Rekonkista

Qranada əmirliyinin süqutu (1492, 2 yanvar)

RekonkistaPireney yarımadasında yaşayan müsəlmanların xristianlar tərəfindən sıxışdırılaraq çıxarılmasına səbəb olmuş, dini məzmunlu hərəkat. Rekonkista hərəkatı Qranada əmirliyinin 1492-ci ildə dağılması nəticəsində uğurla başa çatmışdır.

Ərəblər ilk dəfə olaraq Pireney yarımadasına 711-ci ildə Tariq İbn Ziyadın başçılığı altında gəlmişdilər. Ərəblərin İspaniyada ağalığı 781 il davam etmişdir. Bu dövr ərzində müsəlmanlar xristianlarla və yəhudilərlə çox tərəfli münasibətlər qurmuşdular. Ərəblər təkcə dövlətçilik sahəsində deyil, eyni zamanda mədəniyyət sahəsindədə böyük işlər olmuşdur. Qranada şəhərində yerləşən və Qranada əmirliyinin hakimiyyəti dövründə inşa olunmuş Əlhambra sarayı, müsəlmanlar tərəfindən tikilmişdir. İspaniyada yaşayan xristinların müsəlmanlara olan münasibəti IX əsrdən etibarən dəyişməyə başladı. 718-ci ildə Şimali İspaniyada dağlarda yerləşən mağaralarda rekonkista hərəkatı üçün döyüşçülər hazırlanırdı. Rekonkista hərəkatının ilk dövrü 718–1085-ci illəri, ikinci dövrü isə 1085–1238-ci illəri əhatə edir.

1238-ci ildən 1492-ci ilə qədər davam etmiş, üçüncü mərhələ isə Qranada əmirliyinin dağılması ilə nətiçələnmişdir. 1492-ci ildə İspaniyada ərəblərin hakimiyyətinə son qoyulmasından sonra, yəhudilərin deportasiya edilməsinə başlanıldı. 1610-cu ilə qədər müsəlmanlar və yəhudilərin hamısı İspaniyadan qovuldu. İspaniyadan güçlü katolik — xristian dövləti yaradıldı. İspaniyadan qovulan və əndəlüs qaçqınları adlanan toplumu yalnız Osmanlı imperiyası qəbul etmişdi. 1492-ci ilin 2 yanvar tarixində sonuncu Qranada əmiri XII Məhəmməd əbu Abdullahın təslim olması ilə rekonkista hərəkatı yekunlaşdı. 1508-ci ildə xristianlar tərəfindən qəbul olunan qərara əsasən, müsəlmanlar öz dini geyimlərini 6 il müddətində tərk etməli, əvəzində isə xristian geyimləri geyinməli idilər.

XVI əsr boyu müsəlmanlar arasında xristianlıq təbliğatı aparılmışdır. Xristianlığı qəbul edən müsəlmanlar vəzifələrə təyin olunur və onlara torpaq sahələri verilirdi. Təkcə XVI əsrdə üç milyon müsəlman sürgün və ölümlə üzləşmişdir. Xristianlar tərəfindən aparılan əsas təbliğatın biridə, müsəlanmlar tərəfindən tikilmiş tikililərin dağıdılması və ya fəaliyyət sahələrinin dəyişdirilməsindən ibarət idi. Bu yolla onlarla məscid və kitabxana dağıdılaraq yandırılmışdır. Hal-hazırda mövcud olan tarixi tikililərdən yalnız Kardoba şəhərində yerləşən və bu gün kafedral kimi istifadə olunan Kardoba Ulu Məscidi və Əl-Kəsər sarayını və Qranada şəhərində yerləşən və Qranada əmirlərinin mərkəz sarayı olmuş Əlhambra sarayını misal göstərmək olar.

Rekonkista VIII–XII əsrlərdə

Pireney yarımadasının şimalında ərəblərdən asılı olmayan ərazilər Asturiya, QalisiyaBaskoniya qalmışdı. Rekonkistanın başlanğıcı kimi 718-ci ildə Kovadonq yaxınlığındakı döyüş sayılır. Həmin döyüşdə Pelayonun başçılıq etdiyi vestqot qoşunları ərəbləri məğlub etdi. Asturiya, rekonkistanın gedişində öz sərhədlərini genişləndirərək, X əsrin əvvəlində Leon krallığına çevrildi. X əsrdə ondan yeni dövlət Kastiliya ayrıldı ki, bu dövlət də 1037-ci ildə krallığa çevrildi. Bir qədər sonra bu iki krallıq birləşdi. VIII əsrin sonu -IX əsrin əvvəlində firənglərin yürüşləri nəticəsində Pireney yarımadasının şimal-şərqində, paytaxtı Barselona olan ispan markası yaradıldı; İspan markasından IX əsrdə Navarra, bir qədər sonra isə KataloniyaAraqon dövlətləri ayrıldı. 1137-ci ildə Kataloniya və Araqon, Araqon krallığında birləşdilər. XI əsrin sonunda Pireney yarımadasının qərbində Portuqaliya qraflığı yarandı. Bu qraflıq XII əsrdə krallıq oldu. XII əsrin sonuna doğru xristian dövlətlər yarımadanın böyük bir hissəsini ərəblərin əlindən almışdılar. Onların iqtisadi cəhətdən daha çox inkişaf etmiş Ərəb xilafəti üzərindəki qələbəsi, Ərəb dövlətinin dağılması ilə izah olunur. Bu dövlət XI əsrin əvvəllində öz aralarında ədavət aparan bir sıra (20 dən çox)əmirliklərə çevrilmişdi. Lakin bu əsas səbəb deyildi, İspaniya dövlətlərində də birlik yox idi. Kral hakimiyyyətinin mövcud olmasına baxmayaraq, iri feodallar bir-biri ilə şiddətli mübarizə aparır və bu mübarizədə, hətta müsəlman dövlətlərindən kömək də alırdılar. Ərəblər İspaniyanı istila edərkən, yerli əhali ərəb dilini və bəzi ərəb adətlərini mənimsəmiş, lakin xristian dinini saxlamış(mosarablar) və hətta bəzən islamı qəbul etmiş(reneqadoslar), tabe edilmiş əhali sayılırdı; bunlar şəhərlərdə aşağı təbəqə, kəndlərdə isə asılı kəndlilərdən ibarət idilər. Həm müsəlmanların həm də xristianların öz aralarında birliyin olmaması müharibənin bəzən xristian -müsəlman deyil, hər iki tərəfdə həm müsəlman həm də xristian dövlətlərin olduğu qarşıdurma formasını alırdı. Rekonkista lap əvvəldən kütləvi məskunlaşma səciyyəsi daşıyırdı. Bu hərəkatda əhalinin bütün təbəqləri iştirak edirdilər. Xristian dövlətllərinin qoşunlarının əsas hissəsini təşkil edən və buna görə silahlı olan kəndlilər ərəblərin əlindən yenicə alınmış ərazilərdə təkcə torpaq deyil, həm də şəxsi qurtuluş alırdılar ki, bu da "fueros" (fərmanlarla təsbit olunmuş qaydalar)və köçürmə xartiyaları ilə qanuniləşdirilirdilər. Buna görə də kəndlilərin rekonkistada marağı vardı və bu hərəkatda feodallarla birgə çıxış edirdilər. Rekonkistada bəzən fransız və italyan cəngavərləri də iştirak edirdi. Papalar rekonkista yürüşlərini çərçisvəsində dəfələrlə səlib yürüşləri elan etmişdir.

Rekonkista XII–XIII əsrlərdə

Rekonkista XII–XIII əsrlərdə xüsusi ilə fəallaşdı. İspanlar 1085-ci ildə mühüm qələbə qazandılar. Onlar Ərəb İspaniyasının ən böyük şəhəri Toledonu ələ keçirdilər. İspaniyanın müsəlman dövlətləri Əlmoravilərə — Məğribdəki bərbərlərə kömək üçün müraciət etdilər. Əlmoravilər Kastiliya qoşunlarını məğlub etdilər və bir müddət rekonkistanı dayandırdılar. XII əsrdə əlmoraviləri(mərkəzi Atlas dağlarında yaşayan) Əlmohadlar əvəz etdi. Ərəb əmirləri əlmohadları əlmoraviləri sıxışdırmaq üçün çağırmışdılar, lakin əlmohadlar müsəlman əmirliklərini birləşdirə bilmədilər. 1212-ci ildə Kastiliya, Araqon, PortuqaliyaNavarranın birləşmiş qoşunları Las-Navas-de-Tolosa yaxınlığında ərəbləri ağır məğlubiyyətə uğratdılar. Kastiliyalılar 1236-cı ildə Kordovanı, 1284-cü ildə isə Sevilyanı tutdular; Araqon kralları 1229–1235-ci illərdə Balear adalarını, 1238-ci ildə isə Valensiyanı ələ keçirdilər. 1262-ci ildə kastiliyalılar Qadisi ərəblərdən aldılar və Atlantikanın sahilinə çıxdılar. XIII əsrin sonuna doğru ərəblərin əlində ancaq Qranada əmirliyi qaldı. Qranada İspaniyanın cənubunda yüksək əkinçilik və şəhər mədəniyyəti olan varlı vilayət idi. Bu ərazini ərəblər ancaq 1492-ci ildə əldən verdilər. Rekonkistadan qazancı başlıca olaraq iri feodallar götürürdülər. Onlar işğal olunmuş torpaqlarda çox böyük mülklər yaradırdılar. Rekonkista dövründə meydana gəlmiş ruhani-cəngavər cəmiyyətləriSant-Yaqo, AlkantraKalatrava ordenlərinin əldə etdikləri torpaq mülkləri xüsusi ilə geniş idi. Müsəlmanlara qarşı uzunsürən müharibələrlə əlaqədar olaraq İspaniyada Avropanın ölkələrinın nisbətən daha böyük rol oynamış katolik kilsəsi də çoxlu torpaq əldə etdi. Sid haqqında poemada bu hadisələr əks olunub. Pireney yarımadasında yaranan dövlətlərin özəllikləri vardı.

Kastiliya

Kastiliya(qəsrlər ölkəsi)İspaniyanın mərkəzi hissəsi — Kastiliya krallığı bütün yarımadanın beşdə üç hissəsini əhatə edirdi və rekonkistada başlıca rol oynamışdı. İşğal əsnasında Kastiliyada kilsə, ruhani-cəngavər cəmiyyətləri və dünyəvi feodalların iri, qüdrətli və müstəqil torpaq mülkləri yaranmışdı. Lakin bununla yanaşı xırda zadəgan torpaq sahibliyi də xeyli inkişaf etmişdi. Rekonkistada iştirak etmiş cəngavərlər — idalqolar Kastiliyada xüsusi ilə çox idilər. Onlar dinc əməyə həqarətlə baxır, əksəriyyəti çox yoxsul şəraitdə yaşayırdılar.

Araqon

Kastiliya ilə Araqonun birləşməsi

Kilsə, şəhərlər və kiçik zadəganlara arxalanan, dəniz ticarətindən əldə olunmuş böyük gəlirə malik olan Kastiliya və Araqon kral hakimiyyəti XIV–XV əsrlərdə iri feodalları siyasi hüquqularından və müstəqilliklərindən məhrum etdilər. Onların pul kəsməsini və öz aralarında müharibə etməsini qadağan etdilər. Karllar ruhani-cəngavər cəmiyyətlərinin torpaqlarına da yiyələndilər.

1479-cu ildə Kastilyalı İzabella ilə Araqonlu Ferdinandın evlənməsi nəticəsində bu iki krallıq birləşdi.

Qaynaq

Orta Əsrlər Tarixi "Maarif" nəşriyyatı. Bakı-1988 səh. 363–373

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!