Barbados

Barbados
Barbados
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Pride and Industry, Гордост и усърдие, Tự hào và Công nghiệp, Brilliant Barbados, Barbados Wych
Rəsmi dilləri
Paytaxt Brictaun
İdarəetmə forması Prezident respublikası
Prezident Sandra Meyson
Baş Nazir Mia Mottli
Sahəsi Dünyada 183-cü
 • Ümumi 439 km²
 • Su sahəsi (%) çox az
Əhalisi
 • Əhali 288 min nəfər (181-ci)
 • Siyahıyaalma (2.V.2019) 287 025 nəf.
 • Sıxlıq 660 nəf./km²
 • Ümumi 4.843.800.000 $[1], 5.637.914.515 $[1]
ÜDM (AQP)
 • Ümumi 7 169 million dollar  (160-cı)
 • Adambaşına 25 800 dollar  (60-cı)
Valyuta Barbados dolları
İnternet domeni .bb
ISO kodu BB
BOK kodu BAR
Telefon kodu +1246
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BarbadosMərkəzi Amerikada Karib hövzəsi və ya Vest-Hinddə yerləşən dövlət. Kiçik antil adaları qurupunda eyni adlı ada da yerləşir. Şimaldan cənuba maksimum uzunluğu 34 km, qərbdən şərqə isə 23 km-dir. Sahəsi 432 kvadrat kilometrdir. Əhalisi 287 min nəfərdir. Paytaxtı və mühüm portu Brictaun şəhəridir. Dövlət dili ingilis dilidir, pul vahidi isə Barbados dollarıdır.

Etimologiyası

Ölkəyə bu adı məşhur ispan tədqiqatçısı Pedro Kampos vermişdir. Tədqiqatçı bu torpağa ayaq basarkən burada olan çoxlu əncir ağacları onun diqqətini çəkmiş və o, ağacları formaca "saqqallı adamlar"a bənzətmişdir. Bu torpağı o "los – barbados" adlandırmışdır, bu da ispan dilindən tərcümədə "saqqallılar" deməkdir.

Tarixi

Avropalılar Barbodos adasına gələnə qədər, adada hind tayfalarından olan aravaklar və kariblər yaşayırdı. 1518-ci ildə adada olmuş ispanlar adanı Barbados adlandırmışdılar. Barabdos ispan dilində saqqal mənasını verir. 1605-ci ildə adaya gələn ingilislər 1625-ci ilə qədər adada öz kaloniyalarını yaratmışdılar. 1628-ci ildə isə Barbadosun müasir paytaxtı olan Brictaun şəhərinin əsası qoyulmuşdur. Şəkərqamışı plantasiyalarının salınması sürətlə artırdı. Kənd təsərüffatı işlərində çalışmaq üçün afrikadan xeyli sayda qul adaya gətirilmişdir.

Tarixən Barbadosda müstəmləkə əlehinə üsyanlar olmuşdur. Lakin bu üsyanlar kor təbii təşkil edildiyindən heç biri uğur əldə edə bilməmişdir. 1838-ci ildə Barbadosda quldarlıq ləğv edildi. XX əsrin 30-cu illərində Barbadosda milli azadlıq hərəkatı güclənmişdir. İkinci dünya müharibəsindən sonra Barbodos adasına siyasi müstəqilik verilməsi məsələsi müzakirə edilirdi. Barbadosda müstəqillik uğurunda mübarizə aparan bir neçə təşkilat yaranmışdır. Böyük Britaniya adaya müstəqillik verilməsində maraqlı deyildi. Əvəzində Barbados Ali Müxtariyyəti adlı Böyük Britaniya tabeliyində olan qurumun yaradılmasını təklif edirdi. Bu məqsədlə 1958-ci ildə Barbados Vest Hind Federasiyasına daxil edildi. 1961-ci ildə Barbados özünü idarə hüququ alır, 1966-cı ilin noyabrın 30-u tarixində Barbadosun rəsmən müstəqil olduğu elan edildi. Bir aydan sonra Barbados müstəqil ölkə kimi BMT-yə qəbul edildi. 1967-ci ildən Amerika dövlətləri Təşkilatının (ADT), 1970-ci ildən Beynəlxalq Valyuta Fondunun (BVF), 1973-cü ildən Karib birliyi və Karib ümumi bazarın (KARİKOM), 1995-ci ildən isə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Karib Ölkələri Assosiasiyasının üzvüdür.[2][3]

Tarixi oçerk

Barbadosun hindi aravaklar tərəfindən məskunlaşması eramızın 1-ci minilliyinin əvvəllərinə aid olunur. Sonralar aravakları XVI əsrin əvvəllərində adanın avropalılar tərəfindən kəşfinədək nəsil-tayfa münasibətlərini saxlayan kariblilər sıxışdırmışlar. Barbados torpağına avropalılardan ilk gələn portuqallar (1563) adadan Braziliya sahillərinə üzən gəmilərin tranzit dayanacağı kimi istifadə etməyə çalışırdılar. Adanı iqtisadi cəhətdən 1627 ildə ingilislər mənimsəməyə başladılar. 1639 ildə kolonistlər Barbadosda Qanunverici assambleya təşkil etdilər. 1652 ildə Oliver Kromvel Barbados konstitusiyasının əsasını qoyan Kapitulyasiya maddələrini imzalamağa razılaşdı. Barbadosda tütün yetişdirməyə başlamış ingilislər böyük gəlir əldə edə bilmədikləri üçün XVII əsrin ortalarından onu şəkərqamışı ilə əvəzlədilər. Beləliklə, ada şəkər və rom (ilk dəfə bu içkinin adı 1650 ildə Barbarosdan göndərilən bir məktubda qeyd olunmuşdur) istehsal edən əsas mərkəzlərdən birinə çevrilmişdir. Barbadosdakı plantasiyalarda, əsasən, Afrikadan gətirilən qullar işləyirdi. Nəticədə Barbadosda zənci əhali üstünlük təşkil etməyə başladı. 1816-cı ildə adada baş verən qulların üsyanı (Bussanın üsyanı) hökumət tərəfindən qəddarcasına yatırıldı. 1834-cü ildə quldarlığın ləğvi (4 illik keçid dövrü ilə) plantatorların torpaqların da cüzi əməkhaqqı müqabilində çalışan işçilərin vəziyyətini bir o qədər yaxşılaşdırmadı.

1846-cı ildə Britaniya hökuməti tərəfindən qəndə tətbiq olunan himayəçi rüsumların ləğvi nəticəsində yaranan maliyyə-iqtisadi böhran plantatorların da vəziyyətini çətinləşdirmişdi; onların müflisləşməsi işsizliyin artması və əhalinin yoxsullaşması ilə müşayiət olunurdu. Sosial gərginliyin artması 1876-cı il üsyanına gətirib çıxardı, üsyançıların əsas məqsədlərindən biri Barbadosun qonşu adalarla müstəqil federasiyasının yaradılması idi. 1930-cu illərdən Barbadosun milli istiqlaliyyəti uğrundakı mübarizədə fəhlə və həmkarlar ittifaqları hərəkatı mühüm rol oynayırdı. 1940-cı illərin əvvəllərində fəhlə liderlərindən biri V. Krouford ümumi seçki hüququ və milli azadlıq şüarlarını təbliğ edən Vest-Hind Milli Konqresi siyasi təşkilatını yaratdı. 1938-ci ildə yaradılan Barbados leyborist partiyası (BLP) milli hərəkata başçılıq edirdi, onun rəhbəri Q. H. Adams isə tezliklə adada ən nüfuzlu siyasətçilərdən birinə çevrildi. Leyboristlər və onların müttəfiqləri 1948-ci ildə daxili özünüidarəetmə elementlərinin, 1950-ci ildə isə ümumi seçki hüququnun tətbiqinə nail oldular. 1954-cü ildə B. Britaniya adada nazirlər kabinetinin yaradılmasına razılıq verdi və Barbadosun ilk baş naziri Q. H. Adams oldu. Onun fəaliyyəti Barbadosun siyasi modernləşdirilməsinə şərait yaratdı, lakin sosial-iqtisadi sahə ləng inkişaf edirdi. 1955 ildə BLP parçalandı və E. U. Barrounun rəhbərlik etdiyi siyasətçilər qrupu ondan ayrılaraq yeni partiyanı – Demokratik leyborist partiyasını (DLP) formalaşdırdı.

Barbados 1958-ci ildə B. Britaniya tərəfindən yaradılan və Karib dənizindəki Britaniya mülklərini birləşdirən Vest-Hind federasiyasının tərkibinə daxil oldu. 1966-cı il noyabrın 30-da ölkənin müstəqilliyi elan olundu. Adada ingilis tipli ikipartiyalı sistem formalaşdı: 1961–76-cı illərdə ölkəyə E. U. Barrou (DLP), 1976–85-ci illərdə C. Adams (BLP) rəhbərlik etmiş, 1986–94 illərdə DLP hakimiyyətdə olmuş (1986–87 illərdə baş nazir Barrou, onun ölümündən 1994-cü ilədək L. Erskin Sandiford), 1994 ildə Ouen Artur (BLP) baş nazir seçilmişdi. 14 il ölkəni idarə edən BLP-ni 2008-ci ildə keçirilən seçkilərdə qalib gələn DLP əvəz etdi. Ölkənin baş naziri D. Tompson oldu. 2010-cu ildə onun ölümündən sonra müavini F. C. Stüart Barbadosun baş naziri vəzifəsini tutdu. 1968-ci ildə Barbados Azad Ticarətin Karib Assosiasiyasının (KARİFTA) yaradılmasında iştirak etdi. 1973-cü ildə bu təşkilatın əsasında iştirakçı dövlətlər arasında gömrük maneəsini aradan qaldıran və digər ölkələrdən gətirilən mallara vahid rüsumlar tətbiq edən Karib birliyi və Karib ümumi bazarı (KARİKOM) yarandı. 1995-ci ildə Barbados azad ticarətin iri regional zonasının yaradılması məqsədi daşıyan Karib Ölkələri Assosiasiyasına qoşuldu.[3]

Dövlət quruluşu

Barbados Birliyə daxil olan unitar dövlətdir. 1966-cı ilin noyabrın 22-də Konstitusiyası qəbul olunmuşdur. Parlament respublikasıdır; formal olaraq konstitusiyalı monarxiya saxlanılır. Barbadosun dövlət başçısı Böyük Britaniyanın kralıdır, lakin onu general-qubernator təmsil edir. Qanunverici hakimiyyət Məclis palatasından (28 deputat ümumi birbaşa səs vermə yolu ilə 5 il müddətinə seçilir) və Senatdan (21 üzv general-qubernator tərəfindən təyin edilir) ibarət ikipalatalı parlamentə məxsusdur. 12 senator baş nazirin tövsiyəsi, 2 senator müxalifət liderinin məsləhəti, digərləri isə general-qubernatorun öz seçimi ilə təyin olunur. İcraedici hakimiyyəti baş nazir (adətən, Məclis palatasında çoxluq əldə etmiş partiyanın lideri) başda olmaqla hökumət həyata keçirir; baş naziri general-qubernator təyin edir. Baş nazirin formalaşdırdığı hökuməti general-qubernator təsdiqləyir. Barbadosda ikipartiyalı sistem formalaşmışdır: Barbados leyborist partiyası və Demokratik leyborist partiyası.

İnzibati bölgüsü

Demoqrafiya

Regionda sayına görə 10-cu ada dövləti olan Barbadosun 281,968 nəfər əhalisi var. Əhalisinin 87–92%-ini Vest-Hind zənciləri, 3–6%-ini mulatlar (becen adlanan kreol dilində danışırlar), 4%-dən çoxunu B. Britaniyadan gələnlər, 1%-dən çoxunu ABŞ amerikalıları təşkil edir; həmçinin burada hindlilər, pakistanlılar, çinlilər, yəhudilər də var. Doğum səviyyəsi (1000 nəfərə 12,2 nəfər; 2000–05) ölüm səviyyəsini (7,8 nəfər) üstələyir; uşaq ölümü 1000 nəfər diri doğulana 10,9 nəfərdir. Orta ömür səviyyəsi 77,2 ildir (kişilərdə 74,5, qadınlarda 79,5). Adanın qərbindəki külək tutmayan hissə daha sıx məskunlaşmışdır. Şəhər əhalisi 52,9%-dir (2005). Dindarları, əsasən, xristiandır. Ölkədə həmçinin müsəlman, hinduist, buddistbəhai icmaları da mövcuddur.

Coğrafiyası

Barbados Mərcan mənşəli adadır, bəzi yerlərdə mərcan rifləri ilə əhatə olunmuşdur. Səthi terraslarla sahildən mərkəzə doğru maili surətdə 340 metrədək (Hillabi d. – B.un ən yüksək nöqtəsi) qalxır. Çökmə süxurlardan, əsasən, əhəngdaşılardan ibarətdir. Təqribən bütün sahil boyu enli qumlu plyaj zolağı uzanır, şimal-şərqi sahili okeana doğru sıldırım şəkildə enir. Karst (mağaralar, yeraltı çaylar və göllər) inkişaf etmişdir. İqlimi tropik passatdır. Orta tempratur ən isti ayda (sentyabr) 27 °C, ən soyuq ayda (fevral) 25 °C olur. İllik yağıntı 1400 mm-ədək, iyundan noyabra kimi yağış mövsümüdür. Burada ez-tez fırtınalar olur. Bir neçə qısa çayı var. Barbadosun cənubunda bataqlıqlara rast gəlinir. Qəhvəyi-qırmızı lateritləşmiş torpaqlar yayılmışdır. Mədəni landşaftlar üstünlük təşkil edir. Sahillərində kiçik sahələrdə tropik bitkilər qalmışdır. Qırmızı ağaca, kokos və kral palmasına rast gəlinir. Heyvanlardan manqust (introduksiya edilmişdir), tısbağa, gəmiricilər; quşlardan kolibri, göyərçin, freqat, qutan məskunlaşmışdır; sahil sularında makrel, skumbriya, uçan balıq (adanın simvolu), xərçəngkimilər yaşayır. Burada milli park statusu almış Barbados dəniz rezervatı (mərcan rifləri ekosisteminin mühafizəsi) vardır.

Təsərrüfatı

2004-cü ildən Barbadosun ümumi daxili məhsulu 4,57 milyard ABŞ dolları təşkil edir. 2001-ci ildən ÜDM-in 88,7%-i xidmət sferasında, 7,1%-i sənayedə, 4,2%-i kənd təsərrüfatında yaradılır. 2001-ci ildən iqtisadi fəal əhali 128,5 min nəfərdir, onların təqribən 75%-i xidmət sferasında, 15%-i sənayedə, 10%-i kənd təsərrüfatındadır (20 əsrin sonu). 2003-cü ildən işsizlik səviyyəsi 10,7%-dir. İqtisadiyyatın əsasını xarici turizm(2002 ildə Barbadosa təqribən 0,5 mln. nəfər gəlmişdir, 2001 ildə gəlir 687 mln. dollar təşkil etmişdir) təşkil edir. Kurortların çoxu qərb və cənub sahilində yerləşir. Turizmin əsas növləri: dəniz, su idmanı (dayvinq, su xizəyi və s.), toy turizmi (toy mərasimlərinin, bal ayının ənənəvi keçirilməsi), speleoturizm, etnoqrafik turizm. Ofşor biznesi (cəmi 7,5 mindən artıq ofşor şirkəti qeydiyyatdan keçirilmişdir, onlardan təqribən 450-si sığorta şirkətidir) inkişaf edir. Barbados (Yamayka ilə yanaşı) Qərb yarımkürəsində informasiyanın emalı xidmətlərinin (müxtəlif növ uçotun, o cümlədən mühasibat və maliyyə uçotunun aparılması, verilənlərin və mətnin kompüter formalarına daxil edilməsi, sığorta sənədlərinin işlənməsi, verilən lərin arxivləşdirilməsi, verilənlər bazasının yaradılması və s., əsasən, ABŞ şirkətləri üçün; XXI əsrin əvvəlində proqram təminatının işlənib hazırlanması daha böyük əhəmiyyət kəsb edir) ən mühüm mərkəzlərindəndir. Vergi güzəştləri və xarici gəmilərin qeydiyyatı üzrə xidmətlərin mövcud olması nəticəsində Barbadosun ticarət donanmasına 50-dən artıq gəmi aid edilmişdir. Onlardan 17-si Norveç, 12-si Kanada, 11-i yunan gəmi sahiblərinə məxsusdur. Barbadosda təbii qazın hasilatı (29,2 milyon m³) azdır. 2002-ci ildən 860 mln. kVt·saat elektrik enerjisi istehsal edilir. Elektron (idxal edilmiş detallardan hissə və komponentlərin yığılması), şəkər (2003 ildə 36,3 min ton şəkər istehsal olunmuşdur), əczaçılıq, toxuculuq və tikiş, sement sənayesi müəssisələri, rom, meyvə konservləri, oyuncaq istehsalı üzrə müəssisələr işləyir.

Ərzağın çox hissəsi idxal edilir. Kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi 19 min hektardır, onun 84%-indən çoxu becərilir; əkinlərin çox hissəsi ölkənin cənub-qərbindədir. Əsas kənd təsərrüfatı bitkisi şəkər çuğundurudur (2003 ildə 365 min ton yığılmışdır; istehsal həcmi 20 əsrin sonundan azalır; plantasiyalar qolf meydançalarına çevrilir); həmçinin kokos palması, yams, batat, tərəvəz, tropik və sitrus meyvələri, pambıq becərilir. Qoyun (2003 ildə 27 min baş), donuz (16,5 min baş), qaramal (3,8 min baş) yetişdirilir. Sahilboyu sularda balıqçılıq (balıq ovu 2002 ildə 2,7 min t təşkil etmişdir; balıq emalı zavodları Brictaun və Oystinsdə yerləşir) inkişaf etmişdir. Barbadosda avtomobil yollarının uzunluğu 1,6 min km (demək olar ki, hamısı bərkörtüklüdür) təşkil edir, 2002-ci ildən avtoparkında 80 mindən çox avtomobil vardır. Əsas dəniz portu Brictaundur. Venesuela, həmçinin SentLyusiya, SentVinsent, Trinidad adaları ilə müntəzəm dəniz əlaqəsi var. Beynəlxalq Qrantli-Adams aeroportu (Barbadosun cənub şərq sahilində, Brictaunun 16 km-liyindədir). Barbados üçün xarici ticarət balansının (2002 ildə ixracın dəyəri 206 mln. dollar, idxalın dəyəri 1039 mln. dollar təşkil etmişdir) xroniki kəsiri xarakterikdir. Elektrik aparaturası və elektron hissələr (idxal edilmiş detallardan), şəkər, rom, kimyəvi preparatlar və dərmanlar, paltar ixrac edilir, istehlak malları, ərzaq, neft, avadanlıq, nəqliyyat vasitələri, tikinti materialları, elektron komponentlər idxal olunur. Əsas xarici ticarət partnyorları: ABŞ, Trinidad və Tobaqo, B. Britaniya, Yamayka, Yaponiyadır.[3]

İqtisadiyyat

Becərilən torpağların 50%-ə qədəri şəkərqamışı əkinlərinə ayrılmışdır. Digər bitkilər — pambıq, maniok və meyvə-tərəvəz də becərilir. Turizm sferasında əmək qabiliyyətli əhalinin 1/3-i çalışır. Adada tapılan neft ölkənin energetika tələbatının 1/2-i təmin edir. 2010-cu ildə Barbadosda 1 037 million kWt-saat elektrik enerjisi istehsal edildi.

Barbados

İdman

Barbadosun Olimpiya Assosiasiyası Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1955-ci ildə tanınmışdır. Barbados idmançıları Olimpiya Oyunlarında 1968-ci ildən iştirak edirlər. Velosiped idmanı, yüngül və ağır atletika, üzgüçülük, atıcılıq ən geniş yayılmış idman növləridir. 2000-ci ildə Sidneydə keçirilən 27-ci Olimpiya Oyunlarında sprinter O. Tompson öz ölkəsi üçün ilk Olimpiya mükafatını qazanmışdır (100 m məsafəyə qaçışda bürünc medal).

Səhiyyə

2000-ci ildən Barbadosda əhalinin hər 10 min nəfərinə 13,7 həkim düşür. 2001-ci ildən səhiyyəyə qoyulan xərc ÜDM-in 6,5%-ini (büdcədən maliyyələşdirmə 66,3%, özəl sektordan 33,7%) təşkil etmişdir. Dövlət sektoru, əsasən, ilk və xəstəxana tibbi yardımını, özəl sektor isə ümumi tibbi praktikanı əhatə edir. Yaşlı əhali arasında ölümün əsas səbəbləri ürək-damar xəstəlikləri, xərçəng, infeksiyalar və travmalardır. 2002-ci ildən vərəmlə 3, QİÇS-infeksiyası ilə 76 xəstələnmə hadisəsi olmuşdur.

Elm və mədəniyyət müəssisələri

Brictaunda Vest-Hind Universitetinin fakültəsi (əsası 1963 ildə qoyulmuşdur; nəzdində kitabxana var), 1847-ci ildən kütləvi kitabxana, 1835-ci ildən Ceyms-haus tarix muzeyi, 1996-cı ildən Barbados incəsənət qalereyası, 1963-cü ildən rəsədxana fəaliyyət göstərir. 1933-cü ildənSent-Maykl prixodunda Barbados muzeyi və Tarix cəmiyyəti, Sanberidə (Sent-Filip prixodu) Plantator evi (muzey; 1660), 1981-ci ildən Sent-Ceyms prixodunda Folkston dəniz muzeyi, F. Hatsonun şəkər muzeyi var.

Mədəniyyət

Günümüzdə bu ölkənin adı çəkiləndə mütləq "Grammy" mükafatını qazanmış Rihanna yada düşür.

İncəsənət

Barbadosda qədim hindi incəsənətinin izləri saxlanılmışdır. Sent-Corc r-nunda şəkər sahibkarı T. Ş. Draksın evi (Draks-holl, 17 əsrin son rübü), Sent-Piter prixodunda Müqəddəs Nikolay abbatlığı (1660; hər ikisi B.-un ən qədim tikililəridir), zəngin daxili bəzəyi olan Sem-Lord qəsri (1831, memar S. Holl Lord), Brictaunda erkən ingilis palladioançılıq üslubunda tikilmiş Hökumət evi, Arsenal və Silah palatası, 1751-ci ildə əsası qoyulan, C. Vaşınqtonun evi adlandırılan tikili, 1780-ci illərdən sonra tikilən Sent-Maykl kilsəsi, XIX əsr tikilən Parlament binası Barbadosun memarlıq abidələrindəndir. XIX əsrin əvvəllərində Barbadosda İncəsənət cəmiyyəti yaradılmışdır. Turizmin inkişafı ilə əlaqədar 1950-ci illərdən başlayaraq çox sayda mehmanxana inşa edilmişdir. 50–60-cı illərdən Çoki-Maunt və Terners-Holl ənənəvi keramika istehsalı mərkəzi olmuşdur. 1960-cı illərdən bu sahədə K. Rassel, U. Hardinq, B. Qreys, Ras Akim Ramsi çalışmışlar. Batik ənənəvi sənət növlə rindəndir; parça rəsmlərində amerikan-hindi incəsənətinin motivlərindən istifadə olunur. Yerli mebel sənayesi inkişaf etmişdir. Yerli ustaların (boyakar A. Peyn) "sadəlövh sənət"i yayılmışdır. Barbadosda hər il "Holders-sizon" musiqi-teatr festivalı və caz festivalı keçirilir. (hər ikisi 199-cu ildən).

Dil

Ölkənin rəsmi dili ingilis dilidir və bu dil adanın müxtəlif dövlət idarələrində, ictimai yerlərində istifadə edilir. İstifadə britaniya ingilis lahçəsi kimi deyil.

Ədəbiyyat

Barbados ədəbiyyatının təşəkkülü milli azadlıq hərəkatının təsiri ilə 20 əsrin 40–50-ci illərində başlamışdır; ingilis dilində inkişaf edir. İrqi ayrı-seçkilik, zəncilərin öz hüquqları uğrunda mübarizəsi, patriarxal kəndli həyatının ideallaşdırılması Barbados ədəbiyyatının əsas mövzusu idi. Nəşr imkanlarının olmaması və digər çətinliklər nəticəsində bir çox yazıçı ölkəni tərk etmişdi; odur ki, mühacirət mövzusu da bədii yaradıcılıqda geniş yer tuturdu. Mühacirlərdən C. Lemminq ("Mühacirlər", 1954; "Mənim soyköküm", 1971 və s.) və O. Klarkın ["Görüş yeri" (1967), "Uğura həmlə" (1973), "Daha gur işıq" (1975) trilogiyası] romanları şöhrət qazanmışdır. Poeziyada Vest-Hind motivləri mühüm yer tutur. E. K. Breytueyt, P. Blekmen, H. A. Voan, C. Dreyton, F. E. Kollimor və b. şairlər Barbados ədəbiyyatının tanınmış nümayəndələridir.

Din

Əksər Afrika və Avropa mənşəli barbadoslular xristian (95%) dininə sitayiş edir və onlardan çoxu katolik məzhəbinə qullluq edirlər.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  2. Azərbaycan Sovet Ensiklopediyası II hissə 26-cı səhifə.
  3. 1 2 3 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 195–199. ISBN 978-9952-441-07-9.

Read other articles:

General der Flieger (em português: General da Aviação) foi um posto militar na Luftwaffe. Até ao fim da Segunda Guerra Mundial, este era um posto de general de três estrelas (OF-8), o equivalente a um Tenente-general. Lista de generais Segue-se uma lista, por ordem alfabética, dos militares que chegaram a este posto militar: A Alexander Andrae (1888–1979) B Karl Barlen (1890–1956) Hellmuth Bieneck (1887–1972) Karl-Heinrich Bodenschatz (1890–1979) Walter Boenicke (1895–1947)[1]...

 

أمبيلاكيا  خريطة الموقع تقسيم إداري البلد اليونان  [1] إحداثيات 37°57′00″N 23°31′00″E / 37.95°N 23.51666667°E / 37.95; 23.51666667  السكان التعداد السكاني 4710 (إحصاء السكان) (2011)  معلومات أخرى التوقيت ت ع م+02:00 (توقيت قياسي)،  وت ع م+03:00 (توقيت صيفي)  الرمز البريدي 189 02&...

 

Flavia Máxima Constancia Emperatriz romana consorte Reinado 374-383Predecesor Justina y Albia DominicaSucesor Elia Flacila y LetaInformación personalNacimiento 361/362Fallecimiento 383FamiliaPadre Constancio IIMadre FaustinaConsorte Graciano[editar datos en Wikidata] Flavia Máxima Constancia (361/362 – 383) fue la emperatriz romana consorte, esposa del emperador Graciano del Imperio romano de Occidente. Familia Según Amiano Marcelino, Constancia era una hija póstuma de Consta...

Acht kruizen voor restanten van acht vermoorde vrouwen die werden gevonden in Mexico in 1996. Femicide, ook wel vrouwenmoord of feminicide (BE), is een term voor het doden van een vrouw of meisje omdat die vrouw zijn, en is een haatmisdrijf tegen vrouwen. 'Femicide' is een samenstelling van de Latijnse woorden fēm(ina)- (vrouw) en -icide (doodslag of moord). De term werd voor het eerst gebruikt in 1976 door feministische auteur Diana E. H. Russell[1] en kreeg meer bekendheid toen de ...

 

  لمعانٍ أخرى، طالع بهيج (توضيح). هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (مايو 2019) بهيج بهيج اللفظ بَهِيْجْ الجنس مذكر لغة الاسم العربية[1]  أصل الاسم الأصل اللغوي العربية الاشتقاق ب ه ج النوع من حيث

 

سلوى بنت عبد الله الهزاع معلومات شخصية الميلاد القرن 20  مواطنة السعودية  الحياة العملية المدرسة الأم جامعة جونز هوبكينزجامعة الملك سعود  المهنة طبيبة عيون،  وطبيبة  اللغة الأم العربية  اللغات العربية  تعديل مصدري - تعديل   سلوى بنت عبد الله الهزاع دكتور...

Чорна діра з джерелом корони та рентгенівського випромінювання. (Концепція художника) Серія статей:Фізична космологія Великий вибух · Всесвіт Вік Всесвіту Хронологія Всесвіту Ранній всесвіт Інфляція · Нуклеосинтез Передумови Гравітаційні хвилі (GWB) Мікрохвил...

 

Roy Barnes Roy Barnes (* 11. März 1948 in Mableton, Cobb County, Georgia) ist ein US-amerikanischer Politiker. Von 1999 bis 2003 amtierte er als Gouverneur des Bundesstaates Georgia. Inhaltsverzeichnis 1 Jugend und politischer Aufstieg 2 Gouverneur von Georgia 3 Nach dem Ende der Amtszeit 4 Weblinks 5 Einzelnachweise Jugend und politischer Aufstieg Barnes absolvierte bis 1966 die South Cobb Highschool und studierte anschließend an der University of Georgia Jura. 1972 schloss er dieses Studi...

 

Pour les articles homonymes, voir Échevin (homonymie). Le prévôt des marchands et les échevins de la ville de Paris (1611). Sous l'Ancien Régime, les échevins de Paris étaient les assesseurs du prévôt des marchands et siégeaient avec lui à l'Hôtel de ville. On procédait à l'élection de deux échevins le lendemain de l'Assomption, le 16 août, ces échevins devaient être natifs de Paris[1]. Liste des échevins de Paris[2],[3],[4] Article connexe : Liste des prévôts des m...

Nokia N76ManufacturerNokiaCompatible networksUMTS/GSM 850/900/1800/1900Availability by region2007PredecessorNokia 7390Nokia N71SuccessorNokia N81RelatedNokia 6290Nokia N75Form factorClamshellDimensions106.5 x 52 x 13.7 m, 70 ccMass115 gOperating systemSymbian OS v9.2, S60 3rd Edition, Feature Pack 1CPUFreescale ARM 11 369 MHzMemory26 MBRemovable storagemicroSD up to 2 GBBatteryLi-Ion 700 mAh (BL-4B)Display240 x 320 pixels, 2.4, 16M ColorsExternal display160 x 120 pixels, 2 colorsRea...

 

Hasbi AbdullahKetua DPRAMasa jabatan2009–2014PresidenSusilo Bambang YudhoyonoGubernurIrwandi YusufTarmizi Abdul Karim (Pj.)Zaini AbdullahPendahuluSayed Fuad Zakaria (sebagai Ketua DPRD Aceh)PenggantiMuharuddin Informasi pribadiLahir1 November 1946 (umur 77)Sigli, Pidie, AcehKebangsaanIndonesiaPartai politik  Partai AcehSuami/istriMauizah WahabAnakRaihan AmaliaSabrinaDara MaisarahMuharrirKarier militerPihak Gerakan Aceh MerdekaMasa dinas2000—2005Pertempuran/perangPember...

 

Northrop Grumman E-8 Joint Surveillance Target Attack Radar System (Joint STARS) adalah pesawat manajemen pertempuran dan komando dan kontrol serta pengintai (reconnaissance aircraft) dari Angkatan Udara Amerika Serikat. Pesawat ini melacak kendaraan darat dan beberapa pesawat, mengumpulkan citra, dan gambar relay taktis untuk komandan darat dan udara. Referensi Eden, Paul (ed.). The Encyclopedia of Modern Military Aircraft. London, UK: Amber Books, 2004. ISBN 1-904687-84-9.  Templa...

Unincorporated community in Pennsylvania, United StatesLaytonUnincorporated communityLaytonLocation of Layton, PennsylvaniaCoordinates: 40°5′24″N 79°43′22″W / 40.09000°N 79.72278°W / 40.09000; -79.72278Country United StatesState PennsylvaniaCountyFayetteElevation250 m (810 ft)Time zoneUTC-5 (EST) • Summer (DST)UTC-4 (EDT)ZIP code15428 Layton is an unincorporated community in Fayette County, Pennsylvania. History Layton Bridge...

 

This article's tone or style may not reflect the encyclopedic tone used on Wikipedia. See Wikipedia's guide to writing better articles for suggestions. (January 2010) (Learn how and when to remove this template message) 2008 Indian filmMemsahabOfficial Movie PosterDirected byArshad SiddiquiWritten byArshad SiddiquiProduced byKailash ShuklaStarringYukta Mookhey and Vijay RaazEdited byBibhuti BhushanRelease date 20 June 2008 (2008-06-20) CountryIndiaLanguageHindi Memsahab is a Hi...

 

American playwright and essayist (1915–2005) For other people named Arthur Miller, see Arthur Miller (disambiguation). Arthur MillerMiller in 1966BornArthur Asher Miller(1915-10-17)October 17, 1915New York City, U.S.DiedFebruary 10, 2005(2005-02-10) (aged 89)Roxbury, Connecticut, U.S.OccupationPlaywrightessayistscreenwriterAlma materUniversity of MichiganNotable worksAll My SonsDeath of a SalesmanThe CrucibleA View from the BridgeNotable awards 1949 Pulitzer Prize for Drama 1...

Voce principale: Atletica leggera maschile ai Giochi della XXIII Olimpiade.   1500 metri piani maschiliLos Angeles 1984 Informazioni generaliLuogo«Memorial Coliseum» di Los Angeles Periodo9-11 agosto 1984 Partecipanti54 Podio Sebastian Coe  Gran Bretagna Steve Cram  Gran Bretagna José Manuel Abascal  Spagna Edizione precedente e successiva Mosca 1980 Seul 1988 Video della Finale Atletica leggera aiGiochi olimpici diLos Angeles 1984 Corse piane 100 m piani   uomini ...

 

The topic of this article may not meet Wikipedia's notability guideline for music. Please help to demonstrate the notability of the topic by citing reliable secondary sources that are independent of the topic and provide significant coverage of it beyond a mere trivial mention. If notability cannot be shown, the article is likely to be merged, redirected, or deleted.Find sources: Come to Nothing – news · newspapers · books · scholar · JSTOR (September ...

 

2012 American filmThe Newest PledgeDirected byJason Michael BresciaWritten byJason Michael BresciaProduced byBob Burton Renee De Ponte Bryson PintardStarringRob Steinhauser Joseph BootonMindy SterlingJason MewesKevin NashDistributed byLionsgateRelease date August 28, 2012 (2012-08-28) Running time85 minutesCountryUnited StatesLanguageEnglish The Newest Pledge is a 2012 comedy film written and directed by Jason Michael Brescia. The film is about the hard-partying Omega fraternit...

Swiss contemporary and modern art gallery Hauser & WirthIndustryArt galleryFounded1992FounderIwan WirthManuela WirthUrsula HauserHeadquartersSwitzerlandWebsitehauserwirth.com Hauser & Wirth is a Swiss contemporary and modern art gallery. History Hauser & Wirth was founded in 1992 in Zurich by Iwan Wirth, Manuela Wirth, and Ursula Hauser,[1][2] who were joined in 2000 by co-president Marc Payot.[3] In 2020, Ewan Venters was appointed as the first CEO of Haus...

 

الصفحه دى يتيمه, حاول تضيفلها مقالات متعلقه لينكات فى صفحات تانيه متعلقه بيها. ادوين هارلان معلومات شخصيه الميلاد مايو 1886  ماريلاند  الوفاة 7 اغسطس 1939 (52–53 سنة)  بيل اير  مركز اللعب هافباك (فوتبول امريكانى)  الجنسيه امريكا  الحياة العمليه المهنه محامى،  و...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!