II Ferdinand 10 mart 1452 tarixində AraqonkralıII Con və onun ikinci xanımı Yuanna Enrikesin oğlu olaraq Araqon krallığına bağlı Sos del Rey Catolico əyalətindəki Sada Sarayında dünyaya gəldi.[6] 19 oktyabr 1469 tarixində Kastiliya və Leon krallığına bağlı Valladolid qəsrində KastiliyakralıIV Henrinin varisi və ögey bacısı Kastilyalı İzabella ilə evləndirildi. Kastilyalı İzabella həmçinin Trastamara sülaləsinin nümayəndəsi idi və hər ikisi KastiliyakralıI Conun nəslindən gəlməkdə idi. Onlar sahib olduqları gücü bölüşdürmək üçün nikahdan əvvəl rəsmi bir sözləşmə bağlayaraq, "tanto monta, monta tanto" ("İki tərsin balansı") şüarı altında evləndilər. 1474-cü ildə ögey qardaşı IV Henrinin vəfatından sonra Kastiliyalı İzabellaKastiliyakraliçası seçildi və beləliklə, II Ferdinand Kastiliya Krallığınınde-yurekralı oldu. İki gənc monarx bir müddət sonra IV Henrinin qızı olduğunu iddia edən Joanna la Beltraneja'ya qarşı mübarizəyə başladılar və qısa zamanda qalib gəldilər.[7] II Ferdinand 1479-cu ildə Araqonkralı olaraq atasının yerinə keçdi və beləliklə, həm Araqonkralı, həm də Kastiliyakralı oldu. VIII əsrdən bəri ilk dəfə olaraq bütün İspaniya vahid hakimiyyət altında birləşdirilmişdi. Digər kiçik dövlətlər vahid dövlətə tabe olmasalar da, eyni taxt-tac altında birləşdilər.[8]
II Ferdinand 19 oktyabr 1505 tarixində Germaine de Foix ilə evləndi. O özündən sonra Kastilyalı olmayan bir Araqon varisi buraxmaq istəyirdi. Çünki kürəkəni I Filip və nəvəsi V KarlıAraqon taxt-tacından məhrum etmişdi.[13] Nəhayət istədiyi oldu və 3 may 1509 tarixində Girona hakimi Con dünyaya gəldi ancaq bir neçə saat sonra vəfat etdi. Vəfatının ardından Valladolid əyalətindəki Müqəddəs Paul Monastırında dəfn olunsa da, daha sonra məzarı Araqonkrallarının ənənəvi olaraq dəfn olunduğu Poblet Monastırına köçürüldü.[14]
Bundan başqa II Ferdinandın Cerveralı məşuqəsi Aldonza Ruiz de Iborre'dən də 2 övladı dünyaya gəlmişdi: sonradan Saragossa arxiyepiskopu olan Alfonso de Araqon (d. 1469) və Frias hersoqu Bernardino Fernandez'lə evlənən Yuanna (d. 1471).
XVI əsrdə oğlu Alfonso de Araqon Ferdinandın sarayında şəxsən kral tərəfindən yazılmış 400-dən çox sənəd tapdı. Bu sənədlərdə Ferdinand siyasi düşüncəsini və Araqon-Kastiliyakralı olduğu illərdə verdiyi bütün qərarların arxasında duran əsl hədəfləri açıqlayırdı. Hətta bunlardan birində Ferdinand yazır:
"Çox qarmaşıq qərar anlarında gözlərimi yumuram və qarşıya qoyduğum məsələnin əsas nöqtələrinə diqqətimi verirəm. Geridə qalan məsələləri isə "ədalətli qərar buludu"mdan kənarlaşdırıram."[15]
Girona hakimi Con (3 may 1509). Bir neçə saat yaşamışdır.
Həmçinin II Ferdinandın məşuqələrindən doğulan qeyri-leqal övladları da olmuşdur. Cerveralı əsilzadə Aldonza Ruiz de Iborre ilə olan birlikdəlikdən 2 övladı olmuşdur:
Alfonso de Araqon (1470–1520)
Yuanna de Araqon (1471–1522)
Toda de Larrea ilə olan birlikdəlikdən bir qızı dünyaya gəlmişdir:
María Esperanza de Araqon (1477–1543)
Beatriz de Pereira ilə olan birlikdəlikdən bir qızı dünyaya gəlmişdir:
↑Joseph F. O'Callaghan, A History of Medieval Spain (Ithaca and London: Cornell University Press, 1983), 24. ISBN 0-8014-9264-5. PreviewArxivləşdirilib 2022-05-25 at the Wayback Machine of cited page available on Google Books as of 10 March 2011. See also: Richard Fletcher, "The Early Middle Ages, 700–1250," in Spain: A History, ed. Raymond Carr (New York: Oxford University Press, 2000). ISBN 0-19-280236-4.
↑Edwards, John. The Spain of the Catholic Monarchs 1474–1520. Blackwell Publishers Inc, 2000, p. xiii
↑Edwards, John. The Spain of the Catholic Monarchs 1474–1520. Blackwell Publishers Inc, 2000, pp. 1–37
↑Edwards, John. The Spain of the Catholic Monarchs 1474–1520. Blackwell Publishers Inc, 2000, pp. 38–39
↑Michael C. Thomsett, The Inquisition: A History (Jefferson, NC: McFarland and Company, Inc., 2010), 158.
↑Bernard Lewis, Cultures in Conflict: Christians, Muslims and Jews in the Age of Discovery (New York: Oxford University Press, 1995), 35–6. ISBN 0-19-509026-8
↑Elliot, J. H. Imperial Spain 1469–1716. Penguin Books (New York: 2002), pg. 208. ISBN 0-14-100703-6
↑De Francisco Olmos, José María: Estudio documental de la moneda castellana de Carlos I fabricada en los Países Bajos (1517), Revista General de Información y Documentación13, 133–153, 2003. URL: L. Külső hivatkozások
↑Miles H. Davidson, Columbus then and now: a life reexamined, University of Oklahoma Press 1997, ISBN 0-8061-2934-4, p. 474.