Ərzəkənd — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.[2]
Tarixi
Rayon mərkəzindən 15 km şimal-qərbdə, Zəngi çayının sol qolu olan Dəllər çayının sağ
tərəfində, Güllü dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərzqan kimi [3], Qafqazın 5 verstlik xəritəsində Arzakənd[4], erməni mənbələrində Arzakan[5] formasında qeyd edilmişdir. Ərzəkənd kəndinin adı erməni dilinə uyğunlaşdırılaraq Arzakan//Ərzəkan adlandırılmışdır.
Toponim ərz və kənd sözlərindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-30 - cu illərdə İranın
Maku, Xoy, Türkiyənin Bayazed, Muş vilayətlərindən və habelə Tiflisdən köçürülmüşdür[5].
Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 239 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 255
nəfər, 1908-ci ildə 528 nəfər, 1914 - cü ildə 786 nəfər azərbaycanlı, 1916-cı ildə 1633 nəfər
azərbaycanlı və erməni yaşamışdır[6].
Kənddə 1831-ci ildə 33 nəfər
azərbaycanlı, 200 erməni, 1897-ci ildə 255 nəfər azərbaycanlı, 869 erməni, 6 kürd yaşadığı halda[7], «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğətində kənddə 1831 və 1897-ci illərdə yaşamış azərbaycanlılar ermənilərin tərkibində verilərək göstərilir ki, kənddə 1831-ci ildə 233, 1897-ci ildə 1179 erməni yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən
qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan
azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 16 nəfər
azərbaycanlı yaşamışdır[8].
1928-1930 - cu illərdə azərbaycanlılar zorla öz doğma kəndlərindən qouvulmuşlar. İndi yalnız ermənilər yaşayır.
İstinadlar
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.78
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.19
- ↑ 1 2 3 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.431
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 16-17, 106-107
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.16-17, 106-107
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.17, 107
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|