Kazbek Tuayev |
---|
"Bakı 2019: Ulduzlar Finalı" qarşılaşmasında Prezident İlham Əliyevlə görüş zamanı çəkilmiş foto[1] |
Tam adı |
Kazbek Əlirza oğlu Tuayev |
Doğum tarixi |
13 noyabr 1940(1940-11-13) (84 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı |
|
Boyu |
1.70 m |
Çəkisi |
67 kq |
Mövqeyi |
sağ cinah hücumçusu |
|
|
- ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
- ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
|
Vikianbarda əlaqəli mediafayllar |
Tuayev Kazbek Əlirza oğlu (13 noyabr 1940, Ələt) — sovet futbolçusu, sağ cinah hücumçusu, Azərbaycan futbol mütəxəssisi, SSRİ idman ustası (1963).
Kazbek Əlirza oğlu Tuayev Ələt qəsəbəsində anadan olmuşdur.
Xalq Təsərrüfatı və Bədən Tərbiyəsi institularını bitirmişdir.
"Neftçi" komandasının heyətində SSRİ çempionatının bürünc medalını qazanmış, adı 3 dəfə SSRİ-nin ən güclü 33 futbolçusunun siyahısına düşmüş, SSRİ milli komandasında çıxış etmiş, məşqçi karyerası ərzində klublarda və Azərbaycan milli komandasında müxtəlif uğurlu nəticələr qazanmış, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
4 dəfə dünyanın ən böyük ölkəsinin formasını geyinib. 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatına da yollanıb. Ancaq zədə ucbatından meydana çıxa bilməyib. Tuayev həm futbolçu, həm də məşqçi karyerasını demək olar ki, Azərbaycan futboluna həsr edib. Onun rəhbərliyi altında neçə-neçə oyunçu futbolun sirlərini öyrənib. Müstəqillik dövründə UEFA kubokunda Azərbaycanı ilk dəfə təmsil edən "Turan"ın baş məqşçisi Tuayev olub (1994-cü il). Azərbaycan klubları UEFA kubokunda ilk qələbəni də məhz onun rəhbərliyi altında qazanıb (Neftçi – Lokomotiv Sofiya 2:1). Elə milli komandamız da rəsmi oyunlarda ilk xallarını məhz Kazbek Tuayevin dövründə qazanıb:
Əfsanəvi qapıçı Lev Yaşin onun haqqında bu fikirləri səsləndirib: "Bir çox hücumçulara qarşı oynamışam. Ancaq ən çox ehtiyat etdiyim hücumçu Kazbek Tuayev olub. Onun meydanın hansı hissəsindən və nə vaxt topa zərbə endirəcəyini müəyyənləşdirmək çox çətin idi. Üstəlik, onun zərbəsindən sonra top da olduqca qəribə trayektoriya cızırdı".[2]
2002-ci ildən prezident təqaüdçüsüdür.[3]
İstinadlar
Azərbaycan milli futbol komandasının baş məşqçiləri |
---|
|