Ermənistan dramı

Ermənistan dramı
2009-cu ildə 100000 dram 2004-cü ildə 10 dram
2009-cu ildə 100000 dram2004-cü ildə 10 dram
Kod və simvol
ISO 4217 kodu AMD
Simvol ֏, դր
Dövriyyə ərazisi
Emitent ölkə Ermənistan Ermənistan
 Qondarma Dağlıq Qarabağ Respublikası
(tanınmamış)
Əvəzedici və paralel vahidlər
Kiçik luma (1100)
Dövriyyədə olan sikkə və əsginaslar
Sikkələr 10, 20 və 50 lum
1, 3, 5, 10, 20, 50, 100, 200 və 500 dram
Əsginas 1, 5, 10, 20, 50 və 100 min dram
Tarixi
Dövriyyəyə buraxılma 22 noyabr 1993
Əvvəlki valyuta SSRİ rublu (SUR) / Rusiya rublu (RUR)
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Ermənistan Respublikasının Mərkəzi Bankı
İnflyasiya
İnflyasiya 4.5% (yalnız Ermənistan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ermənistan dramı (erm. Հայկական դրամ) — Ermənistanın milli pul vahididir. 1 dram lumaya (erm. լումա) bərabərdir. Ancaq luma pul mübadiləsində faktiki olaraq istifadə olunmur[1][2][3][4]. "Dram" sözü yunanca "draxma" (yun. δραχμή) sözündən götürülüb mənası pul deməkdir.

Dramın simvolu — Aşağısından iki üfüqi xətt çəkilmiş və erməni əlifbasının dördüncü hərfi olan Դ ("da") hərfidir. Ermənicə olan "Դրամ" sözü də da hərfi ilə başlayır.

Valyutanın buraxılışının müstəsna hüququ Ermənistan Respublikasının Mərkəzi bankına məxsusdur. Ermənistan Respublikasının dövlət valyutası mübadilədə 1993-cü ilin 22 noyabrından istifadə olunur. Dram pul mübadiləsinə daxil edilənə qədər Ermənistanda sovet rubllarında istifadə olunmuşdur.

1994-cü il (10 dramdan başqa) seriyasının sikkələri mübadilədə faktiki olaraq istifadə olunmur[1][2][3]. Əsginasların nümunələri isə 1993–1995-ci il seriyasında buraxılmışdır.

Tarixi

Dramın ilk dəfə olaraq mübadiləyə buraxılışı 1199–1375-ci illərə aiddir. Həmin dövrdə gümüş sikkələr belə adlanırdı.

Ermənistan Mərkəzi Bankı 27 mart 1993-cü ildə yaradılmışdır. İsaak İsaakyan RA Mərkəzi Bankının baş direktoru təyin edilmişdir. Bununla belə sovet rublları 22 noyabr 1993-cü il tarixinə qədər dövriyyədə istifadə olunmuşdur. Həmin gün isə dram dövlət valyutası kimi dövriyyəyə daxil edilmişdir. Sovet rubllarından yalnız 200 rubl hələ də mübadilədə istifadə edilirdi və 1 drama bərabər idi.

Bütün müasir əsginasların dizaynı ingilis şirkəti olan "Thomas de la Rue" tərəfindən hazırlanmışdır.[5] 1993–95-ci il seriya nümunələri indikilərdən fərqli olaraq, alman şirkəti olan "Giesecke & Devrient" tərəfindən hazırlanmışdır. Onlar daha parlaq boya dizaynına malik idilər.[6]

Həmçinin onlar arasında bir neçə əhəmiyyətli və xüsusi fərq var idi:[7]

  • Yeni əsginaslarda "Ermənistan Respublikasının Mərkəzi Bankı" yazılmışdır (erm. Հայաստանի Հանրապետության Կենտրոնական Բանկ) (1993–95-ci il seriyası nümunələrində — "Ermənistan Respublikasının Bankı" (erm. Հայաստանի Հանրապետության Բանկ) yazılmışdır.);
  • Seriya nömrəsi əvvəlkilərdən fərqli olaraq səkkiz rəqəmdən və bir hərfdən (köhnə əsginaslarda — iki hərf) ibarətdir;
  • Bütün buraxılmış nominala malik əsginaslar qoruyucu spirala malikdir. 1000 dramlıq əsginaslar isə — iki müxtəlif qoruyucu spirala malikdir. (1993–95-ci il seriyası nümunələrində belə spirallar yalnız 1000 və 5000 nominallı əsginaslarda var idi);
  • Yeni nümunənin əsginaslarında məşhur erməni elm xadimlərinin portretləri və mədəniyyət abidələri (köhnələrdə əsasən arxitektura abidələri, milli ornamentlər təsvir edilmişdir.) təsvir edilmişdir;
  • Yeni əsginaslar su nişanları üzrə növlərə malik deyil. 1993-cü il seriyasının 100, 200 və 500 nominallı nümunələri su nişanları üzrə iki növ malik idi: Ermənistan Respublikasının gerbiylə və Ermənistan Respublikasının gerbinin konturuyla.[8]

Yeni əsginaslarda ER Mərkəzi Bankının Sədri Tiqran Sarkisyanın və Ermənistan Respublikasının Maliyyə naziri Edvard Sandoyanın imzaları yer almışdır.

Ermənistan dramının simvolu

Dramın simvolu
Dramın simvolu

Dramın simvolu (Aşağısından iki üfüqi xətt çəkilmiş və erməni əlifbasının dördüncü hərfi olan Դ ("da") hərfidir, "dram" sözü də (erm. Դրամ ) ermənicə da hərfi ilə başlanır.) geniş mənada milli pul vahidini və pulu bildirən simvoldur. Həmçinin dramın simvolu kimi başqa erməni hərfi olan Փ-in (pyur) istifadə edilməsi təklif edilirdi. Bu hərflə pulu bildirən Փող sözü başlanır.

Rəsmi müəllif (həmmüəllif deyillər) eyni eskizləri təqdim etmiş K. Komendaryan və R. Arutçyan hesab edilir.[9] 2003-cü ildə simvol on mininci əsginasın və başqa nominallı əsginasların üzərinə yerləşdirilmişdir. 2008-ci ildə simvol 5000 dramlıq sikkənin xatirə kolleksiyasında üstünlüklə təsvir edilmişdir. 2012-ci ildə U+058F Armenian Dram Sign (֏ • ֏) koduyla Yunikod dünya standartında daxil edilmişdir.[10]

Sikkələr

1994-cü ilin sikkə nümunələri

Sikkələr 1994-cü ilin 21 fevralından mübadiləyə daxil edilmişdir və Alüminiumdan istehsal edilmişdir.

Bütün sikkələrin üz tərəfində Ermənistan Respublikasının gerbi və Ermənistan imzası — ՀԱՅԱՍՏԱՆ təsvir edilmişdir.

Lumun arxa tərəfində sikkənin nominalı, imza ԼՈՒՄԱ (luma) və buraxılış ili (1994) təsvir olunmuşdur.

Dramın arxa tərəfində sikkənin nominalı, imza ԴՐԱՄ (dramlar), buraxılış ili (1994) və iki budaqdan ibarət çərçivə təsvir edilmişdir.

Təsvir Nominal Diametr, mm Qalınlıq, mm Çəki, qr Qurt
10 lum[11] 16 1,45 0,59 hamar
20 lum[12] 18 0,75
50 lum[13] 20 0,93
1 dram[14] 22 1,8 1,39 kələ-kötür
3 dram[15] 24 1,63
5 dram[16] 26 1,98 hamar
10 dram[17] 28 2,3
Təsvirlərin miqyası — millimetrə 3,0 piksel.

2003–2004-cü ilin sikkə nümunələri

2003–2004-cü il seriyalı sikkə nümunələrində imza, ornament çərçivəsində sikkənin nominalı ԴՐԱՄ (dram) yerləşdirilmişdir.

Bütün sikkələrin üz tərəfində kənarları üzrə halqaşəkilli yazıyla Ermənistan Respublikasının gerbi yerləşdirilmişdir: ՀԱՅԱՍՏԱՆԻ ՀԱՆՐԱՊԵՏՈՒԹՅՈՒՆ — Ermənistan Respublikası (10 dramlıq sikkədə), bütün digər sikkələrdə ՀԱՅԱՍՏԱՆԻ ՀԱՆՐԱՊԵՏՈՒԹՅԱՆ ԿԵՆՏՐՈՆԱԿԱՆ ԲԱՆԿ — Ermənistan Respublikasının Mərkəzi Bankı.

Həmçinin bütün sikkələrdə 500 dramlıq sikkədən başqa həmin sikkənin nominalının şifahi işarəsi var: ՏԱՍԸ ԴՐԱՄ (10 dram), ՔՍԱՆ ԴՐԱՄ (20 dram), ՀԻՍՈՒՆ ԴՐԱՄ (50 dram), ՀԱՐՅՈՒՐ ԴՐԱՄ (100 dram), ԵՐԿՈՒ ՀԱՐՅՈՒՐ ԴՐԱՄ (200 dram).

Buraxılış ili 500 dramlıq sikkə xaric bilavasitə daxili dairədə gerbin altında yerləşdirilmişdir.

Təsvir Nominal
(dram)
Material Diametr
(mm)
Qalınlıq
(mm)
Çəki
(qr)
Qurt Mübadiləyə
daxili
10[18] аlüminium 20 1,8 1,3 hamar 1 dekabr
2004
20[19] mis/polad/mis 20,5 1,25 2,75 1 yanvar
2003
50[20] bürünc/polad/bürünc 21,5 1,45 3,5 kələ-kötür
100[21] nikel/polad/nikel 22,5 4
200[22] bürünc 24 4,5
500[23] halqa: bürünc
mərkəz: mis + nikel
22 1,75 5 kəsikli
kələ-kötür
31 mart
2003
Təsvirlərin miqyası — millimetrə 3,0 piksel.

Yubiley və yadda qalan sikkələr

Ermənistan Respublikasının Mərkəzi Bankı gümüşdən, qızıldan və mis-nikel ərintisindən yubiley sikkələrinin 1994-cü ildən başlayaraq buraxılışını həyata keçirir. 2012-ci ilin sentyabr ayına görə sikkələrin 180 növü — mis-nikel ərintisindən 4-ü, bürünclı örtülmüş poladdan 11-i, 125-i gümüşdən (1–585 əyarlı, 89–925 əyarlı və 35–999 əyarlı) və 44-ü qızıldan (2–585 əyarlı, 35–900 əyarlı, 7–999 əyarlı) buraxılmışdır. Hal-hazırda buraxılan yubiley sikkələrinin tam siyahısı Mərkəzi Bankın saytında yerləşdirilmişdir.[24].

Əsginaslar

1993–1998-ci ilin əsginas nümunələri

1993–1995-ci il seriyası
Təsvir Nominal
(dram)
Ölçü
(mm)
Təsvir Mübadiləyə
daxili
Mübadilədən
çıxarılma
Ön tərəfi Arxa tərəfi Ön tərəfi Arxa tərəfi
10 125×62 İrəvanın dəmiryol vağzalındakı David Sasunskinin abidəsi Ağrı dağı 1993 1 aprel
2004
25 Erebuni qalasındakı mixi yazılı lövhəcikdəki dişi şirin təsviri ornament
50 İrəvandakı Milli Tarix Muzeyinin binası Parlament binası
100 135×65 Zvartnos məbədi
Ağrı dağı
Opera və Balet Teatrının binası[25]
200 Üçkilsədəki Müqəddəs Ripsime kilsəsi ornament
500 Ağrı dağındakı çar Böyük II Tiqranın tetradraxması Erməni əlifbasının birinci hərfi ilə açılmış kitab 31 avqust
2005
1000 145×68 Erməni maarifçisi Mesrop Maştosanın heykəli
Matenadaranın fasadı
Sünik mərzi, Ağudidəki qəbiristanlıq 1994 29 fevral
2004
5000 145×71 Gərni məbədi Məhsuldarlıq ilahəsi Anahitin büstü 1995 30 iyun
2005
Təsvirlərin miqyası — millimetrə 1,0 piksel.

1998–2017-ci ilin əsginas nümunələri

Əsginaslardan 50, 100 və 500 nominallı dramlar hal-hazırda mübadilədə istifadə olunur.

Əsginasların daha sonra çıxan versiyaları saxtalardan yaxşılaşdırılmış müdafiəylə əvvəl olanlardan fərqlənir.

50 000 dram nominallı əsginaslar 6 iyun 2001-ci ildə Ermənistanın dövlət dini kimi xristianlığın qəbul olunmasının 1700 illiyinin qeyd edilməsi münasibətilə buraxılmışdı.

2009-cu ildə çar V Abqarın təsviriylə 100 000 nominallı dram əsginasları buraxıldı.[26]

1998–2009-cu il seriyası
Təsvir Nominal
(dram)
Ölçü
(mm)
Əsas rənglər Təsvir Möhür
ili
Mübadilədən
çıxarılma
Ön tərəfi Arxa tərəfi Ön tərəfi Arxa tərəfi
50 122×65 çəhrayı bəstəkar Aram Xaçaturyan
İrəvandakı Opera və Balet Teatrı
"Qayane" baletindən epizod
Ağrı dağı
1998 1 aprel
2004
100 mavi аstrofizik Viktor Ambartzumyan
kosmosun təsviri
Byurakanskaya rəsədxanası
teleskop
500 129×72 boz
qırmızı
аrxitektor Aleksandr Tamanyan Ermənistan Respublikasının Hökumət binası 1999
1000 136×72 yaşıl
çəhrayı
yazıçı Yegişe Çarens
Ağrı dağı
arabaya qoşulmuş at
İrəvan qədim binanın fonunda
1999 2001
2011 2015
mübadilədə
5000 143×72 qəhvəyi
yaşıl
yazıçı Hovannes Tumanyan Martiros Saryanın şəkli
Loru mərzinin təbiətinin təsviri
1999 2003
2009 2012
10 000 150×72 bənövşəyi yazıçı Avetik İsaakyan Gümrü XX əsrin əvvələrində 2003 2006
2008 2012
20 000 155×72 sarı
qəhvəyi
narıncı
rəssam Martiros Saryan Martiros Saryanın "Ermənistan" mənzərəsi 1999 2007
2009 2012
50 000 160×79 qəhvəyi
boz
Üçkilsə kafedralı Müqəddəs Qriqorinin və çar Böyük Trdatın təsviri
Ağrı dağının təsviri
Keçaris monastrında xaçkar
2001
100 000 160×72 göy
qəhvəyi
çar V Abqar apostol Faddey qalın kətana V Abqarın hökmünü köçürür 2009
Təsvirlərin miqyası — millimetrə 1,0 piksel.

Valyuta məzənnəsi rejimi

26.07.06-da dram ilə rublun məzənnəsinin dəyişilməsi[27]
İl 1993 1994 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003
Ümumi dövriyyə (mln dram) 1,2 11,1 25,7 37,1 42,2 45,3 45,5 61,9 66,7 92,1 96,8
Hazırkı AMD mübadilə məzənnəsi
Google Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
Yahoo! Finance əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
XE.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
OANDA.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
fxtop.com əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD
Currency.wiki əsasən: AUD CAD CHF EUR GBP HKD JPY USD

İstinadlar

  1. 1 2 Национальные денежные знаки, countryarmenia.com Arxivləşdirilib 2016-08-14 at the Wayback Machine (erm.) /взято 2015–11-29/
  2. 1 2 Общий объем монет номиналом до 10 драмов в обращении — около 49 млн драмов, armenpress.am Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine (erm.) /взято 2015–11-29/
  3. 1 2 The coin worth less than any other in the world, bbc.com Arxivləşdirilib 2022-06-06 at the Wayback Machine (ing.) /взято 2015–11-29/
  4. "Денежные знаки Республики Армения". 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-09.
  5. "Официальный сайт компании "Thomas de la Rue"". 2011-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-28.
  6. "Официальный сайт компании "Giesecke & Devrient"". 2011-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-28.
  7. Pomfret, Richard (2001). The IMF and the Ruble zone. Available at: http://www.readcube.com/articles/10.1057/ces.2002.17 Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine
  8. Баграт Саакян "Армянские драмы 1998–99 гг."
  9. Armenian Dram Sign Establishing Act, The Council of Central Bank of Armenia, Act #25 October 9, 2001
  10. "Arxivlənmiş surət". 2013-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.
  11. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinsnotcirculated.aspx?nominal=1 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  12. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinsnotcirculated.aspx?nominal=2 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  13. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinsnotcirculated.aspx?nominal=3 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  14. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinsnotcirculated.aspx?nominal=4 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  15. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinsnotcirculated.aspx?nominal=5 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  16. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinsnotcirculated.aspx?nominal=6 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  17. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinsnotcirculated.aspx?nominal=7 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  18. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinscirculated.aspx?nominal=1 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  19. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinscirculated.aspx?nominal=2 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  20. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinscirculated.aspx?nominal=3 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  21. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinscirculated.aspx?nominal=4 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  22. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinscirculated.aspx?nominal=5 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  23. Central Bank of Armenia. Available at: https://www.cba.am/en/SitePages/detailsnccracoinscirculated.aspx?nominal=6 Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
  24. Collector coins of the Republic of Armenia Arxivləşdirilib 2017-08-02 at the Wayback Machine, сайт ЦБ РА (ing.)
  25. "Central Bank Of The Republic Of Armenia". Cba.am. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2013.
  26. "Армения вводит в обращение купюру в 100 000 драмов". 2009-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-23.
  27. "Динамика курса RUB/AMD — Центробанк Армения". 2007-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-09.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!