Yarımada — üç tərəfdən su ilə əhatə olunmuş, bir tərəfdən quruya bitişik quru sahəsi. Yer kürəsində ən böyük yarımadalar sırasında Ərəbistan (3,23 mln km²), Hindistan (2,07 mln km²), Hind-Çin (1,93 mln km²), Somali (1,88 mln km²), Labrador (1,39 mln km²), Skandinaviya (0,75 mln km²), Balkan (0,66 mln km²),
Pireney (0,58 mln km²), Koreya (0,22 mln km²), Florida (0,17 mln km²) və s. öndə durur. Azərbaycanda, eyni zamanda Xəzər dənizi hövzəsində Abşeron ən böyük yarımadadır. Bir sıra german, kelt, o cümlədən baltik, slavyan, macar, çin və s. dillərdə də bu termin "yarım"+"ada" şəklində ifadə olunduğu təqdirdə, ingilis (peninsula – latıncadan "paene-": təxmini + "īnsula": ada) və başqa dillərdə xüsus termin halına gəlmiş sözlərlə ifadə olunur. İspaniya, Portuqaliya, İtaliya, Cənubi Koreya, KXDR, Yunanıstan, İsveç,