Daqoba isti və rütubətli planetdir, müxtəlif canlılarla doludur.[2] Planet güc adlanan enerji sahəsi baxımından bütün qalaktikada ən təmiz yerlərdən biridir.[3] Daqoba əsasən bataqlıqlarla örtülmüş, saysız-hesabsız dayaz göl, laqun və çoxsaylı mağarası olan sirli, dumanlı planetdir. Daqobanın kontinental və okean qabığı sadəcə qeyri-müəyyən şəkildə müəyyən edilmişdir və vulkanik fəaliyyət, ya da zəlzələlər az olmuşdur. Planet hər hansı inkişaf etmiş və ya yerli sayıqlı sivilizasiyadan məhrumdur.[4] Daqobanın iki mövsümü var: quraq və yağışlı. Uzun quraqlıq mövsümünün pik dövründə yüksək dağlıq ərazilər çox isti və əksər həyat formaları üçün əlverişsiz olur, orada yaşayanlar isə dağdibinə köçməyə məcbur qalır.[5]
İstinadlar
↑Bray, Adam; Horton, Cole; Barr, Patricia; Wallace, Daniel; Windham, Ryder; Jones, Matt; Daniels, Anthony. Ultimate Star Wars. Journey to Star Wars: The Rise of Skywalker (ingilis) (New Edition). Dorling Kindersley. 2019. ISBN9781465479006.
↑Bray, Adam; Horton, Cole; Barr, Tricia. Star Wars: The Visual Encyclopedia. Star Wars Visual Dictionaries (ingilis). DK Publishing. 2017. ISBN9781465459626.