Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Vestminster sistemi, İngiltərə parlamenti və hökumət qurumlarını ifadə etmək üçün istifadə olunur. Böyük Britaniya parlamentiLondonda, Vestminster Sarayında yerləşir, bu səbəbdən bu modeldə Vestminster modelini adlanır.
İngiltərə höhumətinin ən güclü orqanı icra edici hakimiyyət olan onun hökumət kabinetidir. Kabinet ümumilikdə parlamentdə çoxluğu təşkil edən partiyanın üzvlərindən formalaşır. Koalisiya tipli kabinetlərə çox nadir hallarda rast gəlinir. İngiltərədə 2 partiyalı sistem olduğu üçün 2 ana partiyanın gücləri təxminən bir-birinə bərabər olduğu üçün seçkilərdə qalib gələn partiya çox cüzi fərqlə çoxluğu ələ keçirir. Bu baxımdan İngiltərədə təkpartiyalı və darçoxluqlu hökumət kabineti çoxluğun idarəçiliyin ən tipik nümunəsidir. İngiltərədə parlamentar idarəetmə üsulu ilə idarə olunur. Yəni,hökumət kabineti parlamentin etimadına əsasən işləyir.
Qanunverici hakimiyyət
Vestmister modelində qanunverici hakimiyyət parlamentə məxsusdur.
İngiltərə parlamenti 2 palatadan ibarətdir:
Qanunvericilik səlahiyyəti 1-ci palataya məxsusdur. Lordlar palatasının yeganə səlahiyyəti və gücü qanunların qəbul edilməsini gecikdirməkdir. Lordlar palatası maliyyə məsələlərində qanunları 1 ay, digər məsələlərdə isə 1 il gecikdirə bilərlər.