Özbəkistan (özb.Oʻzbekiston) və ya rəsmi adı ilə Özbəkistan Respublikası (özb.O‘zbekiston Respublikasi) — Mərkəzi Asiyada dövlət. Özbəkistan Mərkəzi Asiyanın mərkəzi hissəsində yerləşir. Şimalda Qazaxıstan, şimal-şərqdə Qırğızıstan, cənub-şərqdə Tacikistan, cənubda Əfqanıstan, cənub-qərbdə isə Türkmənistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Daşkənd şəhəri, ümumi sahəsi 448,978 kvadrat kilometr, əhalisinin sayı 35 milyon nəfərdən çoxdur. Əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yeri tutur. Özbəkistanın dənizə birbaşa çıxışı yoxdur və Lixtenşteynlə birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir.
Özbəkistan Respublikası Orta Asiyada, Əfqanıstanın quzeyində yerləşən müstəqil Türk dövlətidir. Altay dil qrupuna daxil olan müxtəlif Türk tayfalarının bu ərazidə (Amudərya və Sırdərya çayları arasında) məskunlaşması prosesi hələ qədim dövrlərdən başlanmışdır. E.ə 3-cü əsrdə bu əraziyə köç edən tayfalar arasında hunlar da olmuşdur. Hunlar daha sonra ərazilərini genişləndirərək cənuba və qərbə doğru hərəkət etmişlər. VIII əsrdə Ərəb xilafətininMavəraünnəhri (iki çay arasında Amudərya və Sırdərya çayları arasında yerləşən torpaq) işğal etməsindən sonra bu ərazi Xilafətin sosial və mədəni həyatında əsas rol oynayan regionlarından birinə çevrildi. Ərazidən keçən Böyük ipək yolu şərqlə-qərbi birləşdirir, cənubdan şimala, şimaldan cənuba gedən insanlar bu torpaqlardan keçməli olurdular. Bu bölgədə yerləşən Buxara, Səmərqənd və Kunya-Urgənc şəhərləri Hindistan, Çin, Misir, Bizans və slavyan ölkələrindən gələn karvan yollarının qovşağında yerləşirdilər. Xilafətin yaranması İslam dininin yayılması ilə nəticələndi. O dövrdən İslam bu regionda hökmran dinə çevrildi və buradakı mədəniyyətin əsasını təşkil etdi. 9-cu əsrin sonlarında region inkişaf etdi və paytaxtı Buxara olan Samani dövləti yarandı. Samanilər dövlətinin hökmran sülaləsi ərəb mənşəli olsa da, dövlət Türk dövləti idi. Bu dövlət 10-cu əsrin sonlarına qədər yaşadı. 10–12-ci əsrlər ərzində Xorasan və Mavəraünnəhr ərazisində Qaraxanilər, Qəznəvilər, Səlcuqlar, Xarəzmşahlar (Türk sülalələrinin hökmran olduğu Türk dövlətləri) dövlətləri mövcud olmuşdur. Ərazinin daimi müharibələrə məruz qalmasına baxmayaraq bu dövrdə mədəniyyət və elm yüksək səviyyədə inkişaf etmişdir. Siyasi cəhətdən müstəqil və muxtar dövlətlərin yaranması regionda iqtisadi və mədəni inkişafın güclənməsinə geniş imkanlar açmışdır. Bu dövr tarixdə "Şərqi İntibah Dövrü" kimi tanınır. Çünki, bu dövr İslam və Türk aləminə, Mahmud Kaşğari (XI əsrdə Orta Asiyanın ilk Türkşünas-ensiklopediyaçı alimi, coğrafiyaşünas və səyyahı), Əl Biruni (böyük ensiklopediyaçı alim, tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, minerologiya və başqa elm sahələrinə aid 150-dən çox əsərin müəllifi), İbn Sina (müsəlman dünyasının ən büyük təbibi), Xoca Əhməd Yasəvi (riyaziyyatçı, coğrafiyaşünas alim) kimi ayrı-ayrı elm və sənət sahəsinə yeniliklər gətirmiş bir çox insanları bəxş etmişdir.
Bu dövrlərdə həmçinin İsmailiyyə, Sufizm kimi yeni İslami hərəkatlar da meydana çıxmışdır. Buxara, Səmərqənd, Mərv, Urgənc və Xivə İslam Dünyasının mərkəzi şəhərlərinə çevrilmişdir. Memarlıq və incəsənət sürətlə inkişaf edirdi. XI əsrin əvvəllərində Xarəzmşah Məmunun rəhbərliyi altında Xarəzmdə Şərq alimlərinin əsas elmi mərkəzi olan yeni araşdırma mərkəzi yaradılmışdır. Bu mərkəz sonradan Xarəzmşaha həsr olunmuş və Mərkəzi Asiyanın ilk Akademiyası adlanmışdır. Ərəb istilasından sonra ərazi ardıcıl olaraq müxtəli Türk dövlətlərinin – Çingiz Ulusunun, Qızıl Orda Dövlətinin və Teymurilər imperiyasının ərazisinə daxil olmuşdur. Bu sürətli inkişaf XIII əsrin əvvəllərində zəifləməyə başlamışdır. Burada olan bütün şəhərlər, suvarma sistemləri, mədəniyyət mərkəzləri dağılıb sıradan çıxmışdır, lakin Əmir Teymurun və onun varislərinin hakimiyyəti dövründə ərazinin siyasi, iqtisadi və mədəni inkişafına səmərəli şərait yaranmışdır. Teymurun hakimiyyəti dövründə dövlət idatəetməsi onun əsas prinsiplərini əks etdirən "Teymur Qanunnaməsi" adlanan qanun əsasında həyata keçirilirdi. Teymurun ölümündən sonra onun varisləri daha cöx incəsənətin, elmin və mədəniyyətin inkişafına diqqət ayırmışdılar. Xüsusilə Uluq bəyin, Şahrux və Hüseyn Bəyqaranın dövrlərində mədəniyyətin inkişafı öz zirvəsinə çatdı. Mavəraünnəhr və Xorasan nəinki Şərqdə eləcə də bütün Avropada tanındı. Bu dövr Mərkəzi Asiyanın ikinci "İntibah Dövrü" idi. Böyük filosoflar Əlişir Nəvai, Uluqbəy, Xocazadə Rumi, Əli Quşçu, Mirşərif Gürcani, Xoca Əkrar, Litufi, Xondəmir, Babur və bir çox digər məşhurlar məhz bu dövrdə yaşamışlar. Əlişir Nəvai XV əsrdə yaşamış və şah əsərlər yaratmış, yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuş bir şəxsiyyətdir. O, həmçinin yaxşı bir dövlət xadimi, zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri kimi tanınmışdır. Ancaq onun əsas böyük xidməti "Türklük" və "Türk dilçiliyi" sahəsində olmuşdur. Teymurilərdən olan Uluqbəy Səmərqənddəki elmi mərkəzin tikilməsinə şəxsən məsul olmuş və bu mərkəz hal-hazırda Uluqbəy Akademiyası adlanır. Bu dövr həmçinin memarlıq abidələrinin yaranması, özbək şerinin sürətli inkişafı, miniatür sənətinin, əlyazmaların, astronomiyanın, riyaziyyatın, tarixin və tibbin geniş inkişafı dövrü kimi tanınır, lakin XV əsrin sonu XVI əsrin əvvəllərində tez-tez baş verən daxili çəkişmələr Teymurilər dövlətinin məhvini labüd etdi, lakin bu yalnız dövlətin məhvi idi. Belə ki, XVII əsrin əvvəllərində Teymur nəslindən olan Fərqanə hakimi Babur Hindistanı işğal etdi və yeni qurduğu dövləti Böyük Babur İmperiyası adlandırdı. İngilislər gələnə qədər Hindistanı məhz Teymurilər idarə etdi. XVII əsrdən etibarən Mavəraünnəhr dərin sosial və iqtisadi çöküşə məruz qaldı. XIX əsrdə Məhəmməd Rəhim xan Xarəzimdə tarixin və ədəbiyyatın inkişafına böyük diqqət vermişdir. Munis, Komil Xarəzimi, Ağai, Bəyani bu dövrün yetirmələrindəndir. XIX əsrin ikinci yarısında Türküstan həyatı çətin sosial, iqtisadi və siyasi hadisələrlə zəngindir. XIX əsrin sonlarında isə Özbəkistan ayrı-ayrı xanlıqlara parçalanmış şəkildə Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Ümumiyyətlə Mərkəzi Asiya torpaqlarının Rusiya imperiyası tərəfindən işğalı 3 mərhələdə həyata keçirilmişdir. Birinci mərhələ 1864–1865-ci illəri əhatə edir və bu dövrdə Kokand xanlığının çox hissəsi işğal edilmişdir. 1866–1873-cü illəri əhatə edən ikinci mərhələdə Buxara və Xivə xanlıqları tabe edilmişdir. 1869–1884-cü illərdə isə Türkmənistanın işğalı başa çatdırılmışdır. Bu ərazidə yaşayan Türklərə özbək adı ilk dəfə 1313–1342-ci illərdə Qızıl Orda dövəltinin hökmdarı olmuş Qiyasəddin Məhəmməd Özbək Xan tərəfindən verilmişdir. Özbək Türkləri İslamı məhz Qızıl Orda dövlətinin mövcud olduğu dövrdə qəbul etmişlər. Belə ki, müsəlman ölkələri ilə olan geniş iqtisadi və siyasi əlaqələr İslamın zadəganlar və xalq kütlələri arasında geniş yayılmasına əlverişli imkan yaratmışdır. Batı xanın qardaşı Bərkə xan müsəlmanlığı qəbul etsə də, İslam məhz Özbək xanın hakimiyyəti dövründə Qızıl Ordanın rəsmi dini elan olunmuşdur. Əmir Teymurun ölümündən sonra zəifləyən Teymur imperiyasının torpaqlarının Aral gölü və Seyhun çayının qüzeyindəki bölgələrində dağınıq yaşayan, sonralar Şeybanilər kimi tanınan özbəklər Əbül Hayır xanın rəhbərliyi altında birləşmişlər. Əbül Hayır xan 1428-ci ildə Turada (hazırkı Tobolsk) taxta çıxmış və 40 il hökmranlıq etmişdir. Əbül Hayır xan Çingiz xanın oğlu Cuçinin beşinci oğlu və Batı xanın qardaşı olan Şeybanın sülaləsindən idi. Şeybani xanlığı (Özbək xanlığı) 1468-də Teymurilər tərəfinfən ləğv edilmiş və 1500-cü ildə Məhəmməd Şeybani xan tərəfindən (1451–1510) yenidən qurulmuşdur. Əbül Hayır qısa müddətdə qüvvətlənərək ətrafdakı digər boyları da hakimiyyəti altında birləşdirmiş, Ceyhun çayı sahilindəki Sığnak, Arkuk, Suzak və Özkənt şəhərlərini ələ keçirmiş, Sığnağı paytaxt elan etdimişdir. 1561-də isə xanlığın paytaxtı Buxaraya köçürülmüşdür. Kalmıklar üzərinə yürüşün məğlubiyyətlə nəticələnməsindən sonra Kanay və Canıbəy adlı başbuğlar bəzi tərəfdarları ilə birlikdə Cığatay xanının himayəsinə sığınmış və sonralar bölgədən ayrılan bu özbəklərə Qazax və ya Qırğız Qazaxları adı verilmişdir. 1599-cu ildə Şeybanilər xanlığı əslən Həştərxan xanlığından olan Can Xanın oğulları Din Məhəmməd, Baki Məhəmməd və Vali Məhəmməd tərfindən son qoyulmuş və ərazisi Həştərxan xanlığına (Canoğulları xanədanı) birləşdirilmişdir.
Şeybanilər dövlətinin süqutundan sonra onun yerləşdiyi ərazidə müxtəlif vaxtlarda üç əsas xanlıq – Buxara, Xivə və Kokand xanlıqları yarandı və bu xanlıqlar XIX əsrin əvvəllərinə qədər mövcud oldu. Buxara xanlığı 185 illik (1599–1785) mövcudiyyəti müddətində fəth siyasəti həyata keçirməyib, yalnız öz müstəqilliyini qorumaqla məşğul olmuşdur. Şəhər 1740-cı ildə Nadir şah Əfşar tərəfindən işğal olunmuşdur. Onun ölümündən sonra Buxara özbək əmiri Xudayar bəyin idarəçiliyi altına keçmiş və 1785-ci ilədək mövcud olmuşdur. Əsası Mangird sülaləsindən olan Şah Murad tərəfindən qoyulmuş və 1785-ci ildən Buxara əmirliyi adlanan dövlət 1920-ci ilədək mövcud olmuşdur. Mangirdlər sarayda atabəylik və vəzirlik vəzifəsini tuturdular.
Coğrafiyası
Ökənin ərazisi 448.900 km²-dir, onun 426.800 km²-i quru, 22.000 km²-i isə su sahəsidir. Özbəkistan əsasən Turan ovalığında yerləşir. Amudərya və Sırdərya çayları arasındakı geniş Qızılqum səhrası ərazinin daha çox hissəsini tutur. Ümumiyyətlə, ərazisinin 70%-i səhra və yarımsəhralardan ibarətdir. Respublika ərazisinin qalan hissəsini dağarası vadilər (Fərqanə, Çirçik) və onları əhatə edən dağlar (Tyanşan, Pamir, Altay) əhatə edir. Öz mənbəyini dağlardakı buzlaqlardan götürən, hətta yayın istisində belə öz suyunu azaltmayan Amudərya və Sırdərya kimi çaylar onun təbiətində və təsərrüfatında mühüm rol oynayır. Çaylardan suvarma məqsədilə geniş istifadə olunur. Çay sularının çox hissəsinin suvarma üçün işlədilməsi, gübrələrdən geniş istifadə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Aral gölündə baş verən fəlakət buna misal ola bilər. Aral gölü indi tamam yox olmaq təhlükəsi qarşısındadır. Bu, Özbəkistanda təbiəti mühafizə tədbirlərinin gücləndirilməsini, bu məsələyə daha ciddi və hərtərəfli yanaşmağı tələb edir.
Su anbarlarından Çarvax, Gurxan və Çimkurqanı göstərmək olar.
Faydalı qazıntıları
Özbəkistanda 100 növdən artıq mineral ehtiyat var. Orta Asiyanın digər ölkələrindən fərqli olaraq Özbəkistanın əsas yanacaq ehtiyatı zəifdir. Kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur. Təbii qaz əsas yanacaq-energetika sərvətidir. 2005-ci ildə ölkə ərazisində 130-dan çox qaz yatağı aşkar edilmişdir. Sənaye əhəmiyyətli ehtiyatının ümumi həcmi 3 trilyon kub metr hesablanmışdır. Qaz ehtiyatlarının 90%-i Buxara-Xivə bölgəsində cəmlənib.
Qızıl ehtiyatına görə dünyada 5-ci yeri tutur. 30-dan çox qızıl yatağında birlikdə təqribən 4000 ton qızıl ehtiyatı var. Qızıl hasilatının mərkəzi Muruntau rayonudur. Bundan başqa Daşkənd, Cizzəx və Nəməngan vilayətlərində qızıl yataqları yerləşir.
Özbəkistanda uran ehtiyatı da çoxdur. Radioaktiv metalların ehtiyatına görə dünyada 7-ci yeri tutur. Kəşf olunmuş ehtiyatı isə 55 min tondur. İnqiçki (Səmərqənd vilayəti) və Koytaşada (Cizzəx vilayəti) isə volfram yataqları ilə zəngindir.
Qaraqalpaqıstan Özbəkistanın tərkibində muxtar respublikadır. Muxtar respublika kimi 14 oktyabr 1924-cü ildə yaradılmışdır. Qaraqalpaqıstan müxtəlif vaxtlarda Qazaxıstan və Rusiyanın tərkibində olmuşdur. 5 dekabr 1936-cı ildən isə Özbəkistanın tərkibinə qatılmışdır. Paytaxtı Nukus şəhəri, ümumi sahəsi 166,600 kvadrat kilometrdir.
Özbəkistan insan məşkunlaşmasının ən qədim yerlərindən biridir. Burada daş dövründən qalmış insan məskənlərinin izləri tapılmışdır. Özbək millətinin əsasını oturaq, köçəri və yarımköçəri əhalidən ibarət türk qəbilələri təşkil edir. Etnik tərkibinə görə əhalinin çoxu özbəklərdir(80%). Bundan başqa burda ruslar, ukraynalılar, qarqalpaqlar, azərbaycanlılar, tatarlar, qazaxlar, taciklər, koreyalılar, qırğızlar və digər millətlərin nümayəndələri yaşayırlar. Ölkə əhalisinin çox hissəsi (60%) kənd yerlərində yaşayır. Demoqrafik artım ildə hər 1000 nəfərə 23 nəfərdir.
Özbəkistan Mərkəzi Asiya ölkələri arasında ən sıx məskunlaşan ölkədir. Burada 1 km²-ə 60 nəfər düşür. Ancaq ərazi üzrə məskunlaşma qeyri-bərabərdir. Əhalinin çoxu dağətəyi ərazilərdə, vahələrdə və çay vadilərində yaşayır. Vahələrdə əhalinin sıxlığı 1 km²-də 65–100 nəfərdir. Dağlarda və səhralarda məşkunlaşma çox seyrəkdir.
Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Onun misilsiz musiqisi, rəsmləri, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdur. Bu musiqilər müxtəlif janr və mövzularla xarakterizə olunur. Özbək klassik musiqisi şaşməqam adlanır. Bu muğam 16-cı əsrin sonlarında Buxarada formalaşmışdır. XX əsrin 50-ci illərindən başlayaraq burada klassik musiqilərin ifası radiolarda qadağan edilmiş, adları dəyişdirilərik "feodal musiqisi" adlandırılmışdır. Şaşməqam Azərbaycan və Uyğur muğamları ilə yaxındır. Bu ad tərcümədə altı muğam deməkdir və musiqinin strukturu ilə əlaqəlidir. Şaşməqam müxtəlif bölmələrdən ibarətdir. "Koşk" adlanan xalq musiqisi də Özbək xalqının milli-mənəvi dəyərlərindəndir. Bu mahnılar "ev nəğmələri" adlanır. Bu melodiya janrı komik rəqslərlə də müşahidə olunur. Mahnının mətnlərini Şərqin milli poemalarının hissələri təşkil edir. Lapar – dialoq (deyişmə) musiqidir və Özbəkistanın digər milli musiqi növüdür. Ölkənin bəzi yerlərində lapar "Ulan" adlanır və toy mərasimlərində istifadə olunur (burada o qadının və kişinin dialoqu kimi ifa edilir). Yallı rəqsinin Özbəkistanda iki növü tanınır. Klassik və xalq musiqisi ilə yanaşı Özbəkistanda populyar musiqi də inkişaf etməkdədir.
Özbəkistan ərazisi mədəni abidələrlə olduqca zəngindir. Xüsusilə şəhəri və bu şəhərləri bəzəyən tarixi və memarlıq abidələri özbək mədəniyyətinin ayrılmaz hissələridir. Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbz – bunlar Özbəkistanın ən mühüm şəhərlərindəndir. Səmərqənd şəhəri Zərəfşan çayı vadisində yerləşir və Özbəkistanın ikinci böyük şəhəridir. Onun yaşı Babil və Roma şəhərlərinin yaşı ilə müqayisə oluna bilər. Bəzi mənbələr onun yaşının 2500 il olduğunu göstərir. Bu şəhəri şairlər və tarixçilər "Şərqin Roma"sı, "Göylər altında olan ən gözəl şəhər", "Şərq İslamının mirvarisi" adlandırmışlar. Bibi Xanım Məscidi, Reqistan meydanı, Qur-Əmir movzoleyi şəhərin ən möhtəşəm memarlıq abidələrindəndir. Movzeleydə Əmir Teymurdan və Məhəmməd Sultandan başqa, Uluqbəy, Miranşah, Şahrux xan və Əmir Teymurun mənəvi müəllimi Mir Səid Baraka da dəfn olunmuşlar. Uluq bəyin hakimiyyəti dövründə Əmir Teymurun qəbrinin üzəri tünd yaşıl rəngli hade (jade-metamorfik, bəzək daş) daşı ilə örtülmüşdür. Teymurun qəbrini iki dəfə açmağa cəhd olunmuşdur. Birinci dəfə bu cəhdi 1740-cı ildə Nadir şah Əfşar, ikinci dəfə isə 1941-ci ildə sovet arxeoloqları tərəfindən edilmişdir. Sonuncular tərəfindən qəbir dağıdılmışdır. Qeyd edək ki, Teymurun qəbri ilə yanaşı, Uluqbəyin də qəbri açılmışdır və onların skletləri 1942-ci ilin noyabırında Stalinqrad döyüşləri başlayarkən təkrar həmin yerdə dəfn edilmişdir. Bibi Xanım məscidi təkcə Səmərqəndin və Özbəkistanın deyil bütün İslam Türküstanının tanınmış tarixi məscididir. Məscidin tikintisinə 1399-cu ildə Teymur Hindistan yürüşlərindən qayıtdıqdan sonra başlamış və 1404-cü ildə bitmişdir. Məscid-sarayın həyətində böyük mərmər Quran yerləşir. Səmərqəndin digər möcüzəsi olan Registan kompleksi şəhərin ürəyi sayılır. Burada üç mədrəsə Uluq Bəy mədrəsəsi (1417–1420), Şer-Dor Bəy mədrəsəsi (1619–1636), Tilya-Kori Bəy mədrəsəsi (1646–1660) yerləşir.
Görməli yerlər
Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şaxi Zinda məqbərəsi, əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir movzoleyi, Ağ-Saray, Reqistan meydanının adını çəkmək olar. Təkcə Orta Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-cı ildə YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.[8]
Ənənələr
Özbəklərə məxsus əsas xüsusiyyətlərdən biri qonaqpərvərlikdir. Burada qonaq qarşılamaq süfrənin zənginliyi və ailədəki çatışmazlıqlardan öndə durur. Nahar və ya şam yeməyinə dəvətdən imtina etmək düzgün sayılmır, qonaq üçünsə ən əsası dəqiqlikdir. Qonaq gedərkən suvenir və uşaqlar üçün şirniyyat aparmaq arzu olunandır. Hörmətli qonaqları ev sahibləri həyətdə qarşılayıb hal-əhval tutduqdan sonra evə dəvət edirlər. Süfrəyə ilk öncə şirniyyat, sonra isə ağır yeməklər verilir. Ümumiyyətlə, özbəklərdə çayiçmə xüsusi mərasim hesab olunur. Onu kişilər dəmləyib piyalələrdə süfrəyə verirlər. Əgər qonaq ev sahibinin sevimlisidirsə, onun piyaləsinə çay az süzülür. Bu, qonaqla ev sahibi arasındakı qarşılıqlı hörmətlə izah olunur. Belə ki çayını içən adam yenidən ona çay süzülməsini xahiş edir və beləliklə bu hal bir neçə dəfə təkrarlanır. Çağrılmamış qonaqlara isə çayla dolu piyalə verilir.[8]
Özbəkistan Respublikasının Konstitusiyası
Özbəkistan Respublikasının Konstitusiyası 1992-ci il dekabırın 8-i Özbəkistan Ali Şurasının XII sessiyasının XI çağırışında qəbul olundu. Konstitusiya preambuladan, 6 bölmə, 26 fəsil və 128 maddədən ibarətdir. Birinci bölmə Konstitusiyanın təməl prinsiplərini, ikinci bölmə insan və vətəndaşların əsas hüquq, azadlıq və vəzifələrinin təminatını, üçüncü bömə dövlətin iqtisasdi və sosial əsaslarını, dördüncü bölmə idarəetməni, ərazi və dövlət stukturunu müəyyən edir, sonuncu bölmə isə Konstitusiyaya düzəlişlərin qaydasını ifadə edir. Qeyd etmək lazımdır ki, Konstitusiyanın 128 maddəsindən 60-ı özbək xalqının və vətəndaşlarının hüquqi statusna həsr edilib. Konstitusiyanın qəbul edildiyi gün – 8 dekabr ölkədə Konstitutsiya günü kimi qeyd edilir.
↑Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1989 года.: Национальный состав населения по республикам СССР :Узбекская ССРArxivləşdirilib 2012-01-06 at the Wayback Machine--Источник: Рабочий архив Госкостата России.Таблица 9с. Распределение населения по национальности и родному языку.
عمل الأطفال في باكستان هي عملية توظيف الأطفال للعمل في باكستان مما يسبب لهؤلاء الأطفال أضرارًا نفسية وجسدية ومعنوية واجتماعية.[1] قدرت لجنة حقوق الإنسان الباكستانية أنه في التسعينيات كان هناك 11 مليون طفل يعملون في البلاد، نصفهم دون سن العاشرة. في عام 1996 كان متوسط عمر الط
Rising Sun Plaats in de Verenigde Staten Vlag van Verenigde Staten Locatie van Rising Sun in Maryland Locatie van Maryland in de VS Situering County Cecil County Type plaats Town Staat Maryland Coördinaten 39° 42′ NB, 76° 4′ WL Algemeen Oppervlakte 2,4 km² - land 2,4 km² - water 0,0 km² Inwoners (2006) 1.815 Hoogte 109 m Overig ZIP-code(s) 21911 FIPS-code 66275 Portaal Verenigde Staten Rising Sun is een plaats (town) in de Amerikaanse staat Maryland, en valt bes...
يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (نوفمبر 2019) الدوري الإيطالي الدرجة الثانية 1982–83 تفاصيل الموسم الدوري الإيطالي الدرجة الثانية النسخة 51 البلد إ
Chaouia-Region, Marokko Landschaft in der Chaouia Die Chaouia ist eine historisch bedeutsame Stammesregion in der Region Casablanca-Settat im Westen Marokkos. Das Wort stammt aus der regionalen Berbersprache: chaoui bedeutet so viel wie „Viehzüchter“. Inhaltsverzeichnis 1 Lage 2 Bevölkerung 3 Wirtschaft 4 Geschichte 5 Weblinks 6 Einzelnachweise Lage Das Gebiet der Chaouia (arabisch الشاوية, DMG aš-Šāwiya) erstreckt sich von der Atlantikküste bei Casablanca und Mohammedia ...
9737 ДудароваВідкриттяВідкривач Карачкіна Людмила ГеоргіївнаМісце відкриття КрАОДата відкриття 29 вересня 1986ПозначенняНазвана на честь Дударова Вероніка БорисівнаТимчасові позначення 1986 SC2 1982 QB2 1986 RJ17Категорія малої планети Астероїд головного поясуОрбітальні характе...
1955 Italian filmToto in HellDirected byCamillo MastrocinqueWritten byVittorio Metz Lucio Fulci Francesco Nelli Mario Mangini Italo Di Tuddo Totò Camillo MastrocinqueStarringTotòCinematographyAldo TontiMusic byPippo BarzizzaRelease date1955Running time88 minCountryItalyLanguageItalian Toto in Hell (Italian: Totò all'inferno) is a 1955 Italian fantasy-comedy film directed by Camillo Mastrocinque.[1] Italian cult horror film director Lucio Fulci co-wrote the screenplay. Plot Antonio ...
Artikel ini tidak memiliki referensi atau sumber tepercaya sehingga isinya tidak bisa dipastikan. Tolong bantu perbaiki artikel ini dengan menambahkan referensi yang layak. Tulisan tanpa sumber dapat dipertanyakan dan dihapus sewaktu-waktu.Cari sumber: Rede Tupi – berita · surat kabar · buku · cendekiawan · JSTOR Rede Tupi de TelevisãoJenisBroadcast television networkMerekRede TupiNegaraBrasilJangkauanBrasilDidirikan18 September 1950; 73 tahun lalu...
30°12′00″N 53°10′46″E / 30.20000°N 53.17944°E / 30.20000; 53.17944 باسارغاد موقع اليونيسكو للتراث العالمي الدولة إيران النوع ثقافي المعايير i, ii, iii, iv رقم التعريف 1106 المنطقة آسيا وأستراليا ** الإحداثيات 30°12′00″N 53°10′46″E / 30.2°N 53.179444444444°E / 30.2; 53.179444444444 تاريخ الا...
Reserva Comunal Amarakaeri Categoría UICN VI (área protegidade recursos gestionados) SituaciónPaís Perú PerúDivisión Madre de DiosSubdivisión Provincia de ManuCoordenadas 12°48′57″S 70°59′33″O / -12.815787, -70.992366Datos generalesFecha de creación 9 de mayo de 2002Legislación Decreto Supremo N° 031-2002-AGSuperficie 498,88 ha Reserva Comunal Amarakaeri Ubicación en Perú.[editar datos en Wikidata] Este artículo o sección tiene refe...
Горан Ловре Особисті дані Народження 23 березня 1982(1982-03-23) (41 рік) Загреб, Югославія Зріст 192 см Вага 83 кг Громадянство СРЮ Сербія і Чорногорія Сербія Позиція півзахисник Номер 21 Юнацькі клуби 1991-19981998-2001 «Партизан» «Андерлехт» Професіональні клуби* Роки...
Zie Ezechiël (boek) voor het gelijknamige Bijbelboek van deze profeet De profeet Ezechiël Ezechiël (Hebreeuws: יְחֶזְקֵאל, Jêchezqeel, sterk is God of hij zal door God versterkt worden) is een van de grote profeten uit de Hebreeuwse Bijbel. Volgens de traditie schreef hij het Bijbelboek Ezechiël in Babylonische ballingschap. Leven Ezechiël was de zoon van een Joodse priester[1] en behoorde bij de eerste groep Israëlieten die Nebukadnezar II in 597 v.Chr. naar Babylon ...
Constitución Política de la República de Costa Rica Sala ConstitucionalTipo de texto Constitución PolíticaAutor(es) Asamblea Nacional Constituyente de 1949Ratificación 7 de noviembre de 1949Promulgación 8 de noviembre de 1949Ubicación San José, Costa Rica[editar datos en Wikidata] La Constitución Política de Costa Rica de 1949 es la ley fundamental vigente en Costa Rica y fue aprobada el 7 de noviembre de 1949, como un nuevo proyecto de la Segunda República, generada por...
Historical theme park in France This article contains content that is written like an advertisement. Please help improve it by removing promotional content and inappropriate external links, and by adding encyclopedic content written from a neutral point of view. (July 2022) (Learn how and when to remove this template message) Le Puy du FouLe Secret de la LanceLocationLes Epesses, Vendée, FranceCoordinates46°53′36″N 0°55′55″W / 46.893340°N 0.932068°W / 46.8...
Artikel ini tidak memiliki referensi atau sumber tepercaya sehingga isinya tidak bisa dipastikan. Tolong bantu perbaiki artikel ini dengan menambahkan referensi yang layak. Tulisan tanpa sumber dapat dipertanyakan dan dihapus sewaktu-waktu.Cari sumber: Gunem, Gunem, Rembang – berita · surat kabar · buku · cendekiawan · JSTOR GunemDesaNegara IndonesiaProvinsiJawa TengahKabupatenRembangKecamatanGunemKode pos59263Kode Kemendagri33.17.03.2008 Luas... ...
Unincorporated community in California, United States This article relies largely or entirely on a single source. Relevant discussion may be found on the talk page. Please help improve this article by introducing citations to additional sources.Find sources: Yokohl Valley, California – news · newspapers · books · scholar · JSTOR (April 2021) 36°17′24″N 119°04′12″W / 36.29000°N 119.07000°W / 36.29000; -119.07000 Uninc...
Town in Massachusetts, United States Town in Massachusetts, United StatesStow, MassachusettsTownTown center of Stow SealMotto(s): A place for growing up in and a place for coming back toLocation of Stow in Middlesex County, MassachusettsCoordinates: 42°26′13″N 71°30′22″W / 42.43694°N 71.50611°W / 42.43694; -71.50611CountryUnited StatesStateMassachusettsCountyMiddlesexSettledc. 1660Established1669IncorporatedMay 16, 1683Government • Ty...
2015 studio album by Lanterns on the LakeBeingsStudio album by Lanterns on the LakeReleased25 November 2015 (2015-11-25) (UK)RecordedNewcastle Upon TyneGenreIndieLength41:06LabelBella UnionProducerPaul GregoryLanterns on the Lake chronology Until The Colours Run(2013) Beings(2015) Live With Royal Northern Sinfonia(2017) Professional ratingsAggregate scoresSourceRatingMetacritic79/100[1]Review scoresSourceRatingAllMusic[2]DIY[3]Drowned in Sound8/...
Aleksandar Karađorđević Aleksandar Karađorđević (bahasa Serbia: Александар Карађорђевић; 11 Oktober 1806 – 3 Mei 1885) merupakan pangeran Serbia antara 1842 dan 1858. Ia berasal dari Dinasti Karađorđević. Dia adalah putra bungsu Đorđe Petrović dan Jelena Jovanović lahir di Topola pada 11 Oktober 1806. Ia dididik di Khotyn, Bessarabia (Rusia), di bawah perlindungan Tsar Rusia. Pada 1 Juni 1830 di Hotin, Bessarabia, ia menikahi Persida Nenadović (15 Feb...
沖縄プレート(フランス語) 沖縄プレート(英:Okinawa Plate)は、台湾の北端から九州の南端にわたって存在する細長いプレート。東側のフィリピン海プレートとの間に琉球海溝が存在する。沖縄プレートは、背弧海盆である沖縄トラフによってユーラシアプレート(揚子江プレート)から切り離されている。 参考文献 Bird, P. (2003) An updated digital model of plate boundaries, Geochemistr...