Qrenada (ing. Grenada) — Karib dənizinin cənub-şərqində yerləşən ada dövlət, Qrenada və Qrenadin adasının cənub hissəsini əhatə edir.
Tarix
1649-1763-cü illərdə Qrenada Fransanın müstəmləkəsi olmuşdur,sonra isə Böyük Britaniyanın hakimiyyəti altında idi.Ölkə 1974-cü ilin fevralın 7-də müstəqilliyini qazandı.
Siyasət
Vaxtilə Böyük Britaniya müstəmləkəsi olan Qrenadanın kraliçası II Elizabet sayılır. Qrenadanın 1983-cü ildə ABŞ tərəfindən işğal edilməsindən bəri daimi orduya malik deyil. Qrenada Krallıq Polis Qüvvəsi ölkənin daxili təhlükəsizliyinin qorunub saxlanması üçün hərbiləşdirilmiş bir xüsusi xidmət bölməsi idarə edir. Ölkədə hərbi müdafiəni Regional Təhlükəsizlik Sistemi təmin edir.
İqtisadiyyat
2010-cu ildə Qrenadada 201 million kVt-saat elektrik enerji istehsal edildi.
Əhali
Əhalinin 80% - Afrika mənşəli zəncilərdir,15% - mulatlar,yerdə qalanlar isə- ağ avropalılar və hindistan -pakistanlılardır.
İstinadlar
- ↑ http://cnig.gouv.fr/wp-content/uploads/2020/02/CNT-PVM_r%C3%A9vis%C3%A9_2020-01-27-1.pdf.
- ↑ http://chartsbin.com/view/edr.
Latın Amerikasının subregionaları |
---|
Mərkəzi Amerika | |
---|
Vest-Hind | |
---|
Cənubi Amerikanın mərkəzi və şimal-şərqi | |
---|
La-Plata hövzəsi | |
---|
And ölkələri | |
---|