Monarxın əlində ali hakimiyyət, hərbi və məhkəmə hakimiyyəti (mütləq Monarxiya, hazırda yalnız Asiya ölkələrində mövcuddur. Vatikan teokratik monarxiya hesab olunur) cəmləşə bilər. Dövrümüzdə monarxın hakimiyyəti ölkənin ali qanunverici orqanı ilə məhdudlaşdırılır (Parlamentli və ya Konstitusiyalı Monarxiya).