Turabad — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd Oxçuçay çayının sağ sahilində, Zəngilanın cənub-şərqində və Mincivanın şimalında, dəniz səviyyəsindən 409 metr yüksəklikdə yerləşir.
Kəndin tanınmış nümayəndələrindən biri hərbi pilot və Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əsədovdur.
Tarixi
1921-ci il Azərbaycan Kənd Təsərrüfatı Siyahıyaalınmasının nəticələrinə əsasən, Azərbaycan SSR-in Qubadlı rayonuna daxil olan Turabad və Babayıqlı kəndlərində 153 nəfər (44 təsərrüfat) yaşayırdı və əhalinin əksəriyyəti Azərbaycan türklərindən ibarət idi.[2]
1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Turabad kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və tamamilə dağıdılmışdır.[3]
2020-ci il 21 oktyabr tarixində İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev Turabad kəndinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini elan etmişdir.[4]
Tanınmış şəxsiyyətlər
İstinadlar
Xarici keçidlər
|
---|
Şəhərlər | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | Bərpa edilmiş | |
---|
Məhv edilmiş | |
---|
Ləğv olunmuş | |
---|
|
---|