Spartak Moskva FK
Spartak Moskva — Rusiyanın paytaxtını təmsil edən futbol klubu və ölkənin ən məşhur klublarından biri. 12 dəfə SSRİ, 9 dəfə Rusiya çempionu, SSRİ Kubokunun 10 qat və Rusiya Kubokunun 3 qat qalibidir. Sovet dövründə "Xalq komandası" ləqəbinə sahib idi.
Tarixi
18 aprel 1922-ci ildə "Spartak"ın sələfi hesab edilən MKS klubu yaradılmışdır. 19 aprel 1935-ci il tarixində Ümumittifaq bədən tərbiyəsi soveti tərəfindən "Spartak" könüllü bədən tərbiyəsi cəmiyyətinin nizamnaməsi təsdiq edilmişdir. Həmin tarix klubun rəsmi yaranma tarixi hesab edilir. Klubun adı italyan yazıçısı Rafaello Covanyolinin Qədim Romada qullar üsyanından və onun rəhbərindən bəhs edən "Spartak" romanının adından götürülmüşdür.
Uğurları
- 6 dəfə Birlik Kubokunun qalibi - 1993, 1994, 1995, 1999, 2000, 2001
- 3 dəfə Birlik Kubokunun finalçısı - 1997, 1998, 2002
- 12 dəfə SSRİ çempionu - payız 1936, 1938, 1939, 1952, 1953, 1956, 1958, 1962, 1969, 1979, 1987, 1989
- 10 dəfə SSRİ Kubokunun qalibi - 1938, 1939, 1946, 1947, 1950, 1958, 1963, 1965, 1971, 1992
- 10 dəfə Rusiya çempionu - 1992, 1993, 1994, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2016/17
- 3 dəfə Rusiya Kubokunun qalibi - 1994, 1998, 2003
- 1 dəfə SSRİ Federasiya Kubokunun qalibi - 1987
Xarici keçidlər
|
---|
Mövsümlər | | |
---|
Qaliblər | |
---|
İştirakçı ölkələr | |
---|
|
|