Qatar Airways (ərəb. القطرية) — Doha, Qətər mərkəzli milli havayoludur. 100-dən çox təyyarə flotuna sahib olaraq, Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya olaraq Dünya çapında 100-dən çox uçuş nöqtəsinə xidmət verməkdədir.
Tarixi
Qatar Airways, 22 noyabr 1993 tarixində qurulmuşdur. Havayolu, Küveyt Hava Yollarından icarəyə Boeing 767-200ER ilə 20 yanvar 1994-cü tarixində fəaliyyətə başlamışdır. Başlanğıcda Qətər kral ailəsi üzvləri tərəfindən özəl sektora aid idi. Sonra yeni bir rəhbərlik altında, 1997-ci ildə yenidənbaşladılmışdır. Hal-hazırda, Qətər hökumətinin xüsusi investorların əlində qalan ilə hava yolu 50% hissəsinə malikdir.
İyul 2013 tarixində Qətər Hava Yolları "Barselona"nın sponsoru oldu.[1] Akbar Al Baker bunları dedi: "Biz, dünyanın ən böyük futbol klubu "Barselona" ilə bu ittifaqı meydana gətirdiyimiz üçün xoşbəxtik". Aprel 2013-ci ildə, Qatar Airways, "Anortosis" Famaqustanın sponsoru oldu.
Maraqlı fakt
“Qatar Airways” aviaşirkətinə məxsus Doha şəhərindən Okləndə uçan təyyarə 2017-ci ilin fevral ayında uçuş tarixində ən uzunmüddətli səyahətini həyata keçirib. Təyyarə 16 saat 23 dəqiqə uçuşda olub və 14,535 km məsafə qət edib[2].
İstinadlar