Xurama kəndi Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycanın Xurama kəndindən köçüb gəlmiş ailələr salmış və köhnə yaşayış məntəqəsinin adını da buraya vermişlər. Azərbaycan dilinin qərb qrupu dialektlərində xıram "qumlu yer" mənasında işlənir. Oykonimin həmin sözlə bağlılığı güman edilir.[2]