dravidar KazhagamIncumbentAssumed office 17 March 1978Preceded byAnnai E. V. R. ManiammaiGeneral Secretary of Dravidar KazhagamIncumbentAssumed office 1962 Personal detailsBorn (1933-12-02) 2 December 1933 (age 90)[1]Cuddalore, South Arcot District, Madras Presidency, British India[1]Po...
Kurdish entrepreneur This article is an orphan, as no other articles link to it. Please introduce links to this page from related articles; try the Find link tool for suggestions. (November 2022) Dadvan YousufDadvan Yousuf (2021)BornDadvan Ismat Yousuf Yousuf (2000-04-09) April 9, 2000 (age 23)Zakho, Kurdistan, IraqOccupation(s)Businessman, Bitcoin investorYears active2011–presentKnown forBitcoin activities Dadvan Ismat Yousuf Yousuf (born April 9, 2000) is an Iraqi cryptocur...
2003 Indian filmHawaPosterDirected byGuddu DhanoaWritten bySutanu Gupta Sanjay MasoomProduced byGuddu Dhanoa Santosh DhanoaStarringTabu Shahbaz Khan Mukesh Tiwari HansikaCinematographySripad NatuEdited byA. MuthuMusic byDilip Sen-Sameer Sen Surendra Singh SodhiRelease date 4 July 2003 (2003-07-04) Running time129 minCountryIndiaLanguageHindi Hawa (English: Wind) is a 2003 Hindi horror film starring Tabu. The film was an unofficial remake of the 1983 American horror film The Ent...
Television series This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article may contain excessive or irrelevant examples. Please help improve the article by adding descriptive text and removing less pertinent examples. (November 2023) This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material ma...
Ріо Лобоангл. Rio Lobo Жанр Вестерн Режисер Говард ГоуксПродюсер Говард Гоукс і Paul HelmickdСценарист Лі БрекеттУ головних ролях Джон Вейн, Хорхе Ріверо, Jennifer O'Neilld, Jack Elamd, Christopher Mitchumd, Віктор Френчd, Sherry Lansing, David Huddlestond, Джим Девісd, Роберт Доннерd, Пітер Джей...
Naturschutzgebiet IUCN-Kategorie IV – Habitat/Species Management Area Bild gesucht BWf1 Lage Lauda-Königshofen, Main-Tauber-Kreis, Baden-Württemberg, Deutschland Fläche 4,2 ha Kennung 1.062 WDPA-ID 81571 Geographische Lage 49° 31′ N, 9° 43′ O49.5152729.719059Koordinaten: 49° 30′ 55″ N, 9° 43′ 9″ O Edelberg (Naturschutzgebiet) (Baden-Württemberg) Einrichtungsdatum 9. Juni 1978, 1978 Verwaltung Regierungsprä...
Irish barrister and magistrate Sir Jonas Greene (1767-1828) was an Irish barrister and magistrate, who held the office of Recorder of Dublin. He was born in Dublin, the eldest son of Richard Greene.[1] He was called to the Bar, although few details of his legal practice seem to survive. In a letter he wrote to Dublin Castle in 1823 he claimed that his private practice had been extremely lucrative; in pleading for an increase in salary, he referred to the serious financial loss he had ...
American football player (born 1956) This article is about the American football player. For the Panamanian singer, see Joey Montana. American football player Joe MontanaMontana in 2006No. 16, 19Position:QuarterbackPersonal informationBorn: (1956-06-11) June 11, 1956 (age 67)New Eagle, Pennsylvania, U.S.Height:6 ft 2 in (1.88 m)Weight:205 lb (93 kg)Career informationHigh school:Ringgold(Carroll, Pennsylvania)College:Notre Dame (1974–1978)NFL Draft:1979 / R...
Бондаренко Уляна Миколаївна Народилася 1903Старий Мерчик, Валківський повіт, Харківська губернія, Російська імперіяПомерла невідомоКраїна Російська імперія СРСРДіяльність політична діячкаПосада депутат Верховної ради СРСР[d]Партія ВКП(б) У Вікіпедії є статті п...
Metro station in Delhi, India Kailash Colony Delhi Metro stationKailash Colony Metro StationGeneral informationLocationLala Lajpat Rai Rd, Block A, Kailash Colony, New Delhi 110048Coordinates28°33′19.3954″N 77°14′31.0348″E / 28.555387611°N 77.241954111°E / 28.555387611; 77.241954111Owned byDelhi MetroLine(s)Violet LinePlatformsSide platformPlatform-1 → Raja Nahar SinghPlatform-2 → Kashmere GateTracks2ConstructionStructure typeElevatedPlatform levels2Acc...
Стоян Велетичсерб. Стојан Велетић Дата рождения 17 мая 1951(1951-05-17) Место рождения Влахолье, СФРЮ Дата смерти 2 февраля 2018(2018-02-02) (66 лет) Принадлежность Югославская народная армия Войско Республики Сербской Звание генерал-майор Сражения/войны Война в Боснии и Герцеговине Н...