Sent-Lüsiya Kolumb tərəfindən 13 dekabr1502-ci ildə kəşf edilib. 1605-ci ilnən 1638-ci illər arası ingilislər orada yaşayış məskənləri salmaq istəsələr də, yerli əhalinin ciddi müqavimətinə rast gəliblər.
Onlarla müqavilə bağladıqdan sonra fransızlar 1650-ci ildə orada məskunlaşıblar. 1814-ci ildə Paris sülh müqaviləsinə görə ərazi Böyük Britaniyanın nəzarətinə keçir. 22 fevral 1979-cu ildə Sent-Lüsiya müstəqillik əldə edir.
Siyasi quruluşu
Sent-Lüsiya BMT-nin üzvüdür, dövlət başçısı Böyük Britaniyanın kraliçası II Elizabetdir. Onu ölkədə kraliça tərəfindən təyin edilən general-qubernator təmsil edir. Qanunverici orqan ikipalatalı parlamentdir. Yuxarı palata - Senat (11 senator). Aşağı palata - Nümayəndələr Palatası - (17 deputat).
Ölkə 11 icmaya bölünür. Onların hər birində şəhər və kənd şuraları fəaliyyət göstərir.
İqtisadiyyat
Sent-Lüsiyanın iqtisadiyyatı turizm, kənd təsərrüfatı və ofşor biznesi üzərində qurulubdur. 2010-cu ildə ölkədə 358 million kVt-saat elektrik enerji istehsal olunub.Sent-Lüsiya Karib reqionunun aparıcı banan istehsalçılarından biridir,kokos palması,manqo,şəkər qamışı,kakao,sitrus meyvələri becərilir.