Bu adın digər istifadə formaları üçün bax:
Bartaz.
Bartaz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd.[1]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[2]
Haqqında
Kənd çayının sol sahilində, Zəngilan şəhərindən 34 km cənub-qərbdə yerləşir.[3][4] Mehri silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Yaşayış məntəqəsi vaxtilə Ordubad və Samux rayonlarından gəlmiş ailələrin Pəri Bartaz adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır.[5][6]
1921-ci il Azərbaycan Kənd Təsərrüfatı Siyahıyaalmasının nəticələrinə görə, Azərbaycan SSR-in Qubadlı rayonunun Ordaklı kənd dairəsinin Bartaz kəndində 581 nəfər (175 təsərrüfat) əhali var idi, əsas milliyyət isə Azərbaycan türkləri idi.[7]
1961-ci ilin inzibati bölgüsünə əsasən, Bartaz kəndi Azərbaycan SSR-in Zəngilan rayonunun Bartaz kənd sovetliyinin mərkəzi idi və bu sovetliyə Vejnəli, Qarqulu, Əmirxanlı kəndləri, Ağbənd dəmir yolu stansiyası yaxınlığındakı və Bartaz dəmir yolu stansiyası yaxınlığındakı yaşayış məntəqələri daxil idi.[8]
1976-cı il tarixinə görə, Bartazda 654 nəfər yaşayırdı. Burada kənd təsərrüfatı bitkilərinin becərilməsi, ipəkçilik və heyvandarlıq inkişaf etmişdi. Kənddə orta məktəb, kitabxana, klub və digər infrastruktur obyektləri mövcud idi.[3]
2020-ci il 22 oktyabr tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Ordusu Bartaz kəndi üzərində nəzarəti bərpa edərək kəndi azad etmişdir.[9][10]
İstinadlar
|
---|
Şəhərlər | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | Bərpa edilmiş | |
---|
Məhv edilmiş | |
---|
Ləğv olunmuş | |
---|
|
---|