Cersi (ing. Jersey [ˈdʒɜrzi], fr. Jersey [ʒɛʁˈzɛ], norm. Jèrri) — La Manş boğazında Normand adaları qrupunun ən böyük adası, Böyük Britaniya ərazisidir.
Haqqında
Cersi adası Fransa sahilləri yaxınlığındadır. Adanın sahəsi 116,3 kv. km-dir. Hühdürlüyü dəniz səviyyəsindən 148 metrdir. Ada kristallik suxurlardan ibarətdir. İri şəhəri və portu Sent-Helierdir. Cersi adasında maldarlıq (Cersi qaramal cinsi yetişdirilir), bostançılıq, gülçülük inkişaf etmişdir. İngilis zooloqu C.Darrel tərəfindən təşkil olunmuş zoopark var. Turizm inkişaf etmişdir.
İstinadlar
Xarici keçidlər