Rayon mərkəzindən 32 km qərbdə, Araz çayının yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə "Hacı Bayram qışlağı" formasında[5], Qafqazın 5 verstlik xəritəsində "Hacı Bayram" kimi[6] qeyd edilmişdir. Kənd Hacı Bayram adlı şəxs tərəfindən salınmış, ona görə də Hacı Bayram kəndi adlanmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Baxçalar, 3.VII.1968-ci il fərmanı il yenidən dəyişdirilərək Baqaran qoyulmuşdur.
Toponimi
1728-ci ildən mə’lumdur[7][8]. Mənbədə kəndin həm də Qaraqışlaq adlanması göstərilir. 1918–1919-cu illərdə ermənilər də yerləşdirilmişdir. 1935-ci ildə kənd Baxçalar, 1968-ci ildə ermənicə Baqaran adlandırılmışdır. 1728-ci ilə aid mə’lumata görə Ağcaqala və Çayırbəyli kəndlərinin qışlaq yeri idi[9]. Qışlaq hacı Bayram adlı şəxsə mənsub olduğuna görə onun adı ilə adlanmışdır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә.Һаҹы Бајрамг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
Əhalisi
Kənddə 1831-ci ildə 332 nəfər, 1873-cü ildə 447 nəfər, 1886-cı ildə 434 nəfər, 1897-ci ildə 476 nəfər, 1908-ci ildə 436 nəfər, 1914-cü ildə 815 nəfər, 1916-cı ildə 444 nəfər yalnız azərbaycanlı yaşamışdır[10]. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 325 nəfər azərbaycanlı, 1926-cı ildə 334 nəfər azərbaycanlı, 13 erməni, 1931-ci ildə 403 nəfər azərbaycanlı, 8 erməni yaşamışdır[10]. SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948–49-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.