Kumul xanlığı — (uyğ. قۇمۇل خانلىقى) Hamian çökəkliyində yerləşən feodal türk dövləti (Monqolustanın Xoşun ərazisi daxil[1]). Kumul xanları Çağatay ulusu xanlarının birbaşa nəslindən idilər. 1696-cı ildə Sin dövlətinin asıllığını qəbul etmişdilər. 1930-cu ildə Çin Respublikasının Sintszyan vilayətinin qubernatoru Tsin Şujen tərəfindən ləğv edilmişdir. Müsir dövrdə xanlıq indiki Sincanın Hami vilayətinin ərazisini əhatə edirdi.
Min İmparatorluğu turfanlar və Min arasındakı qarşıdurmada böyük rol oynayan Kumul Xanlığı ilə (başqa adı Kara-Del) xərac vernə səviyyəsində münasibətlər qurmuşdu. Xanlıq Minə xərac verirdi. Səid Babanın xan olduğu vaxt Kumul Xanlığı 1646-cı ildə Sin sülaləsinin Min sülaləsinə qarşı üsyanı zamanı Min sülaləsi dəstəkləyən çinli müsəlmanlara kömək göstərirdi. Min tərəfdarlarının məğlubiyyətindən və Kumul şahzadəsi Turumtainin döyüşlərdə Sin qoşunu tərəfindən öldürüldüyündən sonra Kumul xanlığı Sin sülaləsinin hakimiyyətini qəbul etdi.
1647-ci ildən başlayaraq Kumul xanları Sin sülaləsinə tabe oldular və xərac verməyə başladılar. 1696-cı ildə Oryat-Mancur müharibəsi zamanı Min sülaləsinin vassalı kimi müharibəyə quşulduğundan Abdulla bəyə "Yasak Tarxan" titulu verildi.[2][3][4]
Xanlıq Min sülaləsi uğrunda Cunqarlarla vuruşurdu. Sincan 1884-cü ildə Dunqan üsyanından sonra bir əyalətə çevrildikdə də Kumul vassal xanlıq olmağa davam edirdi.[5].
Xanlar həmçinin Sin imperatorundan Qinvanq ("birinci dərəcəli şahzadə") titulunu da almışdılar. Xanlar Sin sarayından edam qərarları istisna olmaqla, geniş səlahiyyətlər əldə etmişdilər. Edam qərarını yalnız Kumulda oturan çinli məmuru verə bilərdi.[6][7] Xanlar rəsmi olaraq Çin imperatorunun vassalı idi və hər altı ildən bir imperatora şəxsən qulluq etmək üçün Pekinə getməli idilər.[8][9]
Xanlıq Kumul knyazlığı olaraq da bilinirdi. Çinlilər isə onu Hami adlandırırdılar.[10] Xanlar İmperator sarayı və Çin məmurları ilə dostluq münasibəti saxlayırdılar.[11]
Məhəmməd Xan və onun xələfi olan Şah Maqsud təbələri üzərinə ağır vergilər qoyur və məcburi əməyə cəlb edirdilər. Bu da 1907-ci və 1912-ci illərdə onların hakimiyyətinə qarşı iki üsyana gətirib çıxarmışdı.[12]
Xana dövlətin idarə edilməsində vəzir kömək edirdi. Son xan Şah Maqsud Hami knyazı Yulbars Xanı baş vəzir təyin etmişdi.[13].
Xan Urumçidə olan Sincan hökumətinə xərac verirdi.[14]. Sincanda oturan Sin valisi Yanq Zenqxin ruhən monarxist idi və xanlığın işlərinə qarışmırdı. Buna görə də Xan Şah Maqsudla mehriban münasibətlər saxlayırdı. Uyğurları üsyan etməkdən çəkindirən xanlığın mövcudluğu idi. Belə ki, xanlıq hökuməti özlüyündə onlarla eyni milliyyətə və dinə malik idi. Xanlığın ləğvi isə qanlı üsyana gətirib çıxardı.[15]. 1930-cu ildə Xan Şah Maqsudun ölümündən sonra Jin Şuren xanlığı Hami, İe və Yivu inzibati bölgəsi olmaqla, üç əyalətə böldü. Ləğv edilmiş xanlığın ərazisində yeni vergilər tətbiq edildi və çinli idarəedicilər təyin edildi. Vergi toplayanlar, nəzarətin olmamasından istifadə edərək, rəsmi vergilərlə yanaşı, kəndliləri tamamilə müflis etməyə çatdıran qeyri-qanuni pul tələb etməyə başladılar. Yanq Zenqxinq dövründə buraya gətirilən qoşunlar, təchizatın zəif təmin edilməsi səbəbindən yerli əhalini qarət edərək özlərini təmin etməyə başladılar. Qansu qaçqınlarına yerli uyğur kəndlilərinin hesabına torpaq ayrıldı.[16] Həm xanlığın ləğvi həm də bütün bunlar Kumul üsyanına səbəb oldu və bu müddət ərzində Yulbars Xan Nasiri varis kimi taxta qaytarmağa çalışdı.[17]. Üsyançılar əvvəl müvəfəqiyyət qazanıb Bəşirin oğlu Nasiri xan elan etsələrdə, məğlub oldular. Sonuncu xan Nasir isə həbs edilərək zindana atıldı. O, 1949-cu ildə həbsxanada öldü.
Kumul Xanlığını xan idarə edirdi. Onlar hakimiyyətə irsən yiyələnirdilər. Kumula rəhbərlik edən xanların siyahısı aşağıdakı kimidir:[18]