Kyerkeqor 1813-cü ildə Kopenhagendə varlı bir ailədə doğuldu.[9] Varlı tüccar olan atasının dindarlığı Kyerkeqora da təsir etmişdi. O, erkən yaşlarından dini mətinləri oxumağa başlamışdı. Dini araşdırmalar onu fəlsəfəyə doğru çəkirdi. Kyerkeqor gənckən Xristian Volf,[10]Lüdviq Holberq,[11]Yohan Georq Hamann,[12]Qothold Efraim Lessinq,[13]Eduard Yunq[14] və Platonun əsərlərini oxuyurdu. 1830-cu ildə Kopenhagen Universitetinə daxil oldu və fəlsəfə sahəsində ixtisaslaşdı. Sonrakı illərdə Regina Olsenlə olan uğursuz münasibəti Kyerkeqora təsir etdi. O münasibəti davam etdirə bilməməsinə səbəb kimi öz melanxoliyasını göstərirdi.[15][16]
Sorn Kyerkeqor "Xristianlığa hücum" başlığı altında bir neçə məqaləsi üstündə işləyərkən onurğa vərəminə tutuldu və 11 noyabr 1855-ci ildə vəfat etdi.[17]
Fəlsəfəsi
Kyerkeqor dindar atasının təsiriylə din təhsili almış və qatı bir dini atmosferdə böyümüşdür. Uşaqlığı boyunca yetişdiyi mühitin təsirini görmək mümkündür. Özü də dini düşüncələri olan biri olmaqla birlikdə davamlı din adamlarıyla, təşkilatlarıyla və düşüncələriylə qarşıdurma halında idi. Mövcud xristianlığın korlanmış olduğunu irəli sürdü və xristian inancının tamamilə yenilənməsinə istiqamətli tənqidlər inkişaf etdirdi. Kyerkeqor din və tanrını tamamilə fərdi bir mövzu olaraq qiymətləndirdi.[18][19] Bu istiqamətdə gedərək sistematik fəlsəfənin fərdi gözardı edən holizm anlayışını rədd etdi. O, öz fəlsəfəsində fərdi mərkəzə qoymuşdu.
Kyerkeqor ekzistensializmin qabaqcıllarından sayılır.[20][21][22] O, müəyyən bir fəlsəfi sistem inkişaf etdirməsə də (Kyerkeqor bu mənada Fridrix Nitsşe kimi müstəqil və sistemsiz filosoflardandır), istifadə etdiyi anlayışlar və fəlsəfə etmə tərzi sonradan ekzistensial fəlsəfələrdə görülən xüsusiyyətləri özündə ehtiva edirdi. Kyerkeqorun etiraz etdiyi və davamlı tənqid etdiyi filosof Hegeldir.,[23] Hegelin rasionalist və sitematli fəlsəfəsi Kyerkeqor üçün qəbul edilməz idi.
Ekzistensial fəlsəfələrdə görülən anlayışların əksəriyyəti ilkin olaraq Kyerkeqorda görülür:axmaqlıq, böhrana düşmə, qorxu və qayğı. Kyerkeqorun fəlsəfi istiqaməti bir baxımdan mövcud xristianlıq içində və hətta qarşısında necə yaxşı bir xristian olunacağı məsələsi ilə də bağlıdır. Kyerkeqor fəlsəfə tarixinin mücərrəd məntiqi fantastikalarla inkişaf etdiyini və bu səbəblə fərdi, fərdin gerçək həyatını gözdən qaçırdığını düşünürdü. Onun üçün varlıq konkret və subyektiv bir insanın həyatıdır. Bu səbəblə fəlsəfə konkret düşünməyə, yəni varlıq məsələsinə yönəlməlidir.[24]
Əsərləri
1841 — "İroniya anlayışı haqqında" (Om Begrebet Ironi med stadigt Hensyn til Socrates) (Kyerkeqorun magistr dissertasiyası)
↑Swenson, David F. Something About Kierkegaard, Mercer University Press, 2000.
↑Kierkegaard, Søren, A New View of the Relation Pastor–Poet in the Sphere of Religion // JP VI 6521 Pap. X2 A 157, 1849, Christianity has of course known very well what it wanted. It wants to be proclaimed by witnesses—that is, by persons who proclaim the teaching and also existentially express it. The modern notion of a pastor as it is now is a complete misunderstanding. Since pastors also presumably should express the essentially Christian, they have quite rightly discovered how to relax the requirement, abolish the ideal. What is to be done now? Yes, now we must prepare for another tactical advance. First a detachment of poets; almost sinking under the demands of the ideal, with the glow of a certain unhappy love they set forth the ideal. Present-day pastors may now take second rank. These religious poets must have the particular ability to do the kind of writing that helps people out into the current. When this has happened, when a generation has grown up that from childhood on has received the pathos-filled impression of an existential expression of the ideal, the monastery and the genuine witnesses of the truth will both come again. This is how far behind the cause of Christianity is in our time. The first and foremost task is to create pathos, with the superiority of intelligence, imagination, penetration, and wit to guarantee pathos for the existential, which 'the understanding' has reduced to the ludicrous..
↑Bukdahl, Jorgen. Soren Kierkegaard and the Common Man. Eugene, Oregon: Wipf and Stock Publishers. 2009. 46. ISBN9781606084663.
Dorrien, Gary. Kantian Reason and Hegelian Spirit. The Idealistic Logic of Modern Theology (5th). Hoboken, NJ: John Wiley & Sons. 2012. ISBN978-0-470-67331-7.