Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRP — Xanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü ildə fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020–2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur.
2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi. ASRP sədrinin qızı, ASRP sədrinin birinci müavini Əsli Kazımova, Azərbaycan Sosial Rifah Partiyasının 2-ci sədri seçildi.[mənbə göstərilməyib]
Azərbaycan Sosial Rifah Partiyası 23 mart 2023-cü ildə bəyanət yayaraq partiyanın özünü buraxdığını elan etmişdir.[1]
Azərbaycan Sosial Rifah Partiyası yarandığı tarixdən etibarən bütün bələdiyyə seçkilərində iştirak etmişdir. 2019–2023-cü illərdə bir neçə bələdiyyədə üzvləri olmuşdur. Həmçinin Yevlax bələdiyyəsi və Balaxanı bələdiyyəsinin sədrləri Azərbaycan Sosial Rifah Partiyasının üzvləri olmuşdur.