Cüzeppe Madzini

Cüzeppe Madzini
it. Giuseppe Mazzini
Doğum tarixi 22 iyun 1805(1805-06-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 mart 1872(1872-03-10)[1][2][…] (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi plevrit
Fəaliyyəti siyasətçi, filosof, yazıçı, jurnalist, ədəbiyyat tənqidçisi
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cüzeppe Madzini (it. Giuseppe Mazzini; 22 iyun 1805[1][2][…], Genuya, Birinci Fransa İmperiyası[3]10 mart 1872[1][2][…], Piza, İtaliya krallığı[3]) — Gənc İtaliya (Giovine Italia) adlı gizli inqilabçı təşkilatın (1832) qurucusu və Risorgimento hərəkatının öndəri, İtalyan milliyyətçi və inqilabçı. Alovlu bir cumhuriyyətçi olaraq, İtaliyanın birliyinin və müstəqilliyinin təmin olunmasının (1861) ardından Savoyya sülaləsi rəhbərliyində qurulan konstitutsiyalı monarxiya idarəçiliyinə qatılmağı rədd etmişdir.[4]

Təhsil və sürgün illəri

Yanseniusçuluqdan təsirlənən demokrat düşüncülərə bağlı bir ailənin övladı idi, 1814-cü ildə Piemont krallığına birləşdirilməsindən əvvəl respublika ilə idarə olunan Genuyada yaşayan bir həkimin oğlu idi. Üstün zəkalı olduğu hələ uşaq ikən bilinən Mazzini 14 yaşında Genuya Universitetinə qəbul edildi. 1827-ci ildə hüquq təhsilini tamamladıqdan sonra cəmiyyətin yoxsul hissəsindən gələn insanların işləri ilə məşğul olan vəkil olaraq işləməyə və irəliçi qəzetlərə məqalələr yazmağa başladı. Ölkəsinin azadlığına olan bağlılığının təsiri ilə çox keçmədən Karbonaria (Kömür İşçiləri) adlı gizli təşkilata qoşuldu. 1830-cu ildə tutularaq Savonada göz həbsinə alındı. Bu dövrdə siyasi düşüncələrini gözdən keçirərək geriləməkdə olan Karbonarianın yerini alacaq yeni bir milliyyətçi hərəkatın təməl ilklərəni hazırladı.[5] 1831-ci ildə sərbəst buraxılan Mazzinidən Piemontu tərk etməsi ya da kiçik bir qəsəbəyə köçməsi istəndi. Ölkədən ayrılmağı məsləhət bilərək Marselə gedən Mazzini, qısa müddətdə şəhərdəki digər italyanların rəhbəri oldu. Cəmiyyətin diqqətini çəkən ilk hərəkəti Piemont kralı Karl Albertə yazdığı açıq məktubu oldu. Bu məktubunda kraldan konstitutsiyalı idarəçiliyə keçməyi, milli mübarizəyə rəhbərlik etməsini və Avstriyalıları İtaliyadakı bütün vəzifələrdən qovmasını istədi. Karl Albertin İtalyada əldən ələ gəzən bu məktubuna münasibəti ondan ibarət oldu ki, o Mazzininin Piemonta dönəcəyi təqdirdə həbs etməyəcəyini elan etdi.

Mazzininin Genuyadakı evi, hal-hazırda Risorgimento muzeyi və Mazzini İnistitutunun mərkəzidir.

Yeni İtaliya hərəkatının təməlləri

Mazzininin Marseldəki iki illik sürgün dövründə təməlini qoyduğu Yeni İtaliya hərəkatı İtalyan dövlətlərini xarici işğallardan qurtarıb, respublika idarəçiliyində birləşdirməyi məqsəd görən təşkilat idi. Mazzininin İtaliyanı "papa ya da kral"ın deyil, ancaq bir xalq hərəkatının qurtara biləcəyinə olan inancı Yeni İtaliyanın bütün sinifləri özündə ehtiva edən ilk İtalyan demokratik hərəkatı vəziyyətinə gəlməsində əhəmiyyətli rol oynadı.[6] İtalyan gəncliyinin gözləntilərinə cavab verən Yeni İtaliya qısa müddətdə Genuya və digər İtalyan şəhərlərində təşkilatlandı. 1833-cü ildə hərəkatın üzv sayısı 60 mini keçmişdi. Bu arada Mazzini propaqanda məqsədilə Giovine Italia adlı bir qəzet yayımlamağa başlamışdı. Qəzet digər inqilabçı digər qəzetlərlə birlikdə İtaliyaya gizli gətirilirdi. Yeni İtaliyanın üsyan cəhdlərinin hamısı uğursuzluqla nəticələndi. 1833-cü ildə Piemontdakı üsyan cəhdi daha başlamadan üstü açıldı. Hadisəyə qarışan 12 şəxs tutularaq edam edildi. Mazzini isə qiyabi mühakimə edilərək edam cəzasına məhkum edildi. Bir necə ay sonra Fransız polisindən qaçmaq məcburiyyətində qalan Mazzini İsveçrəyə keçmək üçün Piemontdan keçməli olur. Savoyya şəhərin tutmaq üçün könüllülərdən ibarət dəstə ilə hücumu da uğursuzluqla nəticələndi. Bu uğursuzluqlar Yeni İtaliyanın dağılmasına səbəb oldusa da, hərəkatın düşüncələri yaşamağa davam etdi. Yaradançı və maddəçiliyə qarşı olan Mazzini Tanrıyı və xalqı birləşdirirdi. Foi et Avenir (1835, İman və gələcək), və İ Doveri dell"uomo (1837, İnsanın vəzifələri) adlı əsərləri ilə öz tarix tərzinə İtaliyadan dünyaya yayılan bir ad qazandırdı. 1837-ci ildə İngiltərəyə gedərək Londona köçən Mazzini işlərini Britaniya Muzeyində davam etdirməyə başladı. Bu dövrdə İngilis qəzetlərinə məqalələr yazdı, Londondakı İtalyan uşaqları üçün bir məktəb açdı, "Apostolato popolare" adlı bir qəzet yayımladı. 1840-cl ildə Parisdə olan Cüzeppe Lambertinin köməyilə İtalyada və ölkə xaricində yaşayan italyanlar milli bilinc oyandırma məqsədini reallaşdırmaq üzrə Yeni İtaliyanı yenidən qurdu. 1847-ci ildə isə İngilis liberallarının də dəstəyi ilə Beynəlxalq Xalq Birliyinin təməllərini atdı. Mazzini ilk dəfə 1848-1849-cu illər İtaliya inqilabı dövründə geri döndü. Bu dövrdə Milan əhalisi Avstriyalıları torpaqlarından qovmuş, Piemont isə eyni məqsədlə Avstriyaya qarşı müharibəyə başlamışdı. Milanda isti münasibətlə qarşılandı. Amma Lombardiyanın respublika olmasını istəməsi və Milan keçiçi hökumətinin Piemont krallığına birləşmə təklifinin İtaliyanın gələcəyi baxımından səhv yol olduğu düşüncəsi çox keçmədən şəhər xalqının dəstəyini itirməsinə səbəb oldu. Piemont ordularının Milandan geri çəkilməsinin ardından və Avstriyalıların yenidən şəhərə girməsinin ardından Cüzeppe Qaribaldı rəhbərliyindəki intizamsız bir birlikdə işlədi. Qısa bir sürə sonra da İngiltərəyə geri döndü.[7]

Domenico Lama tərəfindən çəkilmiş Mazzininin portreti

Respublikaçı Roma triumvuru

Mazzini 1849-cu ildə yenidən İtaliyaya dönərək əvvəl Toskana, ardından da Romaya getdi. Bu dövrdə Romada reallaşan inqilab nəticəsində papa kənddən qovulmuş və cumhuriyyət elan edilmişdi. Mazzini şəhərə gəldikdın sonra isə keçiçi hökumətin triumvuru seçild, yəni faktiki hökumət rəhbəri oldu. Bu vəzifəsi sırasında reallaşdırdığı dini və toplumsal reformlarla üstün bacarıqlı bir idarəçi olduğunu sübut etdi. Aurelio SaffiKarlo Armellini ilə birlikdə Roma respublikasının 3 yüksək vəzifəlisindən biri vəziyyətinə gəldi. Programına təhsilin dünyəviləşdirilməsi, kilsə mülklərinin müsadirəsi və s daxil idi. Amma idarəçilik qısa oldu. Katolik dövlətlərdən köməy istəyən Papanın çağırışına cavab verən fransız ordusu İtaliyaya daxil oldu. Qəhrəmancasına müqavimətdən sonra şəhər tutuldu və Mazzini qaçmaq məcburiyyətində qaldı. Londona dönən Mazzini 1851-c ildə "İtaliyanın Dostları" adlı yeni bir təşkilat qurdu. 1853-cü ildə Milanlı fəhlələrin Avstriyalılara qarşı üsyanına dəstək oldu. 1853–1854-cü illərdə Karrarada üsyan cəhdləri uğursuz oldu. Mazzinin cəhdləri problemlərin inqilab yolu ilə deyil, inqilabçı bir dövr ərzində həll olunacağını fikirləşən və Piemontda hökumətə daxil olan mötədillər tərəfindən narazılıqla qarşılanırdı. Mazzini 1858-ci ildə Londonda "Pensiero ed azione" (Düşüncə və Mübarizə) adlı bir qəzet nəşr etdirməyə başladı. Qəzetin adı düşüncənin ancaq mübarizə ilə nəticələndiyində bir dəyəri olduğunu müdafiə edirdi. Mazzini 1859-cu ildə Fransız və Piemont qüvvələrinin Avstriyaya qarşı başladığı mübaribəni dəstəkləmədi. Baş Nazir Kamillo Kavur bu savaş nəticəsində III Napaleonun köməyilə Alplardan Adriatikə qədər bütün İtaliyanı qurtarma məqsədi reallaşmadı. Qarribaldinin 1860-cı ildəki Minlər Səfərinə dəstək vermədi. Mazzini Qarribaldinin qısa müddətlik cənubi İtaliyadakı hakimiyyəti dövründə Neopola səfər etdi. 1861-ci ildə VenesiyaRoma xaric, birləşmiş İtaliya krallığının yaranması səbəbilə yenidən Londona geri döndü. Mazzini 1860-cı illərdə I İnternesyanal üzvləriylə əlaqəyə girdisə də, siyasi düşüncəsinə təməl olan əxlaqi və dini düşüncələr nə Marksın kommunizmi və nə də Bakuninin anarxizmi ilə uzlaşdığından çox keçmədən bu çevrələrlə əlaqələrini kəsdi. 1862-ci ildə Venesiyada bir üsyan təşkil etdi və 1863-cü ildə Papalıq dövlətində də bir üsyan təşkil edərək, Papalıq torpaqlarının bütövlüyünə Fransız-İtalyan müqaviləsinə qarşı çıxdı. 1870-ci ildə Siciliyada respublikaçı bir üsyana rəhbərlik etməyi qəbul edərək İngiltərədən ayrıldı. Daha yoldaykən tutularaq Gaetada gözaltına alınsa da, Romanın İtalyan qüvvələri tərəfindən tutulmasından sonra bağışlanaraq sərbəst buraxıldı. İtaliyanın monarxiya ətrafında birləşməsi Mazzininin həyatında və yaradıcılığında enişə səbəb oldu. Son illərində Luganoda Roma del popolo adlı yeni bir qəzet nəşr etdirməyə başladı və İtalyan işçilərini bir yerə gətirərək bir konqres toplamaq üçün müxtəlif cəhdlər etdi. Mazzini 1872-ci ildə Pizada vəfat etdi. Genuyada dəfni zamanı mənbələrin bildirdiyinə görə yüz minlərlə italyan iştirak etmişdir.

Əsərləri

  • "Avropada Demokratiya haqqında tezislər"
  • "Bu inqilab ya üsyandır ?"
  • "İman və gələcək"
  • "İnsanın vəzifələri"
  • ""Mən"ə qarşı müharibə"
  • "Milliyyət barədə"
  • ""Mən"in vəzifələri və demokratiya haqqında məqalələr"

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Monsagrati G. MAZZINI, Giuseppe // Dizionario Biografico degli Italiani (it.). 2008. Vol. 72.
  3. 1 2 3 4 Мадзини Джузеппе // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. (2013) Delphi Complete Works of Algernon Charles Swinburne
  5. "Giuseppe Mazzini's International Political Thought" (PDF). 2016-06-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. Sarti, Roland. Mazzini: A Life for the Religion of Politics. Greenwood Publishing Group. 1997-01-01. səh. 61. ISBN 978-0-275-95080-4. 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. Mack Smith, Denis. Mazzini. Yale University Press. 1994. 11–12.

Ədəbiyyat

  • H. Rövşən, "Yeni dövr Avropa tarixi" Bakı,);
  • Britannika ensklopediyası, Cüzeppe Mazzini maddəsi

Xarici keçidlər

Read other articles:

Wahyu 7Wahyu 13:16-14:4 yang tertulis pada fragmen Papirus 47 dari abad ke-3 M.KitabKitab WahyuKategoriApokalipsBagian Alkitab KristenPerjanjian BaruUrutan dalamKitab Kristen27← pasal 6 pasal 8 → Wahyu 7 (disingkat Why 7) adalah pasal ketujuh Wahyu kepada Yohanes, kitab terakhir dalam Perjanjian Baru di Alkitab Kristen.[1][2] Pengarangnya diyakini adalah Yohanes bin Zebedeus, seorang dari Keduabelas Rasul Yesus Kristus.[3][4][5] Teks Naskah ...

Este artículo o sección necesita referencias que aparezcan en una publicación acreditada.Este aviso fue puesto el 13 de agosto de 2011. Tigres de la UANLDatos generalesNombre Club de Fútbol Tigres de la Universidad Autónoma de Nuevo LeónApodo(s) El coloso del Norte, Felinos,Auriazules.Fundación 7 de marzo de 1967 (56 años)Presidente Alejandro RodríguezEntrenador Ricardo FerrettiInstalacionesEstadio UniversitarioMonterrey, MéxicoCapacidad 43.000Inauguración 30 de mayo de 1967Un...

Puteri Indonesia Kalimantan TengahLogo Puteri IndonesiaPembuatMooryati SoedibyoNegara asal Kalimantan Tengah, IndonesiaRilisRilis asli1992 –SekarangPranala luarSitus web Puteri Indonesia Kalimantan Tengah adalah gelar yang diberikan kepada perwakilan provinsi Kalimantan Tengah pada kontes Puteri Indonesia. Kontes sendiri biasanya diadakan tertutup (handpick). Kalimantan Tengah merupakan salah satu provinsi yang mengirimkan wakilnya dalam kontes Puteri Indonesia terhitung sejak deb...

Бамберзький собор Св.Петра та Св.Георгія 49°53′27″ пн. ш. 10°52′57″ сх. д. / 49.89083° пн. ш. 10.88250° сх. д. / 49.89083; 10.88250Координати: 49°53′27″ пн. ш. 10°52′57″ сх. д. / 49.89083° пн. ш. 10.88250° сх. д. / 49.89083; 10.88250Тип споруди католицький...

Mr. IndiaSutradara Shekhar Kapur Produser Boney Kapoor Ditulis oleh Salim-Javed Pemeran Sridevi Anil Kapoor Satish Kaushik Amrish Puri Annu Kapoor Penata musikLaxmikant-PyarelalJaved Akhtar (lirik)SinematograferBaba AzmiPenyuntingWaman BhonsleGurudutt ShiraliDistributorNarsimha EnterprisesTanggal rilis 29 Mei 1987 (1987-05-29) Durasi179 menitNegara India Bahasa Hindustan Mr. India adalah sebuah film pahlawan super berbahasa Hindi[1] India 1987 yang disutradarai oleh Shekhar...

Zwei Nilgauantilopen beim Kampf im Nationalpark Der Rajaji-Nationalpark (Hindi राजाजी राष्ट्रीय उद्यान IAST Rājājī rāṣṭrīya udyāna) liegt im indischen Bundesstaat Uttarakhand nahe der Stadt Haridwar wurde im Jahr 1984 durch die Zusammenlegung mehrerer Wildreservate gegründet. Sein Name leitet sich von dem berühmten Freiheitskämpfer C. Rajagopalachari her. Der Park hat eine Fläche von 820 km² und stellt heute etwa die nordöstliche ...

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (يوليو 2019) تيم كيركباي   معلومات شخصية الميلاد 13 نوفمبر 1970 (53 سنة)  مواطنة المملكة المتحدة  الحياة العملية المهنة مخرج أفلام،  ومخرج تلفزيوني،  وكاتب سيناريو

يوسف رضا الكيلاني (بالأردوية: مخدوم سيد يوسف رضا گیلانى‎)‏  مناصب رئيس المجلس الوطني الباكستاني   في المنصب17 أكتوبر 1993  – 16 فبراير 1997  رئيس وزراء باكستان   في المنصب24 مارس 2008  – 19 يونيو 2012  معلومات شخصية الميلاد 9 يونيو 1952 (العمر 71 سنة)ملتان، بنجاب، باكستان ...

2010 single by Escape the FateIssuesSingle by Escape the Fatefrom the album Escape the Fate ReleasedSeptember 19, 2010Recorded2010GenrePost-hardcore, hard rockLength2:42LabelInterscopeSongwriter(s)Robert Ortiz Craig Mabbitt Monte Money Michael Money Max Green[1] Producer(s)Don GilmoreEscape the Fate singles chronology Massacre (2010) Issues (2010) Gorgeous Nightmare (2011) Issues is a single by Escape the Fate off of their 2010 self-titled album.[2] It was released on Septembe...

この記事は検証可能な参考文献や出典が全く示されていないか、不十分です。出典を追加して記事の信頼性向上にご協力ください。(このテンプレートの使い方)出典検索?: 奥州街道 – ニュース · 書籍 · スカラー · CiNii · J-STAGE · NDL · dlib.jp · ジャパンサーチ · TWL(2021年12月) 奥州街道(おうしゅうかいどう)とは、江戸時...

South American language Amazonic Spanishespañol amazónico, español de la selvaPronunciation[espaˈɲol amaˈsoniko], [espaˈɲol de la ˈselβa]Native toPeruRegionLoreto River, Ucayali RiverNative speakers2,700 (2011)[1]Language familyIndo-European ItalicLatino-FaliscanRomanceItalo-WesternWestern RomanceIbero-RomanceWest IberianCastilianSpanishPeruvian Spanish[citation needed]Amazonic SpanishEarly formsProto-Indo-European Proto-Italic Old Latin Vul...

Проспект Науки Київська дирекція Південно-Західна залізниця зупинний пунктРозташуванняРозташування м. КиївКоординати 50°22′28″ пн. ш. 30°32′56″ сх. д. / 50.37444° пн. ш. 30.54889° сх. д. / 50.37444; 30.54889СтруктураЛінія(ї) Київ-Деміївський — МиронівкаПл...

Any movement that seeks to lower or raise the age of sexual seniority Sex and the law Social issues Age of consent Antisexualism Bodily integrity Censorship Circumcision Criminalization of homosexuality Deviant sexual intercourse Ethics Freedom of speech Homophobia Intersex rights LGBT rights Miscegenation (interracial relations) Marriageable age Norms Objectification Pornography Laws Public morality Red-light district Reproductive rights Right to sexuality Same-sex marriage Sex industry Sex ...

← 2019 • {{Geodatos Jerez bandera icono variante = tamaño = 50px }} • 2027 → Elecciones municipales Fecha Domingo, 28 de mayo de 2023 Tipo Municipales Lugar Jerez de la Frontera Cargos a elegir 27 concejales Demografía electoral Votantes 95,553 Participación    52.25 %  0.3 % Votos válidos 74,167 Votos en blanco 1,369 Votos nulos 1,069 Resultados PP-A – María José García-Pelayo Jurado Votos 40,416  64...

Guangzhou Metro station Wuyangcun五羊邨Chinese nameChinese五羊邨站Literal meaningWuyang (Five Rams) Estate StationTranscriptionsStandard MandarinHanyu PinyinWǔyángcūn ZhànYue: CantoneseYale RomanizationŃghyèuhngchyūn JaahmJyutpingNg5joeng4cyun1 Zaam6 General informationLocationSiyou New Road (寺右新马路) and Guangzhou Avenue (广州大道)Tianhe District, Guangzhou, GuangdongChinaOperated byGuangzhou Metro Co. Ltd.Line(s)     Line 5Platforms2 (1 isl...

This biography of a living person needs additional citations for verification. Please help by adding reliable sources. Contentious material about living persons that is unsourced or poorly sourced must be removed immediately from the article and its talk page, especially if potentially libelous.Find sources: Emir Sader – news · newspapers · books · scholar · JSTOR (October 2019) (Learn how and when to remove this template message) Emir SaderBorn (1943-...

2021 Indonesian film The Heartbreak ClubIndonesianSobat Ambyar Directed byCharles GozaliBagus BramantiWritten byBagus BramantiGea RexyProduced byLinda GozaliDidi Kempot (executive)Starring Dede Satria Denira Wiraguna Emil Kusumo Sisca JKT48 Asri Welas Erick Estrada CinematographyHani PradigyaEdited byRyan PurwokoProductioncompanies Magma Entertainment Ideosource Entertainment Paragon Pictures Rapi Films Distributed byNetflixRelease date January 14, 2021 (2021-01-14) Running tim...

Der ursprüngliche Crystal Palace im Hyde Park. Kolorierte Lithografie der Gebrüder Dickinson, 1851 Der Crystal Palace nach dem Wiederaufbau in Sydenham, 1854–1936 Der Crystal Palace (deutsch Kristallpalast; auch Glaspalast[1][2][3] genannt) war ein vom britischen Architekten Joseph Paxton eigens für die erste Weltausstellung 1851 in London (Great Exhibition) im viktorianischen Baustil entworfenes und von Charles Fox gebautes Ausstellungsgebäude. Er wurde urs...

1987 film by David Hugh Jones Bill Humphries redirects here. For Northern Irish footballer, see Billy Humphries. 84 Charing Cross RoadTheatrical release posterDirected byDavid JonesWritten byHugh WhitemoreBased on84 Charing Cross Road by James Roose-Evans adapted from the book by Helene HanffProduced byMel BrooksGeoffrey HelmanStarring Anne Bancroft Anthony Hopkins Judi Dench Mercedes Ruehl Jean De Baer CinematographyBrian WestEdited byChris WimbleMusic byGeorge FentonProductioncompanyBrooksf...

This article uses bare URLs, which are uninformative and vulnerable to link rot. Please consider converting them to full citations to ensure the article remains verifiable and maintains a consistent citation style. Several templates and tools are available to assist in formatting, such as reFill (documentation) and Citation bot (documentation). (September 2022) (Learn how and when to remove this template message) Sindhu Darshan Festival is a festival held in Leh, Ladakh, India. The festival i...