Heyranedici Hörümçək-adam (c. 3) #532–538 Qara panter (c. 4) #18–25 Bleyd (c. 6) #5 Kabel& Dedpul #30–32 Kapitan Amerika (cl. 5) #22–24 Vətəndaş müharibəsi #1–7 Vətəndaş müharibəsi: Tərəf seçimi #1 Vətəndaş müharibəsi: Döyüş zərəri raportu #1 Vətəndaş müharibəsi: Fayllar #1 Vətəndaş müharibəsi: Cəbhə xətti #1–11 Vətəndaş müharibəsi: Eskiz Vətəndaş müharibəsi: Afişa Vətəndaş müharibəsi: Etiraf #1 Vətəndaş müharibəsi: Təşəbbüs #1 Vətəndaş müharibəsi: Qayıdış #1 Vətəndaş müharibəsi: Müharibə kriminalları #1 Vətəndaş müharibəsi: İks-adamlar #1–4 Vətəndaş müharibəsi: Gənc Qisasçılar/Qaçanlar #1–4 Daily Bugle xüsusi nəşr: Vətəndaş müharibəsi Şəhid oğul: Kapitan Amerikanın ölümü #1–5 Fantastik dördlük (c. 4) #538–543 Kabus sürücü (c. 6) #8–11 Muzdlu qəhrəmanlar (c. 1) #1–3 Dəmir adam (c. 2) #13–14 Dəmir adam / Kapitan Amerika: Müharibənin itkiləri #1 Marvel Spotlight: Kapitan Amerikanı unutmayacaqsız Marvel Spotlight: Vətəndaş müharibəsi sonrası Marvel Spotlight – Mark Miller, Stiv MaNivn Ay cəngavəri (c. 5) #7–10 Ms. Marvel (c. 2) #6–8 Yeni Qisasçılar: İlluminati Xüsusi #0 Cəzalandıran müharibə jurnalı (c. 2) #1–3 Yeni Qisasçılar #21–25 Sensasiyalı Hörümçək-adam (c. 2) #28–32 Şi-Halk (c. 2) #8 Thunderbolts (c. 3) #103–105 Qiş əsgəri: Qış öldürür Porsuq #42–48 X-Factor (c. 3) #8–9
Vətəndaş müharibəsi (ing.Civil War) — Marvel Comics tərəfindən 2006-cı ilin iyulundan2007-ci ilin yanvarına qədər yayınlanan hekayə. Hekayə Mark Miller tərəfindən yazılmışdır. Marvel dünyasında ən əhəmiyyətli hadisələrdən biridir. Hekayə "Sənin tərəfin hansıdır?" şüarı ilə nəşr olunmuşdur.[1]
Hadisələr "Yeni Döyüşçülər" adlı super komandanın bir TV şou çəkməsi ilə başlayır. Super cinayətkarlarla canlı yayında döyüşərkən Nitro adlı super cinayətkar yerli ibtidai məktəbi partladır. Yaşanan tragediyanın şokundan sonra ABŞ hökuməti super qəhrəmanların qeydiyyata alınması haqqında qanun hazırlayır. Bu qanuna görə super qəhrəmanlar artıq gizli kimliklərlə fəaliyyət göstərməyəcək, dövlət üçün işləyəcəklər. ABŞ hökuməti hər ştat üçün super qəhrəman təyin edəcəkdir. Bir yandan da cəmiyyət içində super qəhrəmalara olan münasibə mənfiyə doğru dəyişir. Böyük izdiham Məşəl-adama hücum edir. Kapitan Amerika bu qanuna qarşı çıxır və SHIELD-dən ayrılır, onunla eyni fikirdə olan super qəhrəmanlarla yeraltına enir.
Super qəhrəmanlar hadisələri dəyərləndirmək üçün toplaşırlar və bu zaman Uatu peyda olur. Bu tarixdə ilk ciddi qırılmanın göstəricisidir. Qanun ABŞ Konqresi tərəfindən qəbul olunur. Ölkədəki super qəhrəmanlar öz tərəflərini təyin edirlər: Qanun tərəfdarları Dəmir adamın və qanuna qarşı çıxanlar Kapitan Amerikanın tərəfinə keçir. Kapitan Amerika, Luk Keyc, Şahin, Deni Rend kimi qanuna qarşı çıxanlar Gizli Qisasçıları yaradıb yerin altına enirlər. Fantastik dördlük, Henk Pim, Şi-Halk qarşı tərəfi seçir. Doktor Strenc Dəmir adama və Rid Riçardsa qanuna qarşı olduğunu bildirir. Paytaxt Vaşinqtonda isə Hörümçək-adam bir media iclasında maskasını çıxarıb gizli kimliyini açıqlayır və Dəmir adamın tərəfinə keçir. İks-adamlar müharibədə tərəfsiz olacağını elan edir. Emma Frost ilə görüşən Dəmir adam müsbət cavab almır, amma Frost qanunun İks-adamlara tədbiq edilməcəyi şərti ilə Kapitan Amerikanın tərəfinə keçməyəcəklərini bildirir. İks-adamlara ancaq Bişop Dəmir adama qoşulur.
Müharibənin başlaması
Hadisələr TorunDəmir adamın tərəfinə keçib Kapitan Amerikaya hücum etməsi ilə müharibəyə çevrilir. Amma daha sonra bunun Tor olmadığı, Mister Fantastik tərəfindən hazırlanmış bir robot olduğu məlum olur. Bu robot Kapitan Amerikanın tərəfində olan Qoliaf tərəfindən məhv edilir. Bu hadisədən təəccüblənən Kapitan Amerikanın tərəfdaşları döyüş meydanını tərk edir. Mister Fantastikin bu hərəkətindən sonra Görünməz qadın və Məşəl-adam Kapitan Amerikanın tərəfini seçir. Dəmir adamKapitan Amerika və onun tərəfdarlarını tutmaq üçün keçmiş super cinayətkarları işə almağa başlayır. Bu zaman Dəmir adam və Mister Fantastik qanuna qarşı olan super qəhrəmanları "42" adlı Neqativ zonaya göndərməkdədirlər. Hörümçək-adam bu həbsxananı görüncə Kapitan Amerikanın tərəfində keçmək istəyir, amma Dəmir adam bunu başa düşür. Hörümçək-adamDəmir adam tərəfindən işə alınan keçmiş super cinayətkarlar Təlxək və Cek lampası tərəfindən yaxalanır və döyülür. Cəzalandıran onların ikisini öldürdükdən sonra Hörümçək-adam və Cəzalandırıcı da Gizli Qisasçılara qatılır.[2]
Cəzalandırıcı "42"-nin planlarını ələ keçirmək üçün Bakster binasına (Fantastik Dördlüyün qərargahı) gizlicə girir, Görünməz qadın isə Namoru çağırmaq üçün Atlantidaya gedir. Namor müharibəyə qatılmaqdan imtina edir, Goldbug və Plunderer Kapitan Amerikanın tərəfinə keçmək üçün Gizli Qisasçıların qərargahına keçir. Cəzalandırıcı onları səhv başa düşüb öldürür. Kapitan Amerika ona yumruq ataraq komandadan qovur.
Son
Son döyüş Nyu Yorkda baş tutur. Namorun başçılığı altında atlantidalılarKapitan Amerikanın tərəfinə keçir, Kapitan Marvel, Çempionlar komandası və Tor robotu Dəmir adamın tərəfinə keçir. Dəmir adam və Kapitan Amerika təkbətək döyüşə girişirlər. Kapitan AmerikaDəmir adamdan ard-arda zərbələr alır, Dəmir adam bitirici zərbəni vurmaq istəyərkən EM zirehinin güc mənbəyi sönür. Kapitan Amerika ona hücum edib öldürmək istəyərkən polislər və ətrafdakı insanlar ona mane olmağa çalışır, Kapitan Amerika bilmədən onlara zərər verir. Kapitan Amerika öz şəxsi hüquqlarını qoruyarkən qorumağa and içdiyi insanlara zərər verdiyini görür və tərəfdaşlarına döyüşü buraxmalarını əmr edir. Luk Keyc və digərlərinin təkidlərinə baxmayaraq, Kapitan maskasını çıxarır və Stiv Rocers kimi təslim olur.
Hadisələr zamanı Hörümçək-adamın gizli kimliyi məlum olduğundan Kinqpin Peter Parkeri öldürmək üçün sui-qəsdçi göndərir, amma səhvən Peterin xalası Mey öldürülür. Parkerin işlədiyi "Daily Bugle" qəzeti Peteri məhkəməyə verir. Hadisələri düzəltmək üçün Hörümçək-adam Mefisto ilə razılaşır. Razılaşmaya görə Hörümçək-adamın kimliyi hər kəs tərəfindən unudulacaq və Mey xala həyata qayıdacaqdır. Amma əvəzində Peter Parker və Meri Ceyn artıq evli olmayacaqdır. Peter bunu qəbul edir. Hər şey düzəlir, amma o, artıq evli deyildir.
Nəticələr
Kapitan Amerika həbs olunub məhkəməyə aparılarkən Krossbouns tərəfindən öldürülür.[3]
Hökumət qanuna qarşı çıxan, amma təslim olan super qəhrəmanları əfv edir. Bəzi super qəhrəmanlar qanunu qəbul edir, bəziləri isə qəbul etməyib ölkəni tərk edir.
Görünməz qadın və Mister Fantastik Fantastik Dördlüyü tək edir, əvəzinə Fırtına və Qara panter gəlir.
Vətəndaş müharibəsi faylları; Vətəndaş müharibəsi: Döyüş zərəri raportu; Marvel Spotlight: Mark Miller/Stiv Maknivn; Marvel Spotlight: Vətəndaş müharibəsi sonrası; Daily Bugle: Vətəndaş müharibəsi xüsusi nəşr
2014-cü ilin oktyabrında Marvel Studios 2016-cı ildə 3-cü Kapitan Amerika filminin çəkiləcəyini bildirmişdir. "Birinci qisasçı: Qarşıdurma" adlanan filmdə hadisələr Vətəndaş müharibəsindən ibarətdir.[6][7] Filmin əsas rollarında Kris Evans (Kapitan Amerika), Robert Dauni (Dəmir adam), Skarlet Yohansson (Qara dul), Elizabet Olsen (Qırmızı cadugər), Antoni Maki (Şahin), Paul Bettani (Vijn), Ceremi Renner (Şahingöz), Don Şedli (Müharibə maşını), Paul Radd (Qarışqa-adam), Çadvik Bosmen (Qara panter), Frank Qrillo (Krossbouns), Daniel Bryul (Baron Zemo) və Tom Holland (Hörümçək-adam) oynamışdır.[8][9] Film 2016-cı ilin 6 mayından kinoteatrlarda göstərilməyə başlamışdır.[10]
Televiziya
2010-cu ildə göstərilən "Qisasçılar: Yerin qüdrətli qəhrəmanları" animasiya teleserialında Qisasçılar komandasının tutduqları super cinayətkarları "42" adlı Neqativ zonaya həbs etdikləri göstərilmişdir.