Ekseqol (ing. Exegol) — "Ulduz müharibələri" kainatında uydurma planet. Ekseqol boş düzənlikləri olan qaranlıq, xam və qayalıq planetdir. Onun quru şəraiti ildırım çaxmasına oxşayan nəhəng statik boşalmalar yaradır. Başlı-başına buraxılmış bu planet onun qabığının dərinliyinə gedən nəhəng çatlarla örtülüdür.[1]
Endor döyüşündə Qalaktik imperiyanın süqutundan sonra sith loyalistləri Ekseqolda böyük donanmadan ibarət Son Orderi qurmağa başlayırlar.[1] Planet ilk dəfə "Skayvolkerin yüksəlişi" (2019) filmində nümayiş olunmuşdur. Burada, ölümdən qayıdan Dart Sidius tərəfindən idarə olunan order qalaktikanı yenidən fəth etməyi planlaşdırırdı. Cavab olaraq, Müqavimət öz qüvvələrini topladı və mülki donanmanın köməyi ilə sith qüvvələrini məhv edir və Dart Sidiusu öldürür.[2]
İstinadlar
Xarici keçidlər