Cersi funtu (ing.Jersey pound, fr.Livre de Jersey) — Cersinin pul vahidi. 2010-cu ildən əskinazlarda yazılar ingilis (funtlarda) və fransız dillərində (livrdə) göstərilir.
Cersi funtu funt sterlinqə 1:1 nisbəti ilə bağlıdır. Adada Cersi vayutası ilə yanaçı, Böyük Britaniya funtu və Böyük Britaniyananın regional valyutaları da qəbul edilir. Böyük Britaniyanın digər ərazilərində cersi funtu ödəniş vasitəsi kimi hesab edilməsə də ödənişə qəbul edilir. Bu valyuta üçün ISO 4217 standartı ayrıca kod nəzərdə ututmasa da lazım gəldikdə JEP abbveraturasından istifadə edilir.
Dövriyyədə 1/2 (1981-ci ildə ləöv edilib), 1, 2 pens (1971-ci ildən), 5, 10 pens (1968-ci ildən), 20 pens (1982-ci ildən), 50 pens (1969-cu ildən), 1 funt (1982-ci ildən), 2 funt (1998-ci ildən) sikkələr var. Axırıncı ikisi nadir tapılı.
1831-ci ilədəkadanın bütün kilsələri öz əskinazını buraxa bilərdi. 1831-ci ildən 1 və 5 yerli funtlar buraxılmağa başlandı. İkinci dünya müharibəsində Almaniya tərəfindən işğal edildikdən sonra yeni əskinazlar buraxıldı. 1963-cü ildə ilk dəfə seriyalı əskinazlar buraxıldı. Bütün əskinazların üz tərəfində kraliça II Elizabetin portreti verilib. Əskinazlrda qoruma nişanı kimi cersi inəyi verilir.
Əskinazların arxa tərəfindəki təsvirlər
1 funt (yaşıl, 1963, dövriyyədən çıxmaqdadır) — Sent-Helierdəki kilsə
10 funt (qərməzə, 1972) — "Mayor Prestonun ölümü" rəsm əsəri
20 funt (göy, 1976) — Sent-Ouens qəsri
50 funt (şabalıdı, 1989) — Hökumət evi
1 funtluq xatirə əskinazları da buraxılıb.
1 iyun 2012-ci ildə II Elizabetin brilyant yubileyinə həsr edilmiş xüsusi. yubiley əskinazı buraxıldı. Əskinaz məhdud sayda kraliçanın hakimiyyətinin tarixi dövrlərini əks etdirən xüsusi folderdə buraxılıb. Əsas rəngləri:bənövşəyi, narıncı və mavidir[1].