VII Karl (fr. Charles VII) və ya Müzəffər Karl (fr. Charles le Victorieux) (22 fevral 1403, Paris – 22 iyul 1461) — Fransa kralı.
Karl Yüzillik müharibənin ortasında Fransa üçün olduqca çətin bir dönəmdə taxta çıxdı. İngiltərə kralı və Burqundiya hersoqunun müttəfiq birlikləri paytaxt Paris və Fransa krallarının ənənəvi tacqoyma mərasimlərini keçirdiyi Reyms şəhəri də daxil olmaqla, bütün şimali Fransanı işğal etmişdi. Bundan başqa atası VI Karl 1420-ci ildə onu varislikdən çıxarmış, onun yerinə İngiltərə kralı V Henri və onun şəcərəsini Fransa taxtının varisi elan etmişdi. Digər tərəfdən ölkənin daxilində də yerli zadəganlar arasında siyasi mübarizə və silahlı çatışmalar davam edirdi.
Paytaxt ələ keçirildiyi üçün kral sarayı Luara çayı sahilindəki Burj şəhərinə köçürüldü və bu səbəblə onu Burj kralı adlandırdılar. Çünki Fransa kralının əlində Burj və onun ətrafındakı bəzi kiçik əyalətlər qalmışdı. Fransada Janna d'Arkın rəhbərlik etdiyi və ölkədəki yadellilərə qarşı tərtib olunan ayaqlanmayla Karlın iqtidar gücü daha da artdı. Yerli əhalinin də dəstəyini alaraq Luara çayı boyunca yerləşən bütün qalaları sırayla azad etməyə başladı. Yerli ingilis qoşunlarının məğlub edilməsinin ardından Reyms şəhərinin əhalisi kral qoşunlarına qapıları açdı və beləcə, 1429-cu ildə burada Karlın tacqoyma mərasimi baş tutdu. Bir neçə il sonra 1436-cı ildə bağlanan sazişlə İngiltərə-Burqundiya ittifaqı pozuldu və ertəsi il Paris şəhəri azad olundu. 1453-cü ildə fransızlar Kale bölgəsi istisna olmaqla, ingilisləri tamamilə ölkədən qovub çıxardılar.
Karlın son illəri üsyankar oğlu və gələcəkdəki Fransa kralı Lüdoviklə siyasi və hərbi mübarizə aparmaqla keçdi.
Mənbə
- Monks, Peter Rolf (1990). The Brussels Horloge de Sapience: Iconography and Text of Brussels. Brill. p. 11. ISBN 978–9004090880
- Wellman, Kathleen (2013). Queens and Mistresses of Renaissance France. Yale University Press. p. 191. ISBN 978–0300178852
- Monks, Peter Rolf (1990). The Brussels Horloge de Sapience: Iconography and Text of Brussels. Brill. p. 10. ISBN 978–9004090880
- Schlesinger, Arthur M. (1985). Joan of Arc. New York, NY: Chelsea House Publishers. pp. 17–18. ISBN 978–0877545569
- Vale, M. (1 October 1974). Charles VII. University of California Press. ISBN 978-0-520-02787-9
- Pernoud, R.; Clin, M. (1999). Joan of Arc: her story. Translated by Jeremy Adams. St. Martin's Griffin. ISBN 978-0-312-22730-2
- Wagner, J. (2006). Encyclopedia of the Hundred Years War (PDF). Greenwood Press. ISBN 978-0-313-32736-0
- Taylor, Aline (2001). Isabel of Burgundy: The Duchess who played Politics in the Age of Joan of Arc, 1397–1471. Madison Books. ISBN 1-56833-227-0
- Hanawalt, Barbara (1998). The Middle Ages: An Illustrated History. New York: Oxford University Press. ISBN 0-19-510359-9
- Fletcher, Stella (2013). The Longman Companion to Renaissance Europe, 1390–1530. Routledge. ISBN 978–1138165328
- Ashdown-Hill, John (2016). The Private Life of Edward IV. Amberley Publishing. ISBN 978–1445652450
İstinadlar
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|