Yüzillik müharibə

Yüzillik müharibə
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yüzillik müharibə (ing. The Hundred Years' War; fr. Guerre de Cent Ans) – Plantagenetlər, Valualarİngiltərə kralları arasında Fransa taxtı uğrunda baş tutan və 1337–1453-cü illəri əhatə edən müharibədir. Müharibənin tərəfləri digər Avropa dövlətlərini də müharibəyə sürüklədi. Qərbi Avropanın ən böyük krallığı uğrunda gedən bu müharibə hər iki rəqib sülalədə nəsillər boyunca davam etmiş, bununla yanaşı bu dövlətlərdə milli kimlik hissi formalaşdırmışdır.

Fransaİngiltərə taxtları arasındakı bu qarşıdurma İngiltərə kral sülaləsinin fransız əsilli olması səbəbilə, əslində əsrlər öncəsindən qaynaqlanırdı. Bu səbəblə İngiltərə kralları daim Fransadakı bəzi mülklərdə haqq iddia etmiş, beləcə Fransa krallarının vassalına çevrilmişdi. Bundan istifadə edən Fransa kralları isə ingilislərin həddindən artıq yüksəlməsinin önünü almağa çalışmış, onların şotlandlarla olan münaqişələrindən istifadə edərək bölgədəki ingilis mülklərini xırda-xırda ələ keçirmişdilər. Belə ki, vaxtilə Fransa kral mülklərini belə kölgədə qoyan ingilis mülklərindən 1337-ci ildə sadəcə Qaskoniya qalmışdı.

1328-ci ildə Fransa kralı IV Çarlz geridə vəliəhd buraxmadan vəfat etdi. Üstəlik ölümündən öncə sülalənin qadın üzvlərinin taxt hüquqlarını ləğv edən bir fərman da imzalamışdı. Mərhum kralın ən yaxın kişi qohumu isə İngiltərə kralı olan bacısı oğlu III Eduard idi. Çox keçmədən mərhum kralın bacısı İzabella oğlunun adına Fransa taxtında haqq iddia etdi. Ancaq fransızlar bunu qəbul etmədilər. Çünki İzabella qardaşının verdiyi fərmanla taxt hüququndan məhrum edilmişdi və bu vəziyyətdə oğlunun da taxtda heç bir iddiası ola bilməzdi. Saray əyanları da tanımadıqları bir ingilisin yerinə, fransız birinin taxta çıxmasını dəstəkləyirdilər. Taxtın bir digər namizədi isə IV Çarlzın əmisi oğlu Valualı Filip idi. İstər Fransaya bağlılığı, istərsə də mərhum kralın oğul şəcərəsi ilə qohumu olması baxımından ölkədə güclü tərəfdar topladı və nəticədə Fransa taxtına çıxarıldı (1328). Onsuz da imkansız görülən taxt iddialarının qəbul edilməməsinin ardından ingilislər bu iddialarından əl çəkdilər. Ancaq aralarında yaranan sürtüşmələr VI Filipi ingilislərin Fransadakı mülklərinə əl qoymağa, III Eduardı isə Fransadakı taxt mübarizəsinə qoşulmağa məcbur etdi.

Müharibənin ilk illəri ingilislərin üstün qələbəsi ilə davam edirdi. Xüsusilə də 1346-cı ildə baş tutan Kresi döyüşü və Fransa kralı II Conun əsir düşməsi ilə nəticələnən 1356 tarixli Puatye döyüşü müharibənin ilk mərhələsinə yön verdi. Ancaq 1378-ci ildə V Karlın idarəsindəki fransızlar qitədə yalnız bir neçə qalanı ingilislərə tərk edərək Bretinya sülhü (1360) ilə itirdikləri bütün torpaqları geri aldılar. Ancaq kral idarəçiliyinin zəifləməsi, Avropa əhalisinin üçdə birinin epidemiya və iqtisadi böhran səbəbilə həlak olması nəticəsində münaqişələr səngidi və hər iki ölkədə vətəndaş müharibələri başladı. İngiltərə taxtına yenicə çıxan V Henri isə bu münqaişəni canlı tutmaq adına Fransa kralı VI Karlın dəlilik səviyyəsindəki əqli zəifliyindən və Fransadakı vətəndaş müharibəsindən məharətlə istifadə etdi. 1415-ci ildə Azenkur döyüşü və 1424-cü ildə Verneuil döyüşündəki qəti ingilis qələbəsi ilə yanaşı Burqundiya ilə qurulan ittifaq ingilislərin bu müharibədəki qələbə ümidlərini yenidən canlandırdı. Buna baxmayaraq V Henri və dəli kral VI Karlın 1422-ci ildə ölümü, fransız xalqını ayaqlandıran Janna Dark üsyanı və Burqundiyanın ələ keçirilməsi kimi bəzi faktorlar buna mane oldu. Bundan başqa 1429-cu ildə baş tutan Orleanın mühasirəsi də ingilislər üçün sonun başlanğıcı oldu. Ardından Janna Darkın Burqundiyalılar tərəfindən ələ keçirilməsi və 1431-ci ildə edamı, fransızların 1429-cu ildə Pate, 1450-ci ildə Formini və 1453-cü ildə Kastilyon döyüşlərindəki qəti qələbələri də Valuaların lehinə nəticələndi. İngiltərə qitədəki nüfuzunu və mülklərinin bir çoxunu itirdi.

Sonralar tarixçilər bu periodu Yüzillik müharibə olaraq adlandırdı və beləcə Avropa tarixinin ən böyük hərbi münaqişəsini inşa etdilər. Bununla yanaşı bu müharibə 3 fazada araşdırılır: Eduardian müharibəsi (1337–1360), Karolin müharibəsi (1369–1389) və Lankaster müharibəsi (1415–1453). Müharibənin sonunda feodal birliklər profesiyonal qoşunlar və güclü silahlarla əvəz olundu. Əslində kral sülalələri arasında baş tutsa da, müharibə ingilis və fransız milliyyətçiliyini oyandırdı.

Yüzillik müharibə zamanı hadisələrin inkişafı. Fransa əraziləri: sarı; İngiltərə: boz; Burqundiya: tünd boz.
Fransa tarixi
Fransa dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Tarixə qədərki Fransa
Antik Fransa
Roma Qalliyası (e.ə. 220481)
Orta əsrlər Fransası
Sülalələr:
Merovinqlər (481751)
Karolinqlər (751987)
Kapetinqlər (9871328)
Valua (13281589)
Burbonlar (15891792, 18141848)
İnqilaba qədərki Fransa
Yüzillik müharibə (1337-1453)
Jakeriya üsyanı (1358)
Nant razılaşması
Fransa mütləqiyyəti (16431789)
Müasir Fransa
Böyük Fransa inqilabı (17891799)
Yakobinlər (17931794)
Konvent (17921795) (Jirondistlər, Montanyarlar)
Əbukir dəniz döyüşü (1798)
Əbukir döyüşü (1799)
Fransa Direktoriyası
Birinci Fransa Respublikası (17921804)
Birinci imperiya (18041814)
Tilsit sülhü (1807)
Burbon restavrasiyası (18141830)
İyul monarxiyası (18301848)
İkinci Fransa Respublikası (18481852)
İkinci imperiya (18521870)
Üçüncü Fransa Respublikası (18701940)
Paris Kommunası (1871)
Dreyfus işi (1894-1906)
Vişi rejimi (19401944)
Fransa Respublikasının Müvəqqəti Hökuməti (19441946)
Dördüncü Fransa Respublikası (19461958)
Beşinci Fransa Respublikası (1958)

Fransa portalı

Müharibənin səbəbləri

Yüzillik müharibənin başlanmasına əsas səbəb İngiltərənin ələ keçirdiyi ərazilər (XII əsrin ortalarından) və zəngin Flandriya uğrunda mübarizə idi. İngilis kralları özlərinin Fransada itirdikləri torpaq mülklərini geri qaytarmaq istəyirdilər. İngiltərə və Fransa arasında çoxdan bəri davam edən bu düşmənçiliyə Flandriya və onun zəngin şəhərlərini ələ keçirmək uğrunda başlayan rəqabət də əlavə olundu. Fransa kralları dəfələrlə Flandriyanı öz torpaqlarına qatmağa cəhd göstərmişdilər. Lakin hər dəfə məğlub olurdular. Flandriyanın şəhərlərini İngiltərə müdafiə edirdi. Çünki İngiltərə ilə Flandriya arasında qədimdən bəri sıx ticarət əlaqələri vardı. Bundan başqa həm də, ingilis kralı Fransa kralının qohumu idi. Fransa kralı IV Filippin oğullarının ölümündən sonra onun kişi nəsli kəsildi. Bunu görə İngiltərə kralı özünün Fransa kralı taxtını ələ keçirmək hüququna malik olduğunu bildirdi.

Tərəflərin hazırlığı

Fransa qoşunların atlı cəngavər dəstələri üstün idi. Lakin cəngavərlər intizamın nə olduğunu bilmirdilər. Onların hər biri döyüş zamanı ayrıca vuruşur və şəxsi hünər göstərib başqalarından fərqlənməyə çalışırdılar. Piyada qoşunlar muzdla tutulmuş əcnəbi əsgərlərdən ibarət idi. Cəngavərlər piyada döyüşçülərə xor baxırdılar. İngilis qoşunları fransızlara nisbətən daha yaxşı təşkil olunmuşdular. İngilislərin atlı cəngavərlərdən başqa çoxlu, həm də döyüş intizamına malik olan piyada qoşunları vardı. İngilis piyada qoşunları təhkimli olmayan kəndlilərdən ibarət idi. O zaman İngilistərədə təhkim olunmayan kəndlilər hələ çox idi. İngilis piyadaları uzun oxlarla silahlanmışdılar. Onlar 600 addıma qədər uzağa ox ata bilirdilər. İngilis oxçularının atdığı ox 200 addımlıqda fransız cəngavərlərinin zirehli geyimini deşib keçirdi.

Müharibənin başlanması

İngilis ordusunun yaxşı donanması vardı. Onlar bu donanmanın köməyi ilə La-Manş boğazını keçib Fransa ərazisində hərbi əməliyyatlara başladılar. Müharibənin əvvəlində fransızlar məğlub olmağa başladılar. İngilislər Normandiyanı tutdular. Onlar 1346-cı ildə Kresi döyüşündə fransız qoşunlarını məğlub etdilər. Kresi vuruşmasından sonra ingilislər Akvitaniya tərəfdən hücuma keçdilər 1356-cı ildə Laura çayından cənubda yerləşən Puatye şəhəri yaxınlığında döyüş baş verdi. Fransızlar sayca çox idilər. Lakin onlar dağınıq hərəkət edirdilər. Ön dəstədəki fransız cəngavərləri əsas qüvvələrin gəlib çıxmasını gözləmədən ingilislərə hücuma keçdilər. Vuruşa-vuruşa irəli çıxan fransız cəngavərləri döyüş cərgələrini pozur, vuruşma zamanı bir-birinə mane olurdular. İngilis oxçularının yağış kimi yağdırdığı ox zərbələri altında fransız atlı qoşunlarının döyüş cərgələrinə qarışıqlıq düşdü. Fransız ordusunun döyüş yerinə yetişən əsas qüvvələri də darmadağın edildi. Fransa kralı başda olmaqla ən tanınmış fransız feodalları ingilislərə əsir düşdülər. Puatye döyüşündən sonra Fransanın cənub və şimal hissələri ingilislərin əlinə keçdi.

Fransada Jaklar üsyanı

Janna d'Ark Orleanı xilas edir

Şəhərlərin artması və ticarətin genişlənməsi nəticəsində hələ müharibədən əvvəl fransız kəndlilərinin istismarı güclənmişdi. Bu isə sinfi mübarizənin güclənməsinə gətirib çıxarırdı. Müharibə isə sıravi vətəndaşlara yeni fəlakətlər gətirdi. Vergilər aramsız olaraq artırdı. Həm fransız qoşunları, həm də ingilis hərbi qüvvələri tez-tez kəndlərə həmlələr edib kəndliləri talayırdılar. Puatye döyüşündəki məğlubiyyətdən sonra muzdlu əsgərlər Fransanın hər yerinə səpələnmişdilər. Onlar müdafiəsiz kındlərə basqınlar edir, kəndlilərə işgəncə verir, onları çapıb-talayır və evlərini yandıraraq çəxəb gedirdilər. Xalqa rəğbət bəsləyən salnaməçi təsərrüfatın dağılmasını belə təsvir edirdi.

Üzümlüklər becərilmir, əkin yerləri şumlanmırdı. Mal-qara və qoyun-quzu örüşə çıxmırdı. Kilsələr və evlər hələ də tüstülənməkdə olan xarabalıqları yandırırdı.

Xalq isə başına gələn bütün müsibətlərə görə, haqlı olaraq, feodalları bais hesab edirdi. Kəndlilərin dilənçi kökünə düşməsinə baxmayaraq feodallar onlardan yeni vergilər tələb edirdilər. Bu zaman əsirlikdə olan kralı və feodal əyanlarını ödənc verib xilas etməkdən ötrü yeni vergi yığılmasına başlandı. Feodal ağalar belə deyirdilər. Sadəlövh Jakın enli kürəyi var, nə yükləsən götürər. Zadəganlar sadə xalq arasında geniş yayılmış Jak adını kəndlilər üçün həqarətli bir ləqəb kimi işlədirdilər.

1358-ci ilin may ayında Fransanın şimal-şərqində kəndli üsyanı başlandı. Bu üsyan tarixdə Jaklar üsyanı kimi tanınmışdır. Jaklar üsyanı kortəbii üsyan idi. Çünki bu üsyan heç bir hazırlıq görülmədən, müəyyən hərəkət planı olmadan başlanmışdı. Üsyanda 100 minə yaxın kəndli iştirak edirdi. Kəndlilər onların müsibətlərindən kralın xəbəri olmadığına və kralın onlara rəğbət bəslədiyinə inanırdılar. Kəndlilər feodalları öz düşmənləri elan etmişdilər. Zülmkarlara nifrət o qədər güclü idi ki, üsyançılar bütün zədəganları axırıncı nəfərinə kimi qırmaqla hədələyirdilər. Əllərinə nə küçdi onunla silahlanan jaklar feodalları öldürür, onların qəsrlərini dağıdırdılar. Ən böyük üsyançı dəstələrindən birinə kəndli Gilyom Kal başçılıq edirdi. O dövrün salnaməçisi onu dünya görmüş, yaxşı danışıq bacarığı olan, boy-buxunlu və gözəl sifətli bir adam kimi təsvir edirdi. Kal jakları birləşdirməyə və kəndli qoşununda intizam yaratmağa çalışırdı. Lakin dağınıq icmalar halında yaşayan kəndlilər başqa kəndlərdən olan üsyançılarla birləşməyə həvəs göstərmirdilər. Onlar uzun müddət üçün öz təsərrüfatlarını buraxıb getmək istəmir və çox vaxt ancaq ağalarına qarşı mübarizə aparmaqla kifayətlənirdilər. Üsyan onlarla şəhəri olan böyük bir vilayəti əhatə edirdi. Bəzi şəhərlərin yoxsul əhalisi üsyançılarla həmrəylik nümayiş etdirərək şəhər qapılarını üsyançıların üzünə açdılarsa, qalan şəhərlərin varlıları buna imkan vermədilər. Feodallar kəndlilərin üsyana qalxdığı yerlərdən qaçıb gedirdilər. Lakin onlar çox keçmədən özlərini ələ aldılar və böyük qoşun topladılar. Həlledici döyüş ərəfəsində Gilyom Kal öz dəstələrini bir təpənin üstündə yerləşdirib, düşərgəni arabalarla dövrəyə aldı. Kəndliləərin müqavimət göstərməyə hazırlaşdığını görən zədəganlar onları aldatmaq qərarına gəldilər. Onlar üsyançılarla barışıq bağlayıb onların başçısını danışığa dəvət etdilər. Buna inanan Kal zədəganların düşərgəsinə getdi. Zədəganların isə onu tutub qandalladılar. Cəngavərlər üsyançıların düşərgəsinə şiddətli hücumlar edirdilər. Başçısız qalmış və hərbi işi bilməyən jakların sırasına pozğunluq düşdü və onlar darmadağın oldular.

Feodallar onları qorxuya salmış kəndlilərdən amansız qisas aldılar. Zədəganlar Kalı edam etməzdən əvvəl onun başına közərdilmiş dəmir çənbər keçirdilər. Onlar Kalı lağa qoyub belə deyirdilər. "Jaklar kralının başına biz, bax belə tac qoyuruq." Cəngavərlər kəndləri və taxıl zəmilərini yandırır, kəndliləri ağacdan, öz komalarının qapılarından asıb gedirdilər. Üsyan sonrası baş verən qırğınlarda feodallar 20.000 kəndlini öldürdülər. Jaklar üsyanı mığlub olsa da, nəticəsiz qalmadı. Kəndli üsyanının vahiməsindən qorxuya düşən feodallar mükəlləfiyyətləri artırmağa cürət etmədilər və kəndlilərin şəxsi asılılıqdan azad olmasını sürətləndirirdilər. Buna görə artıq 15-ci əsrdə Fransada çox az asılı kəndli qalmışdı.

Müharibənin davamı

1348–49-cu illərdə baş vermiş taun epidemiyasında Fransa əhalisinin təqribən 1/3 hissəsinin həlak olması ölkəni xüsusilə çətin vəziyyətə saldı. Fransa qoşunlarının məğlubiyyəti, iqtisadi vəziyyətin ağırlaşması, vergilərin ağırlığı, xalqın narazılığının artmasına səbəb oldu, Paris üsyanı (1357–58) və Jakeriya üsyanı (1358) ilə nəticələndi. Fransa hökuməti ağır şərtli müqavilə bağlamağa (1360) məcbur oldu. VI Karl dövründə (1380–1422) feodal çəkişmələri Fransanı zəiflətdi. Bundan istifadə edən ingilislər 1415-ci ildə yenidən müharibəyə başladılar və Azenkur yaxınlığında Fransa ordusunu məğlubiyyətə uğratdılar. Fransa ərazisinin xeyli hissəsi ingilislər və burqundlar arasında bölüşdürüldü, Luaradan çayıdakı ərazi VII Karlın hakimiyyəti altında qaldı. Cənuba doğru irəliləməyə cəhd edən ingilislər və burqundlar Orleanı mühasirəyə aldıqda (1428) bütün fransız xalqı Janna d'Arkın başçılığı altında işğalçılara qarşı mübarizəyə qalxdı. Orleanın azad olunması ilə (1429) Yüzillik müharibədə dönüş baş verdi. Fransa ordusu bir sıra qələbələr qazandı. 1435-ci ildə Arrasda, Burqundiya hersoqu ilə VII Karl arasında sülh bağlandı. 1436 ildə ingilislər Parisdən qovuldular, sonra bir sıra vilayətlər azad edildi. Yüzillik müharibə ingilislərin Bordoda təslim olması ilə (1453, 19 oktyabr) qurtardı. Fransa ərazisindən yalnız Kale (1558-ci ilədək) İngiltərənin əlində qaldı. Müharibə Fransa iqtisadiyyatına böyük ziyan vurdu, ölkənin mərkəzləşdirməsi prosesini qismən langitdi, İngiltərədə isə feodal aristokratiyasının siyasi nüfuzunu müvəqqəti yüksəltdi.

100 illik müharibədəki döyüşlərin siyahısı

I hissə (1337–1360)

1415–1453

Mənbə

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!