1966 Neftyanik mövsümü — 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur.[1] Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi.
Fevral ayında SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti keçən mövsüm son 3 pilləni tutaraq aşağı dəstəyə düşməli olan "Lokomotiv Moskva", "Torpedo Kutaisi" və Odessanın "OİK" klublarını liqada saxlamaq qərarını aldı.[2]1966-cı il futbol üzrə SSRİ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 17-də deyil, 10-da start götürdü və noyabr ayının 30-dək davam etdi.
Çempionata hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi. İyirmi gün davam edən təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığa, habelə gənclərin sınaqdan keçirilməsinə ayrıldı. Yekunda hücum və müdafiə xəttindən razı qalan məşqçilər yarımmüdafiədə problemlərin olduğunu gördülər. Mövsümün startı ərəfəsində Bakıda təşkil edilən son məşqlərdə məhz bu çatışmazlığın aradan qaldırılması üzərində işlədilər. Mövsüm ərzində keçirilən oyunlarda baş məşqçilər adətən 4–2–4 və ya 4–3–3 taktiki sxeminə üstünlük veriblər.[3]
Birinci dövrə
Aprel ayının 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ futbol çempionatı başladı. "Neftyanik" "A" qrupunun güclülər dəstəsində mübarizə aparırdı. İlk turda BakıdaBelarus təmsilçisi "Dinamo Minsk" ilə keçirilən matç 0:0 bitdi. "Neftyanik" ilk qələbəni 3-cü turda evdə "Dinamo Moskva" komandası ilə oyunda əldə etdi: ilk hissədə Sergey Melkumovun vurduğu qol "Neftyanik"ə çempionatda ilk qələbəni qazandırdı.[4] Ardıyca evdə Donetskin "Şaxtyor"u məğlub edildi. Çempionatın 8-ci turunda "Neftyanik" tarixinin ən böyükhesablı qələbələrindən birini qazandı. Evdə "Torpedo Kutaisi" ilə oynayan "Neftyanik" yekunda 7:0 hesablı qələbə qazandı. Bu oyunda Eduard Markarov het-trikə imza atdı və həmçinin Valeri Hacıyev penalti zərbəsini dəqiq vura bilmədi.[5] Ümumiyyətlə ilk 8 turdan sonra "Neftyanik" çempionatda məğlub olmayan 4 komandadan biri idi. Lakin daha sonra komanda ardıcıl olaraq Leninqrad, Alma-Ata və Daşkənd səfərlərindən xalsız döndü və 12-ci turda BakıdaOdessanın "Çernomorets" klubu məğlub edildi. Ardıyca səfərdə, Tbilisi və Yerevanda yerli komandalara məğlub olduqdan sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan getdi. 17-ci turdan etibarən "Neftyanik" oyunlara Əhməd Ələsgərovun rəhbərliyi altında çıxmağa başladı.[6] İlk dövrənin son ev oyununda "Torpeda Moskva" üzərində 2:0 hesablı qələbə qazanılır. Bu turdan sonra ilk dövrə bitir və komandalar növbəti turdan etibarən ikinci dövrəyə başlayırlar. Beləliklə ilk dövrəni "Neftyanik" 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətlə 7-ci pillədə bitirdi. Topların sayı isə 25–15 komandanın xeyrinə idi.[7]
İkinci dövrə
Bu dövrənin 4-cü oyununda "Neftyanik" çempionatda gümüş medal qazanacaq Rostovun "OİK" kollektivini səfərdə 1:3 hesabı ilə məğlub edir. Daha sonra Bakıda növbəti ev oyununda "Dinamo Tbilisi" ilk dəfə məğlub edilir. "Neftyanik"in hücum tandemi — Banişevski, Tuayev və Markarov 3:2 bitən matçda qolların müəllifi olurlar.[8] Daha sonra komanda ardıcıl olaraq 6 oyun qələbə qazanır. Bakıda Gürcüstan təmsilçisi məğlub edildikdən sonra səfərdə növbəti Gürcüstan təmsilçisi, "Torpedo Kutaisi" çempionat ərzində ikinci dəfə məğlub edilir. Ardıyca səfərdə məğlub olduğumuz "Zenit", "Kayrat" və "Paxtakor" klubları ardıcıllıqla Bakıda məğlub edilir.[9] Yarışın bitməyinə 3 tur qalmış komanda səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşırdı. Bu oyunun nəticəsinə əsasən "Neftyanik" ilk dəfə Kiyevdə Dinamo üzərində 1:2 hesablı qələbə qazanır. Bu oyunda "Neftyanik"dən qolları 23 və 37-ci dəqiqələrdə Eduard Markarov və Anatoli Banişevski vurmuşdur.[10] Son iki turda isə komanda rəqiblərini evdə qəbul edəcəkdi. Əvvəlcə Moskvanın "MOİK" ilə görüş qolsuz başa çatır, son turda isə rəqib digər Moskva təmsilçisi, "Spartak" komandası idi.
Son matç
İkinci dövrənin son oyununda "Neftyanik" evdə "Spartak Moskva" ilə qarşılaşırdı. Noyabrın 30-u keçirilən matçda bürünc medalı təmin etmək üçün "Neftyanik"ə heç-heçə belə kifayət edirdi lakin doğma meydan amili və stadiona gələn 45.000 azarkeş "Neftyanik"in qələbəsində xüsusi rol oynadı. Oyunun keçiriləcəyi saat qəflətən dəyişdirildiyindən "Neftyanik"in rəisi Şövkət Orduxanovun təşəbbüsü ilə təşkilatçılar Bakı küçələri boyunca səsgücləndiricilər vasitəsilə insanları dəyişiklikdən xəbərdar edirdilər. Oyuna maraq olduqca böyük idi. Matç nəinki Azərbaycan televiziyası ilə canlı yayımlanırdı həmçinin Gürcüstan və Ermənistana da translyasiya edilirdi.[11]
Görüşün baş hakimi EstoniyadanEuqen Xyarms idi. Oyunun ilk hissəsində Banişevski dubl edərək "Neftyanik"i hesabda önə çıxardı. İkinci hissədə isə son nöqtəni Markarov qoydu və yekunda "ağ-qaralar" 3:0 hesabıyla qələbə qazanaraq, tarixində ilk dəfə olaraq SSRİ çempionatının medallarını qazandı.[12] Həmçinin bu nəticə ilə futbol üzrə SSRİ yüksək liqasında medal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdü.
Onu da qeyd etmək lazımdır ki, "Neftyanik"in 2 əsas oyunçusu, Anatoli Banişevski və Eduard Markarov mövsümün ortasında FİFA Dünya Kubokuna yollanan SSRİ millisinin heyətinə daxil edildikləri üçün komanda 1 ay əsas oyunçularının xidmətindən məhrum olmuşdur. Əks təqdirdə komandanın daha yüksək nəticə qazanma şansı yüksək idi.
Əlavə göstəricilər
Mövsümü çempion kimi bitirmiş "Dinamo Kiyev"i səfərdə məğlub edən yeganə komanda "Neftyanik" oldu.[13]
Hər mövsümün sonu təqdim edilən "Əzmkar qələbə" mükafatına "Neftyanik" layiq görüldü. "Ağ-qaralar" "Kayrat"la birgə hesabda geri ola-ola ən çox qələbə əldə edən komanda idi.[14]
"Neftyanik" Bakıda oynadığı heç bir matçda məğlub olmadı. "Ağ-qaralar" ümumilikdə 13 qələbə və 5 heç-heçəyə nail oldular.
Mövsüm ərzində Dinamo Kiyev"dən sonra ən çox böyükhesablı qələbə qazanmış komanda "Neftyanik" idi. Əhməd Ələsgərovun yetirmələrinin hesabında 6 belə qələbə var idi.[16]
Komandanın bombardiri 14 qolla Kazbek Tuayev oldu. Bu nəticə çempionatda 6-cı göstərici idi. Banişevski çempionat oyunlarının yalnız yarısında iştirak etdiyi üçün cəmi 12 dəfə fərqlənməyə imkan tapdı.
"Neftyanik" Bakıda keçirdiyi matçlarda 30 qol, səfərdə keçirdiyi oyunlarda isə 17 qola imza atmışdır. Buraxılan topların sayına gəldikdə isə Bakıda sadəcə 5 top buraxan komanda səfər matçlarında 23 top buraxdı.
Ümumilikdə "Neftyanik" keçirdiyi 36 oyunun 18-də qələbə qazanmış, bərabər və məğlubiyyətlə bitən oyunların sayı isə 9-dur. Mövsüm ərzində 55 top vurmuş əvəzində isə 28 top buraxmışdır. Bu göstəricilərə əsasən "Neftyanik" mövsümdə ən çox qol vuran üçüncü[17] və ən az top buraxan ikinci komanda oldu.[18]
Komanda çempionatın gümüş medalını qazanmış Rostovun "OIK" komandasını hər iki oyunda məğlub etməsinə baxmayaraq rəqibdən 2 xal geri qalaraq yekunda bürünc mükafatla kifayətlənməli oldu.
"Neftyanik"in əsas qapıçısı Sergey Kramarenko mövsüm ərzində keçirdiyi 34 matçın 17-də qapısını toxunulmaz saxlaya bildi.
Komandanın rəisi vəzifəsini kağız üzərində ikinci məşqçi Valentin Xlıstov icra etsə də, 1966-nın ortalarından sonra bu posta İdman Komitəsində çalışan Şövkət Orduxanov təyin olundu.[20]
Məşqçi heyəti
1965-ci ildə baş məşqçi postunda edilmiş dəyişiklikdən sonra baş məşqçi postuna Vasili Sokolov təyin olundu. Onun köməkçisi postuna isə futbolçu karyerasını yenicə bitirmiş Əhməd Ələsgərov təyin edilir. Lakin 1 il sonra, 1966-cı ilin avqust ayında BakıdaFransanın "Tuluza" komandasına qarşı keçirilmiş (2–1) yoldaşlıq oyunundan qısa müddət sonra Vasili Sokolov Moskvaya getmək qərarına gəlir. Bu anda gənc Əhməd Ələsgərov klubun baş məşqçi postuna sahib olur. O, sələfləri tərəfindən yaradılmış bazadan məharətlə istifadə edərək komandanı inamla SSRİ çempionatında medala qədər gətirib çıxarır.[21]
Tibbi heyət
Klubun baş həkimi Boris Xetaqurov idi. O, kluba 1965-ci ilin aprel ayında təyin edilmiş, 1966-cı ilin yanvar ayından etibarən isə əsas komandada çalışmağa başlamışdı.[22]Xetaqurov həmçinin masajçı vəzifəsini də yerinə yetirirdi.
Stadion
"Neftyanik" ev oyunlarını rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında olmuş Lenin adına Respublika stadionunda keçirirdi.[23] Komanda 1966-cı ildə burada 18 çempionat və 2 yoldaşlıq oyunu olmaqla ümumilikdə 20 oyun keçirmişdir.
1965-ci ildə futbol mövsümünün bitməsindən sonra 6 oyunçu komandadan ayrıldı, əvəzində isə yeni 6 oyunçu komandaya cəlb olundu. Komandadan ayrılan futbolçulardan ikisi, növbəti mövsüm komandanın baş məşqçisi olacaq Əhməd Ələsgərov zədə səbəbindən, Yuri Kuznetsov isə yaş səbəbindən futbolçu karyeralarını bitirdilər.
Dekabrın 5-i, Konstitusiya günündə Lenin adına Respublika stadionuda bürünc medalların və SSRİ İdman Komitəsinin üçüncü dərəcəli diplomlarının "Neftyanik" komandasına təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi. Respublika Kommunist Partiyasının birinci katibi Vəli Axundov mərasimi canlı izləyirdi. Medalların təqdimatından öncə çıxış edənlər arasında komandanın rəisi Şövkət Orduxanov da var idi.
Əsasnaməyə görə mövsüm ərzində keçirilən oyunların minimum 50 faizində iştirak etmiş oyunçulara medal təqdim olunurdu. "Neftyanik"də 18 oyuna çıxaraq bu səddi adlayan 12 futbolçuya medal təqdim edildi. İntizamsızlığa görə klubdan xaric edilmiş Sergey Melkumova medal təqdim olunmayıb. Əvəzində müstəsna hal kimi SSRİ millisində xidmətlərinə görə klubda cəmi 14 oyunda iştirak etməsinə baxmayaraq Anatoli Banişevskinin adı siyahıya salınıb. Respublika stadionunda təşkil edilmiş mərasim "Neftyanik" və "Dinamo Kirovabad" komandalarının yoldaşlıq görüşü ilə yekunlaşıb. Oyun "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun fasiləsində SSRİ Futbol Federasiyasının sədri Nikolay Ryaşentsev, Azərbaycan Futbol Federasiyasının sədri Adil Eldarov və federasıyanın baş məşqçisi Rauf Adıgözəlov "Neftyanik"in 12 futbolçusuna medalları təqdim ediblər. Nailiyyətdə böyük xidmətləri olmuş klubun rəisi Şövkət Orduxanov, məşqçilər Əhməd Ələsgərov və Valentin Xlıstov, inzibatçı Aydın İsmayılov və həkim Boris Xetaqurov da diplomla təltif olunublar.[52]
Tədbirdən sonra birinci katib Vəli Axundov oyunçuların şərəfinə ziyafət təşkil edib. Görüş zamanı klubun rəisi Şövkət Orduxanov baş katibdən bir futbol bazasının inşası üçün yer ayrılmasına kömək etməsini istəyib. Əvəzində 1967-ci ilin əvvəlində baza tikmək üçün ovçular stendinin ərazisi Respublika İdman Komitəsinin ixtiyarına verilib.
Çempionat ərzində "Neftyanik"in oyununa ən çox azarkeş sonuncu turda — "Spartak Moskva" ilə keçirilən qarşılaşmada gəlmişdir. Bu oyunda stadionun gerçək tutumundan daha çox, 45,000 azarkeş oyunu izləmişdir.[53] Nisbətən ən az azarkeş isə 20-ci turda — "Torpedo Moskva" ilə oynanılan matçda qeydə alınmışdı (20,000). Ümumilikdə isə Bakıda keçirilən oyunları 647,000 tamaşaçı canlı izləmişdir ki, bu da hər oyuna orta hesabla 35,944 tamaşaçı deməkdir.
"Neftyanik" 1966-cı ildə həm çempionat öncəsi hazırlıq dönəmində, həm də çempionatda yaranan fasilə zamanı bir neçə yoldaşlıq oyunları keçirmişdir. Komandanın keçirdiyi yoldaşlıq oyunlarını ölkədaxili və beynəlxalq olaraq iki hissəyə ayırmaq olar. Beynəlxalq yoldaşlıq oyunlarının bir qismi Çexoslovakiya səfərində baş tutub. Bakı təmsilçisi burada keçirdiyi 3 matçı 2 qələbə və 1 məğlubiyyətlə başa vurub. Bakıda isə sonuncu Türkiyə çempionatının üçüncüsü olmuş "Gənclərbirliyi" və Fransa liqasını dördüncü pillədə bitirmiş "Tuluza" komandaları ilə qarşılaşıb.[54]
Bakıda "Tuluza" ilə oynanılan matç fransızların idmana yaraşmayacaq tərzdə kobud oynamaları ilə yadda qaldı. Əvvəlcə hesabda önə keçən fransızlar sonradan 2 qol buaraxaraq geri düşdülər. "Neftyanik"in qollarını Mübariz Zeynalov və Kazbek Tuayev vurdu. "Neftyanik" futbolçularının qarşısını ala bilməyən rəqib futbolçular kobud oyuna başladılar və bu oyunçular arasında mübahisəyə səbəb oldu. Artıq ilk hissədə zədələndiyi üçün Semiqlazov və Banişevski ikinci hissədə oyuna davam edə bilmədilər. Nəticədə matç təxminən 20 dəqiqə dəyandırılsa da, sonradan davam etdirildi və yekunda "ag-qaralar" qələbə qazandı.[55]
Mövsümün sonunda SSRİ-də çap edilən əksər idman dərgiləri medal qazanmış üçlük barədə yazılar dərc etdi. Bunlardan biri Rusiyada nəşr edilən "Sportivnıye iqrı" jurnalı idi. Məqalədə "Neftyanik"in rəhbərlik və heyəti barədə məlumat dərc edilmişdir.[57]
2006-cı ildə "Futbol Dünyası qəzeti "Neftyanik" komandasının SSRİ çempionatının bürünc medallarını qazanmasının 40 illiyinə həsr olunmuş "Bürünc Neftçi-40" adlı xüsusi buraxılışı çap etmişdir. Buraxılışda keçmiş futbolçular: Yaşar Babayev, Valeri Hacıyev, Sergey Kramarenko, Mübariz Zeynalov və Kazbek Tuayevin xatirələri dərc olunmuşdur. Həmçinin turnir cədvəli və komandanın keçirdiyi bütün oyunlar haqqında statistika məlumatları qeyd edilmişdir.[58]
Populyar mədəniyyətdə
Bürünc medal qazanıldıqdan sonra Mirzə Mustafayevin rejisorluğu ilə Bürünc "Neftçi" adlı sənədli film çəkilib. Filmdə "Neftyanik"in tarixi, bürüncə gedən yolu əks edilmişdir.
Mübahisəli məqamlar
Rostov səfərində "OİK" ilə qarşılaşmada "Neftyanik" 1:3 hesablı qələbə qazandı. Mübahisə doğuran məsələ həmin oyunda "Neftyanik"dən qolların kimin vurması idi. Oyunun keçirildiyi həftə "Azərbaycan gəncləri", "Azərbaycan bədən tərbiyəçisi" və "Bakı" qəzetləri nəşr etdikləri nömrədə iki dəfə Kazbek Tuayevin bir dəfə isə Anatoli Banişevskinin fərqləndiyini yazsalar da "Kommunist" qəzeti TuayevləBanişevskinin hərəyə 1 dəfə fərqləndiyini, toplardan birinin isə meydan sahiblərinin avtoqol etdiyini qeyd edir. Oyunun protokolunda da məhz belə göstərildiyindən statistikada belə qeydə alınıb.[11]
Donetskdə "Şaxtyor"la oyundan öncə xoşagəlməz hal yaşandı. Qələbə qazanacaqları halda "Şaxtyor" Neftyanik" ilə aradakı xal fərqini ikiyə endirəcəkdi. Bu səbəbdən təşkilatçılar idmanla bir araya sığmayan üsullara əl atdılar. Qaydaların ziddinə gedən Donetsk şəhər rəhbərliyi "Neftyanik"i hətta minimum şəraitlədə təmin etmədi. Futbolçular məşqləri kələ-kötür, daş kimi bərkimiş torpaq meydanda keçirməli oldu. Matçqabağı normal məşq prosesi keçə bilməyən komanda yekunda minimal hesabla məğlub oldu.
Dieser Artikel behandelt die Gemeinde in der Samtgemeinde Barnstorf in Niedersachsen. Zu weiteren Bedeutungen siehe Drebber (Begriffsklärung). Wappen Deutschlandkarte 52.658.433333333333334Koordinaten: 52° 39′ N, 8° 26′ O Basisdaten Bundesland: Niedersachsen Landkreis: Diepholz Samtgemeinde: Barnstorf Höhe: 34 m ü. NHN Fläche: 47,14 km2 Einwohner: 3106 (31. Dez. 2022)[1] Bevölkerungsdichte: 66 Einwohner je km2 Postleitza...
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أبريل 2019) رون يندستروم معلومات شخصية الميلاد 26 مايو 1944 (79 سنة) مواطنة السويد الحياة العملية المهنة متزلج جبال اللغات السويدية الرياضة التزلج على المنحدرا...
Paloma bicrestada Lopholaimus antarcticus, litografía coloreada a manoAutora: Elizabeth Gould (1804-1841).Estado de conservaciónPreocupación menor (UICN 3.1)[1]TaxonomíaReino: AnimaliaFilo: ChordataClase: AvesOrden: ColumbiformesFamilia: ColumbidaeGénero: LopholaimusGould, 1841Especie: L. antarcticus(Shaw, 1794)[editar datos en Wikidata] La paloma bicrestada,[2] paloma de penacho o paloma de rodete (Lopholaimus antarcticus) es un ave columbiforme de la...
Public exposure of intimate body parts Naked exhibitionist woman on a Budapest street in 2007 Exhibitionism is the act of exposing in a public or semi-public context one's intimate parts – for example, the breasts, genitals or buttocks. The practice may arise from a desire or compulsion to expose themselves in such a manner to groups of friends or acquaintances, or to strangers for their amusement or sexual satisfaction, or to shock the bystander.[1] Exposing oneself only to an ...
North Korean State Railway line Manpo LineOverviewNative name만포선(滿浦線)OwnerMitsui Mining Railway (1918–1927)Kaech'ŏn Light Railway (1927–1933)Chosen Government Railway (1933–1945)Korean State Railway (since 1945)LocaleSouth P'yŏngan, North P'yŏngan, ChagangTerminiSunch'ŏnManpo Ch'ŏngnyŏnStations44ServiceTypeHeavy rail, Regional railHistoryOpenedStages between 1918 - 1939TechnicalLine length299.8 km (186.3 mi)Number of tracksSingle trackTrack gauge1,435 mm...
Содержание 1 Города, не включённые в административные районы 1.1 город Краснодар (ГО) 1.2 город Анапа 1.3 город Армавир (ГО) 1.4 город Белореченск 1.5 город-курорт Геленджик (ГО) 1.6 город Горячий Ключ (ГО) 1.7 город Ейск 1.8 город Кропоткин 1.9 город Крымск 1.10 город Лабинск 1.11 город Новор...
Aspect of history This article has an unclear citation style. The references used may be made clearer with a different or consistent style of citation and footnoting. (September 2009) (Learn how and when to remove this template message) Advertisement for a California clipper, circa 1850 Part of a series on the History of California Periods Before 1900 Province of Las Californias Alta California California Republic Conquest of California Interim governments California Gold Rush Since 1900 Topi...
Election For related races, see 1962 United States gubernatorial elections. 1962 New Hampshire gubernatorial election ← 1960 November 6, 1962 1964 → Nominee John W. King John Pillsbury Party Democratic Republican Popular vote 135,481 94,567 Percentage 58.89% 41.11% County results King: 50–60% 60–70%Pillsbury: 50–60% 60–70% Governor b...
1932 film The Most Dangerous GameTheatrical film posterDirected by Ernest B. Schoedsack Irving Pichel Screenplay byJames Ashmore CreelmanBased onThe Most Dangerous Game1924 story in Collier'sby Richard ConnellProduced by Merian C. Cooper Ernest B. Schoedsack Starring Joel McCrea Fay Wray Leslie Banks Robert Armstrong CinematographyHenry W. GerrardEdited byArchie MarshekMusic byMax SteinerProductioncompanyRKO Radio PicturesDistributed byRKO Radio PicturesRelease date September 16, 19...
Sir Hugo PearsonAdmiral Sir Hugo Lewis PearsonBorn30 June 1843[1]Barwell, Leicestershire, EnglandDied12 June 1912(1912-06-12) (aged 68)Goodrich, Herefordshire, EnglandAllegiance United KingdomService/branch Royal NavyYears of service1855–1908RankAdmiralCommands heldHMS St VincentHMY OsborneHMS ColossusHMS ExcellentHMS CollingwoodHMS BarfleurAustralia StationNore CommandAwardsKnight Commander of the Order of the Bath Admiral Sir Hugo Lewis Pearson, KCB (30 June 1843 – 12 ...
Claudia Leitte Tour Claudia Leitte TourPôster de divulgação da fase de 2011 da turnê Turnê continental de Claudia Leitte Álbum associado As Máscaras Data de início 1 de janeiro de 2011 Data de fim 26 de julho de 2012 Partes 3 N.º de apresentações 130 no Brasil2 no EUA132 no total Cronologia de turnês de Claudia Leitte Rhytmos Tour(2010) Sambah Tour(2012) Claudia Leitte Tour é uma turnê da cantora brasileira Claudia Leitte, sendo a sua quarta turnê em carreira solo e sua terceir...
Slate gray Color coordinatesHex triplet#708090sRGBB (r, g, b)(112, 128, 144)HSV (h, s, v)(210°, 22%, 56%)CIELChuv (L, C, h)(53, 17, 239°)SourceX11ISCC–NBS descriptorGrayish blueB: Normalized to [0–255] (byte) Slate roof Slate as a tertiary color purple slate[1] green Slate gray is a gray color with a slight azure tinge that is a representation of the average color of the material slate. As a tertiary color, slate is an ...
Japanese manga series Ikoku NikkiFirst tankōbon volume cover違国日記 MangaWritten byTomoko YamashitaPublished byShodenshaMagazineFeel YoungDemographicJoseiOriginal runJune 8, 2017 – June 8, 2023Volumes11 Live-action filmDirected byNatsuki SetaReleased2024 (2024) Ikoku Nikki (違国日記, Diary of a Strange Land) is a Japanese manga series written and illustrated by Tomoko Yamashita. It was serialized in Shodensha's josei manga magazine Feel Young from June 2017 to ...
This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Human rights in Laos – news · newspapers · books · scholar · JSTOR (September 2015) (Learn how and when to remove this template message) Politics of Laos Constitution Marxism–Leninism Kaysone Phomvihane Thought People's Revolutionary Party National Congress (...
2019 film redirects here. For other uses, see 2019 (disambiguation). For the list of films released in 2019, see 2019 in film. 1983 Italian film2019, After the Fall of New YorkTheatrical release poster by Renato CasaroDirected bySergio Martino[1]Written byErnesto GastaldiSergio MartinoGabriel RossiniProduced byLuciano MartinoStarringMichael SopkiwValentine MonnierAnna KanakisGeorge EastmanCinematographyGiancarlo FerrandoEdited byEugenio AlabisoMusic byGuido & Maurizio De AngelisRe...
Daisuke KatōThe Life of OharuLahir(1911-02-18)18 Februari 1911Asakusa, Tokyo, JepangMeninggal31 Juli 1975(1975-07-31) (umur 64)PekerjaanAktor Daisuke Katō (加東 大介code: ja is deprecated , Katō Daisuke, 18 Februari 1911 – 31 Juli 1975) adalah aktor Jepang yang muncul di lebih dari 150 film, termasuk film Seven Samurai karya Akira Kurosawa sebagai Shichiroji yang setia, juga dalam Rashomon, Yojimbo (sebagai babi liar Inokichi), dan Ikiru, dan film karya Hiroshi In...
Dieser Artikel behandelt die 1985 geborene Schauspielerin. Zur 1979 geborenen Schauspielerin siehe Katrin Anne Heß. Katrin Heß (2016) Katrin Heß (* 26. Juni 1985 in Aachen) ist eine deutsche Schauspielerin und Synchronsprecherin. Inhaltsverzeichnis 1 Leben und Karriere 1.1 Veganismus 2 Filmografie (Auswahl) 3 Rollen als Synchronsprecherin 4 Weblinks 5 Einzelnachweise Leben und Karriere Heß absolvierte von 2004 bis 2007 eine Schauspielausbildung an der Arturo Schauspielschule in Köln. ...
El Potrillo Osnovni podaci Država Meksiko Savezna država Chiapas Opština Tuxtla Gutiérrez Stanovništvo Stanovništvo (2014.) 5[1] Geografija Koordinate 16°44′06″N 93°13′51″W / 16.735°N 93.23083°W / 16.735; -93.23083 Vremenska zona UTC-6, leti UTC-5 Nadmorska visina 708[1] m El PotrilloEl Potrillo na karti Meksika El Potrillo je naselje u Meksiku, u saveznoj državi Chiapas, u opštini Tuxtla Gutiérrez. Prema proceni iz 2014. god...
Zierikzee Entidad subnacional BanderaEscudo ZierikzeeLocalización de Zierikzee en Países Bajos ZierikzeeLocalización de Zierikzee en Zelanda Coordenadas 51°38′59″N 3°54′59″E / 51.6497, 3.9164Entidad Lugar con derechos de ciudad y privilegios, Villa, Lugar poblado cadastral en los Países Bajos y Municipio de los Países Bajos • País Países BajosSuperficie • Total 3,67 km² Altitud • Media 4 m s. n. m.Población&...