Osvald Şpenqler

Osvald Şpenqler
alm. Oswald Arnold Gottfried Spengler
Doğum tarixi 29 may 1880(1880-05-29)[1][2][…]
Vəfat tarixi 8 may 1936(1936-05-08)[3][1][…] (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d]
Təhsili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Osvald Şpenqler (doğum adı Osvald Arnold Qotfreyd Şpenqler; 29 may 1880[1][2][…]8 may 1936[3][1][…], Münxen, Üçüncü Reyx[3]) — Alman tarixçi və fəlsəfə tarixi mütəxəssisi. Riyaziyyat, təbiətşünaslıq və incəsənət kimi sahələrlə maraqlanmışdır. Məşhur kitabı olan "Qərbin tənəzzülü" (The Decline of the West) 1918 və 1922-ci illərdə nəşr olunmuş özündə bütün dünya tarixini əks etdirmişdir. Onun irəli sürdüyü yeni nəzəriyyəyə görə mədəniyyətlərin ömrü məhdud olur və bunlar sonda çürüyürlər. O, Birinci dünya müharibəsi və Birinci və İkinci dünya müharibəsi arasındakı dönəmdə çoxlu yazılar yazmış və Almaniyanın Avropadakı hegemonluğunu dəstəkləmişdir. Onun digər yazıları Almaniyadan xaricdə də öz kiçik təsirini göstərmişdir. Şpenqlerin 1920-ci ildə təqdim etdiyi "Prussiandom və Socialism" kitabında sosializm və avtoritarizmin əsasları və millətçilik müdafiə olunur. Bəzi Nasistlər (məsələn, Qobbels) Şplenqeri təbliğatçı hesab edirdilər. Lakin 1933-cü ildə onun Almaniya və Avropanın gələcəyi haqqındakı pessimist fikirləri, Nasistlərin irqi ayrı seçkilik idealarını dəstəkləməkdən boyun qaçırması və "The Hour of Decision" (Qərar saatı) adlı tənqidi kitabından sonra nasistlər tərəfindən sürgün olunmuşdur.

Həyatı

Osvald Şpenqler 29 may 1980-ci ildə Almaniyanın Blankenburq şəhərində anadan olmuşdur. O, Bernard və Paulin Şpenqlerlərin ikinci övladı idi. Şpenqlerin qardaşı səkkiz aylğında ikən anası ağır camaşır səbətini daşımışdı və bu da uşağın doğumdan üç həftə sonra, 1879-cu ildə ölməsinə səbəb olmuşdur. Osvald qardaşının ölümündən on ay sonra dünyaya gəlmişdir. Onun üç bacısı da var idi : Adel, Qertrad, Hilderqard. Onun ata babası Teodor Şpenqler kəndin metallurgiya müfəttişi idi. Poçtalyon olan atası Bernard Şpenqler işgüzar və çalışqan biri olmaqla intellektualizmi bəyənmirdi və bunu oğluna da təlqin etməyə çalışırıdı.

Şpenqlerin ürəyində problemlər var idi və o, bütün həyatı boyu miqren (başda nevroloji xətəlik) xəstəliyindən əziyyət çəkmişdir. On yaşında olarkən ailəsi ilə birlikdə Almaniyanın ən böyük universitetinin yerləşdiyi Halle şəhərinə köçdü. Şpenqler yerli Gimnaziyada klassik təhsil alaraq, yunan, latın dillərini, riyaziyyatı və başqa elmləri öyrənirdi. Burada onun, həmçinin incəsənətə olan həvəsi də böyüməyə başladı, xüsüsilə də şeiriyyətə, drama və musiqiyə – Höte və Fridrix Nitsşenin fikirlərinin təsiri altına düşdü. O, hətta bədii yaradıcılıqla da məşğul olmuşdur və onun əsərlərinin bəziləri hələ də qalmaqdadır. 1901-ci ildə atasının ölümündən sonra Şpenqler bir neçə universitetdə (Münhen, Berlin və Halle) elmi işçi kimi çalışdı, eyni zamanda da bir neçə fəndən dərs aldı. O, təkbaşına çalışırdı, müəllimsiz, rəhbərsiz. 1903-cü ildə Şpenqler Heraklitlə bağlı doktorluq dissertasiyasını uğurla müdafiə edə bilmədi, buna səbəb isə o haqda az məlumata sahib olması idi və bu uğursuzluq onun akademik karyerasının sonuncu şansı idi. 1904-cü ildə elmlər namizədi titulunu aldı və 1905-ci ildə sinir sistemində dəhşətli problemlər yarandı. Alimlər onun sonrakı həyatının normal keçdiyini bildirmişlər. Sadəcə olaraq Saarbrücken və Düsseldorfda müəllim kimi çalışmışdır. 1908-ci ildən 1911-ci ilə qədər Hamburqda bir gimnaziyada Alman tarixi, riyaziyyat kimi fənlərdən dərs keçmişdir.

1911-ci ildə, anasının ölümündən sonra Münhenə köçür və burada 1936-cı ilə kimi, ömrünün sonuna qədər yaşayır. Tək-tənha alim, öz əmlakı ilə birlikdə çox məhdud imkanlar çərçivəsində yaşamış və tənhalıqla əhatə olunmuşdu. Heç bir şəxsi kitabı yox idi və repitor kimi çalışaraq jurnallara məqalələr yazır, beləcə əlavə gəlir əldə edirdi.

Qərbin tənəzzülü

"Qərbin tənəzzülü" (The Decline of the West) kitabının birinci cildi üzərində işləyərkən ilk öncə Avropa daxilində Almaniyaya nəzər yetirmək istəyirdi, lakin sonrakı hadisələr, İkinci Mərakeş Böhranı ona dərindən təsir etdi və, beləliklə, Şpenqler tədqiqat sahəsini daha da genişləndirdi.

Şpenqler Otto Seekin "Keçmişin tənəzzülü"ndən (The Decline of Antiquity) təsirlənərək kitabın adını ona bənzətmişdir. Kitab 1914-cü ildə tamamlansa da Birinci dünya müharibəsinin başlaması səbəbindən bir qədər təxirə salındı. Anadangəlmə ürək problemi olduğu üçün hərbi xidmətə çağrılmamışdı. Müharibə dövründə onun əmlakı bir dəyərə malik deyildi, Çünki bu okeanın o biri tayında yatırılmışdı, buna görə də Spengler bu müddət ərzində səfalət içində yaşamışdı.

1918-ci ilin yayında kitab işıq üzü gördü və böyük uğur qazandı. Almaniyanı biabırçı vəziyyətə salan Versal sülh müqaviləsinin bağlanması (1919) və 1923-cü ildə inflyasiya nəticəsində iqtisadiyyatın tənəzzülə uğraması Şpenqlerin proqnozlarını doğrultdu. Kitab almanların iflasını dünya tarixindəki proseslərdə rolunu səmərələşdirdiyinə görə onları bir qədər rahatlatdı. Kitab Almaniyadan xaricdə də uğur qazandı və 1919-cu ildə bir neçə dilə tərcümə olundu. Şpenqler Göttingen Universitetində fəlsəfə doktoru olmaq təkliflərini rədd edərək bildirdi ki, fikrini yazılarına yönəltmək üçün vaxta ehtiyacı var.

"Qərbin tənəzzülü" kitabı geniş şəkildə müzakirəyə səbəb oldu. Bu müzakirələrdə hətta kitabı oxumayanlar da iştirak etmişdi. Tarixçilər qeyri-peşəkar müəllifin hadisəyə bu cür elmi olmayan yanaşmasını özlərinə təhqir kimi qəbul etmişdilər. Tomas Mann (Alman yazıçısı, esseist) Şpenqlerin kitabını ilk dəfə oxuyarkən bunu Artur Şopenhauer Şopenhauerin əsəri olduğunu zənn etmişdi. Akademiklər kitab haqqında qarışıq fikirdə idilər. Maks Veber (Almaniya sosioloqu, tarixçisi) Şpenqleri bacarıqlı, bilikli həvəskar adlandırsa da Karl Popper (Avstriya filosofu, sosioloqu, "Açıq Cəmiyyət və Onun Düşmənləri" əsərinin müəllifi) isə bu nəzəriyyəni mənasız bir şey adlandırmışdı

Qədim dünya tarixçisi Edvard Meyer Şpenqlerlə bağlı tənqidi fikirləri olsa da onun haqqında yüksək fikirdə idi. Spenglerin naməlumluq, duyğulara və mistisizmə əsaslanan fikirləri tarixdə heç bir mənanın olmadığını bildirən Pozitivizm və Neo Kantçılıq üçün əlverlişli idi. Tənqidçi və estetikaçı qraf Harri Kessler Şpenqleri, xüsusilə də Fridrix NitsşeLüdviq Vitgenşteynlə bağlı fikirlərinə görə onu şablon, axmaq, mənasız adlandırmışdı. Amma Spenglerin mədəniyyətlə bağlı pessimist fikirlərinə şərik idi. Şpenqlerin əsəri ictimai silsilə nəzəriyyəsinin yaranmasında mühüm rol oynamışdır. (Qeyd : bu nəzəriyyəyə görə cəmiyyətdə baş verən hadisələr və tarix silsilə şəklində dövr edir.)

Avropa və Amerika sivilizasiyasının hərbi diktatorluq rejimindən sonra süqutunu qabaqcadan xəbər verməsi Spenglerin kitabının dünya ziyalıları arasında böyük uğur qazanmasına kömək etdi. Kitab Birinci dünya müharibəsinin sonlarına yaxın Avropada pessimizmin genişlənməsinə səbəb oldu. Almaniyalı Kantçı filosof belə izah etmişdir ki, Birinci dünya müharibəsinin sonlarına yaxın onun bir adı bəs idi ki, bütün fantaziyaları hərəkətə gətirsin. Bu zaman bizlərdən bir neçə adam anlamağa başladı ki, yüksək dəyər verdiyimiz Qərb sivilzasiyası korlanmışdır. Spenglerin kitabı bu çətin vəziyyəti kəskin və kobud şəkildə təsvir etmişdir. Northtrop Frye (kanadalı ədəbi tənqidçi) belə əsaslandırırdı ki, Spenglerin nəzəriyyəsinin hər bir elementi dəfələrlə rədd edilsə də bu dünyadakı ən böyük romantik poemalardan biridir və onun aparıcı ideyasını bu təşkil edir : "nə qədər ki bizim dünyagörüşümüzün bir hissəsi bu gün elektron və ya dinozavr kimidirsə bu mənada bizim hər birimiz Spenglerlərik"

Spenglerin Qərbin qaçılmaz tənəzzülü ilə bağlı pessimist proqnozları Üçüncü Dünya ziyalılarının Çindən qaçaraq Koreya və Çiliyə gəlməsinə, Qərb imperializminin tənəzzülünün səbəbini araşdırmağa sövq etmişdir. Buna baxmayaraq Amerikada və Britaniyada Spenglerin pessimizmi 1940-cı ildə dünya tarixini doqmatikcəsinə yazan Arnold J. Toynbee-nin optimizmi ilə ziddiyyət təşkil elədi.

Spenglerin "Qərbin tənəzzülü" adlı ktabının birinci cildi Almaniyada çıxanda minlərlə tirajla satıldı. İnkişaf etməkdə olan Avropada Spenglerin kitabı artıq çox məşhurlaşmağa, müzakirə mövzusu olmağa başlamışdı. "Spenglerizm" adlı cərəyan yarandı və buna saysız-hesabsız ardıcıllar qoşuldu. Spengleri oxumaq, ona rəğbət göstərmək və yaxud etiraz etmək artıq zəruri bir hala çevrilmişdi. Və bu hal hələ də qalmaqdadır.

1922-ci ildə çap olunmuş ikinci cilddə Spengler vurğulayırdı ki, Alman sosializmi Marksizmdən fərqlənir və bu sosializm Almaniya mühafizəkarlığına uyğundur. 1924-cü ildə baş verən sosial-iqtisadi tərəqqi və inflyasiyanı izləyən Spengler artıq yazılarına siyasi mövzular da qatmağa başladı və bununla da Reichswehr-in (Almaniya silahlı quvvələri) generalı Hans Von Seeckti ölkənin başçısı etmək istəyirdi. Bu cəhd uğursuzluqla nəticələndi və Spengler praktik siyasətin faydasız bir şey olduğunu sübuta yetirdi.

"İnsanlar və Texnikalar" (Man and Technics)

1931-ci ildə Spengler "İnsanlar və Texnikalar" (Man and Technics) adlı kitabını çap etdirdi. Bu kitabda o, texnologiyanın və sənayeçiliyin mədəniyyətə zərər vuracağını bildirmişdi. Texnologiyanın və sənayeçiliyin tənqidi məsələsinə yer ayrılmış kitabda əsas ideya odur ki, Qərb dünyasının əldə etdiyi böyük nailiyyətlərinin bir çoxu Misir piramidaları və ya Roma hamamları kimi tezliklə nəvə-nəticələrimiz üçün möcüzəvi bir şey olacaq. Spenglerin fikrincə mədəniyyətmiz materializm, iqtisadi rəqabət və müharibə yolu ilə məhv olacaq. O, xüsusilə qeyd edirdi ki, Qərb texnologiyası irqi fərqlərin yaranmasına və nəticədə də bu yaratmış olduğu silahların özünə qarşı çevrilməsinə səbəb olacaqdır. Kitabda Spenglerin məşhur sitatı, "Optimizm qorxaqlıqdır" vardır.

1932-ci ildə keçirilən seçkilərdə Adolf Hitlerə səs verməsinə baxmayaraq Spengler onun amansız biri olduğunun şahidi oldu. 1933-cü ildə o, Hilterlə görüşdü və təsirsiz keçən uzun müzakirələrdən sonra Hitlerə dedi ki, Almaniyanın dramatik qəhrəmana deyil, real qəhrəmana ehtiyacı var. Spengler Alfred Rosenberg (Alman siyasi xadimi və Nasizm ideologiyasının əsas ardıcıllarından biri) ilə açıq-aşkar çəkişirdilər və onun diktator haqqındakı pessimist fikirləri ictamiyyət arasında səssizliyə və təcridolunmaya gətirib çıxardı. Jozef Qobbelsin (Almaniyada Xalqı Maarifləndirmə və Təbliğat naziri olmuşdur, rejimin qabaqcıllarından idi) Spenglerə ictimaiyyət qarşısında nitq söyləməsi təkliflərindən imtina etmişdir. Bununla belə, Spengler həmin dövr ərzində Alman Akademiyasının bir üzvü idi.

1934-cü ildə çap olunmuş "Qərar Saatı" kitabı bestsellerə çevrilsə də sonradan Nasizmi tənqid etdiyinə görə Nasistlər tərəfindən qadağan edilmişdi. Spenglerin liberalizmlə bağlı tənqidləri Nasistləri qane etsə də, Spengler Almanların bioloji ideologiya və Antisemitizmi (İudaizm dininə, yəhudi mədəniyyətinə və ya millətinə qarşı düşmənçilik) ilə razı deyildi. İrqi mistisizm onun dünyasında əsas rol oynamasına baxmayaraq, Spengler həmişə Nasist professor və başqalarının yaratdığı, elmi məntiqə uyğun olmayan irqi nəzəriyyələri barədə açıq tənqidi fikirlərini söyləmişdir və heç bir zaman Hitlerin yüksələn hakimiyyətindən qorxaraq fikirlərindən dönməmişdir. Spenglerin özü nasionalist olsa da Nasistləri dardüşüncəli və onların digər insanlara qarşı apardığı müharibənin heç də qərbyönümlü olmadığını hesab edirdi. Kitab həmçinin Qərb sivilzasiyasının dağılma təhlükəsini yaradacaq müharibənin baş verəcəyini də xəbərdar edirdi və kitab Almaniyada qadağan olunmamışdan əvvəl Almaniyadan xaricdə kütləvi şəkildə yayılmışdı. "Time" jurnalı "Qərar saatı" kitabının beynəlmiləl şəkildə populyarlıq qazanmasını mübahisəyə səbəb olacağını vurğulamış və "Osvald Spengler danışarkən Qərb dünyasının adamları qulaqlarını tıxayırlar" demişdi. Jurnal "təsirli yazıları oxumağı sevənlər" və "Spenglerin şiddətli aforizmləri sayəsində yanlış yoldan dönəcək olanlar" və onun pessimist proqnozlarını sevənlər üçün bu kitabı məsləhət görmüşdür.

Spengler son illərini Munixdə Bethovenə qulaq asaraq, Molyer və Şekspiri oxuyaraq, minlərlə kitab alaraq və qədim Türk, Fars və Hindu silahlarının kolleksiyasını toplayaraq keçirmişdir. 1936-cı ildə (ölümündən qısa müddət əvvəl) Reichsleiter (Nasist partiyasında ən yüksək siyasi rütbə) Hans Franka yazdığı məktubda belə demişdi: "Alman rexyi 10 ildən artıq yaşamayacaqdır." 1936-cı ildə mayın 8-də, 56 yaşı tamam olan günü və 3-cü reyxin dağılmasından 9 il əvvəl ürək ağrısından dünyasını dəyişdi.

Osvald Şpenqlerin yazarlar üzərindəki təsiri

Osvald Spenglerin bir çox insanlara təsirləri olmuşdur:

  • Şpenqlerin "Qərbin tənəzzülü" kitabı Arnold J. Toynbee-nin eyni mövzuda yazdığı "Tarix elmi" kitabında böyük təsirinin olduğu görünür.
  • Finlandiyalı filosof Georg Henrik von Wright-ın cəmiyyət haqqında yazdığı yazılarında Spenglerin təsiri açıq-aydın görünür.
  • Şpenqlerin "Qərar saatı" əsəri amerikalı siyası xadim və qaradərililərin hüquqlarının müdafiçəsi Malkolm X-ın iqtisadiyyat və kapitalizmlə bağlı fikirlərinə böyük təsir göstərmişdir. Malkolm Spenglerin sinfi ziddiyyətlərin irqi ayrı-seçkilik yolu ilə daha da şiddətlənəcəyi fikri ilə razılaşırdı. Marks haqqında Malkolmun fikrini soruşduqda (o heç vaxt Marksı oxumamışdı) o bildirmişdi ki, Spenglerin bu fikri ilə də razıdır: irqi bərabərlik sosial sinfi və iqtisadi sistemləri üstələyib.
  • Məşhur iqtisadçı və anarxistlər, John Zerzan və Derrick Jensen-in sivilzasiyanın geriləməsi və təbii dünyanın insan əməyinin məhsulu olan sivilzasiyanı üstələməsi ilə bağlı fikirlərində də Spenglerin təsiri vardır.
  • Mifoloq və mistik Jozef Cambell mədəniyyətlərarası miflərin ümumiliyini təsvir edərkən Spenglerə əsaslanmışdır.
  • Şpenqlerin ideyaları məşhur amerikalı sosioloq və politoloq Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsərindəki ideyalar ilə eyniyyət təşkil edir.
  • Henry Miller, John dos Passos və özünü bir dəfə Amarikalı Spengler adlandıran Frensis Skott Fitscerald kimi yazıçıların dünyagörüşündə də Spenglerin rolu var idi. Britaniyalı şair, rəssam Oskar Kokoschka, orkestr direktoru Wilhelm Furtvangler və kinorejissor Fritz Lang Spenglerin vurğunu idilər.

Əsərləri

  • Qərbin Tənəzzülü (The Decline of the West)
  • İnsan və texnika (Man and technics)
  • Prussianizm və Sosializm (Prussianism and Socialism)
  • Mədəniyyətin növləri haqqında (On the style-pattern of culture)

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Oswald Spengler // Babelio (fr.). 2007.
  3. 1 2 3 4 Шпенглер Освальд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

Read other articles:

Stavanger Class overview NameOslo class BuildersNavy Main Yard, Karljohansvern, Horten, Norway Operators Royal Norwegian Navy Succeeded byFridtjof Nansen class Built1964–1966 In commission1966–2007 Completed5 Lost1 Retired3 Preserved1 General characteristics TypeFrigate Displacement 1,735 long tons (1,763 t) standard 2,100 long tons (2,134 t) full load Length96.6 m (316 ft 11 in) Beam11.2 m (36 ft 9 in) Draft5.5 m (18 ft 1 i...

  لمعانٍ أخرى، طالع البرقة (توضيح). هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أكتوبر 2017) البرقة قرية.[1] تقسيم إداري  قائمة الدول  السعودية  مناطق السعودية حائل، منطقة حائل معلومات أخرى منطقة زم...

International athletics championship event10th European Athletics ChampionshipsThe logo of the 1971 European Athletics ChampionshipsDates10 – 15 AugustHost cityHelsinki, FinlandVenueHelsinki Olympic StadiumLevelSeniorTypeOutdoorEvents38Participation857 athletes from 29 nations← 1969 Athens 1974 Rome → The 10th (X) European Athletics Championships were held from 10 August to 15 August 1971 in the Olympic Stadium of Helsinki, the capital of Finland. Contemporaneous reports on the ...

2003 Indian filmChigurida KanasuDVD coverDirected byT. S. NagabharanaWritten byDr. Shivaram KaranthScreenplay byT. S. Nagabharana Jayant KaikiniProduced byParvathamma RajkumarStarringShiva RajkumarAnant Nag AvinashVidhya VenkateshRekha UnnikrishnanCinematographyB. C. GowrishankarEdited byS. ManoharMusic byV. ManoharDistributed bySri Vajreshwari FilmsRelease date 2 October 2003 (2003-10-02) Running time154 minutesCountryIndiaLanguageKannada Chigurida Kanasu (transl. Sprout...

Alfred von Montenuovo in Galauniform für Hofchargen, 1902 Palais Montenuovo Wien Löwelstraße 6 sein Landsitz Schloss Margarethen am Moos in Niederösterreich Mausoleum Batthyány-Montenuovo in Bóly Wappen der Fürsten von Montenuovo Alfred Fürst von Montenuovo (* 16. September 1854 in Wien; † 6. September 1927 ebenda), der zweite Fürst aus der mit dem Kaiserhaus morganatisch verwandten Familie Montenuovo, war von 1909 bis 1917 Obersthofmeister der österreichischen Kaiser Franz Joseph...

Coordenadas: 46° 15' N 4° 2' E Saint-Martin-du-Lac   Comuna francesa    Localização Saint-Martin-du-LacLocalização de Saint-Martin-du-Lac na França Coordenadas 46° 15' N 4° 2' E País  França Região Borgonha-Franco-Condado Departamento Sona e Loire Características geográficas Área total 13,63 km² População total (2018) [1] 253 hab. Densidade 18,6 hab./km² Código Postal 71110 Código INSEE 71453 Saint-Martin-du-Lac é u...

American minister, newspaper journalist, publisher (1848–1895) Chasteen C. StummBorn(1848-04-11)April 11, 1848Airdrie, Muhlenberg County, Kentucky, U.S.DiedNovember 9, 1895(1895-11-09) (aged 47)Washington, D.C., U.S.Resting placeFairview Cemetery, Staunton, Virginia, U.S.Other namesC .C. StummEducationBerea College, Roger Williams UniversityOccupation(s)Minister, teacher, journalist, editor, newspaper publisherSpouseElizabeth Penmen Rev. Chasteen C. Stumm (1848–1895) was an Amer...

This article does not cite any sources. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Ják – news · newspapers · books · scholar · JSTOR (March 2008) (Learn how and when to remove this template message) Place in Vas, HungaryJákThe parish church of Ják, consecrated by Amadeus Pok in 1256 FlagCoat of armsJákCoordinates: 47°08′22″N 16°34′57″E / ...

For other uses, see Rabbit Island (disambiguation). Rabbitt Island is a small island in Wickford Harbor, Narragansett Bay, Wickford, Rhode Island. Roger Williams received the island from Chief Canonicus' wife as a gift for a place to raise his goats.[1] Richard Smith, who built Smith's Castle, later owned the island. References ^ Goats, fishing shaped history. External links Islands of Narragansett Bay Frederic Denlson, Narragansett Sea and Shore, (J.A. & R.A. Reid, Providence, RI...

Lebanese footballer (born 2002) Not to be confused with Laila Iskander. In this Lebanese name, the father's name is Pascal and the family name is Iskandar. Lili Iskandar Iskandar with SAS in 2020Personal informationFull name Layla Pascal Iskandar[1]Date of birth (2002-05-16) 16 May 2002 (age 21)Place of birth Zgharta, Lebanon[1]Height 1.72 m (5 ft 8 in)Position(s) Attacking midfielder, wingerTeam informationCurrent team Al-IttihadYouth career Salam Zgha...

Egale CanadaFormation1986; 37 years ago (1986)FounderLes McAfeeTypeNonprofit advocacy organizationPurposeLGBTQ research, education, awareness and legal advocacyHeadquartersToronto, Ontario, CanadaOfficial language English and FrenchExecutive DirectorHelen KennedyRevenue (2022) $4.7 million [1]Expenses (2022)$4.6 million [2]Staff (2023) 50+Websiteegale.caFormerly calledEquality for Gays And Lesbians Everywhere Egale Canada (formerly Equality for Gays And Lesbi...

1994 video game for the SNES Metroid 3 redirects here. For the Wii game, see Metroid Prime 3: Corruption. 1994 video gameSuper MetroidNorth American box art featuring Samus Aran in battle with RidleyDeveloper(s)Nintendo R&D1Intelligent SystemsPublisher(s)NintendoDirector(s)Yoshio SakamotoProducer(s)Makoto KanoProgrammer(s)Kenji ImaiArtist(s)Hirofumi MatsuokaMasahiko MashimoHiroyuki KimuraComposer(s)Kenji YamamotoMinako HamanoSeriesMetroidPlatform(s)Super Nintendo Entertainment SystemRelea...

Serbian singer-songwriter (born 1993) Sara JoСара ЈоJovanović performing at the 2021 Belgrade PrideBackground informationBirth nameSara JovanovićBorn (1993-10-29) 29 October 1993 (age 30)Rome, ItalyOriginBelgrade, SerbiaGenresPopR&Bdance-popOccupation(s)SingermodelactressYears active2011–presentLabelsIDJTunesBassivity DigitalMusical artist Sara Jovanović (Serbian Cyrillic: Сара Јовановић; pronounced [sǎːra joʋâːnoʋit͡ɕ]; born 29 October 1993), ...

David C. JewittLahirDavid Clifford Jewitt1958 (umur 64–65)London, InggrisAlmamaterUniversitas Kolese LondonDikenal atasPenemuan objek pertama di sabuk KuiperPenghargaanPenghargaan Shaw (2012)Penghargaan Kavli (2012)Karier ilmiahBidangAstronomi, astrofisikaInstitusiUCLADisertasi (1983)Pembimbing doktoralJames Westphal David Clifford Jewitt (lahir 1958) adalah seorang astronom Inggris yang mempelajari tentang Tata Surya, khususnya objek-objek minor.[1] Saat ini ia berbas...

British television series created by Stephen Volk This article is about the 2005–2006 British television series. For other uses, see Afterlife (disambiguation). AfterlifeGenreMysteryDramaCreated byStephen VolkStarringLesley SharpAndrew LincolnKate DuchêneAnna Wilson-JonesCountry of originUnited KingdomOriginal languageEnglishNo. of series2No. of episodes14 (list of episodes)ProductionExecutive producersTammy ChoplingMurray FergusonProducerDon BellProduction locationUnited KingdomRunning ti...

British Lions & England international rugby union player Rugby playerGordon RimmerRimmer in New Zealand in 1950Birth nameGordon RimmerDate of birth(1925-02-28)28 February 1925Place of birthSouthport, EnglandDate of death2002 (aged 76–77)Place of deathSefton, EnglandSchoolKing George V School, SouthportRugby union careerPosition(s) Scrum-halfSenior careerYears Team Apps (Points)?? Southport RFCWaterloo FC ?? ??International careerYears Team Apps (Points)1949–19541950 EnglandBr...

Draco RacingFounded1989Founder(s)Adriano MoriniNadia MoriniFormer seriesFormula Renault 3.5 SeriesOpel Lotus EuroseriesInternational Formula 3000Euro Formula 3000Teams'ChampionshipsEuro Formula 3000:2001, 2003, 20043000 Pro Series:2005Formula Renault 3.5 Series:2009Drivers'ChampionshipsOpel Lotus Euroseries:1990: Rubens Barrichello1991: Pedro Lamy1993: Patrick Crinelli1994: Marco CamposEuro Formula 3000:2001: Felipe Massa2003: Augusto Farfus2004: Nicky PastorelliFormula Renault 3.5 Series:200...

2005 book by Brian Jacques The Redwall Cookbook US Paperback CoverAuthorBrian JacquesIllustratorChristopher DeniseCover artistChristopher DeniseCountryUnited StatesLanguageEnglishSeriesRedwallGenreCookbook FantasyPublisherPhilomel (US)Publication date2005Media typePrint (Paperback)Pages96 (US Paperback)ISBN0-399-23791-7 (US Paperback)OCLC57641411Dewey Decimal641.5 22LC ClassTX652.5 .J36 2005 Children's literature portal The Redwall Cookbook is a cookbook based on food from the ...

Pertempuran MegiddoTel Megiddo.TanggalKemungkinan 16 April 1457 SMLokasiMegiddo, IsraelHasil Kemenangan MesirPihak terlibat Mesir KanaanKadeshMegiddoMitanniTokoh dan pemimpin Thutmose III Raja KadeshKekuatan 10,000-20,000 tentara 10,000-15,000Korban Tak diketahui 83 tewas,[1]340 ditawan Pertempuran Megiddo (abad ke-15 SM) terjadi antara pasukan Mesir yang dipimpin Firaun Thutmose III melawan pasukan pemberontak gabungan negara-negara bawahan Kanaan yang dipimpin raja Kadesh.[2]...

UK fashion designer This article is an orphan, as no other articles link to it. Please introduce links to this page from related articles; try the Find link tool for suggestions. (July 2020) Hope Macaulay (born 26 April 1996) is a Northern Ireland fashion and textiles designer, creative director and founder of the contemporary luxury fashion brand Hope Macaulay. Career Macaulay graduated from the UK-based University for the Creative Arts in Fashion Textiles: Print in 2018.[1] In the s...