Farra Fouset (d. 2 fevral 1947 - ö. 25 iyun 2009) ABŞ aktrisadır. Məşhur Hollivud ulduzu Farra Fouset Santa-Moniki xəstəxanasında (Los-Anceles, Kaliforniya) 25 iyun 2009-cu ildə 62 yaşında vəfat edib. Aktrisa xərçəng xəstəliyindən dünyasını dəyişib. Ən yaxşı filmlərindən biri "Top nüvəsi qaçışı" filmidir. Dəfələrlə "Emmi" və "Qızıl qlobus" mükafatlarına layiq görülən Hollivud ulduzu 1976-cı ildə "Çarlinin mələkləri" filmində aldığı roldan sonra dünya şöhrəti tapıb.[1]
Həyatı
1965-ci ildə liseyi bitirdi. 1969-cu ildə bir Hollivud jurnalistinin, bir fotoşəkilini görməsiylə "kəşf edildi". 1970lərin başlarında taraş kremi, diş pastası, şampun reklamlarında oynamağa başladı. Eyni illərdə bir neçə kiçik serialda figüran rollarında oynadı. 1974-cü ildə bir serial filmdə yaxşı bir rol aldı. Ardından Altı Milyon Dollarlıq Adam serialıyla Hollivuddakı yerini bir az daha gücləndirdisə də əsl çıxışını Çarlinin Mələkləri serialındakı "Jill Munroe" xarakteriylə edərək ün qazandı. Daha sonra dramatik rollarda iştirak edərək müvəffəqiyyət qazandı. 1984-cü ildə, yoldaşı tərəfindən döyülərək təcavüzə uğrayan bir qadını canlandırdığı roluyla ilk mükafatını (Emmi Mükafatı) götürdü.
1973-cü ildə aktyor Lee Majors ilə etdiyi evliliyi 1982-ci ildə bitirdi. 2006-cı ildə xəstələnərək xərçəng diaqnozu qoyulan Fouset, 62 yaşında eyni xəstəlik səbəbiylə reanimasiyadaykən öldü. Ölümündən bir neçə gün əvvəl, Eşq Hekayəsi (Love Story) filmiylə səslənilən Ryan O'Neal, daha əvvəl eşq yaşadıqları və ortaq bir uşaqları olduğu Farra Fousetə evlənmə təklif etmişdi.
İstinadlar
| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |