Azərbaycan Demokratik Maarifçilik Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası
Loqonun şəkli
Sədri Elşən Musayev
Qurucu Məmmədhənifə Musayev
Quruluş tarixi 4 avqust 1995
Qeydiyyat tarixi 4 avqust 1995
Baş qərargah Q. Məmmədov 3/20, Xətai rayonu
İdeoloji spektr mərkəz sağ
Üzvlüyü Məşvərət Məclisi (1997)
Demokratik Azərbaycan Bloku (2000)
İslahat Seçki Bloku (2005)
Üzv sayı 5 mindən çox
Milli Məclisdə
1 / 125
Ali Məclisdə
0 / 45

Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMPMəmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur.[1]

Tarixi

Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.

Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan parlament seçkilərində mübarizə apardı. Bu seçkilərdə qalib olmayan partiya 4 fevral 1996-cı il tarixli təkrar seçkilərə qatıldı. Nəticədə ADMP üzvü və partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi.

Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan parlament seçkilərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi.

ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu.

ADMP 2005-ci il noyabrın 6-da baş tutan parlament seçkilərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi.

Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan parlament seçkilərində də mübarizə apardı. 17 saylı Yasamal üçüncü dairəsində namizədliyini irəli sürən AMDP sədri Elşən Musayev, 55 səslə 13-cü pillədə qərarlaşdı.

ADMP sədri Elşən Musayev növbəti illərdə də, 2015-ci il noyabrın 1-də baş tutan2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində də mübarizə apardı. Elşən Musayev 2015-ci ildə 110 saylı Zaqatala dairəsindən 13 280 səslə, 2020-ci ildə isə həmin dairədən 9 004 səslə qalib gəldi.

Rəhbərlik

Sıra
Sədr
Başlanğıc
Bitmə
1.

Məmmədhənifə Musayev
11 dekabr 1995
17 noyabr 2004
2.

Elşən Musayev
2004
Hal-hazırda

Nəticələri

Parlament seçkiləri

Seçki Sədr Majoritar Proporsional Cəmi
Səs % Mandat Səs % Mandat
1995
Məmmədhənifə Musayev
0 / 100
N/A N/A N/A
0 / 125
2000
0 / 100
N/A N/A N/A
0 / 125
2005
Elşən Musayev
0 / 125
N/A N/A N/A
0 / 125
2010 55 0.00
0 / 125
N/A N/A N/A
0 / 125
2015 13 280 0.47
1 / 125
N/A N/A N/A
1 / 125
2020 9 004
1 / 125
N/A N/A N/A
1 / 125
2024 N/A N/A N/A

Qərargah

Azərbaycan Demokratik Maarifçilik Partiyasının qərargahı Xətai rayonunda Q. Məmmədov Küç. 3/20 ünvanında yerləşir.

İstinadlar

  1. modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!