42-ci Şahmat Olimpiadası (bəzən Bakı Şahmat Olimpiadası adlanır) — Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən təşkil olunmuşdur. Olimpiadaya Açıq və Qadınlar turniri və şahmat oyununu təbliğ etmək üçün nəzərdə tutulmuş bir sıra tədbirlər daxil olunmuşdur. Tədbir 2016-cı il 1–14 sentyabr tarixlərində Bakıda keçirilmişdir.[1] Şahmat Olimpiadası Azərbaycanda ilk dəfə keçirilsə də, Azərbaycan daha əvvəl güclü turnirlərə, o cümlədən, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş illik Şəmkir Beynəlxalq Şahmat Turnirinə və 2015-ci ildə Şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etmişdir.[2][3][4][5]
Tədbirdə iştirakçılarının ümumi sayı 1587 nəfər idi. Açıq turnirdə 894, Qadınlar turnirində isə 693 nəfər iştirak etmişdir.[6] Qeydiyyatdan keçmiş komandaların sayı — açıq bölmədə 180 ölkədən 175-i, Qadınlar bölməsində isə 142 ölkədən 138-i iştirak etmişdir. Hər iki bölmədə komandan iştirakı rekordları qeyd olunmuşdur. Eritreya, Kosova və Cənubi Sudan ilk dəfə turnirdə iştirak etmişdir. Tədbir Bakı Kristal Zalında keçirilmişdir.[7] Tədbirin baş hakimi Azərbaycandan beynəlxalq arbitr olan Faiq Həsənov idi.[8]
ABŞ 1976-cı ildən ilk dəfə və ümumilikdə altıncı dəfə açıq tədbirdə qızıl medal qazanmışdır. Qadınlar üçün keçirilən tədbirdə Çin, son üç Olimpiadada gümüş medal qazanandan sonra ilk dəfə 1994-cü ildən bəri beşinci qızıl medalını qazanmışdır. Ukraynalı oyunçu Andrey Volokitin, ehtiyat oyunçu olsa da, Açıq turnirin ən yaxşı fərdi oyunçusu olmuşdur. O, 9 baldan (8 qələbə və bir bərabərlik) 81⁄2 yığıb, 2992 səviyyəsində performans göstərmişdir. Qadınlar arasında ən yaxşı fərdi oyunçu rusiyalı Valentina Qunina olmuşdur. O, 10 baldan 8 (yeddi qalibiyyət, iki bərabərlik və bir itki) xal yığıb, 2643 səviyyəsinə çatmışdır.[9]
Olimpiadanın büdcəsi 13,3 milyon avro idi. Oyunçular və nümayəndələrin birinci sinif yaşayış yerlərinən yerləşdirilməsi üçün 6,8 milyon avro, FİDE Komissiyası dünya çempionatı və olimiyadaları və intellektual hüquqları üçün 1 milyon avro ayırmışdır.[7][12]
Tədbir
Açılış mərasimi
İştirakçı komandalar
Qeydiyyatdan 175 ölkədən 180 komanda keçsə də, onların 10-u turnirdə iştirak etməmişdi. Qadınlar turnirində 138 ölkədən 142 komanda iştirak edirdi.[13][14] On FIDE-nin üzvü olan komanda Olimpiadada yox idi. Onlar — üçqat çempion (2006, 2008 və 2012) Ermənistan, həm də Butan, Burundi, Kamboca, Komor, Qabon, Laos, Nauru, Solomon adaları və Şərqi Timor idi. Niderland Antil adaları, 2010-cu ildən etibarən mövcud olmayan bir təşkilat olsa da, bu ad altında çıxış edirdi, çünki Kuraçao Şahmat Federasiyası FİDE Direktivində həll olunan ölkəni təmsil etmək üçün rəsmən qeydə alınmışdı.[15]Eritreya, Kosovo və Cənubi Sudan Şahmat Olimpiadalasında debüt etdi.[16] Qadın turnirində ilk dəfə Cibuti, Quam, Qayana, Maldivlər, Sierra Leone və Tanzaniya iştirak edirdi.[17]
Kursiv ilə yazılan ölkələr ancaq Açıq turnirdə iştirak etmişdir
Turnirə gəlməyən ölkələr
Müsabiqənin formatı və təqvimi
Turnir İsveçrə sistemində keçirildi. Bütün oyunların vaxt nəzarəti 40 hərəkətə 90 dəqiqə idi, hər artıq hərəkətə 30 saniyə və 40-cı addımdan 30 dəqiqə sonra əlavə edilirdi.
Açıq turnir
Xülasə
Qadın turniri
Xülasə
Qaprindaşvili kuboku
1997-ci ildə FİDE tərəfindən yaradılmış və keçmiş qadınlar arası dünya çempionun (1961–78) şərəfinə adlandırılan Nona Qaprindaşvili kuboku Ukraynaya, açıq və qadın turnirində toplam ən çox xal qazanmış komanda kimi verildi.[18]
2016-cı ilin avqustunda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə verib.[19] Sözügedən ikimərtəbəli nəqliyyat vasitəsi paytaxt küçələrində şəhərin ən görməli yerlərində pulsuz fəaliyyət göstərərək və şahmatın təbliğini həyata keçirib. Turda iştirak edənlərin avtobusda şahmat oynaması və Bakı Şahmat Olimpiadası haqda məlumatlar əldə etməsi üçün bütün şərait yaradılıb. Şahmat avtobusları sentyabr ayının 14-ə qədər fəaliyyət göstərib.[20][21]
Küçə incəsənəti
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvəti ilə Ukraynada 3D küçə sənətinin əsasını qoyan rəssamlardan biri Aleks Maksiov Bakıya dəvət olunmuşdur.[21] Maksiov Bakı Şahmat Olimpiadasına həsr olunan 3D küçə sənəti tablosu çəkib. Rəssam sözügedən əsəri Bakı bulvarında (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) yaradıb. 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan 3D küçə sənəti tablosu 3 gün ərzində hazırlanıb. Əsər paytaxt sakinlərinin böyük marağına səbəb olub. Tabloda olimpiadanın keçiriləcəyi məkan olan Bakı Kristal Zalı və şahmat lövhəsi yer alıb. Şahmat lövhəsi sanki Amerikanın sürətli yarışlar keçirilən trası ilə arenaya yollanır.[21][22]
Bundan əlavə, qonaqlar 1 avqustdan 14 sentyabr tarixinə qədər Dövlət Bayrağı Meydanında şahmat problemlərinin həllində iştirak ediblər. Bakı Bulvarında 10 avqust — 14 sentyabr tarixləri arasında üç böyük şahmat dəsti; 30 peşəkar rəssam tərəfindən hazırlanan bir metr yüksəklikdə rəngli şahmat parçaları 20 avqust — 14 sentyabr tarixlərində nümayiş etdirilib. Bakı bulvarında sentyabrın 1-dən 14-dək Şahmat Kraliçasının rəqsləri və çıxışları keçirildi. Kraliça şahmat parçası olaraq hərəkət azadlığını simvollaşdırır. Kraliçanın rolu məşhur sənətçilər tərəfindən ifa olunaraq, qonaqları əyləndirib.[21]
Paralel turnirlər
Narahatlıqlar və mübahisələr
Hiyləgərlik
Anti-hiyləgərlik tədbirlər
Təhlükəsizlik tədbirlərinin olmaması
Sözügedən anti-hiyləgərlik protokollarına baxmayaraq, bəzi iştirakçılar bunun yalnız təsirsiz olduğunu qeyd etdilər. Cib telefonları çox vaxt, xüsusilə FİDE prezidenti Kirsan İlyumjinovun ətraf mühitində səs çıxarırdı.[23][24][25] Eyni zamanda, ilk metal detektorlarının ətrafından əşya keçirmək asan olaraq qiymətləndirilmişdir.[24][26][27]