Sinxay inqilabı

Sinxay inqilabı
(1911 Çin İnqilabı)
Sin sülaləsinə qarşı etirazlar
辛亥革命
Şanxayda inqilabın qeyd edilməsi
Şanxayda inqilabın qeyd edilməsi
Tarix 10 oktyabr 1911 - 12 fevral 1912 (4 ay 2 gün)
Yeri Çin
Nəticəsi

İnqilabçıların qələbəsi

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sinxay inqilabı

"Sinxay inqilabı" Çin yazısında
Çincə: 辛亥革命
Tərcüməsi: Sinxay inqilabı

Sinxay inqilabı və ya 1911 Çin İnqilabıSin sülaləsinin hakimiyyətinə son qoydu və 1 yanvar 1912-ci ildə Çin Respublikasının qurulması ilə nəticələndi. İnqilab 2000 illik imperator hakimiyyətinin sonunu və Çinin ilk respublika dövrünün başlanğıcını qoydu.[1]

Mənşəyi

1842-ci ildə Birinci tiryək müharibəsində Qərbə ilk məğlubiyyətini yaşadıqdan sonra Sin imperator məhkəməsi Çinə xarici müdaxilələri dayandırmaq üçün mübarizəyə başladı. Ənənəvi idarəetmə metodlarını tənzimləmək və islah etmək səyləri uğursuzluqla nəticələnirdi. 1860-cı ildə İkinci tiryək müharibəsindəki məğlubiyyətdən sonra Sin, 1861-ci ildən etibarən Özünü Gücləndirmə Hərəkatı ilə müəyyən Qərb texnologiyalarını mənimsəyərək modernləşməyə çalışdı.[2] Taypin (1851–64), Nian (1851–68), Yunnan (1856–68)Dunqan (1862–77) üsyanlarına qarşı mübarizədə ənənəvi imperiya qoşunları özlərini səriştəsiz göstərdilər və idarəetmə yerli ordulara etibar edildi.[3] 1895-ci ildə Çin Birinci Çin-Yapon müharibəsi zamanı növbəti məğlubiyyətə uğradı.[4] Bu, ənənəvi Çin feodal cəmiyyətinin texnoloji və ticari inkişafında uğur qazandığı təqdirdə belə modernləşməli olduğunu göstərdi.

İnqilabın təşkili

Ekən qruplar

Bir çox inqilabçı və qrup, Han rəhbərliyini yenidən qurmaq üçün Sin hökumətini devirmək istəyirdi. Çin xaricində ən erkən inqilabi təşkilatlar, məsələn, Yeng Kuvanın 1890-cı ildə Honkonqda yaradılan Furen Ədəbi Dərnəyi quruldu. Bu dərnəyin ilk Çin manhualarından biri, sonradan "South China Morning Post"un əsas qurucularından olan, "Uzaq Şərqdəki vəziyyət" barədə siyasi satiranın müəllifi Tse Tsantay da daxil olmaqla 15 üzvü var idi.[5]

Dr. Sun Yatsen Londonda

Sun Yatsen inqilablar üçün vəsait toplamaq məqsədilə 1894-cü ildə Honoluluda Sinçjunxoy ("Çin cəmiyyətini canlandırma") cəmiyyətini qurdu.[6] İki təşkilat 1894-cü ildə birləşdi.[7]

Tunmenhoy

Sun Yatsen Huasinhoy, Quanfuhoy və "Cin cəmiyyətini canlandırma" təşkilatlarını 1905-ci ilin yayında uğurla birləşdirdi və bununla da 1905-ci ilin avqust ayında Tokioda "Tunmenhoy" təşkilatını qurdu.[8] Tokioda qurulmasına baxmayaraq, Çin daxilində və xaricində ona tabe olan təşkilatlar var idi. Sun Yatsen bu vahid qrupun rəhbəri idi. Tunmenhoy ilə işləyən digər inqilabçılar arasında Van Cinvey və Hu Hanmin var idi. Tunmenhoy qurulduqda üzvlərinin 90%-dən çoxu 17–26 yaş arasında idi.[9]

Sun Yatsen Çin Respublikasının rəhbər şəxsləri ilə birlikdə Min sülaləsinin birinci imperatoru Çju Yuançjanın məzarını ziyarət edərkən (1912-ci il)

Respublikanın elanı

Çin Respublikası elan edilməsi və dövlət bayrağının qəbul edilməsi

Çin Respublikasının "Beş millətin ittifaqı" adlı bayrağı

29 dekabr 1911-ci ildə Sun Yatsen ilk müvəqqəti prezident seçildi.[10] 1 yanvar 1912-ci il tarixi Çin Respublikasının ilk günü olaraq qəbul edildi.[11] 3 yanvar tarixində nümayəndələr Li Yuanhonu müvəqqəti sədr müavini kimi tövsiyə etdilər.[12]

1911 inqilabında iştirak edən bir çox qruplar dövlət bayrağı qismində öz bayraqlarının qəbul edilməsini istəyirdilər. Vuçan üsyanı zamanı Vuçanın hərbi birləşmələri üzərində taicitu təsvir edilmiş doqquz ulduzlu bayrağı istifadə edirdilər.[13] Müsabiqədə iştirak edənlər arasında Lu Haodonun "Mavi səmada ağ günəş" bayrağı da var idi. Sonda məclis "Beş millətin ittifaqı" bayrağını qəbul etdi.

Həmçinin bax

İstinadlar

  1. Li, Xiaobing. [2007] (2007). A History of the Modern Chinese Army. University Press of Kentucky. ISBN 0-8131-2438-7, ISBN 978-0-8131-2438-4. pp. 13, 26–27.
  2. Wang, Gabe T. [2006] (2006). China and the Taiwan Issue: Impending War at Taiwan Strait. University Press of America. ISBN 0-7618-3434-6, ISBN 978-0-7618-3434-2. p. 91.
  3. Wang, Ke-wen. [1998] (1998). Modern China: An Encyclopedia of History, Culture, and Nationalism. Taylor & Francis publishing. ISBN 0-8153-0720-9, ISBN 978-0-8153-0720-4. p. 106. p. 344.
  4. Bevir, Mark. [2010] (2010). Encyclopedia of Political Theory. Sage Publishing. ISBN 1-4129-5865-2, ISBN 978-1-4129-5865-3. p. 168.
  5. South China morning post. 29 March 2011. Hong Kong played a key role in the life of Sun Yat-sen.
  6. Lum, Yansheng Ma. Lum, Raymond Mun Kong. [1999] (1999). Sun Yat-sen in Hawaii: Activities and Supporters. University of Hawaii Press. ISBN 0-8248-2179-3, ISBN 978-0-8248-2179-1. pg 6–7
  7. Curthoys, Ann. Lake, Marilyn. [2005] (2005). Connected Worlds: History in Transnational Perspective. ANU Publishing. ISBN 1-920942-44-0, ISBN 978-1-920942-44-1. p. 101.
  8. 計秋楓, 朱慶葆. [2001] (2001). 中國近代史, V. 1. Chinese University Press. ISBN 962-201-987-0, ISBN 978-962-201-987-4. p. 468.
  9. Etō, Shinkichi. Schiffrin, Harold Z. [2008] (2008). China's Republican Revolution. University of Tokyo Press. Digitized 10 September 2008. ISBN 4-13-027030-3, ISBN 978-4-13-027030-4.
  10. Lane, Roger deWardt. [2008] (2008). Encyclopedia Small Silver Coins. ISBN 0-615-24479-3, ISBN 978-0-615-24479-2.
  11. Welland, Sasah Su-ling. [2007] (2007). A Thousand miles of dreams: The journeys of two Chinese sisters. Rowman Littlefield Publishing. ISBN 0-7425-5314-0, ISBN 978-0-7425-5314-9. p.87.
  12. Yu Weichao Yu. [1997] (1997). A Journey into China's Antiquity: Yuan Dynasty, Ming Dynasty, Qing Dynasty. Volume 4. Morning Glory Publishers. ISBN 7-5054-0514-4, ISBN 978-7-5054-0514-1.
  13. Fitzgerald, John. [1998] (1998). Awakening China: Politics, Culture, and Class in the Nationalist Revolution. Stanford University Press. ISBN 0-8047-3337-6, ISBN 978-0-8047-3337-3. p.180.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!